Məhkəmə qərarları › İş №1(009)-164/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-164/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-164/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 24 avqust 1979-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-45/2019 saylı 19 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29,177.2.2, və 177.2.2-ci maddələri ilə təqsirili bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 06 (altı) ay 23 (iyirmi üç gün) vaxtından əvvəl şərti azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan. Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Ö.F.Nemanzadə küçəsi, ev 110-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs məxsus və saxlanc yeri hesab olunan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, küçə 3-də yerləşən 20 saylı evin mətbəx otağının plastik pəncərəsini dəmir parçası ilə açıb içəri qanunsuz daxil olaraq dəhlizdəki dolabdan 1 ədəd dəyəri 3000 manat olan təbii xəzdən hazırlanmış qadın kürkünü, qonaq otağından çantası və adapteri ilə birlikdə dəyəri 120 manat olan 1 ədəd VPCS117GG model, Windovs 7 İntel Core İ5 xüsusiyyətli “Sony” markalı notbuku, evin zirzəmisindən dəyəri 550 manat olan böyüklər üçün nəzərdə tutulmuş qara rəngli üzərində “Trek Martin 5” yazıları olan sürət ötürücü velosipedi və dəyəri 1350 manat olan 1 ədəd “Trek” markalı velosipedi gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5020 (beş min iyirmi) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 yanvar 2021-ci il tarixdə saat 02.00 radələrində Zərərçəkmiş şəxs məxsus və saxlanc yeri hesab olunan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, küçə 3-də yerləşən 20 saylı evin mətbəx otağının plastik pəncərəsini dəmir parçası ilə açıb içəri qanunsuz daxil olaraq qonaq otağından dəyəri 200 manat olan 1 ədəd “Sony” markalı KLV-40x350 A model, 2008-ci ilin may ayında Yaponiyada istehsal edilmiş qara rəngli televizoru, çantası ilə birlikdə dəyəri 200 manat olan 1 ədəd musiqi aləti olan “Amati” markalı klarneti, dəyəri 150 manat olan 1 ədəd qəhvəyi rəngli 71x71 sm ölçülü, xəritə və dörd ədəd suvenir tapança olan rəsm tablosunu, dəyəri 100 manat olan qızılı-qəhvəyi rəngli Azərbaycan yazıları olan, 48x48 sm ölçülü həmçinin 1 ədəd suvenir xəncər olan rəsm tablosunu, dəyəri 120 manat olan 1 ədəd ağ-qara rəngli 52 sm uzunluğunda üzərində “Jiehe” yazıları olan teleskopu, dəyəri 2000 manat olan 1 ədəd musiqi aləti “Yamaha” markalı elektrik pianinonu, dəyəri 300 manat olan 1 ədəd masaüstü saatı, dəhlizdəki dolabdan dəyəri 150 manat olan 1 ədəd qadın çantasını, hər birinin dəyəri 100 manat olan, ümumilikdə 800 manat təşkil edən 8 cüt müxtəlif markalı qadın ayaqqabılarını, dəyəri 100 manat olan 1 cüt “Bata” markalı ayaqqabını, dəyəri 80 manat olan 1 cüt “Taco” markalı ayaqqabını, hər birinin dəyəri 100 manat olan, ümumilikdə 400 manat təşkil edən dörd ədəd böyük yol çantalarını, ikinci mərtəbədəki yataq otağından üç ədəd pultları ilə birlikdə dəyəri 300 manat olan 1 ədəd “Play Stantion 3” markalı masaüstü oyunu və qonaq otağından hər birinin dəyri 70 manat olan, ümumilikdə 140 manat təşkil edən iki ədəd at fiqurları olan suvenirləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5.040 (beş min qırx) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmünə əsasən barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli qərarı ilə 6 ay 23 gün vaxtından əvvəl şərti olaraq cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra “Covid-19” pandemiyası ilə əlaqədar bir müddət işsiz qalmış, 2020-ci ilin noyabr ayında "xxxx" MMC-də qəlibçi kimi işə qəbul olmuşdur. Lakin aldığı maaş onu qane etmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Təxminən 2020-ci ilin dekabr ayının axırlarında saat 02 radələrində əvvəlcədən izləyib yaşayış olmadığına əmin olduğu Bakı şəhəri, Səbail rayonu, ünvan 3 yerləşən ikimərtəbəli həyət evinin yerləşdiyi sahəyə daş hasardan aşma yolu ilə daxil olub evin giriş qapısının qarşısına keçmişdir. Üzərində olan dəmir parçası ilə həmin evin mətbəxinin plastik konstruksiyalı pəncərəsini açıb evin mətbəxinə daxil olmuş, oradan isə qonaq otağına keçərək keçib 1 ədəd televizoru, 1 ədəd klarneti, 1 ədəd notbuku, dəhlizdə quraşdırılmış pilləkənlərin yanında iki ədəd rəsm tablolarını götürüb daxil olduğu yolla evdən çıxmışdır. Bundan başqa evin zirzəmisinə oranın açıq qapısından daxil olub oradan bir ədəd “Trek” markalı velosipedləri və 1 ədəd teleskopu oğurlayaraq öz maşınına yükləyib aparıb Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən yarısökülü evdə gizlətmişdir. Həmin oğurluq hadisəsini tək törətmiş, oğurluq etməyi barədə heç kimə heç bir məlumat verməmişdir. 01 fevral 2021 tarixdə yaşadığı evinin yaxınlığında ona üç nəfər şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu Səbail Rayon Polis İdarəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə Səbail Rayon Polis İdarəsinin inzibati binasına getmiş, orada Səbail rayonu, Salyan şossesi 32, 3-cü küçədəki 20 saylı həyət evindən oğurluq edib-etməməsi barədəondan soruşmuşlar. Polis əməkdaşların törətdiyi oğurluq hadisəsindən məlumatlı olduqlarını əmin olduqdan sonra həmin cinayət hadisəsini könüllü olaraq etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs 1 ədəd dəyəri 3000 manat olan təbii xəzdən hazırlanmış qadın kürkünü, evin zirzəmisindən dəyəri 550 manat olan böyüklər üçün nəzərdə tutulmuş, qara rəngli üzərində “Trek Martin 5” yazıları olan sürət ötürücü velosipedi, dəyəri 2000 manat olan 1 ədəd musiqi aləti “Yamaha” markalı elektrik pianinonu, dəyəri 300 manat olan 1 ədəd masaüstü saatı, dəhlizdəki dolabdan dəyəri 150 manat olan 1 ədəd qadın çantasını, hər birinin dəyəri 100 manat olan, ümumilikdə 800 manat təşkil edən 8 ədəd müxtəlif markalı qadın ayaqqabılarını, dəyəri 100 manat olan 1 ədəd “Bata” markalı ayaqqabını, dəyəri 80 manat olan 1 ədəd “Taco” markalı ayaqqabını, hər birinin dəyəri 100 manat olan, ümumilikdə 400 manat təşkil edən 4 ədəd böyük yol çantalarını, ikinci mərtəbədəki yataq otağından 3 ədəd pultalı ilə birlikdə dəyəri 300 manat olan 1 ədəd “Play Station 3” markalı masaüstü oyunu və qonaq otağından hər birinin dəyrəi 70 manat olan, ümumilikdə 140 manat təşkil edən iki ədəd at fiqurları olan suvenirləri oğurlamadığını, Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanda yerləşən küçə 3-də mövcud olan 20 saylı həyət evinə yalnız bir dəfə- dekabr ayında daxil olduğunu bildirərək özünü qismən təqsirli bilmişdir. Təqsirləndirilən şəxs oğurladığı bir ədəd televizoru, bir ədəd klarneti, bir ədəd notbuku, iki ədəd rəsm tablolarını, bir ədəd “Trek” markalı velosipedi və bir ədəd teleskopu bacısıoğlu Şahid1 vasitəsilə qaytarmışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, oğurladığı əşyaları qaytardığını, zərərçəkmiş şəxsin ondan şikayətinin olmadığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, ona dəymiş zərər qismən ödənilmiş və təqsirləndirilən şəxs barədə şikayəti yoxdur. Ölkə hüdudlarından kənarda olduğundan məhkəmə iclasında iştirak edə bilmir və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadələrində göstərmişdir ki, 2009-cu ilin yay aylarında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, küçə 3-də yerləşən 20 №-li 8 sot torpaq sahəsində 558 kvadrat metrədən ibarət olan iki mərtəbəli kürsülü evi inşa etdirib orada mövsümü olaraq yaşamağa başlamışdır. 17 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 32, küçə 3-də yerləşən 20 saylı həyət evindən ailə üzvləri ilə birlikdə daimi yaşadığı ünvan 4 ünvanda yerləşən 42 №-li mənzilə getmişdir. 31 yanvar 2021-ci il tarixdə saat 13.00 radələrində evinə geri qayıtdıqda evin mətbəxinin plastik konstruksiyalı pənçərəsinə müdaxilə olunma yolu ilə evə mətbəxdə quraşdırılmış pəncərədən naməlum şəxsin qanunsuz daxil olaraq orada olan 1 ədəd 107 diaqonal ölçülü “Sony” markalı televizorun, 1 ədəd musiqi aləti “Yamaha” markalı elektrik pianinonun, 1 ədəd “Play Stantion 3” markalı masaüstü oyunun üç ədəd pultla birlikdə, çantası ilə birlikdə 1 ədəd musiqi aləti olan “Amati” markalı klarnetin, həyat yoldaşına aldığı 1 ədəd qadın çantasının, on cüt müxtəlif markalı qadın ayaqqabıların, iki ədəd rəsm tabloların, iki ədəd at fiqurları olan suvenirlərin, dörd ədəd böyük yol çantaların və 1 ədəd masaüstü saatın, eləcə də, 1 ədəd “Jiehe” markalı teleskopun oğurlandığını aşkar etmişdir. Bundan başqa, 2020-ci ilin dekabr ayının axırlarında həmin evin dəhlizində quraşdırılmış dolabdan həyat yoldaşına aldığı 1 ədəd təbii xəzdən hazırlanmış qadın kürkünün, eləcə də qonaq otağından çantası ilə birlikdə 1 ədəd “Sony” markalı notbukun və evin zirzəmisindən 1 ədəd 950 manat və 1 ədəd 1350 manat dəyərində velosipedlərin oğurlanmasını aşkar etmişdir. Lakin bu barədə hüquq mühafizə orqanlarına nə məlumat verməmiş, nə də müraciət etməmişdir. Artıq 31 yanvar 2021-ci il tarixdə oğurluq hadisəsini aşkar etdikdən sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. 1 ədəd 107 diaqonal ölçülü “Sony” markalı televizoru 1500 manata, 1 ədəd musiqi aləti “Yamaha” markalı elektrik pianinonu 2000 manata, 1 ədəd “Play Stantion 3” markalı masaüstü oyunu və üç ədəd pultralı 300 manata, 1 ədəd musiqi aləti olan “Amati” markalı klarneti 1981-ci ildə 700 rubla (hazırda həmin alətin qiyməti 600 manat dəyərində olar), həyat yoldaşına 1 ədəd qadın çantasını 150 manata, bundan başqa 8 cüt hər birini 100 manat olmaqla ümumilikdə 800 manat təşkil edən müxtəlif markalı qadın ayaqqabılarını, qızı üçün 1 ədəd “Bata” markalı ayaqqabını 100 manata və 1 cüt “Taco” markalı ayaqqabını 80 manata, iki ədəd hər birini 300 manat olmaqla ümumilikdə 600 manat təşkil edən rəsm tablolarını, iki ədəd hər birini 70 manat olmaqla ümumilikdə 140 manat təşkil edən at fiqurları olan suvenirləri, dörd ədəd hər biri 100 manat olmaqla ümumilikdə 400 manat təşkil edən böyük yol çantalarını, 1 ədəd 300 manata masaüstü saatı, 1 ədəd “Jiehe” markalı teleskopu 100 manata, eləcə də, 1 ədəd təbii xəz dəridən hazırlanmış qadın kürkünü 3000 manata, həmçinin 1 ədəd “Sony” markalı notbuku neçə manata aldığını xatırlamır, hazırda həmin notbukun 150 manat dəvəri olar. Bundan basqa 1 ədəd qara rəngli “Trek” markalı velosipedi 950 manata və 1 ədəd tünd göy rəngli “Trek” markalı velosipedi 1350 manata almışdır. İfadəsində qeyd etdiyi geyim və əşyalarını, eləcə də, musiqi alətlərini nə vaxt aldığını xatırlamır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 12.520 (on iki min beş yüz iyirmi ) manat məbləğində maddi ziyan dəymişdir. Ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, küçə 3-də yerləşən 20 saylı həyət evində təhlükəsizlik kamerası quraşdırılmamış, eləcə də gözətçi vəfat etdiyinə görə həmin ev nəzarətsiz qalmışdır. Həmin həyət evindən və həmin evin zirzəmisindən ilk dəfə baş vermiş oğurluq hadisəsinə böyük əhəmiyyət vermədiyi üçün bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Zərərçəkmiş şəxs əlavə dindirmə zamanı ifadəsində göstərmişdir ki,ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, küçə 3-də yerləşən 20 saylı həyət evindən 2020-ci ilin dekabr ayının axırlarında və 2021-ci ilin yanvar ayının 17dən sonra, yəni iki dəfə oğurluq hadisəsi baş vermişdir. Həmin evdən 1 ədəd “Sony” markalı notbuk və iki ədəd velosiped də məhz 2020-ci ilin dekabr ayının axırlarında oğurlanmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 mart 2021-ci il tarixli 9/655 saylı rəyi ilə müəyyən edilmiş qiymətlərlə razıdır, rəylə bağlı heç bir etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. 01 fevral 2021-ci il tarixdə saat 22:00 radələrində dayısı Təqsirləndirilən şəxs ona zəng edərək Səbail Rayon Polis İdarəsində olduğunu və yaşadığı evin yaxınlığında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə yerləşən yarımsökülü binanın içərisində 1 ədəd televizoru, 1 ədəd musiqi aləti olan klarnet, iki ədəd rəsm tablolarını və 1 ədəd velosipedi oradan götürüb polis idarəsinə gətirərək təqdim etməsini xahiş etmişdir. 01 fevral 2021-ci ildə dayısı Təqsirləndirilən şəxs ona zəng edərək məlumat verdikdə artıq hava qaranlıq olduğuna görə sonuncunun dediyi əşyaları dediyi əşyaları götürmək üçün ünvana getməmiş, 02 fevral 2021-ci il tarixdə sökülü binaya gederək oradan 1 ədəd “Sony” televizoru, 1 ədəd qutusu ilə birlikdə musiqi aləti olan klarneti, iki ədəd rəsm tablolarını, 1 ədəd qara rəngli “Trek” markalı velosipedi, 1 ədəd çantası ilə birlikdə “Sony” markalı notbuku və 1 ədəd “Jiehe” markalı teleskopu götürmüş və Səbail Rayon Polis İdarəsinə təhvil vermişdir. Həmin yarımsökülü binada başqa heç bir əşya olmamışdır. Dayısı Təqsirləndirilən şəxs həmin əşyaları haradan əldə etməsi barədə məlumatı olmamışdır. 02 fevral 2021-ci il tarixli götürmə aparılması haqqında protokola əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, küçə 3 də yerləşən 20 saylı həyət evindən 1 ədəd “Sony” markal televizor, 1 ədəd qutusu ilə birlikdə musiqi aləti olan klarnet, iki ədəd rəsm tabloları, 1 ədəd qara rəngli “Trek” markalı velosiped, 1 ədəd qara rəngli çantasi ilə birlikdə “Sony” markalı notbuk və 1 ədəd “Jiehe” markalı teleskop götürülmüşdür. 03 fevral 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokola əsasən 1 ədəd “Sony” markalı televizor, 1 ədəd qutusu ilə birlikdə musiqi aləti olan klarnet, iki ədəd rəsm albomları, 1 ədəd qara rəngli “Trek” markalı velosiped, 1 ədəd qara rəngli çantası ilə birlikdə “Sony” markalı notbuk və 1 ədəd “Jiehe” markalı teleskop tanınması üçün Zərərçəkmiş şəxs təqdim edilmiş, sonuncu həmin əşyaları tanıyaraq ona məxsus olduğunu və ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, küçə 3-də yerləşən 20 saylı həyət evindən oğurlandığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qəbzə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, küçə 3-də yerləşən 20 saylı həyət evindən oğurlanmış “Sony” markalı televizor, 1 ədəd qutusu ilə birlikdə musiqi aləti olan klarnet, iki ədəd rəsm albomları, 1 ədəd qara rəngli “Trek” markalı velosiped, 1 ədəd qara rəngli çantasi ilə birlikdə “Sony” markalı notbuk və 1 ədəd “Jiehe” markalı teleskop zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 02.02.2021-ci il tarixli, 011-983-1221 saylı məktubuna əsasən 31.01.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanında vətəndaş Zərərçəkmiş şəxs məxsus mənzildə baş vermiş oğurluq faktı ilə hadisə yerindən götürülmüş əl-barmaq izləri KTİ-nin ADİS-nin bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərinin 02 ədədi xx.xx.1979-cu ildə Füzuli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət və şəşələ barmaqlarının əksləri ilə eynilik təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 mart 2021-ci il tarixli 9/665 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların (1 ədəd “Sony” markal televizor, 1 ədəd qutusu ilə birlikdə musiqi aləti olan klarnet, 2 ədəd rəsm albomları, 1 ədəd qara rəngli “Trek” markalı velosiped, 1 ədəd qara rəngli çantasi ilə birlikdə “Sony” markalı notbuk və 1 ədəd “Jiehe” markalı teleskop) istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1440,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 19.04.2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərara əsasən ekspertiza rəyi nəzərə alınmaqla iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsiləri ilə yenidən ittiham elan edilmiş, həmçinin təqsirləndirilmiş şəxsə elan edilmiş ittihamda Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Sony” markal televizorun, 1 ədəd çantası ilə birlikdə musiqi aləti olan “Amati” markalı klarnetin, 71x71 sm ölçülü, 1 ədəd xəritə və 4 ədəd suvenir tapança olan rəsm tablosunun, 1 ədəd Azərbaycan yazıları olan, 48x48 sm ölçülü həmçinin 1 ədəd suvenir xəncər olan rəsm tablosunun, 1 ədəd böyüklər üçün nəzərdə tutulmuş “Trek” markalı velosipedin, 1 ədəd çantası və adapteri ilə birlikdə “Sony” markalı notbukun və 1 ədəd 52 sm uzunluğunda üzərində “Jiehe” yazıları olan teleskopun orta bazar qiymətləri müəyyən edilməsi barədə məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində, digər oğurlanmış əmlaklar isə zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətləri əsas götürülməsi qərara alınmışdır. Həmin qərarla Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Sony” markal televizorun, 1 ədəd çantasi ilə birlikdə musiqi aləti olan “Amati” markalı klarnetin, 71x71 sm ölçülü, 1 ədəd xəritə və 4 ədəd suvenir tapança olan rəsm tablosunun, 1 ədəd Azərbaycan yazıları olan, 48x48 sm ölçülü həmçinin 1 ədəd suvenir xəncər olan rəsm tablosunun, 1 ədəd böyüklər üçün nəzərdə tutulmuş, “Trek” markalı velosipedin, 1 ədəd çantası və adapteri ilə birlikdə “Sony” markalı notbukun və 1 ədəd 52 sm uzunluğunda üzərində “Jiehe” yazıları olan teleskop iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23.02.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05.10.2004-cü il tarixli hökmü ilə CMnin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20.08.2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin (köhnə redaksiyada) 207-ci maddənin 3-cü hissəsi ilə ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 17.03.2009-cu il tarixli amnistiya qərarı ilə əsas cəzadan azad edilmişdir. 14.06.2012-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 01.08.2012-ci il tarixdə CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29.10.2014-cü il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli qərarı ilə 02 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. 15.02.2016-cı il tarixdə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli hökmü ilə CM-nin 29,177.2.1, 29,177.2.2, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 06 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli 1(009)-45/2019-cu il tarxili hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbs etmənin əvvəli 27.11.2018-ci il tarixdən hesablanmışdır. Elektron məhkəmə portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağı vardır – 18 sentyabr 2010-cu tarixdə anadan olmuş X3 və 27 iyul 2013-cu tarixdə anadan olmuş X4. 01 fevral 2021-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarışı şöbəsinin rəisi vəzifəsi müvəqqəti icra edən Tural Məmmədov, əməliyyat müvəkkili Elçin Səfərov və əməliyyat müvəkkili İlkin İbadovun 01 fevral 2021-ci il tarixdə tərtib etdiyi raportdan görünür ki, 01 fevral 2021-ci il il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Muxtarov küçəsi 100 sayı evin qarşısında saxlanılaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinə gətirilmişdir. 02 fevral 2021-ci il tarixdə saat 01.10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.24-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 03 fevral 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. 03 fevral 2021-ci il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 4(009)-52/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə, 01 may 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanmışdır. 20 aprel 2021-ci il tarixli qərarla iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hadisə nəticəsində ona vurulmuş ziyan qismən ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, yəni 1 ədəd dəyəri 3000 manat olan təbii xəzdən hazırlanmış qadın kürkünü, evin zirzəmisindən dəyəri 550 manat olan böyüklər üçün nəzərdə tutulmuş, qara rəngli üzərində “Trek Martin 5” yazıları olan sürət ötürücü velosipedi, dəyəri 2000 manat olan 1 ədəd musiqi aləti “Yamaha” markalı elektrik pianinonu, dəyəri 300 manat olan 1 ədəd masaüstü saatı, dəhlizdəki dolabdan dəyəri 150 manat olan 1 ədəd qadın çantasını, hər birinin dəyəri 100 manat olan, ümumilikdə 800 manat təşkil edən 8 cüt müxtəlif markalı qadın ayaqqabılarını, dəyəri 100 manat olan 1 ədəd “Bata” markalı “Taco” markalı ayaqqabını, dəyəri 80 manat olan 1 ədəd “Taco” markalı ayaqqabını, hər birinin dəyəri 100 manat olan, ümumilikdə 400 manat təşkil edən 4 ədəd böyük yol çantalarını, ikinci mərtəbədəki yataq otağından 3 ədəd pultralı ilə birlikdə dəyəri 300 manat olan 1 ədəd “Play Station 3” markalı masaüstü oyunu və qonaq otağından hər birinin dəyəri 70 manat olan, ümumilikdə 140 manat təşkil edən 2 ədəd at fiqurları olan suvenirləri oğurlamadığı işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Belə ki, Təqsirləndirilən şəxs evə bir dəfə, yəni 2020-ci ilin dekabr ayının sonlarında daxil olub oğurluq etdiyini göstərsə də, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və zərərçəkmiş şəxsə qaytarılmış, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Sony” markal televizor, 1 ədəd çantası ilə birlikdə musiqi aləti olan “Amati” markalı klarnet, 71x71 sm ölçülü, 1 ədəd xəritə və 4 ədəd suvenir tapança olan rəsm tablosu, 1 ədəd Azərbaycan yazıları olan, 48x48 sm ölçülü, həmçinin 1 ədəd suvenir xəncər olan rəsm tablosu və 1 ədəd 52 sm uzunluğunda üzərində “Jiehe” yazıları olan teleskop 2021-ci ilin yanvar ayında oğurlandığı müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməl, yəni təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları tamamilə sübuta yetirildi. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini, ziyanı qismən aradan qaldırmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli 1(009)-45/2019-cu il tarxili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2 və 177.2.2-ci maddələri ilə təqsrili bilinərək 02 il müddətinə azadıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qərarı ilə 06 ay 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Lakin iki il keçmədən 2020-ci ilin dekabr ayında, sonra təkrarən 2021-ci ilin yanvar ayında yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də bu növ cinayət əməllərinin törədilməsinə görə məhkum olunduğunu və islah olunmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 01 fevral 2021-ci il tarixdən məhdudlaşdırılması ( 01 fevral 2021-ci il tarixli Səbail Rayon Polis İdarəsinin raportu) təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi 1 ədəd “Sony” markal televizorun, 1 ədəd çantasi ilə birlikdə musiqi aləti olan “Amati” markalı klarnetin, 71x71 sm ölçülü, 1 ədəd xəritə və 4 ədəd suvenir tapança olan rəsm tablosunun, 1 ədəd Azərbaycan yazıları olan, 48x48 sm ölçülü həmçinin 1 ədəd suvenir xəncər olan rəsm tablosunun, 1 ədəd böyüklər üçün nəzərdə tutulmuş, “Trek” markalı velosipedin, 1 ədəd çantası və adapteri ilə birlikdə “Sony” markalı notbukun və 1 ədəd 52 sm uzunluğunda üzərində “Jiehe” yazıları olan teleskop Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmaılıdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. AR CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfləri mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğdən ibarətdir. AR CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Sony” markal televizorun, 1 ədəd çantasi ilə birlikdə musiqi aləti olan “Amati” markalı klarnetin, 71x71 sm ölçülü, 1 ədəd xəritə və 4 ədəd suvenir tapança olan rəsm tablosunun, 1 ədəd Azərbaycan yazıları olan, 48x48 sm ölçülü həmçinin 1 ədəd suvenir xəncər olan rəsm tablosunun, 1 ədəd böyüklər üçün nəzərdə tutulmuş, “Trek” markalı velosipedin, 1 ədəd çantası və adapteri ilə birlikdə “Sony” markalı notbukun və 1 ədəd 52 sm uzunluğunda üzərində “Jiehe” yazıları olan teleskop Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qalib oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz ) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar