Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-163/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və yerdə qanunsuz olaraq 01 ədəd AE 21 1019 Jsfo-li, 9 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, Makarov konstruksiyalı tapança, texniki cəhətdən saz və atəş üçün yararlı olan, odlu yivli silahı, 01 ədəd, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi-darağı, 03 ədəd, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. Silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan patronu əldə edib üzərində saxlayıb gəzdirməklə ünvan 2 ünvanın qarşısına qədər daşımış, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3əşən 9-cu PB-nin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 16:40-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman bel kəmərinin arxa hissəsindən 01 ədəd 01 ədəd AE 21 1019 Nç-li, 9 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, Makarov konstruksiyalı tapança, texniki cəhətdən saz və atəş üçün yararlı olan, odlu yivli silahı, 01 ədəd, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidarağı, 03 ədəd, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. Silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ay bundan əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Stansiya” adlanan ərazidə gəzişirmiş. Orada dəmiryol relsləri yaxınlığında yerdə ağzı bağlı vəziyyətdə olan bir ədəd göy rəngli sellofan paket görüb. Həmin paket diqqətini çəkdiyi üçün yerdən götürüb ağzını açıb və içərisində bir ədəd ağ kağıza bükülmüş əşya olduğunu görüb. Həmin kağızı açdıqda isə içərisində bir ədəd qara rəngli, “Makarov” tipli tapança olduğunu görüb. Həmin silahı götürüb içərisində güllə olub-olmadığını yoxlamaq məqsədilə bir dəfə silahın çaxmağını çəkib yoxlayıb. Həmin vaxt silahın darağını çıxartmış və görmüşdür ki, darağın içərisində üç ədəd güllə var və silahın içərisi isə boşdur. Silaha marağı olduğu və daimi yaşayış yeri olmadığı üçün silahı belinə taxıb şəhərdə gəzişməyə və müxtəlif yerlərdə yaşamağa davam edib. Bu barədə heç kimə heç nə deməyib. 28 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nı ziyarət etmək üçün gəlib. Səbail rayonu, A.Nəsirov küçəsi 5 saylı ünvanın qarşısında hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim ediblər, Səbail RPİ-nin əməkdaşları olduqlarını bildiriblər. Onlar ona qanunsuz olaraq odlu silah əldə edilməsində, saxlanılmasında, daşınmasında şübhəli olduğunu bildirərək Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət ediblər. Onların təklifi ilə razılaşaraq həmin polis əməkdaşları ilə birlikdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gəlib. Orada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 -ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilib. Daha sonra ona vəkil təqdim edilərək hüquq və vəzifələri izah edilib. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilərək etirazının olub-olmaması soruşulub. O, vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirib. Bundan sonra barəsində şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan, qanunla daşınması və saxlanması qadağan edilmiş əşyaları özünün təqdim etməsi təklif edilib. Bu zaman əynində olan qara rəngli şalvarının bel nahiyyəsinə taxdığı 01 ədəd “Makarov” tipli tapançanı və həmin tapançanın üzərində içərisində 03 ədəd patron olan 01 ədəd darağı çıxarıb polis əməkdaşlarına təqdim edib. O, həmin tapança və hissələri təxminən 1 ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Stansiya” adlanan ərazidən tapdığını, heç bir məqsədi olmadan, yalnız maraq üçün üzərində saxladığını bildirib. Aşkar edilən 01 ədəd tapança, 01 ədəd daraq, həmin darağa doldurulmuş 03 ədəd patron qablaşdırılıb və ekspertizaya göndərilib. Axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilib, o və iştirak edən digər şəxslər həmin protokolu imzalayıblar. O, tapançanı odlu silahlara xüsusi marağı olduğu üçün saxlayırmış. Bunun üçün də həmin tapançanı hüquq-mühafizə orqanlarına təhvil vermək barədə fikirləşmirmiş. Həmin odlu silahı və hissələri saxlamağından heç kimin xəbəri olmamışdır. O, həmin odlu silahdan və hissələrdən heç vaxt istifadə etməmişdir. Həmin odlu silahı və hissələri qanunsuz əldə etdikdən sonra qeyd etdiyi kimi üzərində saxlayaraq daşımışdır Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Səbail RPİnin 9-cu PB-nə xx xxxxxx 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi və mütəmadi olaraq “İçərişəhər” metrostansiyası yaxınlığında olması barədə etimad doğuran, məlum, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət başında ifşa edilməsi, yaxalanması, odlu silahın və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti ilə əlaqədar onun rəhbərliyi ilə Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmışdır. Bundan sonra 28 yanvar 2023-cü il tarixdə saat 15:30 radələrində qrup üzvü ilə birlikdə ünvan 2 ünvanının yaxınlığında zahiri əlamətləri Təqsirləndirilən şəxsla oxşar olan şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşmış, ona Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib ondan şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirib. Həmin şəxsə onun qanunsuz olaraq odlu silahın əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirmiş və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və onlarla birlikdə Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına dəvət etmiş və həmin şəxs etiraz etmədən onlarla birlikdə həmin polis bölməsinə gedib. Orada saxlanılan şəxsin xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilib. Bundan sonra xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və şahidlərin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılıb. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı o, əynində olan qara rəngli şalvarın bel nahiyyəsində 01 ədəd qara rəngli tapançanı çıxarıb polis əməkdaşlarına təqdim edib. Təqdim olunan tapançanın üzərindəki daraq çıxarıldıqda içərisində 03 ədəd patron olması müəyyən edilib. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi tapançanın “Makarov” tipli tapança olduğunu, həmin tapançanı təxminən 1 ay əvvəl Sabunçu rayonu ərazisində “Stansiya” adlalan ərazidən tapdığını və silaha marağı olduğu üçün üzərində daşıdığını bildirib. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə fiziki axtarış keçirilib, lakin başqa hər hansı bir əşya aşkar edilməyib. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd tapança və içərisində 03 ədəd patron olan 01 ədəd daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan başqa bir kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənib. Bununla da şəxsi axtarış və götürmə başa çatıb və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmayıb, bu barədə protokol tərtib edilib, iştirakçılarla birlikdə o da protokola, həmçinin zərfin üzərinə imza edib. Təqsirləndirilən şəxs saxlanılan zaman, eləcə də Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilən zaman, eləcə də üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2, digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 30 yanvar 2023-ci il tarixli 23/70 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd AE 21 1019 nömrəli silah, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zzavod üsulu ilə istehsal olunmuşdur. Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Qeyd: Təqdim edilmiş 03 ədəd 9 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 06 fevral 2023-ci il tarixli, 3-13-11/2-1709/2023 nömrəli məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibrli AE-211019 nömrəli Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında aparılmış videogörüntüdən və iş materiallarında olan 28 yanvar 2023-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında saxlanılıb, Bakı şəhəri Səbail RPİ-nin 9cu PB-nə dəvət edilmiş və həmin gün saat 16:40-da Bölmənin inzibati binasının xidməti otaqların birində üzərinə keçirilən baxış zamanı bel kəmərinin arxa hissəsindən 01 ədəd AE 21 1019 JSfo-li, 9 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, Makarov konstruksiyalı tapança, texniki cəhətdən saz və atəş üçün yararlı olan, odlu yivli silahı, 01 ədəd, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi-darağı, 03 ədəd, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan patron aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Makarov” konstruksiyalı tapança, 01 ədəd 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı tapançaların komplekt hissəsi-darağı, 03 ədəd 9x18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların maddi sübut kimi tanınmış və 01 ədəd odlu silah tapança, tapançaların komplekt hissəsi olan 01 ədəd darağ, məhkəmə-ballistik ekspertizası zamanı eksperimental atəşlərdən sonra 01 ədəd qalmış döyüş patronu Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023cü il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 28 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs: Bakı Qarnizonu Hərbi Tribunasının xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242, 194 və 147-ci maddələri ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.1999-cu ildə AR Milli Məclisinin xx.xx.1999-cu il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə məhkəmənin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1,93.1.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2009-cu cəzanın sonu ilə azad edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Sabunçu Rayon Polis İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi xx.xx.2023-cü il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. Nərimanov Rayon Polis İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi xx.xx.2022-ci ildə məhkəməyə göndərilmiş və həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin 1(005)-575/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmçinin Bakı Probasiya İdarəsi tərəfindən daxil olmuş 14 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Probasiya İdarəsinə gəlib qeydiyyatdan keçmədiyi üçün ona təyin edilmiş Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etməklə saxlaması və gəzdirməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etməklə saxlaması və gəzdirməsində ittiham olunmasını, habelə cəzanı yüngüləşdirən halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və təqsirləndirilən şəxs barəsində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş müəyyən müddətdə azadlığın məhdudlaşması cəzasının qalmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən əvvəllər də müxtəlif növ cinayətlərin törədilməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin 1(005)- 575/2022 saylı 23 dekabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Bakı Probasiya İdarəsinin 14 iyun 2023-cü il tarixli məktubdan da göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Probasiya İdarəsinə gəlib qeydiyyatdan keçmədiyi üçün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (Cinayət Məcəlləsinin 67.4-cü maddəsi). Bu səbəbdən, məhkəmə, Nərimanov Rayon Məhkəməsinin 1(005)-575/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməsini məqəsəduyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 353.4.5 və 353.4.8-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 28 yanvar 2023-cü il tarixdən hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut olan 01 ədəd “Makarov” konstruksiyalı tapança, 01 ədəd Makarov konstruksiyalı tapançanın darağı və məhkəməballistik ekspertizası zamanı eksperimental atəşlərdən sonra 01 ədəd qalmış döyüş patronu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməsini, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-575/2022 saylı 23 dekabr 2022-ci il tarixli hökmünə əsasən çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşması cəzasının hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “Makarov” konstruksiyalı tapança, 01 ədəd Makarov konstruksiyalı tapançanın darağı və məhkəmə-ballistik ekspertizası zamanı eksperimental atəşlərdən sonra 01 ədəd qalmış döyüş patronu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 180 (yüz səksən) manat, pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-163/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-163/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver