Məhkəmə qərarları › İş №1(009)-160/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-160/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-160/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesində yerləşən “İpək yolu” gömrük terminalına daxil olub oradakı Ukrayna Respublikası vətəndaşı Zərərçəkmiş şəxs4 idarə etdiyi ağ rəngli “Renault” markalı KA 3053KH qeydiyyat nişanlı yük avtomobilinin qapısının açıq olmasından istifadə edərək salonuna daxil olub sürücü oturacağının arxa hissəsinə qoyulmuş olan sonuncuya məxsus əl çantasının içində olan iki bağlamadakı həmin günə olan valyuta məzənnəsi ilə 213,35 manat (iki yüz on üç manat otuz beş qəpik) təşkil edən 500(beş yüz) Polşa zlotısım, həmin günə olan valyuta məzənnəsi ilə 147 manat(yüz qırx yeddi) təşkil edən 10000(on min) Özbək somunu, həmin günə olan valyuta məzənnəsi ilə 19 manat(on doqquz) təşkil edən 5000(beş min) Qazax tengəsini, həmin günə olan valyuta məzənnəsi ilə 44,22 manat(qırx dörd manat 22 qəpik) təşkil edən 20(iyirmi) İngilis funt sterlinqini, həmin günə olan valyuta məzənnəsi ilə 5780 manat(beş min yeddi yüz səksən) təşkil edən 3400(üç min dörd yüz) ABŞ dollarını, həmin günə olan valyuta məzənnəsi ilə 378,80 manat (üç yüz yetmiş səkkiz manat səksən qəpik) təşkil edən 200(iki yüz) Avronu və həmin günə olan valyuta məzənnəsi ilə 92 manat (doxsan iki) təşkil edən 2000(iki min) Ukrayna qrivnasını, yəni ümumilikdə cəmi 6674,37 (altı min altı yüz yetmiş dörd manat 37 qəpik) manat nağd pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs4 ümumilikdə 6674,37 (altı min altı yüz yetmiş dörd manat 37 qəpik)manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesində yerləşən “İpək yolu” gömrük terminalına daxil olub oradakı İran İslam Respublikası vətəndaşı X4 idarə etdiyi ağ rəngli “Mersedes-Benz” markalı ** AB *** qeydiyyat nişanlı yük avtomobilinin qapısının açıq olmasından istifadə edərək salonuna daxil olub sürücünün yataq yerinə qoyulmuş olan sonuncuya məxsus əl çantasının içindən həmin günə olan valyuta məzənnəsi ilə 765(yeddi yüz altmış beş) manat təşkil edən 450 ABŞ dollarını və 50 manat nağd pulu gizli olaraq talamaqla, zərərçəkmiş şəxs X5 ümumilikdə 815(səkkiz yüz on beş)manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesində yerləşən “İpək yolu” gömrük terminalına daxil olub oradakı İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi ağ rəngli “Dongfeng” markalı ** AA *** qeydiyyat nişanlı yük avtomobilinin qapısının açıq olmasından istifadə edərək salonuna daxil olub sürücünün yataq yerinə qoyulmuş olan sonuncuya məxsus şalvarının cibindən cəmi 130 (yüz otuz) manat nağd pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 130 (yüz otuz) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesində yerləşən “İpək yolu” gömrük terminalına daxil olub oradakı İran İslam Respublikası vətəndaşı X3 Shokrollahın idarə etdiyi ağ rəngli “Mersedes-Benz” markalı ** AA *** qeydiyyat nişanlı yük avtomobilinin qapısının açıq olmasından istifadə edərək salonuna daxil olub şitin üzərinə qoyulmuş olan sonuncuya məxsus pul qabının içindən 230 manatı və həmin günə olan valyuta məzənnəsi ilə 16(on altı) manat təşkil edən 400000 İran rialını gizli olaraq talamaqla, zərərçəkmiş şəxs X3 Shokrollaha ümumilikdə 246( iki yüz qırx altı) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulumuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, məhkəməyə ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, öz müdafiəsi üçün heç bir dəlil irəli sürmədən istintaq zamanı ifadələrində göstərmişdir ki, o, oğurluq etdiyinə və narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı olaraq məhkumluğu olmuşdur. xx.xx.2023-cü il tarixdə 1 saylı cəza çəkmə müəssiəsində cəzasını çəkib bitirmiş və həmin gündən, hazırkı müddətək heç bir yerdə rəsmi olaraq işləmir və həmin məbləğləri şəxsi məsrəflərinə sərf etmişdir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, maddi ehtiyacları olduğundan cəzasını çəkib bitirdikdən sonra yenidən asan yolla pul qazanmaq fikrinə düşmüşdür. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi, Şıxov qəsəbəsində yerləşən “İpək yolu” terminalına gedib, oradakı ağ rəngli RENAULT markalı yük avtomobolinin qapısının açıq olduğunu görüb, həmin qapından içəri girərək şitin üzərində olan qara rəngli əl çantasının içindən hər biri rezinlə bağlanmış iki ədəd ayrı-ayrı bağlamanı götürmüş və qapını bağlayaraq oradan uzaqlaşmışdır. Sonra isə “İpək yolu” gömrüyü ərazisindən çıxaraq taksi saxlatmış və taksidə arxada oturandan sonra hər iki rezin bağlamanı çıxardıb rezin bağlamaların birində xatırladığı qədəri, dəqiq miqdarlarını bilmədiyi qarışıq valyutalarla olan özbək pulu, Qazax pulu, Ukrayna pulu, çox az sayda ingilis pulu funtsterlinq olmuş, digər rezin bağlamada xatırladığı qədəri ilə təxminən 2500 ABŞ dolları (4250 manat) olmuşdur. O həmin pulları Sumqayıt şəhərində əldən dəyişdirmiş və öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında yerləşən İpəkyolu terminalına istənilən şəxs kimi, heç bir maneə olmadan daxil olub, İran İslam Respublikasına məxsus “Mersedes- Benz” minik markalı ** AB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda olan yataq yerində olan əl çantasından 450 ABŞ dolları(765 manat) və 50 manat pulu oğurlayaraq həmin ünvandan uzaqlaşmış və həmin məbləğləri şəxsi məsrəflərinə sərf etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında yerləşən İpəkyolu terminalına istənilən şəxs kimi, heç bir maneə olmadan daxil olaraq İran şirkəti olan “Badra”-ya məxsus “DongFeng” minik markalı 32 AA705; ** AA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda olan yataq yerində olan kişiyə məxsus şalvarın sağ cibindən 130 manat pulu oğurlayaraq həmin ünvandan uzaqlaşmış və həmin məbləğləri şəxsi məsrəflərinə sərf etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il, tarixdə saat 10 radələrində Səbail rayonu, ünvan 3 ünvanında yerləşən İpəkyolu terminalına istənilən şəxs kimi, heç bir maneə olmadan daxil olaraq İran İslam Respublikasına məxsus “Mersedes Benz” markalı ** AA ***; ** AA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda olan yataq yerindən 230 manat və 400 İran tümənini oğurlayaraq uzaqlaşmış və həmin məbləğləri şəxsi məsrəflərinə sərf etmişdir. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrədə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünrür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq hadislərinin baş verdiyi yer Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesi, Şıxov qəsəbəsində yerləşən “İpək yolu” terminalının ərzisidir. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə naməlum şəxs ** AA ***; ** AA *** d.q.n-lı yük maşınının içərisindən düşərək ərazidən uzaqlaşmışdır. İş materiallarında olan 21 iyul 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, X6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, X3 Shokrollaha iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli X4 ərizəsindən görünür ki, onun ziyanı ödənilib, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli Zərərçəkmiş şəxs1n ərizəsindən görünür ki, onun ziyanı ödənilib, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli X3 Shokrollahanın ərizəsindən görünür ki, onun ziyanı ödənilib, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və icraatın birləşdirilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. ********* nömrəli cinayət işi icraatda olan Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrə ilə istintaqı davam etdirilmişdir. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilərək ibtidai istintaq davam etdirilmişdir. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs dərhal Səbail MSY-dən azad olunması və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, video- diskdəki video fayl açılıb baxılan zaman 19 iyul 2023-cü il tarixdə 20:10-da Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesində yerləşən “İpək yolu” gömrük keçid məntəqsində dayanan İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi ağ rəngli “Dongfeng” markalı **-AA-*** qeydiyyat nişanlı yük avtomobilinin kabinəsinin sağ qapısnı açaraq salonundan enib həmin qapını örtərək yük avtomoblinin ön hissəsinə keçib ətrafa baxan qısaqol qara köynəkli və qara şalvarlı orta boylu şəxsin özü yəni, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, həmin yük avtomoblinin kabinasındakı yatağın üzərində olan şalvarın cibindən cəmi 130 (yüz otuz) manat nağd pulu oğurlamışdır. İş materiallarında olan 29 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.1998-cü il tarixdə AR MM-nin xx.xx.1998-ci il tarixli amnistiya qərarına əsasən azad edilmişdir, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15, 93-3.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 234.1, 66.3 və 39-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzanın sonu ilə azad edilmişdir, Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzanın sonu ilə azad edilmişdir, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 93.1.4, 29.177.2.2, , 29.177.2.3, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 05 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzanın sonu ilə azad edilmişdir, Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 66.2, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzanın sonu ilə azad edilmişdir. İş materiallarında olan 01 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdr. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokolundan görünür ki, 29 yanvar 2024-cü il tarixdə saat 12.20-də Səbail RPİ-nin inzibati binasına könüllü gələrək, barəsində olan axtarışa görə könüllü gəldiyini bildirmişdir. İş materiallarında olan olan 29 yanvar 2024-cü il il tarixli “seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani şəkildə təsvir etməklə təsdiq etmişdir. İş materiallarında olan 08 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokollar, diskə baxış keçirilməsi barədə protokol, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolu, maddi ziyanın ödənilməsinə dair 22 iyul 2023-cü il tarixli qəbz və ərizələr, sübut növü kimi qəbul edilmişdir. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli Bakı şəhər Qaradağ rayon məhkəməsinin 4(002)-46/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. X2 əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafı, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddələrinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddələrinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddələrinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 13 iyul 2023-cü il tarixdə il tarixdə yenidən cinayət törətdiyindən cinayətin residivi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyin etmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxsnın əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxsnın əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını,habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 05 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddələrinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(002)-46/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(002)-46/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB **********0000607607, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar