Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-163/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subat, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 0,385 qram çəkidə qəhvəyi rəngdə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edin üzərində saxlamqla daşımış, 13 noyabr 2023-ciı il tarixdə saat 17:15-də Səbail RPİ-nin 8-ci PB-nin və Səbail RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı Şəhəri Səbail RPİ-nin 8-ci PB-yə gətirilərək Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılan zaman əynində olan olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində 0,385 qram olan qəhvəyi rəngdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər narkotik vasitədən istifadə etmiş və ağrıları yarandığı üçün yenidən narkotik vasitə qəbul etmək qərarına gəlmişdir. 12 noyabr 2023cü il tarixdə, saat təxminən 20:00 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən '"Asan- Xidmət” mərkəzinin arxasında tanımadığı şəxsdən 10 manata bir ədəd şəffaf sellofana bükülmüş “kakos” almış və sonra evə gəlmişdir. 13 noyabr 2023cü il tarixdə o, ünvan 5 ünvanının qarşısında olan vaxt, saat təxminən 17:15 radələrində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və onların polis əməkdaşları olduqlarını bilmişdir. Həmin polis əməkdaşları onun narkotik qəbul edibetmədiyini soruşduqda o, onlara hər şeyi səmimi olaraq danışmışdır. Bundan sonra polislər onu 8-ci Polis bölməsinə dəvət etmişlər. Bölmədə vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və ona üzərində qanunsuz əşya varsa, təqdim etməsini təklif etmişlər, o da əynində olan göy rəngli idman şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş kakosu təqdim etmişdir. Həmin narkotik vasitəni Yasamal rayonu ərazisində yerləşən “Asan-Xidmət” mərkəzinin arxasında tanımadığı şəxsdən 10 manata almışdır, əvvəllər də narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Narkotik vasitələri satmaq, bağışlamaq və ya kiməsə hədiyyə etmək fikri olmamışdır, bədənində ağrılar olduğuna görə həmin narkotik vasitəni alaraq sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Polis bölməsinə gətirilərkən və bölmədə olarkən ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu bildirirək, barəsində azadlıqdan məhruetmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 1974-cü il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı küçədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşquldur. Təqsirləndirilən şəxs cinayət tərkibli əməllərini ifşa etmək üçün onu cinayət başında yaxalamaq məqsədi ilə əməliyyat qrupu yarıdılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə bölmə rəhbərliyinə raportla məruzə etmiş və bölmə rəhbərliyinin razılığı əsasında əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə, təxminən saat 17:15 dəqiqədə ünvan 7 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlayıb 8-ci Polis bölməsinə gətirmişlər və onun üzərinə baxış keçirilməsindən ötrü icazə verilməsi üçün bölmə rəhbərliyinə yenidən raportla məruzə etmişlər. Bölmə rəisinin təliqəsi əsasında şübhəli şəxs qismində bölməyə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması 8-ci PB-nin təhqiqatçısı Nicat Qasımova həvalə edilib və təhqiqatçı tərəfindən bölməyə 3 saylı Vəkil bürosundan vəkil X7 dəvət olunmaqla həmin tarixdə, saat 17:55 dəqiqədə təhqiqatçının xidnıti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılıb. Şəxsi axtarış və götürmədə o, bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, vəkil X7 iştirak etməklə təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmənin İphone markalı mobil telefonun videokamerası vasitəsilə videoçəkilişi aparılacağı elan edilib. Videoçəkiliş aparılmasına etiraz daxil olmadıqdan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş və şəxsi axtarış və götürmə aparıması barədə qərarı elan etdikdən sonra təklif etmiş ki, Təqsirləndirilən şəxs, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoyub, Bükümdə nə olması soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs bildirib ki, bükümdəki kütlə “kakos” adı ilə tanıdığı narkotik vasitə heroindir, həmin narkotik vasitəni xx.xx.2023cü il tarixdə, saat təxminən 20:00 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən “Asan-xidmət” mərkəzinin arxasında tanımadığı şəxsdən 10 manata özü qəbul etmək üçün almışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş və içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qablaşdırılmış, zərfin üzərində iştirakçılar imzalar etdikdən sonra zərf Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 52 salı möhürü ilə möhürlənərək götürülüb. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digr əşya və sənədlər aşkar edilməyib. Şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalanıb. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə onlar tərəfindən tədbirlər keçirilmiş, lakin həmin narkotik vasitəni Təqsirləndirilən şəxs hansı mənbədən əldə etməsini müəyyn etmək mümkün olmamışdır, tədbirlər davam etdirilir, müsbət nəticə olarsa, əlavə olaraq bildiriləcəkdir. İstər saxlanılan vaxt, istər bölməyə gətirilərkən, istərsə də bölmədə olduğu müddətdə şübhəli şəxs Təqsirləndirilən şəxs onlar tərəfindən hər hansı formada təzyiq, zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizası”nın 14 noyabr 2023-cü il tarixli, 6-16-16/2-6/6001 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 52” dairəvi möhür əksləri, “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,385 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi 0,385 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,335 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Aparılmış ekspertiza təqdiqatının dəyəri 80 (səksən) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 7397 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyaiorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürməni əks etdirən videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 13 noyabr 2023-cü il tarixdə, saat 17:15 radələrində Səbail rayonu, A.İsmayılov küçəsində olan 27 saylı evin yaxınlığında şübhəli şəxs qismində saxlanılmış və bölməyə gətirilmiş Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər əşya və sənədlərin olması ehtimal etməyə əsaslar olduğundan üzərində İphone markalı mobil telefonun videokamerası vasitəsilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılacağını bildirir. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilir, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs, şəxsi axtarış və götürmə aparılması barədə qərar elan edilir və ona təklif edir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilən, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş və içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyur və təhqiqatçı tərəfindən həmin büküm açılır və içərisindəki kütlə videoçəkilişlə nümayiş etdirilir. Sual-cavabda şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, həmin təqdim etdiyi bükümdə olan kütlə narkotik vasitə “kakos” kimi tanıdığı heroindir, həmin heroini xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Yasamal rayonu ərazisində olan “Asan-xidmət” mərkəzinin arxasında tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. Həmin narkotik vasitə heroinə bənzər kütlə ilə olan büküm təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılır, zərfin üzərində qeydlir edilməklə zərf üzərində iştirakçılar imzalar edirlər, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir və geyim paltarlarında, ayaqqabısı və corabında hər hansı qanunsuz əşya aşkar edilmir. Sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Səbail Rayon Məhkəməsinin 1 (009)-197/2015 saylı, 21 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20 may 2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə, saat 17:15-də şübhəli şəxs qismində tutulmuş, 15 noyabr 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxs barəsində axtarış elan olunması və cinayət işi üzrə icraatın dayandırılması 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və iş üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında protokoldan və qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan görünür ki, 14 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs sağlamlıq durumu ilə əlaqədar istintaqın çağırışlarına gələ bilmədiyini, könüllü olaraq istintaqın çağırışına gəldiyini bildirmişdir. Həmin tarixdə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzrəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirimişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etiraf edici ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması”nı əks etdirən videogörüntü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 şəxsi Ambulator X3 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını və cinayətin açılmasına fəal kömək etməsini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsi Ambulator X1 14 noyabr 2023-cü il tarixli, 7397 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyaiorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına - 0.05 qram sərf edildikdən sonra qalan - 0,335 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdən 15 noyabr 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 1-da olan yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,335 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 80 (səksən) manat, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-in Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-163/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-163/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver