Məhkəmə qərarları › İş №1(009)-162/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-162/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-162/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, Müdafiəçi - Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Ağdərə şəhəri Çərəktar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Yevlax rayonu, Qaramanlı Ərazi Dairəsi Dəlləklər kəndində qeydiyyatda olmaqla Bərdə rayon, Kətəlparaq kəndində yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışları Şahid4, Şahid2 və Şahid3 ilə birlikdə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə əvvəlcədən öz aralarında razılıq əldə etdikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün əldə ediləcək mənfəəti aralarında bölüşdürəcəklərinə dair razılaşmaya əsasən hərəkət edərək birlikdə istintaqa məlum olmayan şəraitdə və istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə aid, o cümlədən, onun və Şahid2 həmin hərbi hissənin zabiti bölük komandiri vəzifəsində xidmət etmələrinə dair məlumatları özündə əks etdirən hüquq verən “ZH 004076” nömrəli saxta xidməti vəsiqəni və üzərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olmasına dair rekvizit məlumatlarını əks etdirən saxta əmək haqqı kartı üzrə çıxarışı istifadə edib özgənin əmlakım ələ keçirmək məqsədilə əldə edərək, hüquq verən həmin sənədlərin saxta olduqlarını bildikləri halda, bilə-bilə saxta sənədlərdən istifadə edərək həmin sənədləri 20 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanındakı “Bayıl Plaza”-nın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edib təşkilatın kredit üzrə mütəxəssisini aldatmaqla bank olmayan kredit təşkilatından hüquqi əsasları saxta olan sənədlərə istinadən bağlanmış N- CATzk144859/22 nömrəli kredit müqaviləsi əsasında 5000 (beş min) manat miqdarında pulu qaytarmaq məqsədi güdmədən götürərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib öz aralarında bölüşdürməkə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-yə həmin miqdarda ziyan vuraraq dələduzluq etmiş, habelə bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid4 və Şahid3 saxta zabit vəsiqəsini qanunsuz hazırlayaraq ona və Şahid2 vermişlər. Həmin sənədlərin saxta olmasını bilə-bilə istifadə etməklə 5000 manat kredit Zərərçəkmiş şəxs-dan götürülməsinə nail olmuşlar. Zərərçəkmiş şəxs-dan saxta sənəd əsasında götürdüyü 5000 manatı "xxxx" ASC-yə məxsus bankomat vasitəsilə çıxartmışdır. Çıxarılan puldan ona 1200 manat pul çatmışdır. İmkansızlıqdan bu işə əl atmış, əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-nin (zərərçəkmiş hüquqi şəxsin) nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 əvvəlki nümayəndəsinin istintaqa verdiyi ifadəsini təsdiq edərək Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-nəsaxta sənəd vasitəsi ilə dələduzluq əməli nəticəsində 5000 manat vurulduğunu bildirmişdir. Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-nin (zərərçəkmiş hüquqi şəxsin) nümayəndəsi Nümayəndə1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi-1, 6B, “Badamdar” adlı biznes mərkəzinin 1-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-də Hüquq Departamentinin rəhbəri vəzifəsində çalışır. 19 sentyabr 2022-ci il tarixdə çalışdığı baş ofisə yaxınlaşan və özünü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs 5000 manat kredit götürmək istədiyini bildirməklə Təqsirləndirilən şəxsla gələn və özünü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin zabit əməkdaşı kimi təqdim edən Şahid2 isə Təqsirləndirilən şəxs zamini qismində çıxış edəcəyini bildirmişdir. Həmin gün zəruri sənədlər toplandıqdan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs BOKT arasında bağlanmış CAT 144859/22 nömrəli kredit müqaviləsinə əsasən sonuncu Şahid2 zaminliyi ilə şirkətdən 5000 (beş min) manat 36 (otuz altı) ay müddətinə kredit götürmüşdür. Kreditin ödəniş cədvəlinə əsasən ilk ödəmə xx.xx.2022-ci il tarixdə olmalı olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs tərəfindən ödəniş olmadığı üçün şirkətin kredit mütəxəssisi Şahid1 Təqsirləndirilən şəxs şirkətə təqdim etdiyi 050 *** ** ** saylı mobil nömrəyə zəng vuraraq ondan ödənişlə bağlı məlumat alarkən o, növbəti gün ödəniş edəcəyini bildirsə də, növbəti günlər də dediyinə əməl etməmiş və yekun olaraq istifadəsində olan mobil telefona cavab verməmişdir. Kredit mütəxəssisi Şahid1, Təqsirləndirilən şəxs mobil telefona cavab vermədiyini görüb onun məlumat kartında saxladığı Vüqar adlı qohumuna məxsus 055 *** ** ** saylı mobil nömrəyə zəng vurub ondan Təqsirləndirilən şəxs barədə məlumat alarkən həmin şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində işləmədiyini, onun Yevlax rayonunda traktor sürücüsü olduğunu bildirmişdir. Şahid1 bu sözdən sonra Təqsirləndirilən şəxs və Şahid2 barələrində maraqlanarkən onların həqiqətən də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində çalışmadıqları müəyyən edilmişdir. Belə olan halda onlar, Təqsirləndirilən şəxs və Şahid2 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində zabit bölük komandiri vəzifəsində işləmədiklərini və saxta sənəd vəsiqələrini təqdim edərək bank olmayan kredit təşkilatı MMC-dən aldatma yolu ilə 5000 manat məbləğində pul vəsaitini birlikdə əldə etmələrini müəyyən etmişlər. Bu səbəbdən qeyd olunanlar barədə ona təşkilat tərəfindən məlumat verildikdən sonra o, Təqsirləndirilən şəxs və Şahid2 qanunazidd əməlləri barədə Azərbaycan Respublikası Baş prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermişdir. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 ofisin nəzarət kameraları vasitəsilə qeydə alınmışdır. İş materiallarında olan 06 mart 2023-cü il tarixli cinayət işinin başlanması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmış və istintaq olunması üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 05 aprel 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin ibtidai istintaqı təzələnmış və cinayət işi icraata qəbul edilmişdir. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, KredAqro” MMC ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 15 aprel 2023-cü il tarixli “axtarış elan edilməsi və tutulması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulmaqla barəsində axtarış elan edilmiş və tutularaq Nərimanov RPİ-nin MSY-yə təhvil verilməsi qərar alınmışdır. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddələsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2015-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Yevlax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələsi ilə təqsirli bilinmiş və AR CMP-nin 40.2.2-ci maddəsi ilə xitam edilmişdir. İş materiallarında olan 16 may 2023-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarix saat 17:00-da saxlanılaraq Nərimanov RPİ-nin PŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli 4(005)-744/2023 saylı “həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 21 gün müddətinə həddində, yəni 07 iyul 2023-cü il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 may 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yeri olan Bakı şəhəri Səbai rayonu, Bayıl Plaza adlı bina yaxınlığında yoxlanılaraq, foto-şəkillər iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 22 may 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 noyabr 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokolundan görünür ki, baxış keçirilən predmet CD formatlı disk olmaqla həmin diskdə əks olunmuş görüntülərdə 19 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid2 olması istisna edilməyən şəxslərin Zərərçəkmiş şəxs BOKT MMC-yə daxil olmaları, onlarla məsul edilmiş şəxs tərəfindən müvafiq kredit sənədləşməsi aparılması, 20 sentyabr 2022-ci il tarixdə isə həmin iki nəfər şəxsin yenidən Zərərçəkmiş şəxs BOKT MMC-yə gələrək bir ədəd pul kartı əldə edib ünvanı tərk etmələri əks olunmuşdur. İş materiallarında olan 22 dekabr 2023-cü il tarixli “sübut növü kimi tanınma barədə” qərarından görünür ki, təqsirləndirilən şəxslərin tam və qismən etiraf ifadələri, zərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadəsi, üzləşdirmə istintaq ıkəti protokolları, ifadələrin yerində yoxlanılması protokolları, kreditləşməyə dair "xxxx" BOKT MMC-dən təqdim edilmiş sənədlər, istintaq hərəkəti protokolları və istintaq sənədləri sübut növü kimi qiymətləndirilsin və cinayət işinə əlavə edilmiş bir d “Zyklen” əmtəə nişanlı CD formalı diskin isə maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli “axtarış elan edilməsi və tutulması haqqında” qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulmaqla barəsində axtarış elan edilmiş və tutularaq Səbail RPİ-nin MSY-yə təhvil verilməsi qərar alınmışdır. İş materiallarında olan 23 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası DİN Səbail Rayon Polis İdarəsinin 47/2-5412 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə Bərdə rayon ərazisində saxlanaraq Səbail RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 23 fevral 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 320.1 və 320.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələrinə tövsif edilməklə, ibtidai istintaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2ci maddələri ilə davam etdirilmişdir. İş materiallarında olan 23 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan 24 fevral 2024-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi və saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilməsi edilməsi qərara alınmışdır. İş materiallarında olan 24 fevral 2024-cü il tarixli qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxsbarəsində seçilmiş “polis nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 24 fevral 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxslərin tam və qismən etiraf ifadələri, zərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadəsi, üzləşdirmə istintaq ıkəti protokolları, ifadələrin yerində yoxlanılması protokolları, kreditləşməyə dair "xxxx" BOKT MMC-dən təqdim edilmiş sənədlər, istintaq hərəkəti protokolları və istintaq sənədləri sübut növü kimi qiymətləndirilsin və cinayət işinə əlavə edilmiş bir d “Zyklen” əmtəə nişanlı CD formalı diskin isə maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli, 1(009)-162/2024 saylı Səbail rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilməsi qərar alınmışdır. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli AR Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 4002/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə Bərdə rayon ərazisində saxlanaraq Səbail RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 29 may 2024-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarix saat 17:00-da saxlanılaraq Səbail RPİ-nin PŞ-nə təhvil verilmişdir. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs bank olmayan kredit təşkilatı MMC-nin (zərərçəkmiş hüquqi şəxsin) nümayəndəsi Nümayəndə2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Aqro” BOKT MMC-yə vurmuş olduğu 1200 azn məbləğində ziyan tam ödənildiyindən ona qarşı şikayət və iddia tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə örd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Hazırki halda, məhkəmə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunmasını məqsədəuyğun və tətbiq edilməsi nəzərdə tutulan cəzanın cəza məqsədini təmin etdiyini hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə ictimai işlərin dörd saatı bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq tutma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə Təqsirləndirilən şəxs təyin ediləcək cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək ev dustağlında olduğu 01 (bir) ay 21 (iyirmi bir) gün müddət, 03 noyabr 2023-cü il tarixdən 05 noyabr 2023-cü il tarixədək və 22 fevral 2024-cü il tarixdən 24 fevral 2024-cü il tarixədək, tutulduğu 04 (dörd) gün müddət, 29 may 2024-cü il tarixdən 09 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay, 10 (on) gün müddət , cəmi 06 (altı) ay, 05 (beş) gün müddət bir günə iki gün hesablanaraq 01 (bir) il 10 (on) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bərdə rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bərdə rayon, Kətəlparaq kəndini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək ona 240 (iki yüz qırx) saat ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə ictimai işlərin dörd saatı bərabər tutularaq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təyin edilmiş 240 (iki yüz qırx) saat ictimai işlər cəzası 60 (altmış) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq Təqsirləndirilən şəxs 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə ona 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdən 07 iyul 2023-cü il tarixədək ev dustağlında olduğu 01 (bir) ay 21 (iyirmi bir) gün müddət, 03 noyabr 2023-cü il tarixdən 05 noyabr 2023-cü il tarixədək və 22 fevral 2024-cü il tarixdən 24 fevral 2024-cü il tarixədək, tutulduğu 04 (dörd) gün müddət, 29 may 2024-cü il tarixdən 09 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay, 10 (on) gün müddət , cəmi 06 (altı) ay, 05 (beş) gün müddət bir günə iki gün hesablanaraq 01 (bir) il 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bərdə rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bərdə rayon, Kətəlparaq kəndini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bərdə icra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar