Məhkəmə qərarları › İş №1(009)-163/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-163/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-163/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, satiş məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarindan artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,730 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvana daşımış, 02 mart 2022-ci il tarixdə saat 18:20 radələrində Bakı şəhəri, Səbail Rayonj Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin Polis Bölməsinin inzibati binasına dəvət olunmuş, Polis Bölməsinin inzibati binasında olan xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli qış gödəkçəsinin sol cibindən satış məqsədi olmadan, əldə edib özündə saxlayaraq daşıdığı, bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,730 qram ağ kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 15 ildir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və aludəçisidir. İstifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri hər dəfə şəxsiyyətləri haqqında heç bir məlumatı olmadığı şəxslərdən alıb istifadə edir. Sonuncu dəfə 02 mart 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı şəxsdən 15 manat pula şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamini almışdır. Daha sonra iki dostu ilə həmin ərazidə görüşüb taksi ilə Səbail rayonu, “Sahil” metrostansiyasının yaxınlığına gəlmişdir. Dostları həmin metrostansiyanın yaxınlığında təmirdə olan bir ev olduğunu ona əvvəldən bildirmişdirlər. Onlar həmin evdə təmir işlərinə kömək edib evin lambirlərini söküb pul qarşılığında satmaq istəyirmişlər. Onlar həmin evə yaxınlaşan zaman iki nəfər tanımadığı şəxsin onlara yaxınlaşdığını görmüşdür. Həmin şəxslər onlara yaxınlaşaraq özlərini Səbail Rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərərək onları 39-cu Polis Bölməsinə dəvət etmişlər. Onlar etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. 39-cu Polis Bölməsinin inzibati binasında xidməti otaqlardan birində hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş vəkilin və şahidlərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olub-olmadığını ondan soruşduqda o, əynindəki tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra üzərindən digər heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bükümün psixotrop maddə olan metamfetamin olduğunu və onu 02 mart 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı şəxsdən 15 manat pula şəxsi istifadəsi üçün aldığını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra üzərində aşkar edilmiş maddə ekspert rəyi alınması üçün zərfləşdirilmiş və onunla birlikdə digər iştirakçılar həmin zərfin üzərinə imza etmişlər. Saxlanılan zaman, eləcə də, üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının və himayəsində üç az yaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, özünün ilkin izahatı, həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı etirafedici ifadələri, şahidlərin ifadələri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə xidmət etdiyi Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 5 ünvanının qarşısında bir nəfər şəxsin hərəkətlərindən özünü şübhəli apardığını görüb ona yaxınlaşmış, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları olduqlarını ona bildirib xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib ondan şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra həmin şəxs özünü təqdim etmədən verilən suallara qeyri-adekvat cavablar vermişdir. Onlar həmin şəxsin rabitəsiz danışığından şübhələnib onu xidmət etdikləri Polis Bölməsinə dəvət etmişlər və aidiyyatı üzrə təhvil vermişlər. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində ağ rəngli kristalşəkilli narkotikə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və onu haradan və ya kimdən əldə etməsi barədə verilmiş suala həmin maddənin psixotrop maddə olan “patı” olduğunu və onu Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Papanin" adlanan ərazidən tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ kristal halında olan narkotikə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və iştirakçılarla birlikdə o da protokola, həmçinin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs oğu saxlanılan və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1, 02 mart 2022-ci il tarixdə xidmət etdiyi Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 5 ünvanının qarşısında bir nəfər şəxsin hərəkətlərindən özünü şübhəli apardığını görüb ona yaxınlaşmış, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları olduqlarını ona bildirib xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib ondan şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra həmin şəxs özünü təqdim etmədən verilən suallara qeyri-adekvat cavablar vermişdir. Onlar həmin şəxsin rabitəsiz danışığından şübhələnib onu xidmət etdikləri Polis Bölməsinə dəvət etmişlər və aidiyyatı üzrə təhvil vermişlər. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində ağ rəngli kristalşəkilli narkotikə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və onu haradan və ya kimdən əldə etməsi barədə verilmiş suala həmin maddənin psixotrop maddə olan “patı” olduğunu və onu Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Papanin" adlanan ərazidən tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ kristal halında olan narkotikə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və iştirakçılarla birlikdə o da protokola, həmçinin zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs oğu saxlanılan və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsində şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış videogörüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə, saat 18:20 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq, Polis Bölməsinə dəvət edilmiş və həmin gün yəni, 02 mart 2022-ci il tarixdə saat 19:10-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,730 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş, məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2022-ci il tarixli, 6/1296 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №49” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübut ”yazı və imzalar olan bir ədəd kağız zərfdəki” bir ədəd bükümdəki təmiz çəkisi 0,730 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, təmiz çəkisi 0,730 qram olan və ekspertiza tədqiqatından sonrakı qalıq 0,680 qram metamfetamin saxlanılması üçün Səbail Rayon Polis İdarısinin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs: Bakı şəhər Səbail Rayon Məhkəməsinin 18 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 manat miqdarında cərimə cəzasına, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan mərum etmə cəzasına eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.2-ci maddələri ilə 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və 04 may 2013-cü ildə cəza müddəti qutardığına görə azad edilmişdir. Lakin Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 18 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində təyin olunmuş 3000 manat miqdarında cərimə cəzasının icrası barədə hazırki vaxta qədər heç bir məlumat təqdim olunmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 mart 2022-ci il tarixdə o saxlanıldığı Səbail Rayon Polis İdarəsinin MSY-dən azad edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, o, 25 may 2022-ci il tarixdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmaması və qətimkan tədbirinin seçilməsi haqqında 27 may 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, həbs qətimkan tədbiri seçilmiş və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 01 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 27 sentyabr 2022-ci il tarixdə tutularaq 28 sentyabr 2022-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.10 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətmiş olduğu əməli etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək, 25 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixədək tutulduğu, 27 sentyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla həmin müddətlərin təyin olunmuş cəzadan çıxılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 14 iyun 2011-ci il tarixli 1(012)-89/2011 saylı hökmü ilə müəyyən olunmuş və çəkilməmiş 3000 manat miqdarında cərimə cəzasının hazırki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilməli və təyin edilmiş 3000 manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin 26 may 05.2022-ci il tarixli, 2803 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki. Təqsirləndirilən şəxs müayinə zamanı OPİOİDLƏRİN və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,680 qram metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 14 iyun 2011-ci il tarixli 1(012)-89/2011 saylı hökmü ilə müəyyən olunmuş və ödənilməmiş 3000 manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilsin və ona 01 (bir) il 08 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası və 3000 manat miqdarında cərimə cəzası təyin edilsin . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək, 25 may 2022ci il tarixdən 27 may 2022-ci il tarixədək tutulduğu, 27 sentyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası və 3000 manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 3000 manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 2 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza təhqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,680 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 252 (iki yüz əlli iki) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun Kapital Bank”ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar