Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-162/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi: Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi: Bakı şəhər “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, ev 113, mənzil 26 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talayaraq mənimsəmişdir. Belə ki, o, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2əhəllə 3153-57, mənzil 74 olan Zərərçəkmiş şəxs MMC-də 11 mart 2021-ci il tarixdən satınalmalar üzrə mütəxəssis vəzifəsində işləyərkən, həmin cəmiyyətlə arasında bağlanmış 11 mart 2021-ci il tarixli əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmaya və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, maddi məsul şəxs kimi ona təhkim olunan ünvan 3 ünvanında olan mağazaya payladığı malların gündəlik satışından əldə edilmiş pul vəsaitini Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən “X6”-dakı ofisində səlahiyyətli nümayəndələrə və ya müvəkkil edilmiş banklara təhvil verilməsi ilə bağlı üzərinə qoyulmuş vəzifələri icra etməyərək, tamah niyyətilə özgə əmlakını mənimsəmək məqsədilə, davamlı olaraq mənimsəməyə yönələn və vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməllərini həyata keçirərək 22 may 2021-ci il tarixdə 584 manat, 24 may 2021-ci il tarixdə 702 manat, 25 may 2021-ci il tarixdə 1216 manat, 26 may 2021-ci il tarixdə 989 manat, 27 may 2021-ci il tarixdə 1210 manat, 28 may 2021-ci il tarixdə 857 manat, 29 may 2021-ci il tarixdə 872 manat, 30 may 2021-ci il tarixdə 794 manat, 31 may 2021-ci il tarixdə 638 manat, 01 iyun 2021-ci il tarixdə 825 manat, 02 iyun 2021-ci il tarixdə 990 manat, 04 iyun 2021-ci il tarixdə 840 manat, 05 iyun 2021-ci il tarixdə 838 manat, 06 iyun 2021-ci il tarixdə 793 manat, cəmi 12148,00 manat pul vəsaitini kassa qəbul blanklarına imza edib Cəmiyyətin ünvan 3 ünvanında yerləşən mağazasından nağd şəkildə qəbul edərək ünvan 4 ünvanında yerləşən “X6”-dakı ofisində səlahiyyətli nümayəndələrə və ya müvəkkil edilmiş banklara təhvil verməmiş, habelə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən filialında Zərərçəkmiş şəxs MMC-nin müvafiq hesabına mədaxil etmək üçün Cəmiyyətin ünvan 4 ünvanında yerləşən “X6”-dakı ofisində 31 may 2021-ci il tarixdə qeydiyyat dəftərinə imza atmaqla nağd şəkildə aldığı 4000,00 manat pul vəsaitini təyinatı üzrə ödəməyib, özünün şəxsi ehtiyaclarına, yəni “Topaz” idman mərc oyunlarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş özgə əmlakını talamaqla Zərərçəkmiş şəxsnə ümumilikdə 16148,00 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla mənimsəmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs (mülki cavabdeh), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC ilə onun arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli əmək müqaviləsinin şərtlərinə görə o, təchizat və təftiş mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, 11 mart 2021-ci il tarixli əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşma ilə isə satınalmalar üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. Həmin razılaşmaya əsasən, onun vəzifə səlahiyyətlərinə cəmiyyətin tabeçiliyində olan mağazalardan xəzinədə olan pulların yığılması, cəmiyyətin sifarişləri əsasında qida və qeyri-qida məhsullarının alınması, dövriyyədə olan nağd vəsaitlərin cəmiyyətin müvafiq hesablarına yatırılması və cəmiyyətin fiziki şəxslərlə borclu olduğu məbləğləri cəmiyyətə məxsus və sərəncamında olan pul vəsaitləri hesabına ödənilməsi vəzifələri aid edilmişdir. İşi meyvə və tərəvəz, kənd təsərrüfatı məhsullarının alışı və mağazalara paylanması, daha sonra mağazalardan pulların yığılıb kassaya ödənilməsindən ibarət olmuşdur. İşə qəbul edilən ərəfədə hər gün saat 12-13 radələrində ünvan 4 ünvanında yerləşən “X6”-dakı ofisdən ona 1000-1500 manat civarında pul vəsaiti verilmişdir. Həmin pullarla o, “Meyvəli” ticarət mərkəzindən meyvə-tərəvəz, “8-ci km” bazarından kənd təsərrüfatı və Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən mağazaların birindən ət məhsullarını aldıqdan sonra MMC-nin “Azadlıq” və “İnqilab” prospektlərində, habelə paytaxtın digər yerlərində olan filiallarına paylamışdır. Məhsulları paylayan zaman qaimələr tərtib olunmuşdur. Daha sonra filiallardan əvvəlki günün alver pulunu götürərək MMC-nin Səbail rayonundakı ofisinə təhvil vermiş, filiallardan pulu götürən zaman kassa qəbul blankı tərtib edilmişdir. Həmin blank onun və Şahid1 adlı şəxs tərəfindən imzalanmışdır. O, qeyd edilən kassa qəbul blankını və gündəlik alverin pulunu aparıb ofisə təqdim etmişdir. 2021-ci ilin may ayınadək Zərərçəkmiş şəxs MMC-nin bir neçə filialı ləğv olunmuş və bu səbəbdən yalnız “İçərişəhər” filialı fəaliyyət göstərmişdir. Bundan sonra o, yuxarıda qeyd etdiyi işləri təkcə həmin filialı ilə görmüşdür. Yalnız bir filial qaldıqdan sonra ona gündəlik bazarlıq üçün daha az məbləğ, təxminən 400-500 manat məbləğində pul verilmişdir. Həmin ərəfələrdə onun “Topaz” idman mərc oyunlarına böyük marağı yaranmışdır. Buna görə də 22 may 2021-ci il tarixindən 06 iyun 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 3 ünvanında yerləşən mağazasından gündəlik satışdan eldə edilən pul vəsaitlərini götürərək hər iş gününün sonunda MMC-nin səlahiyyətli nümayəndələrinə təhvil verməli olduğu halda, pulu verməmiş və həmin pulları “Topaz” totalizatorunda uduzmuşdur. Pulları mənimsədikdən sonra bu barədə Cavid adlı şəxsə məlumat vermiş və sonuncu cəmiyyətin baş direktoru Şahid3 onun törətdiyi əməl barədə xəbər vermişdir. Səbuhi ona borc müqaviləsini bağlamağı təklif etmiş və məsələni öz aralarında həll etməyi əsas gətirərək hüquq mühafizə orqanlarına bu barədə məlumat verməyəcəyini bildirmişdir. 08 iyun 2021-ci il tarixdə o, Şahid3 adına izahat vermişdir. O, “Topaz” totalizatorunda “22612222” nömrəli hesabdan istifadə etdiyini, ümumilikdə sözügedən idman mərc oyunlarına 13891 (on üç min səkkiz yüz doxsan bir) manat məbləğində pulu nağd şəkildə uduzduğunu bildirmişdir. Zərərçəkmiş şəxs MMC-nin dəftərində 31 may 2021-ci il tarixinə aid olan 4000 manat pul vəsaitini isə cəmiyyətin ehtiyaclarına sərf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilən mülki iddianı qismən yəni, 12148 manat hissədə qəbul etdiyini, həbs olunmayacağı təqdirdə dəymiş ziyanı hissə-hissə ödəməyə hazır olduğunu, əvvəllər məhkum olunmamasını, ilk dəfədir az ağır cinayət törətməsini və gənc olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talaması ilə bağlı cinayət əməlini törətməsi, onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, müstəqil auditorun hesabatı, ekspertiza rəyləri və cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin fəaliyyəti əsasən kənd təsərrüfatı məhsullarının satışından ibarətdir. Nümayəndəsi olduğu Zərərçəkmiş şəxs direktoru rayon prokurorluğuna ərizə ilə müraciət edərək cəmiyyətdə satınalmalar üzrə mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində əmlak ziyanı vurulmasını göstərmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs MMC arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli əmək müqaviləsinin şərtlərinə görə o, təchizat və təftiş mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, 11 mart 2021-ci il tarixli əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşma ilə isə satınalmalar üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. Həmin razılaşmaya əsasən, Vasifin vəzifə səlahiyyətlərinə cəmiyyətin tabeçiliyində olan mağazalardan xəzinədə olan pulların yığılması, cəmiyyətin sifarişləri əsasında qida və qeyri- qida məhsullarının alınması, dövriyyədə olan nağd vəsaitlərin cəmiyyətin müvafiq hesablarına yatırılması, habelə cəmiyyətin fiziki şəxslərlə borclu olduğu məbləğləri cəmiyyətə məxsus və sərəncamında olan pul vəsaitləri hesabına ödənilməsi vəzifələri aid edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin ünvan 5 ünvanında yerləşən mağazasından gündəlik satışdan əldə edilən pul vəsaitlərini götürərək hər iş gününün sonunda Zərərçəkmiş şəxs MMC-nin səlahiyyətli nümayəndələrinə və ya banklara təhvil verməli, həmçinin ona verilmiş pul vəsaiti əsasında müvafiq tədarükçülərin sifariş edilən məhsullarının alışını həyata keçirməliydi. 08 iyun 2021-ci il tarixində Zərərçəkmiş şəxs MMC-nin “İçərişəhər” filialının səlahiyyətli nümayəndələri tərəfindən növbəti inventarlaşdırma zamanı aşkar edilmişdir ki, 22 may 2021-ci il tarixindən 06 iyun 2021-ci il tarixədək olan müddət ərzində 17.579 (on yeddi min beş yüz yetmiş doqquz) manat məbləğində pul mağazadan Təqsirləndirilən şəxs təhvil verilsə də, sonuncu tərəfindən şirkətin xəzinəsinə təhvil verilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs MMC-nin “İçərişəhər” filialının kassa qəbul blankları və ödəniş kitablarına baxış keçirilən zaman Vasifin qanunsuz əməlləri öz təsdiqini tapmışdır. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixində izahat alınmış, sonuncu özü də Zərərçəkmiş şəxs MMC-nin direktoruna verdiyi izahatında təqsirini və mənimsədiyi pul vəsaitinin məbləğini etiraf etmişdir. Həmçinin sözügedən izahatda pul vəsaitini 30 iyun 2021-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-yə geri qaytarmağı vəd etsə də bugünədək həmin məbləği qaytarmamış, nəticədə 17.579 (on yeddi min beş yüz yetmiş doqquz) manat pulu mənimsəyərək Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan vurmuşdur. Mənimsənmiş məbləğin dəqiq müəyyən edilməsi üçün Zərərçəkmiş şəxs MMC tərəfindən sərbəst auditor Şahid6 müraciət edilmiş və sonuncu tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli müstəqil auditor hesabatında Təqsirləndirilən şəxs mənimsəmə halı tam olaraq öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 noyabr 2021-ci il tarixdə onunla əmək münasibətlərinə xitam verilmişdir. Zərərçəkmiş şəxsndə maliyyə hesabatı zamanı müəyyən məbləğdə pul vəsaitinin çatışmazlığı aşkar edildiyi üçün cəmiyyət tərəfindən Təqsirləndirilən şəxs bununla bağlı müraciət edildikdə sonuncu 17829 manat məbləğində pulun itirdiyini bildirmişdir. Guya ki, itirdiyi məbləği ən qısa müddət ərzində geri qaytarmağı vəd edən Təqsirləndirilən şəxs, hətta bunun təsdiqi üçün borc müqaviləsinin bağlanmasına razılıq vermişdir. Cəmiyyət öz humanist mövqeyini nümayiş etdirərək, habelə Təqsirləndirilən şəxs həqiqətən də, pul vəsaitinin itirdiyinə inanaraq 07 iyun 2021-ci il tarixdə sonuncu ilə borc müqaviləsi bağlamışdır. Lakin, artıq 08 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə apardıqları növbəti danışıq zamanı sonuncu etibar edilmiş pul vəsaitini itirmədiyini, mərc oyunlarında uduzduğunu bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs, hətta qeyd edilən vəsaitin mənimsənməsini təsdiq edən izahatla Zərərçəkmiş şəxs MMC-yə müraciət edərək təkrar 30 iyun 2021-ci il tarixədək vaxt verilməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində nümayəndəsi olduğu Zərərçəkmiş şəxs MMC-yə 17.579 (on yeddi min beş yüz yetmiş doqquz) manat məbləğində maddi ziyan vurulduğunu göstərsə də, məhkəmə-mühasibatlıq ekspertizasının 28 mart 2022-ci il tarixli, 9/607 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 22 may 2021-ci il tarixdən 06 iyun 2021-ci il tarixinədək olan dövrdə Zərərçəkmiş şəxs MMCdə 16977,00 manat çatışmazlıq müəyyən edilir. Təqsirləndirilən şəxs uzun müddət ərzində cəmiyyətin əməkdaşı olduğuna görə, rəhbərlik tərəfindən sonuncuya müəyyən güzəştlər edilmişdir. Belə ki, müəyyən hallarda Vasifə nağd şəklində pul vəsaiti verilən zaman sonuncu tərəfindən sənədlərə imza atılmamışdır. Bu səbəbdən 602 manat məbləğində pulun Vasif tərəfindən mənimsənməsi sənədlərdə öz əksini tapmamışdır. Sözügedən məhkəmə-mühasibatlıq ekspertizasının 28 mart 2022-ci il tarixli, 9/607 nömrəli rəyi ilə razıdır. Zərərçəkmiş şəxs MMC-nin Səbail rayon prokurorluğuna ünvanlandığı şikayət ərizəsində qeyd edilən inventarlaşdırma faktiki olaraq sadə maliyyə hesabatı olmaqla mühasib və şirkət rəhbəri tərəfindən incələnmişdir. Belə ki, hər hansı inventarlaşdırma aktı yoxdur. Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində cəmiyyətin maliyyə dövriyyəsində yaranmış çatışmazlıqlar mühasib tərəfindən aşkarlanmışdır. Aşkar edildikdən sonra bununla bağlı Vasifə məlumat verilmiş, sonuncu əməllərini etiraf etmiş və bununla bağlı mənimsədiyi pul məbləğini 30 iyun 2021-ci il tarixədək ödəyəcəyinə dair izahat vermişdir. Bundan sonra qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, baş vermiş mənimsəmə faktının təsdiq edilməsi üçün Zərərçəkmiş şəxs MMC tərəfindən auditora müraciət edilmiş və müvafiq müstəqil auditorun hesabatı alınmışdır. Zərərçəkmiş hüquqi şəxs (müki iddiaçı) Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs tərəfindən sözü gedən şirkətə vurulmuş ziyanın hazırki vaxta qədər ödənilmədiyini və ona qarşı şikayətçi olunduğunu, eyni zamanda mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs MMC-yə vurulmuş 16148 (on altı min yüz qırx səkkiz) manat ziyanın cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildə Zərərçəkmiş şəxs MMC-nin ünvan 3 ünvanında yerləşən mağazasında təxminən 3 ay müddətində inzibatçı vəzifəsində çalışmışdır. Onun əmək funksiyasına mağazaya gələn malların qaimə üzrə qəbul edilməsi, mağazanın kollektivi tərəfindən əmək və icra intizamına əməl olunması, gündəlik satışdan əldə edilən pulların inkassatora, yəni satınalmalar üzrə mütəxəssisə verilməsi və digər səlahiyyətlər aid edilmişdir. Zərərçəkmiş şəxs MMC-də satınalmalar üzrə mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs həmin şirkətdə işlədiyi vaxtdan tanımışdır. O, Vasifi çox sakit, sadə, ürəyi təmiz və tərbiyəli insan kimi xarakterizə etmişdir. Vasif demək olar ki, hər gün saat 09 radələrində onun işlədiyi mağazaya meyvə-tərəvəz, ət, süd və digər kənd təsərrüfatı məhsullarını gətirmiş, həmin məhsulları “Meyvəli” ticarət mərkəzindən, “8-ci km” bazarından və Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən mağazaların birindən almışdır. Növbəti gün Vasif satışdan əldə edilən pul vəsaitlərini onun çalışdığı mağazadan götürmüşdür. Filialdan pulu təhvil alan zaman kassa qəbul blankı tərtib edilmiş və həmin blank həm onun, həm də Vasif tərəfindən imzalanmışdır. Bundan sonra Vasif götürdüyü pulu Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən “X6”dakı ofisində mədaxil etməliydi. Onun fəaliyyət göstərdiyi mağazada, həmçinin Ellaza xanım və Qardaşxan müəllim çalışıblar. Hər ikisi hazırda digər yerlərdə işləyirlər. Həmin mağazada Sənan adlı şəxs də çalışmış, lakin sonradan Moldova Respublikasına köçmüşdür. Cəmiyyətin inkassatoru yalnız Vasif olmuşdur. Vasifin vəzifə səlahiyyətlərində mağazada olan pulların yığılması və cəmiyyətin müvafiq hesablarına mədaxil etməsi nəzərdə tutulmuşdur. Vasifin digər səlahiyyətləri barədə onun heç bir məlumatı yoxdur. Vasif işlədiyi son günlərdə özünü narahat hiss etmiş, heç kəslə danışmamış və zarafatlar etməmişdir. O, Vasifin çox üzgün və peşman olduğunu hiss etmişdir. O, bunun səbəbini Vasifin Sadiq adlı dostundan soruşanda sonuncu cavab vermək istəməmişdir. Vasif işlədiyi dövrdə Zərərçəkmiş şəxs MMC-nin “İçərişəhər” və "xxxx" filialları fəaliyyət göstərmişdir. Cəmiyyətin digər filialları öz fəaliyyətlərini o, işə düzəlməmişdən əvvəl dayandırmışlar. 2021-ci ilin iyun ayında ona məlum olmuşdur ki, Vasif Zərərçəkmiş şəxs MMC-yə məxsus olan pulları qumar oyunlarında uduzdu. Lakin Vasifin konkret olaraq hansı məbləğdə pul vəsaitinin uduzması barədə heç kəsin dəqiq məlumatı olmamışdır. Həmin söhbətdən sonra o, Vasifi bir dəfə də olsun görməmişdir. Vasifin Elşən adlı qohumu Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinin üzvü olmuşdur. Onun bildiyinə görə, Vasifin məsələsindən sonra Elşən müəllim tutduğu vəzifəsindən azad olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayından Zərərçəkmiş şəxs MMC-də mühasibatlıq uçot sənədlərinə nəzarət edir. Əmək funksiyasına, həmçinin nağd pul vəsaitlərinin təhvil-təslimi aid edilmişdir. Zərərçəkmiş şəxs MMC-də işləmiş Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin əvvəllərindən tanımışdır. Vasif satınalmalar üzrə mütəxəssis kimi demək olar ki, hər gün ünvan 4 ünvanında yerləşən “X6”-dakı baş ofisdən nağd şəkildə pul vəsaiti götürmüşdür. Həmin pul vəsaiti hesabına Vasif şirkətin gündəlik fəaliyyəti üçün mallar almış, şirkətin borclu olduğu fiziki şəxslərə nağd şəkildə pul vəsaitləri qaytarmış, MMC-nin fəaliyyəti ilə bağlı kommunal və sair xərcləri ödəmiş, həmçinin gündəlik fəaliyyətindən əldə edilmiş pul vəsaitini cəmiyyətin bank hesabına mədaxil etmişdir. Vasif əvvəllər “Meyvəli” ticarət mərkəzindən meyvə-tərəvəz, “8-ci km” bazarından kənd təsərrüfatı və Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən mağazaların birindən ət məhsullarını aldıqdan sonra cəmiyyətin paytaxtın müxtəlif yerlərində yerləşən filiallarına paylamışdır. Lakin sonradan mağazalarının çox hissəsi ölkədə “Covid-19” pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyətlərini dayandırmışlar. Təxminən 2021-ci ilin may ayından Zərərçəkmiş şəxs MMC-nin yalnız “İçərişəhər” filialı fəaliyyət göstərmişdir. Bu səbəbdən Vasif yalnız həmin filialla işlərini görmüşdür. Onun sözlərinə görə, Vasifdən başqa cəmiyyətdə satınalmalar üzrə mütəxəssis vəzifəsində heç kəs işləməmişdir. 2021-ci ilin iyun ayında artıq Zərərçəkmiş şəxsndə işləməyən Əhməd adlı mühasib gün ərzində dəfələrlə Vasifin cəmiyyətə məxsus olan pulların kassaya mədaxil etməməsi barədə rəhbərliyə məlumat vermişdir. Bundan sonra Vasif müxtəlif bəhanələri əsas gətirərək şirkətə məxsus olan pul vəsaitlərini kassaya mədaxil etməmişdir. Vasif ifşa olunandan sonra məlum olmuşdur ki, sonuncu cəmiyyətə məxsus olan pulları idman mərc oyunlarına sərf etmişdir. Vasif 31 may 2021-ci il tarixindən başqa, hər zaman ofislərindən təhvil aldığı pulu kassaya mədaxil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin mart ayından 2021-ci ilin iyul aymadək Zərərçəkmiş şəxs MMC-nin direktoru vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs MMC-də satınalmalar üzrə mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tanıyır. Vasif hər gün meyvə-tərəvəz, ət, süd və digər kənd təsərrüfatı məhsullarını aldıqdan sonra Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhərində yerləşən müxtəlif mağazalarına paylamışdır. Növbəti gün satışdan əldə edilən pul vəsaitlərini mağazalardan götürmüşdür. Pulu təhvil aldığı zaman kassa qəbul blankları tərtib edilmişdir. Vasif həmin məhsulları “Meyvəli” ticarət mərkəzindən, “8-ci km” bazarından və Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən mağazaların birindən almışdır. Bundan sonra Vasif Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən “X6”dakı ofisində filialdan götürdüyü pul vəsaitini mədaxil etməliydi. Vasifin vəzifə səlahiyyətlərinə mağazada olan pulların yığılması və cəmiyyətin müvafiq hesablarına mədaxil etməsi də aid edilmişdir. Onun özünün əmək funksiyasına yeni mağazaların açılması, şirkət strategiyasının qurulması, təsisçi ilə razılaşdırılmış hədəf planlarına çatılınası və digər səlahiyyətlər aid edilmişdir. 2021-ci ilin iyun ayında Əhməd adlı mühasib ona yaxınlaşıb Vasifin müxtəlif bəhanələri əsas gətirərək şirkətə məxsus olan pul vəsaitini təhvil vermədiyini bildirmişdir. Bundan sonra o, Vasiflə mobil telefon vasitəsi il ə əlaqə saxlamış və sonuncuya təcili olaraq işin dayandırmasını tapşırmışdır. Həmin gün Vasif ofisə yaxınlaşaraq etibar edilmiş pul vəsaitinin “8-ci km” bazarında itirdiyini qeyd etmiş, oradan qayıtdıqdan sonra pulun tapılmadığını bildirmişdir. Həmin söhbət Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasımn yaxınlığında yerləşən ofisdə olmuşdur. Bundan başqa, ofisdə olduqları zaman Vasif pul vəsaitinin nəqliyyat vasitəsində itirdiyini bildirmiş və pulun qısa müddət ərzində qaytaracağına söz vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs MMC ilə Vasif arasında notariat qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan zaman Elşən adlı əməkdaş da iştirak etmişdir. Həmin gün mənimsəmə faktı aşkar edilməmişdir. Növbəti gün ona məlum olmuşdur ki, Vasif şirkətə məxsus ona pulları “Topaz” idman mərc oyunlarına sərf etmiş və uduzduğu məbləğlərin qəbzlərini ona təqdim etmişdir. Həmin gün Təqsirləndirilən şəxs cəmiyyətə verdiyi izahatında törətdiyi əməlini etiraf etmişdir. Onun tərəfindən Vasifə qarşı heç bir mənəvi və ya fiziki təzyiq göstərilməmişdir. Borc müqaviləsi bağlanan zaman o, Vasifin cəmiyyətə məxsus olan pulların mənimsədiyini bilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs MMC-yə təxminən 17579 (on yeddi min beş yüz yetmiş doqquz) manat məbləğində maddi ziyan vurulduğunu və Zərərçəkmiş şəxs MMC-nin digər filiallarının fəaliyyətinin zəif alver səbəbindən dayandırdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayınadək Zərərçəkmiş şəxs MMC-də toyuq, ət, pendir və süd məhsullarının alış-satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs MMC-də satınalmalar üzrə mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs həmin cəmiyyətdə işlədiyi dövrdən tanımışdır. O, təxminən 2021-ci ilin aprel ayına qədər toyuq, ət, pendir və süd məhsullarını cəmiyyətin “İçərişəhər” və "xxxx" filiallarına paylamışdır. O, sonradan həmin vəzifəsindən azad edilmiş və MMC-də nəzarət funksiyalarını həyata keçirmişdir. Həmin ərəfədə onun səlahiyyətlərinin icrası Vasifə həvalə edilmişdir. Onun fikrincə, Vasif çox məsuliyyətli, bacarıqlı, dəyərli və potensiallı işçi olduğuna görə vəzifəsində irəli çəkilmişdir. Bundan başqa, Vasif çox tərbiyəli, təmiz və sakit insandır. İşlədiyi müddət ərzində Vasif tərəfindən əmək və icra intizamının pozulması hallarının şahidi olmamışdır. Vasif satınalmalar üzrə mütəxəssis kimi hər gün meyvə-tərəvəz, ət, süd və digər kənd təsərrüfatı məhsullarını aldıqdan sonra cəmiyyətin Bakı şəhərində yerləşən müxtəlif mağazalarına paylamışdır. Həmin məhsulları Vasif “Meyvəli” ticarət mərkəzindən, “8-ci km” bazarından və Bakı şəhəri, Xətai rayonu, Babək prospektində “Embawood” mebel mağazasının yaxınlığında yerləşən dükandan almışdır. Təqsirləndirilən şəxs satışdan əldə edilən gündəlik pulları mağazalardan təhvil almışdır. Bundan sonra Vasif Zərərçəkmiş şəxs MMC-nin ünvan 4 ünvanında yerləşən “X6”dakı ofisində filialdan götürdüyü pul vəsaitini mədaxil etməliydi. xx.xx.2021-ci il tarixdə cəmiyyətdən ona zəng edərək məlumat vermişdilər ki, Vasif etibar edilmiş pulları “8-ci km” bazarında itirmişdir. Danışıq zamanı Zaur adlı şəxs Vasiflə birlikdə “Azadlıq” metrostansiyasmm yaxınlığında fəaliyyət göstərən notariat kontoruna getdiyini bildirmişdir. Notariat ofisinə çatdıqdan sonra o, Vasifi çağırıb baş vermiş məsələ ilə bağlı sual vermişdir. Vasif pul vəsaitinin bazarda itirdiyini bildirmiş, o isə buna inanmamışdır. O, Zərərçəkmiş şəxs MMC-nin direktoru olan Səbuhi müəllim gəldikdən sonra sonuncuya Vasifin pulları itirdiyinə inanmadığını bildirmişdir. “Koroğlu” metrostansiyasmm yaxınlığında yerləşən ofisdə söhbət etdikləri zaman müəyyən edilmişdir ki, Vasif etibar edilmiş pulları qumar oyunlarında uduzdu. Vasif törətdiyi əməlini etiraf etmiş və uduzduğu məbləğlərin qəbzlərini Səbuhi müəllimə təqdim etmişdir. Növbəti gün o, Vasifin Hikmət adlı atasına zəng edib, Zərərçəkmiş şəxs MMC-nin ofisinə yaxınlaşmağını xahiş etmişdir. Vasifin atasının baş vermiş hadisə barədə məlumatı olmuşdur. Hikmət müəllim Vasifin borcuna görə 1 ay müddətində möhlət istəmiş və İsmayıllı şəhərində yerləşən torpaq sahəsini satacağmı bildirmişdir. Həmin an Vasif də yanlarında olmuşdur. Təxminən 10 gündən sonra Təqsirləndirilən şəxs anası ona zəng edərək pulu qaytarmaq üçün vaxt istəmişdir. Bundan başqa o, tərəflər arasında bağlanmış borc müqaviləsini görmədiyini bildirmişdir. Vasifə qarşı Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri tərəfindən heç bir təzyiq göstərilməmişdir. Bildiyinə görə, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs MMC-yə təxminən 17000 (on yeddi min) manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin mart ayından 2021-ci ilin iyul ayınadək Zərərçəkmiş şəxs MMC-də satınalma departament müdiri vəzifəsində çalışmışdır. Əmək funksiyasına satınalma proseslərin təşkili və idarə olunması, təyin olunmuş keyfiyyətdə məhsulların alınıb marketlərə təhvil verilməsi, kompüter sistemin qurulması və digər səlahiyyətlər aid edilmişdir. Zərərçəkmiş şəxs MMC-də satınalmalar üzrə mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs həmin şirkətdə işlədiyi dövrdən tanımışdır. Vasif tərəfindən əmək və icra intizamına riayət edilməsinə bilavasitə onun tərəfindən nəzarət edilmişdir. Vasifi sakit, qapalı, işgüzar və mülayim insan kimi xarakterizə etmişdir. Vasifin işi meyvə-tərəvəz, ət və süd məhsullarının alışından və mağazalara paylanmasından ibarət olmuş, sonuncu həmin məhsulları “Meyvəli” ticarət mərkəzindən, “8-ci km” bazarından və Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən mağazaların birindən almışdır. Bundan sonra Vasif Zərərçəkmiş şəxs MMC- nin ünvan 4 ünvanında yerləşən “X6”dakı ofisində filialdan götürdüyü pul vəsaitini mədaxil etməliydi. O, Vasif tərəfindən malların alışı zamanı bazar qiymətlərinə riayət edilməsinə nəzarət etmişdir. İşin halları ilə bağlı bildirmişdir ki. Əhməd adlı mühasib həmin zaman bank hesabına baxaraq pulların mədaxil edilmədiyini aşkar etmiş və demək olar ki, hər gün Vasifdən etibar edilmiş pulları istəmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Vasif müxtəlif bəhanələri əsas gətirərək pulları kassaya mədaxil etməkdən boyun qaçırmış və o, bir rəhbər kimi narahat olmağa başlamışdır. Həftədə azı bir dəfə üzləşmə aktı tərtib olunmuşdur. Eyni zamanda Vasif “X7”dan pulu təhvil alan zaman öz dəftərində müvafiq qeydiyyatlar aparmışdır. Həmin dəftər yalnız Vasifin özündə olmuşdur. Müəyyən müddət sonra Vasif Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən ofisə gələrək onunla danışmaq istəmiş və söhbət zamanı Zərərçəkmiş şəxs MMC-yə məxsus olan pulların “8-ci km” bazarında itirdiyini bildirmişdir. O isə Vasifə həmin bazarda pulun axtarmağını tapşırmışdır. Həmin gün şübhələndiyinə görə MMC-nin baş direktoru Səbuhi müəllimə mobil telefon vasitəsi ilə bu barədə məlumat vermişdir. Baş direktor ofisə çatdıqdan sonra çox narahat olmuşdur. Həmin gün axşam saatlarında Vasiflə borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtləri barədə onun heç bir məlumatı yoxdur. Vasifin etibar edilmiş pulları “Topaz” idman mərc oyunlarında uduzması növbəti gün aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 1992-ci ildə Xəzər Universitetinin hüquq və sosial elmlər fakültəsinə daxil olmuşdur. Xəzər Universitetindən hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr dərəcələrinə yiyələnmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür. Hazırda sərbəst auditor kimi fəaliyyət göstərir. Həmin fəaliyyətini SA/328 qeydiyyat nömrəli, 18 avqust 2017-ci il tarixli auditor xidmətinin həyata keçirilməsi üçün icazəyə əsasən həyata keçirir. 14 sentyabr 2021-ci il tarixindən 12 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-də satınalmalar üzrə mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində Cəmiyyətə maddi zərər vurubvurmamasının müəyyən edilməsi üçün audit aparmış, aparılan audit yoxlaması zamanı sonuncunun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs MMC- yə 16977 (on altı min doqquz yüz yetmiş yeddi) manat maddi ziyan vurulduğu aşkar edilmişdir. Həmin yoxlamanı o, Zərərçəkmiş şəxs MMC-nin rəsmi müraciəti əsasında aparmış və aralarında “Audit xidmətinin göstərilməsinə” dair müqavilə bağlanmışdır. Zərərçəkmiş şəxs MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2018-ci il tarixində qeydə alınmış və ********** saylı VÖEN verilmişdir. Cəmiyyətin əsas fəaliyyəti sair ərzaq məhsullarının pərakəndə satışından ibarətdir. Audit aparan zaman müəyyən etmişdir ki, satınalmalar üzrə mütəxəssisin vəzifə təlimatına görə əmək funksiyalarına müvafiq malların bazar vəziyyətinin monitorinqi, müvafiq tədarükçülərdən sifariş edilən məhsulların alışını həyata keçirilməsi, şirkətin depo stokuna nəzarət edilməsi, məhsulların satış və kampaniya qiymətlərini müəyyən edilməsi, bazar araşdırmalarının həyata keçirilməsi, nəticəyə müvafiq qərarlar verilməsi, vəzifə funksiyalarına uyğun olaraq rəhbərliyə cəmiyyət üçün inkişaf yönümlü tədbirlər və təkliflər hazırlanması, cəmiyyətin qiymət siyasətinə riayət edilməsi, cəmiyyətin markalaşma siyasətinin həyata keçirilməsi, cəmiyyətin satış siyasətinə uyğun çeşidlərin formalaşdırılması, satın alman malların sayma və keyfiyyətinə nəzarət edilməsi, cəmiyyətin tabeçiliyində olan mağazalardan xəzinədə olan pulların yığılması, cəmiyyətin sifarişləri əsasında qida və qeyri-qida məhsullarının alınması, dövriyyədə olan nağd vəsaitlərin cəmiyyətin müvafiq hesablarına yatırılması, habelə cəmiyyətin fiziki şəxslərlə borclu olduğu məbləğləri cəmiyyətə məxsus və sərəncamında olan pul vəsaitləri hesabına ödənilməsi aid edilmişdir. Yoxlama apararkən o, əsasən, üçüncü şəxslərin təsdiqini (bank çıxarışları, üçüncü şəxslərə verilən qaimələr), zərər vuran şəxsin şirkətin adma verdiyi izahatını, habelə digər sənədləri rəhbər tutmuş, audit zamanı tərəfindən 5 sütündan ibarət cədvəl hazırlanmış və həmin cədvəl təqdim olunmuş sənədlərə əsasən tərtib edilmişdir. 12 oktyabr 2021-ci il tarixli müstəqil auditorun hesabatmdakı, “Şahid2” yazısının qarşısında olan imzanın, habelə “Sərbəst Auditor Azərbaycan Respublikası X1 İbrahimov” dairəvi möhür əksinin ona məxsus olduğunu bildirmişdir. O, həmin yoxlamada audit kimi iştirak etmiş və buna görə də, hesabatı öz imzası ilə təsdiq etmişdir. Audit yoxlamasını qanunvericiliyə, kargüzarlıq, pulların və malların qəbulu, həmçinin təhvili, digər Azərbaycan Respublikası qanunvericiliyi əsasında aparıb. O sadəcə, faktiki olaraq üçüncü şəxslərin təsdiqinə (bank çıxarışları, üçüncü şəxslərə verilən qaimələr), zərər vuran şəxsin şirkətin adma verdiyi izahatına, habelə digər sənədlərə əsasən audit aparmış və müvafiq çatışmazlığı ortaya çıxarmışdır. Təqsirləndirilən şəxs keçirilmiş audit barədə hər hansı məlumat verilməməsi ilə bağlı ifadəsində göstərdikləri xüsusatlara dair bildirmişdir ki, o, iki dəfə mobil telefon vasitəsi ilə Vasifə audit barədə məlumat vermiş və sonuncu 1 həftə ərzində gələcəyinə söz vermişdir. Lakin, Vasif sonradan müxtəlif bəhanələri əsas gətirərək gəlməkdən boyun qaçırmışdır. Bundan başqa, Vasifin qeydiyyatda olduğu ünvana 22 sentyabr 2021-ci il və 24 sentyabr 2021-ci il tarixlərində teleqram və məktub göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin dekabr ayından 2021 -ci ilin iyun aymadək Zərərçəkmiş şəxs MMC-də mühasib köməkçisi vəzifəsində çalışmışdır. Vəzifə səlahiyyətlərinə mağazaya daxil olan malların girişlərinin yoxlanılması, təchizatçılar arasında üzləşdirmə aparılması və mağazaya daxil olan sənədlərin düzgünlüyünün yoxlanılması aid edilmişdir. Zərərçəkmiş şəxs MMC-də satınalmalar üzrə mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Vasif mütəmadi olaraq iş günün sonunda etibar edilmiş pulların xərclənməsi barədə ona şifahi hesabatlar vermişdir. Təxminən 2021-ci ilin iyun ayınadək Vasif tərəfindən heç bir pozuntuya yol verilməmiş, lakin sonradan sonuncu müxtəlif bəhanələri əsas gətirərək hesabat verməkdən boyun qaçırmışdır. xx.xx.2021-ci il tarixdə təhvil-təslim zamanı ona məlum olmuşdur ki, Vasif Zərərçəkmiş şəxsnə məxsus olan pulları mənimsəmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə təchizat və təftiş mütəxəssisi vəzifəsinə qəbul edilmiş və onunla 02 dekabr 2020-ci il tarixli əmək müqaviləsi (kontraktı) bağlanmışdır. 11 mart 2021-ci il tarixdə tərəflər arasında əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşma və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən satınalmalar üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin 25 noyabr 2021-ci il tarixli, 005/Ş nömrəli əmri ilə Təqsirləndirilən şəxs özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla əmək müqaviləsinə xitam verilib. Bağlanmış tam maddi məsuliyyət daşıması barədə müqavilədə “işçinin vəzifələri” bəndində əmlakdan təyinata uyğun istifadə edilməsini, saxlanılmasını, korlanmamasını, habelə işçinin təqsiri ucbatından məhv olması və pisləşməsi (İşçinin Əmlakdan istifadəsi nəticəsində onun müvafiq aşınma normaları nəzərə alınmaqla dəyişməsi və ya normal köhnəlməsi (amortizasiya) halları istisna olmaqla) riskinin aradan qaldırılmasını təmin etmək, cəmiyyətin tələbi ilə əmlakın vəziyyəti barədə müntəzəm hesabat vermək, ona etibar edilmiş əmlakın saxlanması, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı salamatlığını təmin etmək, Cəmiyyətə hər hansı səbəbə görə ziyan vurmamaq, əmlakı korladıqda, məhv etdikdə, habelə digər hərəkəti (hərəkətsizliyi) ilə Cəmiyyətə ziyan vurduqda, vurulmuş ziyanın tam həcmdə ödənilməsini təmin etmək, bu məqsədlə təyin edilmiş araşdırma zamanı Cəmiyyətə yazılı izahat və digər tələb edilən sənəd və (və ya) məlumatları vermək, habelə qanunvericiliklə müəyyən olunmuş və müqavilədən irəli gələn digər vəzifələri yerinə yetirmək üzrə tam maddi məsuliyyəti öz üzərinə götürmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş dəftərin məzmununda olan məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021 -ci il tarixində “Vasif Pelta çörək - 100 azn” və “Vasif - 4000 azn” yazılarının qarşısında pul vəsaitinin təhvil alınması ilə bağlı imzalar vardır. Sözügedən imzalar bir-birindən fərqlidir. Sənədin məzmununda olan məlumatlara baxış keçirilməsi haqqında 05 aprel 2022ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə ilkin yoxlama zamanı təqdim etdiyi "xxxx" ASC-nin 4 vərəqdən ibarət olan çıxarışına baxış keçirilən zaman müəyyən edilmişdir ki, sənəddə 29 iyun 2020-ci il tarixindən 26 avqust 2021-ci il tarixədək olan müddət ərzində aparılmış mədaxillərin siyahısı mövcuddur. Həmin siyahı cədvəl formasındadır. Çıxarışın 4-cü vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs MMC-nin hesabına ümumiyyətlə pul vəsaiti mədaxil edilməmişdir. Könüllü təqdim olunan əşyaya baxış keçirilməsi haqqında 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış obyekti Təqsirləndirilən şəxs istintaqa könüllü təqdim etdiyi “X5 7A” markalı ***-***-**-** nömrəli mobil telefondur. Telefonda olan “Google Chrome” proqramı vasitəsi ilə “etopaz.az” saytına daxil olduqda açılmış səhifədə “Üzv nömrəsi” adlı bölmədə 22612222 nömrəsi vardır. “Daxil ol” düyməsini basdıqdan sonra Təqsirləndirilən şəxs adma olan profil açılır. Həmin profilin “Əməliyyat tarixçəsi” adlanan hissəsinə baxış keçirilən zaman aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 13891 (on üç min səkkiz yüz doxsan bir) manat pul vəsaitini hesaba mədaxil etmişdir. Cinayət işinin materiallarında olan 12 oktyabr 2021-ci il tarixli müstəqil auditorun hesabatına əsasən, Təqsirləndirilən şəxs kassada olan nağd vəsaiti cəmiyyətin bankına həftəlik mədaxil edirdi. Lakin xx.xx.2021-ci il tarixdən o nağd kassada olan pul vəsaitləri banka mədaxil etməyərək 12877 manatı cəmiyyətin dövriyyəsindən kənarlaşdırmışdır. Bundan başqa cəmiyyətin təqdim etdiyi dəftərə görə Təqsirləndirilən şəxs cəmiyyətin xəzinəsindən satış mərkəzinin təchizatı üçün götürdüyü 4100 manatı əvvəlki satış adı ilə cəmiyyətin bank hesabına mədaxil etmişdir. Pulun götürülməsi Təqsirləndirilən şəxs imzası ilə təsdiq edilir. Yekun olaraq Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində cəmiyyətə, təqdim edilmiş sənədlər əsasında, vurduğu ziyan 16977 (on altı min doqquz yüz yetmiş yeddi) manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının 23 may 2022-ci il tarixli, 4/562 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli 2 ədəd, xx.xx.2021-ci il tarixli 2 ədəd, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli kassa qəbul blanklarında “Təhvil alan” qrafasındakı imzalar və “Ad, soyad” qrafasındakı yazılar; üz qabığına “Bizim Kənd” yazılmış qeyd dəftərində xx.xx.2021-ci il tarixinə aid olan hissədə “Vasif- 4000 azn” yazısının qarşısındakı imza; Təqsirləndirilən şəxs adından Bizim Kəndimiz MMC-nin direktorunun adına yazılmış xx.xx.2021-ci il tarixli izahatın mətni və izahatın sonundakı imza, Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 28 mart 2022-ci il tarixli, 9/607 nömrəli rəyindən görünür ki, cinayət işi materiallarında olan sənədlər, dəftər məlumatları və audit rəyinin düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda ‘‘Bizim Kəndimiz” MMC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək olan dövrdə 16977,00 manat çatışmazlıq müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində tərtib olunan kassa qəbul blankları, Zhesabatları, Posterminal çıxarışları, Zərərçəkmiş şəxs MMC tərəfindən təqdim olunmuş üz qabığında “Bizim Kənd”, “+” və “ƏT” yazıları təsvir edilən qeydiyyat dəftəri və Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə verdiyi xx.xx.2021-ci il tarixli izahat 27 may 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspert rəylərini sübut növü kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İsmayıllı Mənzil İstismar Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddəbin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayətin törədilməsində ittiham olunmasını, törətmiş olduğu əməli qismən etiraf etməsini həmçinin vurduğu ziyanı ödəməkdən yayınmamasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə, hesab edir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsinə dair verdiyi mülki iddiası əsaslı olduğundan tam təmin olunmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş 16148 (on altı min yüz qırx səkkiz) manat məbləğində maddi ziyan vurulduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 6102ci il tarixli qərarında göstərilmişdir ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş 16148 (on altı min yüz qırx səkkiz) manat maddi ziyan məbləği ondan tutularaq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməsini əsaslı hesab edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə 140 manat (məhkəmə xətşünaslıq ekspertizası) və 100 manat (məhkəmə mühasibatlıq ekspertizası) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərini və ünvan 7 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 0700dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə müvafiq İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia tam təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 16148 (on altı min yüz qırx səkkiz) manat maddi ziyan tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı0 Zərərçəkmiş şəxs MMCyə ödənilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 140 manat (məhkəmə xətşünaslıq ekspertizası) və 100 manat (məhkəmə mühasibatlıq ekspertizası) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Səbail rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutulub, Bakı şəhəri 03 saylı vəkil bürosunun Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-162/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-162/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver