Məhkəmə qərarları › İş №1(009)-162/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-162/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-162/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Ramiz oğlunun, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 1993-cü ildə Yardımlı rayonu, Yardımlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi məhəllə 593, ev 62, mənzil 33-də qeydiyyatda olmaqla, hazırda “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə, saat 10:10-da etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs5 MMC-yə məxsus 2011-ci il buraxılışlı, qırmızı rəngli «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ilə üzü Bayıl qəsəbəsi istiqamətində, hərəkət hissəsinin sol kənarı ilə idarə edən zaman "Yol hərəkəti haqqında" Qanununun 50- ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməmiş və həmin tələbləri pozaraq ön hissəsi ilə eyni zolaqda və eyni istiqamətdə hərəkətdə olaraq qarşıda piyada keçidinin qarşısında tam dayanmış vəziyyətdə olan sürücü Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etmiş olduğu 1995-ci il buraxılışlı, gümüşü metallik rəngli «Bmw-328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vurması nəticəsində həmin avtomobil qarşıya irəliləyərək ön hissəsi ilə piyada keçidi üzərində addımlayan piyada Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vuraraq, Zərərçəkmiş şəxs3 döş qəfəsinin yumuşaq toxumasının və sol bud-çanaq oynağının əzilməsindən ibarət ümumilikdə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs2 burun sümüklərinin repozisiyası ilə (cərrahi müdaxilə) nəticələnmiş burun sümüklərinin yerini dəyişən qapalı sınığı, burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sol orbitanın üst divarının az yerini dəyişən qapalı sınığı, sol üst göz qapağının əzilmiş-cırılmış yarası, sol göz orbitası ətrafının qançırından ibarət dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmasına, hadisə zamanı «Bmw-328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 alın nahiyəsinin sol yarısının qançırından ibarət sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən və «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobildə arxa oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs4ı qızma sol dirsək oynağının arxa səthinin qançırından ibarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən və həmçinin Zərərçəkmiş şəxs1 idarə etdiyi «Bmw- 328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2960 manat, Zərərçəkmiş şəxs5 MMC-yə məxsus «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 4585 manat maddi ziyan vurmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs5 Məhdud Məsuliyyətli Cəmiyyəttinə məxsus qırmızı rəngli, 2011ci il buraxılışlı «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili özünə məxsus «BC» dərəcəli AE seriyalı, 015515 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə edir və «Referans» klinikasında sürücü vəzifəsində işləyir. 05 fevral 2021-ci il tarixdə, səhər saatlarında «Referans» klinikasından çağırış daxil oldu və bildirildi ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində qan analizi götürmək lazımdır. O, həmin klinikada tibbi bacısı vəzifəsində işləyən X5 ilə birlikdə qeyd olunan ünvana yollanıb geri qayıdan zaman, yəni saat 10:10-da idarə etdiyi, texniki cəhəhtdən saz vəziyyətdə olan «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində sol zolaqla düzünə təxminən 30-40 kilometr sürətlə hərəkətdə olduğu zaman qarşıda sol zolaqla eyni istiqamətdə hərəkətdə olan «Bmw 328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil «Ambassador» hotelin qarşısında olan piyada zolağının qarşısında qəfıldə tormozlanma etdiyi üçün, o fikirli olduğundan və ara məsafəsini düzgün müəyyən edə bilməyərək idarə etdiyi avtomobilin ön hissəsini həmin avtmobilin arxa hissəsinə vurmuşdur. Avtomobilsddən düşdükdən sonra ona məlum oldu ki, onun idarə etdiyi avtomobilin ön hissəsilə arxa hissəsini vurduğu «Bmw 328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil zərbədən qarşı tərəfə gedib piyada zolağı üzərində avtomobil yolunu keçən iki nəfər piyadanı vurmuşdur. İstintaq zamanı o həmin şəxslərin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 olmasını öyrənmişdir. O, da dərhal xəsarət almış həmin şəxslərə yaxınlaşıb səhhətləri ilə maraqlanmış və ilkin tibbi yardım göstərmişdir. Yol nəqliyyat hadisəsini yerinə toplaşmış şəxslərdən kimsə oraya təcili tibbi yardım çağırmışdır. Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili piyadalar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və onun avtomoblində sərnişin qismində olan X3 Bakı şəhəri 3 saylı Sabunçu Xəstəxanasına aparmışlar. Zərəçəkmiş şəxsərlə aralarında barışıq olmuş və onlara dəymiş zərər tamamilə ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 İbrahim oğlu ifadəsində göstərmişdir ki, X4 məxsus gümüşü metallik rəngli, 1995-ci il buraxılışlı «Bmw 328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir və «Bolt» taksi şirkətində sürücü işləyir. 05 fevral 2021-ci il tarixdə, təxminən sat 09:50 radələrində «Bolt» taksi şirkətindən ona sifariş daxil olmuşdur. O da idarə etdiyi texniki cəhəhtdən saz vəziyyətdə olan «Bmw 328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayon İcra hakimiyyətinin qarşısından bir nəfər qadın müştərini götürüb müştərinin qeyd etdiyi ünvana getmək üçün hərəkətə başlamışdır. Həmin gün saat 10:10-da o, idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində sol zolaqla düzünə hərəkətdə olduğu zaman sağ zolaqda eyni istiqamətdə hərəkətdə olan ağ rəngli «Hyundai Elantra» markalı avtomobilin piyada keçidinin qarşısında saxladığını görüb, o da idarə etdiyi avtomobili piyada keçidinin qarşısında saxlamışdır. Həmin vaxtı piyada zolağı üzərində iki nəfər piyadanın onun avtomobilinin qarşısından keçən zaman, arxadan sol zolaqla eyni istiqamətdə gələn «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə qəfildən onun avtomobilinin arxa hissəsini vurmuşdur. Zərbənin təsirindən onun avtomobili qarşı tərəfə irəliləmiş və avtomobilinin ön hissəsi həmin iki nəfər piyadalara dəymişdir. Zərbədən həmin şəxslər yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayıb avtomobildən düşərək həmin piyadalara yaxınlaşıb ilkin tibbi yardım göstərməyə çalışmışdır. Yol nəqliyyat hadisəsini yerinə toplaşmış şəxslərdən hər hansı biri oraya təcili tibbi yardım çağırmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım gəlmiş və istintaq zamanı adlarını bildiyi piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Bakı şəhəri 3 saylı Sabunçu Xəstəxanasına aparmışlar. Onun avtomobilində sərnişin qismində əyləşmiş müştəri qadın hadisədən sonra kiməsə zəng etdiyi üçün onu gəlib aparmışlar. Belə ki, həmin qadın yol nəqliyyat hadisəsi zamanı xəsarət almamışdır. Bundan sonra ona məlum olmuşdur ki, «Chevrolet Cruze» markalı avtomobildə arxa oturacaqda sərnişin qismində əyləşmiş olan, istintaq zamanı adını bildiyi X5 da həmin yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. O, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqim edərək göstərmişdir ki, avto qəza nəticəsində ona dəymiş maddi və mənəvi ziyan ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, barışmışlar. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ilə ifadəsində göstərmişdir ki, 05 fevral 2021-ci il tarixdə, saat 10:10-da tanışı Zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində «Ambassador» hotelin yaxınlığından avtomobil yolununu qarşı tərəfə, yəni Şəlala parkı istiqamətdə piyada keçidi üzərində keçmək üçü piyada keçidi ilə hərəkət edərkən sol tərəfdən sol zolaqla düzünə hərəkət edən gümüşü metallik rəngli «Bmw 328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili piyada keçidinin qarşısında tam saxlayıb onlara yol vermiş və o, Ramil ilə birlikdə həmin avtomobilin qarşısından piyada keçidi üzərində hərəkətini davam etdirən zaman sol tərəfdən sol zolaqla düzünə gələn «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə tam dayanmış vəziyyətdə olan «Bmv 328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vurmuşdur. Zərbənin təsirindən «Bmv 328» markalı avtomobil qarşı tərəfə gələrək ön hissəsi ilə Ramil və onu vurub yerə yıxmış, onlar müxtəlif bədən xəsarətləri almışlar. Bundan sonra hadisə yerinə kənar şəxslər toplaşmış və hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Ramil və onu Bakı şəhəri 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. O, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir, onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 05 fevral 2021-ci il tarixdə, saat 10:10-da tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində «Ambassador» hotelin yaxınlığından avtomobil yolununu qarşı tərəfə, yəni Şəlala parkı istiqamətdə piyada keçidi üzərində keçmək üçü piyada keçidi ilə hərəkət edərkən sol tərəfdən sol zolaqla düzünə hərəkət edən gümüşü metallik rəngli «Bmw 328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili piyada keçidinin qarşısında tam saxlayıb onlara yol vermiş və o, Ramil ilə birlikdə həmin avtomobilin qarşısından piyada keçidi üzərində hərəkətini davam etdirən zaman sol tərəfdən sol zolaqla düzünə gələn «Chevrolet Cruze» markalı, 99- PD-530 dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə tam dayanmış vəziyyətdə olan «Bmv 328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vurmuşdur. Zərbənin təsirindən «Bmv 328» markalı avtomobil qarşı tərəfə gələrək ön hissəsi ilə Fəxri və onu vurub yerə yıxmışdır. Zərbənin təsirindən Fəxri ilə o, müxtəlif bədən xəsarətləri almışdır. Bundan sonra hadisə yerinə kənar şəxslər toplaşmış və hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Fəxri və onu Bakı şəhəri 3 saylı Sabunçu xəstəxanasına aparmışlar. Sonradan ona məlum olmuşdur ki, «Chevrolet Cruze» markalı avtomobildə arxa oturacaqda sərnişin qismində əyləşmiş olan, istintaq zamanı adını bildiyi X5 da həmin yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. O, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyantam ödənilmişdir, ona qarşı heç şikayəti və iddiası yoxdur. Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi qismində tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5nnin əməkdaşıdır. Qeyd olunan şirkəti dövlət və qeyri-dövlət orqanlarında təmsil etməyi üçün ona 26.02.2021-ci il tarixli, GM070 nömrəli etibarnamə verilmişdir. 2011-ci il buraxılışlı, qırmızı rəngli, 1G1PF5SC7C7155781 ban nömrəli, «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs5nə məxsusdur. 08 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 MMC tərəfindən Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixədək qeyd olunan nəqliyyat vasitəsini idarə etmək hüququ verən etibarnamə verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs5 MMC-yə məxsus, «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olaraq qarşıda piyada keçidinin qarşısında dayanmış vəziyyətdə olan sürücü Zərərçəkmiş şəxs1 etibarnamə əasında idarə etmiş olduğu gümüşü metallik rəngli «Bmw-328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vurması nəticəsində həmin avtomobil qarşıya irəliləyərək ön hissəsi ilə piyada keçidi üzərində addımlayan istintaq zamanı adlarını bildiyi Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurmuşdur. Sonradan sürücü Təqsirləndirilən şəxs MMC-yə yaxınlaşaraq yol nəqliyyat hadisəsi törətdiyini və sığorta şirkətindən şikayətçi olduğunu bildirmişdir. O da məhkəməyə şikayət etməsini Səidə bildirmişdir. Həmin yol-nəliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs5 MMC-yə məxsus «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə qüsur aktına əsasən ümumilikdə 4.585 (dörd min beş yüz səksən beş) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs avtomobilin ödənişlərini vaxtlı vaxtında ödədiyindən hazırda şirkətin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 05 fevral 2021-ci il tarixdə, saat 10:10-da idarə etdiyi ağ rəngli «Hyundai Elantra» markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində «Ambassador» otelin yaxınlığında sağ zolaqla üzü «Dağüstü» park istiqamətdə saatda 40-50 km/sürətlə hərəkətdə olduğu zaman qarşıda sağ tərəfdən piyada keçidinə iki nəfər piyadanın yolu qarşıdan qarşıya keçməyə çalışdığını görüb, avtomobilin sürətini azaldaraq piyada keçidi qarşısında dayanmışdır. Həmin vaxt «Bmw 328» markalı avtomobilin sürücüsü də avtomobilini piyada keçidi qarşısında saxlamışdır. Arxadan eyni istiqamətdə gələn «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə qəfildən «Bmw 328» markalı avtomobilin arxa hissəsini vurmuşdur. Zərbənin təsirindən «Bmw 328» markalı avtomobil qarşı tərəfə getmiş və avtomobilin ön hissəsi həmin iki nəfər piyadalara dəymişdir. Zərbədən həmin şəxslər yerə yıxılmışdır. O da dərhal avtomobildən düşərək həmin piyadalara yaxınlaşıb səhhətləri ilə maraqlanmışdır. Yol nəqliyyat hadisəsini yerinə toplaşmış şəxslərdən bir nəfər yol nəqliyyat hadisəsi yerinə təcili tibbi yardım çağırmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlmiş və istintaq zamanı adlarını bildiyi piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Bakı şəhəri 3 saylı Sabunçu Xəstəxanasına aparmışlar. Daha sonra o, avtomobilə əyləşərək oradan çıxıb getmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bağlı heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından «Referans» klinikasında tibb bacısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs da həmin klinikada sürücü vəzifəsində işləyir. 05 fevral 2021-ci il tarixdə, səhər saatlarında «Referans» klinikasından çağırış daxil olmuş və bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində qan analizi götürmək lazımdır. O da Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeyd olunan ünvana yollanmışlar. Səid avtomobili idarə etmiş, o isə avtomobilin arxa oturağanda sağ tərəfdə əyləşmişdir. Klinikaya geri qayıdan zaman, yəni saat 10:10-da Səid idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsində sol zolaqla düzünə hərəkətdə olduğu zaman qarşıda hərəkətdə olan «Bmw 328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil «Ambassador» hotelin qarşısında olan piyada zolağının qarşısında qəfıldə tormozlanma etdiyi üçün, ara məsafəsi az olduğundan Səid idarə etdiyi avtomobili saxlaya bilməyib ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsini vurmuşdur. Bu zaman Səidin idarə etdiyim avtomobilin sükan hissəsində olan hava yastığı açılmışdır. Həmin vaxtı əvvəlcə Səid avtomobildən düşmüşdür. O da avtomobildən düşmək istəsə də avtomobilin qapısını aça bilməmiş və bunun üçün qışqırmışdır. Səid avtomobilin sağ tərəfmə yaxınlaşaraq avtomobilin arxa sağ qapısını çöldən açmış və o, avtomobildən düşmüşdür. Yol nəqliyyat hadisəsi nəticəsində o, sol dirsək oynağı nahiyəsindən xəsarət almışdır. Bundan sonra ona məlum olduğu ki Səidin idarə etdiyi avtomobilin ön hissəsilə arxa hissəsini vurduğu «Bmw 328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobil zərbədən qarşı tərəfə gedib piyada zolağı üzərində avtomobil yolunu keçən iki nəfər piyadanı vurmuşdur. İstintaq zamanı o, həmin şəxslərin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 olmasını öyrənmişdir. Yol nəqliyyat hadisəsini yerinə toplaşmış şəxslərdən hər hansı biri oraya təcili tibbi yardım çağırmışdır. Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili piyadalar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və onu Bakı şəhəri 3 saylı Sabunçu Xəstəxanasına aparmışlar. Xəstəxanada onu müayinə edib, tibbi yardım göstərdikdən sonra evə buraxmışlar. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 Səbail rayon şöbəsinin 05 fevral 2021-ci il tarixli 52 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 olan xəsarət - alın nahiyəsinin sol yarısının qançırı küt əşyanın (alətin) təsirindən törənmişdir, 05 fevral 2021-ci il tarixli avtomobil travması, o cümlədən dayanmış (hərəkətsiz) vəziyyətdə olan avtomaşının arxa tərəfdən hərəkətdə olan avtomaşnla vurulması nəticəsində sürücü qismində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X9 X10 rayon şöbəsinin 15 fevral 2021-ci il tarixli 58 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 olan xəsarətlər - burun sümüklərinin repozisiyası ilə (cərrahi müdaxilə) nəticələnmiş burun sümüklərinin yerini dəyişən qapalı sınığı, burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, sol orbitanın üst divarının az yerini dəyişən qapalı sınığı, sol üst göz qapağının əzilmiş-cırılmış yarası, sol göz orbitası ətrafının qançırı bərk küt əşyanın (əşyalarıntəsirindən törənmişlər, 05 fevral 2021-ci il tarixdli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 Səbail rayon şöbəsinin 17 fevral 2021-ci il tarixli 74 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 olan xəsarətlər sol dirsək oynağının arxa səthinin qançırı küt əşyanın (alətin) təsirindən törənmişlər, 05 fevral 2021-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşının dayanıqlı vəziyyətdə olan avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 Səbail rayon şöbəsinin 30 mart 2021-ci il tarixli 132 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 19 mart 2021-ci il tarixli məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs3 adma tərtib olunmuş tibbi sənəddə xəsarət kimi qiymətləndirilən “Döş qəfəsinin yumşaq toxumasının və sol bud-çanaq oynağın əzilməsi” diaqnozu küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə yəni, 05 fevral 2021-ci il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşınının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 04 mart 2021-ci il tarixli 8/392 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Bmw 328» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Chevrolet Cruze» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. İş materiallarında olan 05 fevral 2021-ci il tarixli, 2/2688 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş və müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 18 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 18 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 19 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, 05 fevral 2021-ci il tarixdə, saat 10:10-da Təqsirləndirilən şəxs idarə etdiyi «Chevrolet Cruze» markalı avtomobil ilə onun idarə etdiyi «Bmw 328» markalı avtomobili vurması nəticəsində o, bədən xəsarəti almışdır. Ona dəymiş maddi və mənəvi ziyan ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 26 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 27 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 29 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 30 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmişin nümayəndəsi qismində tanınma haqqında 31 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 MMC-nin nümayəndəsi Nümayəndə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən Səbail RPİ-nə daxil olmus Təhlükəsiz Səhər Xidmətinin TS-1-095 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının 05 fevral 2021-ci il tarixdə, saat 10:09-dan 10:11dək olan müddətdəki görüntüləri köçürülmüş 1 (bir) ədəd DVD formatlı disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. 05 fevral 2021-ci il tarixdə Bakı şəhəri Səbail RPİ-nin baş təhqiqatçısı polis mayoru Əli İsmayılov tərəfindən “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə ”protokol tərtib edilərkən hadisə yerinin sxemi və mobil telefonla foto şəkillər çəkilmiş və həmin foto şəkillər iş materillarına əlavə olunmuşdur. Qeyd olunan foto şəkillər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunması nəzərə alınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 16 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokurorluğuna göndərilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01(bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi zamanı çəkilmiş 09 (doqquz) ədəd foto şəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1.-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01(bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi zamanı çəkilmiş 09 (doqquz) ədəd foto şəkil cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokurorluğuna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar