Məhkəmə qərarları › İş №1(009)-161/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-161/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-161/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2002-cı ildə Hacıqabul rayonu, Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi məhkəməyə daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai borcunu yerinə yetirən şəxsə qarşı xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tanışları Şahid2, X2 və istintaqa şəxsiyyətləri məlum olmayan Vüqar, Vahid, Qara adlı digər şəxslərlə birlikdə 01 yanvar 2023-cü il tarixdə saat 01:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 onlara baxmasına tanışı Vahid adlı şəxsin irad bildirməsinə görə tərəflər arasında yaranmış mübahisə zamanı hadisə yerinə gələn şəxsiyyəti istintaqa məlum olmayan Nicat adlı digər tanışı ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və sonuncunun tanışı Zərərçəkmiş şəxs2 iradla razılaşmayıb mübahisə etmələrini özləri üçün qəbul edilməz hal hesab edərək, bunu cuzi səbəb kimi bəhanə edərək, öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, ictimai yerdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan ətrafda toplaşmış şəxslərin gözləri önündə nalayiq ifadələr işlətməklə əvvəlcə Nicat adlı şəxs Zərərçəkmiş şəxs1 burun nahiyyəsinə bir dəfə başı ilə zərbə endirməklə xuliqanlıq niyyəti ilə sonuncunun burun tənəffüsünün pozulması ilə müşayiət olunan və burun sümüklərinin cərrahi müdaxilə (repozisiya) tələb edən yerini dəyişmiş qapalı sınıqları, burunun yumşaq toxumaları şişkinliyi və qançırı, eləcə də hər iki gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirdikdən sonra, Təqsirləndirilən şəxs onunla həmrəylik nümayiş etdirib xuliqanlıq hərəkətlərinin davamı olaraq əlində silah qismində istifadə etdiyi bıçaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 hər iki ayaq nahiyyəsinin baldır hissəsələrinə ümumilikdə 4 dəfə zərbə vurmaqla sol budun yuxarı 1/3-nin bayır səthində iki , sağ sağrının aşağı bayır kvadratında bir, sağ budun yuxarı 1/3-nin arxa səthində bir deşilmiş-kəsilmiş yarayla müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirmiş, Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün real təhlükə kimi qəbul edib ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə münaqişəyə daxil olub Təqsirləndirilən şəxs hərəkətlərini dəf etməyə çalışan zaman, o, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 da silah qismində istifadə etdiyi həmin bıçaqla sağ ayaq nahiyyəsinin baldır hissəsinə bir dəfə, topuq hissəsinə də bir dəfə olmaqla ümumilikdə iki bıçaq zərbəsi endirib sağ budun orta 1/3-nin ön səthində bir ədəd və sağ aşıq-baldır oynağının bayır topuq səthində bir deşilmiş-kəsilmiş yarayla müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarətləri yetirib bu hərəkətləri ilə o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai borcunu yerinə yetirən şəxsə qarşı xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı bildirdi ki, iş üzrə aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən pozuntulara, o cümlədən həmin Məcəllənin 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verilməmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsaslar yoxdur, məhkəmədən həmin qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddəsi ilə məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Müdafiəçi bildirdi ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırması zamanı Cinayət Prosessual Məcəllənin tələbləri pozulmuşdur. Beləliklə cinayət işinin baxılmasına xitam verilməsi və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını, Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Azər Aslanlı barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntuya yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi öyrənilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əlində silah qismində istifadə etdiyi bıçaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 hər iki ayaq nahiyyəsinin baldır hissəsələrinə ümumilikdə dörd dəfə zərbə vurmaqla sol budun yuxarı 1/3-nin bayır səthində iki ədəd, sağ sağrının aşağı bayır kvadratında 1 ədəd, sağ budun yuxarı 1/3-nin arxa səthində bir deşilmiş-kəsilmiş yarayla müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirmiş, Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün real təhlükə kimi qəbul edib ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə münaqişəyə daxil olub Təqsirləndirilən şəxs hərəkətlərini dəf etməyə çalışan zaman, o, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 da silah qismində istifadə etdiyi həmin bıçaqla sağ ayaq nahiyyəsinin baldır hissəsinə bir dəfə, topuq hissəsinə də bir dəfə olmaqla ümumilikdə iki bıçaq zərbəsi endirib sağ budun orta 1/3-nin ön səthində bir ədəd və sağ aşıq-baldır oynağının bayır topuq səthində 1 ədəd deşilmiş-kəsilmiş yarayla müşahiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül bədən xəsarətləri yetirməsi qeyd edilmişdir. Halbuki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunur. İttihamın məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri yetirmiçdir. Beləliklə cinayət işinin materialları ilə müəyyən olunur ki, həqiqətən də, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-nin 303.3.6 maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmiş, ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikasının CPMnin 289.3.1 və 289.4-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 289.3.1-cı maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırki iş üzrə tərtib edilmiş ittiham aktında CPM-in 289.3.1-ci maddəsinə əsasən əməlin həmin maddə üzrə tövsif edilməsi üçün qanun normasının ifadə etdiyi tərkib əlamətlərinin mövcudluğunu nəzərdə tutan cinayətin törədilmə üsulları, ittihamın mahiyyətini əks etdirən zəruri tərkib elementləri və digər mühüm hallar Təqsirləndirilən şəxs münasibətdə düzgün əks olunmamışdır. Həmçinin, CPM-in 223.4-cü maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın nəticə hissəsində törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərildiyi halda, təsviri-əsaslandırıcı hissədə CPMin 223.3.2-ci maddəsinə əsasən, həmin maddə üzrə cinayət tərkibinin mövcudluğunu nəzərdə tutan cinayətin törədilmə üsulu, ittihamın mahiyyəti dəqiq təsvir edilməmişdir. İş üzrə ittiham aktı müvafiq hissələrdə CPM-in 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Təsbit olunanlara əsaslanaraq məhkəmə qeyd edir ki, ittiham aktında Nicat adlı şəxs tərəfindən törədilmiş əmələ görə, yəni Zərərçəkmiş şəxs1 zərbə endirməklə xuliqanlıq niyyəti ilə onun burun tənəffüsünün pozulması ilə müşayiət olunan və burun sümüklərinin cərrahi müdaxilə (repozisiya) tələb edən yerini dəyişmiş qapalı sınıqları, burunun yumşaq toxumaları şişkinliyi və qançırı, eləcə də hər iki gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirməsinə görə Təqsirləndirilən şəxs ittiham verilmişdir. Cinayət işi üzrə ittiham aktının CPM-in 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafıq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarınm mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasma xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntudur və bu halda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Qətimkan tədbirinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına zərurət yoxdur, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilməlidir. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, sadalanan xüsusatlara məcmu halında qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan kobud prosessual pozuntularının müəyyən edilməsi ilə bağlı cinayət işinin baxılmasına xitam verilməsi, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi barədə qərar qəbul edilməli, həmçinin fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi X3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 157, 165, 299, 300.1.5, 303.3.6, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Azər Aslanlı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar