Məhkəmə qərarları › İş №1(009)-164/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-164/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-164/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızınını katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Füzuli rayonu, Gorazıllı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi 3, ev ö/t yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi-3 ünvanında yerləşən anasının yaşadığı evdə şəxsi münasibətlər zəminində, anası Zərərçəkmiş şəxs başından yumruqla vurub ona - sol yanaq və sol gözaltı nahiyyələrin qançırları, eləcə də, sol diz oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi fonunda hematoması - kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi-3, ev-ö/t 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 19 may 2022-ci il tarixdə saat 17:30 radələrində o spirtli içki içərək yaşadığı ünvana gəlmiş, onunla bir həyətdə yaşayan anasının yaşadığı evə getmiş, anasının yataqda uzandığını görərək ona yaxınlaşmış və onun spirtli içki içib yatmasını düşünərək anası ilə mübahisə etməyə başlamışdır. Anası Klavdiyanı spirtli içki içməkdə günahlandıraraq onunla mübahisə edən zaman Klavdiya yataqdan duraraq ona tərəf gəlmiş, bu zaman Eduard anası tərəfindən təhqir olunduğu üçün əsəbləşərək əli ilə onun üzündən tutaraq sıxıb kənara itələmişdir. Anasının yerə yıxılmasından və ayağa qalxaraq DİN-nin “102” xidmətinə zəng etməsindən sonra o anasının qaldığı otağı tərk edərək çıxıb getmişdir. Anası ilə mübahisə etməsinə səbəb anasının spirtli içki qəbul etməsi və anasının bu əməli barədə qızı və həyat yoldaşının ona iradlar bildirməsi olmuşdur. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Füzuli rayonu Gorazıllı kəndində qeydiyyatda olsa da uzun müddətdir Bakı şəhəri Səbail rayonu ərazisində yaşayır və bu vaxta kimi hazırda yaşadığı “Socar”-ın 1 saylı NQÇİ-yə məxsus keçmiş paltar dəyişmək üçün istifadə olunan binasında məskunlaşmışdır. O həmin ünvanda tək yaşasa da onun yaşadığı “Socar”-a məxsus keçmiş inzibati binada oğlanları və başqa şəxslər də məskunlaşmışdır. O oğlu Təqsirləndirilən şəxs tez tez spirtli içkinin təsiri altında öz evində televizoru olmadığı üçün onun otağına gələrək televizora baxmaq adı ilə onu narahat etmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində yaşadığı evdə olan zaman oğlu Təqsirləndirilən şəxs sərxoş halda onun yataq otağına daxil olmuş, o yatağında uzanmasına baxmayaraq Eduard ona tərəf gələrək sərxoş halda onu nalayiq ifadələr təhqir edib onu spirtli içki içməkdə günahlandırmışdır. O böyrəklərinin ağrımasına görə məcbur qalıb spirtli içki içdiyini oğluna desə də Eduard sərxoş olduğu üçün onun sözlərinə əhəmiyyət verməyərək onunla mübahişə etməyə davam etmişdir. O Eduardı evdən çıxarmaq üçün ona tərəf yaxınlaşdıqda Eduard onun başındna yumruq və şillə vurmuşdur. O oğlunun növbəti dəfə bu cür hərəkət etməsindən bezdiyi üçün polisə müraciət etmək qərarına gəlmişdir. Oğlu Eduard ilə aralarında dəfələrlə ailə daxili münaqişələr olmuş, Eduardm onu döyməsi səbəbindən polisə ərizə ilə müraciət etmiş, lakin sonda Eduard barəsində vermiş olduğu ərizəni geri götürmüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti yoxdur. 19 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. 19 may 2022-ci il tarixli 2/11351 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Təqsirləndirilən şəxs həmin tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. Məhkəmə-tibb ekspertizasının 20 may 2022-ci il tarixli 338 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsnm almış olduğu xəsarətlər - sol yanaq və sol gözaltmahiyələrin qançırları, eləcə də, sol diz oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının şişkinliyi fonunda hematoması(əzilməsi) bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyyələrə əl, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 27 may 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22 iyun 2022-ci il tarixli tələbnaməyə əsasən xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: Suraxanı rayonu Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə CM-nin 107.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (iki) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, zərərçəkmiş şəxs ilə aralarında barışmışdır. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayəti olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayətinin olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar