Məhkəmə qərarları › İş №1(009)-161/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-161/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-161/2024 18.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Ö.F. Nemanzadə küçəsi, ev 4, mənzil 4-də qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 26 oktyabr 2020-ci il tarixdən başlayaraq 07 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 və 27 oktyabr 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(009)-263/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 3(009)-1164/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 08 (səkkiz) gün müddətinə həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 24 iyun 2023-cü və 03 avqust 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 12 sentyabr 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 6240,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, yaşadığı Bakı şəhərinin müxtəlif yerlərində fərdi olaraq baytarlıq işləri ilə məşğul olaraq aylıq gəliri orta hesabla 500-600 manat müqabilində təşkil edir. 2009-cu ilin noyabr ayının 21-də Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 28 noyabr 2009-cu il tarixdə Bakı nikah evi tərəfindən rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 07 sentyabr 2010cu il tarixdə Tamam adlı və 27 oktyabr 2011-ci il tarixdə Amira adlı iki qız övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2014-cü ilin may ayında ona heç bir söz demədən gəlin gəldiyi evdən iki azyaşlı uşaqları ilə birlikdə çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2020-ci ilin axırlarında ondan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkə¬məsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 26 oktyabr 2020-ci il tarixdən başlayaraq 07 sentyabr 2010-cu il təvəllüdlü Tamam Buksayevanın və 27 oktyabr 2011-ci il təvəllüdlü Amira Buksayevanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 26 fevral 2021-ci il tarixli, 2 (009)-263/ 2021 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsa¬sında Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs şikayəti əsasında ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. O, məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə 5800,00 manat məbləğində ödəniş etdiyini, 12 sentyabr 2023-cü il tarixədək 6240,00 manat qalıq borcu qaldığını və aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs iki az yaşlı uşaqları ilə ona görüşə icazə vermədiyi üçün ödəniş etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfədir cinayət əməli törətməsini, iki azyaşlı uşağının olmasını, hal-hazırda bütün aliment borclarının onun tərəfindən tam ödənildiyini və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək barəsində olan cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2009-cu ilin noyabr ayının 21-də Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 28 noyabr 2009-cu il tarixdə Bakı nikah evi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 07 sentyabr 2010-cu il tarixdə Tamam adlı və 27 oktyabr 2011-ci il tarixdə Amira adlı iki qız övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs iki azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı üçün məcburiyyət qarşısında qalaraq 2014cü ilin may ayında gəlin gəldiyi evdən iki azyaşlı uşaqları ilə birlikdə çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra uşaqların böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyi üçün və Təqsirləndirilən şəxs bir ata kimi azyaşdı uşaqlarının taleyi ilə maraqlanmadığına görə məcburiyyət qarşısında qalaraq 2020-ci ilin axırlarında sonuncudan boşanmağa görə və iki azyaşlı uşaqlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 26 oktyabr 2020-ci il tarixdən başlayaraq 07 sentyabr 2010-cu il təvəllüdlü X3 və 27 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 26 fevral 2021 -ci il tarixli, 2(009)- 263/2021 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ona ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasın¬da Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. O, məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə ona 5800,00 manat məbləğində ödəniş etdiyini və 12 sentyabr 2023-cü il tarixədək 6240,00 manat qalıq borcu qaldığını bildirmişdir. Zərərçəkmiş şəxs qızı, ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən bütün aliment borclarının tam ödənildiyini, ona qarşı şikayətçi olmadığını və barışıq əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(009)-263/2021 saylı icra sənədi üzrə Təqsirləndirilən şəxs 26 oktyabr 2020-ci il tarixdən başlayaraq 07 sentyabr 2010cu il təvəllüdlü X3 və 27 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 26 fevral 2021-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin adına tələbin yönəldilə biləcəyi heç bir daşınar və daşınmaz əmlakı aşkar edilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi tam qaydada icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində 14 iyun 2021-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilmiş və 02 iyul 2021-ci il tarixli, 065-18582-1221 saylı məktuba əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində 02 iyul 2021-ci il tarixli, 20526/21 nömrəli axtarış işinin açıldığı bildirilmişdir. 09 avqust 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun məhdud- laşdırılmasına dair təqdimatla Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin 07 sentyabr 2021-ci il tarixli, 8(009)-239/ 2021 saylı qərardadına əsasən təqdimat təmin edilərək Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. 06 oktyabr 2021-ci il tarixdə qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs axtarışının nəticəsinə dair 09 iyun 2022-ci il, 12 avqust 2022-ci il və 14 oktyabr 2022-ci il tarixlərdə Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə sorğu verilmişdir. Həmçinin borclunun ünvan 2 ünvanında hazırda yaşayıbyaşamama- sına dair 149 saylı Mənzil Kommunal Təsərrüfat Sahəsinə sorğu verilmiş və alınmış 29 dekabr 2022-ci il tarixli cavab məktubunda borclunun hazırda həmin ünvanda yaşamadığı bildirilmişdir. 12 iyun 2023-cü il tarixdə Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən borclu saxlanılaraq şöbəyə təhvil verilmiş, izahatı alınmış və barəsində protokol tərtib edilərək məhkəmə qarşısına çıxarılmış və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 3(009)- 1164/2023 saylı qərarı ilə borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. 24 iyun 2023cü il tarixdə borclu şöbəyə dəvət olunaraq izahatı alınmışdır. İnzibati qaydada həbs qərarından sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcu təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Zakir qızı 10 iyul 2023-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclu Təqsirləndirilən şəxs barəsində cinayət işinin açılması üçün iş materiallarını İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. Aliment borcunun ödənilməsi üçün borcluya 03 avqust 2023-cü il tarixdə yenidən xəbərdarlıq verilmişdir. Həmxinin banklarda pul vəsaitinin olub-olmaması, qeydiyyat ünvanında hazırda yaşayıb-yaşamaması, xasiyyətnaməsi, iş axtaran kimi məşğulluq idarəsindən qeydiyyatdan keçməsi, inzibati məsuliyyətə cəlb edilməsi bağlı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qəra¬rından apellyasiya şikayətinin verilib-verilməməsinə dair sorğular verilmişdir. 06 sentyabr 2023-cü il tarixdə borclunun qeydiyyatda olduğu ünvan 4 ünvanına baxış keçirilmiş, borcun yönəldilə biləcəyi əmlak aşkarlanmamışdır. Bu faktın təsdiqi ilə bağlı 06 sentyabr 2023-cü il tarixli akt tərtib edilmişdir. Borclu 18 aprel 2022-ci il tarixdə 200,00 manat, 05 may 2022-ci il tarixdə 3000,00 manat, 07 mart 2023-cü il tarixdə 2000,00 manat, 22 iyul 2023-cü il tarixdə 200,00 manat, 08 iyul 2023-cü il tarixdə 300,00 manat, 06 sentyabr 2023-cü il tarixdə isə 300,00 manat, ümumilikdə 6000,00 manat məbləğində ödəniş etmiş aliment ödənişi etmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyini lazimi qaydada yerinə yetirməmiş, alimentə görə borclu olduğu məbləği tam olaraq ödəməmiş və iş üzrə tələbkar Zərərçəkmiş şəxs 6240,00 manat borcu yaranmışdır. İş üzrə tələbkar Zərərçəkmiş şəxs ərizə ilə şöbəyə müraciət edərək borclu Təqsirləndirilən şəxs aliment borcu olduğundan cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 12 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 da digər Şahid1 ifadəsində göstərilmiş xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildirişdən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati xəta haqqında 12 iyun 2023-cü il tarixli, 3(009)-1164/2023 saylı qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(009)-263/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(009)-263/2021 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, 07 sentyabr 2010-cu il təvəllüdlü X3 və 27 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(009)-1164/2023 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X7, 07 sentyabr 2010-cu il təvəllüdlü X5 və 27 oktyabr 2011-ci il təvəllüdlü X6 adlı uşaqları vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilmısi haqqında” 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində 07 yanvar 2024-cü il tarixdə axtarış elan olunmuş və həmin gün cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdə saat 18:08-də Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. 08 fevral 2024-cü il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və eyni tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsi, şahidləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə hökm çıxaranadək tam icra etdiyindən cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 6240 manat aliment borcu tam olaraq ödənilmiş və ona qarşı şikayəti yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən göünür ki, 6240 manat aliment borcunu tam olaraq ödəmiş və barışıq əldə etmişdir. Eyni zamanda barəsində olan cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanununun 1.138.3-cü bəndindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsində “Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.” məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir. Həmin Qanunun 2.7-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət işləri və materiallara əməlin cinayət olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Göründüyü kimi, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanunu ilə edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsində göstərilir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin və təqsirləndirilən şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(009)-263/2021 saylı qətnaməsinə əsasən təyin edilmiş 6240 manat aliment borcunun onun tərəfindən tam ödənildiyini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə zalından azad edilməlidir. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 630 (altı yüz otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar