Məhkəmə qərarları › İş №1(009)-165/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-165/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-165/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, onun nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Füzuli rayonu, Alıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Şahlar Allahverdiyev küçəsi dalan 1, ev 8-də yaşayan və hazırda “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli yolla talamaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 oktyabr 2020-ci il tarixdən 02 fevral 2021-ci il tarixədək olan müddət ərzində xadiməçi kimi işlədiyi Zərərçəkmiş şəxs1 icarədarı olduğu ünvan 1 ünvanında yerləşən «Helen Butik» mağazasından ayrı-ayrılıqda 900 manat dəyərində «Just reach class» markalanma nişanı olan 1 dəst paltarı, 650 manat dəyərində «Moncler» markalanma nişanı olan uşaq gödəkçəsini, 130 manat dəyərində «See you» markalanma nişanı olan koftanı, 50 manat dəyərində «Dolce Gabbana» markalanma nişanı olan qadın maykasını, 90 manat dəyərində qara rəngli idman şalvarını, 180 manat dəyərində «Valentino» markalanma nişanı olan qadın köynəyini, 310 manat dəyərində 1 cüt «Valentino» markalanma nişanı olan krem rəngli ayaqqabını, 170 manat dəyərində «Prada» markalanma nişanı olan qolsuz uşaq gödəkçəsini, 60 manat dəyərində qadın yun şalvarını, 50 manat dəyərində «Armonica» markalanma nişanı olan qadın koftasını, 350 manat dəyərində «Valentini» markalanma nişanı olan qara rəngli qadın koftasını, 120 manat dəyərində «Balenciaga» markalanma nişanı olan qadın vadalaskasım, 270 manat dəyərində göy rəngli «Balenciaga» markalanma nişanı olan qadın koftasını, 280 manat dəyərində «Jalisca» markalanma nişanı olan şalvarı, 130 manat dəyərində «Waggon» markalanma nişanı olan qadın şalvarını, 550 manat dəyərində «Moschino» markalanma nişanı olan gödəkçəni, 190 manat dəyərində uşaq gödəkçəsini, 350 manat dəyərində uşaq gödəkçəsini, 90 manat dəyərində «Exquise» markalanma nişanı olan qadın şalvarını, 120 manat dəyərində qara rəngli «Chanel» markalanma nişanı olan dəst şalvarı, 200 manat dəyərində «Chanel» markalanma nişanı olan qırmızı rəngli pul kisəsini, 50 manat dəyərində «Chanel» markalanma nişanı olan boyunbağını, 30 manat dəyərində gül bəzəkli sadə üzüyü, 350 manat dəyərində «Monica richiw markalanma nişanı olan göy rəngli yubkan, 550 manat dəyərində 1 cüt «Yves saint lourentw markalanma nişanı olan çəkməni, 180 manat dəyərində 1 cüt «zara» markalanma nişanı olan çəkməni, 220 manat dəyərində «Fendi» markalanma nişanı olan yubkanı, 350 manat dəyərində «Valentino» markalanma nişanı olan donu, 70 manat dəyərində «Gucci» markalanma nişanı olan qırmızı rəngli qadın koftasını, hər birinin qiyməti ayrı-ayrılıqda 130 manat olmaqla cəmi qiyməti 520 manat təşkil edən 4 ədəd pul kisəsini, hər birinin qiyməti ayrı-ayrılıqda 450 manat olmaqla, cəmi qiyməti 900 manat təşkil edən 2 ədəd yaşıl rəngli gödəkçəni, hər birinin qiyməti ayrı-ayrılıqda 270 manat olmaqla cəmi qiyməti 540 manat təşkil edən 2 ədəd uşaq gödəkçəsini, bundan başqa sonuncunun kirayədə yaşadığı ünvan 2 ünvanından ayrı-ayrılıqda 90 manat dəyərində 1 ədəd «Chanel» markalanma nisanı olan koftanı, 210 manat dəyərində «Gucci» markalanma nişanı olan şalvarı, 90 manat dəyərində ağ rəngli vodalaskanı, 70 manat dəyərində «Petişka» markalanma nişanı olan ağ rəngli köynəyi, 550 manat dəyərində «Fendi» markalanma nişanı olan gödəkçəni, hər birinin qiyməti ayrı-ayrılıqda 15 manat olmaqla cəmi qiyməti 30 manat təşkil edən 2 ədəd şüşə qabda olan kremi, 20 manat dəyərində «GEEPAS» markalanma nişanı olan saç fenini, 320 manat dəyərində «Massimo dutti» markalanma nişanı olan eynəyi, 250 manat dəyərində 750 əyarlı, 2,7 qram çəkidə 1 cüt qızıl sırğanı, 25 manat dəyərində 1 ədəd qızılı rəngli sadə qadın qolbağını, 1000 manat dəyərində 750 əyarlı, 8 qram çəkidə 1 ədəd ağ rəngli brilliant tək qaş üzüyü, 110 manat dəyərində 750 əyarlı, 2 qram çəkidə 1 ədəd sarı tək qaşlı qızıl üzüyü, 110 manat dəyərində 1 ədəd mirvari qolbağı, 110 manat dəyərində 1 ədəd göy muncuqlu qolbağı, 350 manat dəyərində 750 əyarlı, 5 qram çəkidə 1 cüt firuzə qaşlı qızıl sırğanı, 610 manat dəyərində 750 əyarlı, 4 qram çəkidə 1 cüt aqat qaşlı üzəri brilliant olan qızıl sırğanı, 1350 manat dəyərində 750 əyarlı, 19 qram çəkidə 1 cüt qızıl sırğanı, 700 manat dəyərində 750 əyarlı, 5 qram çəkidə 1 ədəd almaz qaşlı qızıl üzüyü, 560 manat dəyərində 750 əyarlı 8 qram çəkidə xamelion daşlı 1 cüt qızıl sırğanı, 470 manat dəyərində 585 əyarlı 7 qram çəkidə şəffaf daşlı 1 cüt qızıl sırğanı, 550 manat dəyərində 750 əyarlı, 7 qram çəkidə halqa formalı 1 cüt qızıl sırğanı, 60 manat dəyərində 1 ədəd 750 əyarlı, 1 qram çəkidə uşaq üçün qızıl sırğanın tayını, cəmi qiyməti 550 manat olmaqla hər biri 2 qram çəkidə olan 585 əyarlı qızıl qolbağı, 1800 manat dəyərində 750 əyarlı, 9 qram çəkidə «Karlof» markalanma nişanı olan brilliant daşlı qızıl boyunbağını, 300 manat dəyərində 750 əyarlı, 2,7 qram çəkidə 1 ədəd nazik qızıl boyunbağını, 1100 manat dəyərində 750 əyarlı, 6 qram çəkidə kənarları brilliant qaşlı 1 ədəd qızıl üzüyü, 3230 manat dəyərində 750 əyarlı, 5 qram çəkidə 1 ədəd «Atasay» markalanma nişanı olan qızıl üzüyü, 510 manat dəyərində 585 əyarlı, 7,3 qram çəkidə «Versage» markalanma nişanı olan 1 ədəd qolbağı, 1700 manat dəyərində qırmızı qaşlı və kənarları səpmə brilliant qaşlı qızıl üzüyü, 220 manat dəyərində 585 əyarlı, 3,5 qram çəkidə 1 ədəd sonsuzluq qızıl klonunu, 240 manat dəyərində 750 əyarlı, 4 qram çəkidə 1 cüt qızıl sırğanı, 250 manat dəyərində «Cartier» markalanma nişanı olan göy rəngli qadın saatını, 350 manat dəyərində «LV» markalanma nişanı olan qadın saatını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 26.885 (iyirmi altı min səkkiz yüz səksən beş) manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayından təxminən 02 fevral 2021-ci il tarixə kimi Zərərçəkmiş şəxs1ın işlətdiyi qadın geyimləri mağazasında ikinci iş yeri kimi işləməyə başlamışdır. Həmin ərəfədə o, "xxxx" MMC-də xidmətçi işləyirdi. O, hər gün işdən çıxıb axşam saat 17:00 radələrində həmin mağazaya və Gülmayənin mənzilinə təmizlik işləri görmək üçün gedirdi. Gülmayə ona aylıq 200 manat əmək haqqı verməli olduğunu, lakin 4 ay müddətinə ona ödəməli olacağı əmək haqqını ödəmədiyini və əmək haqqı əvəzi ona 2020-ci ilin dekabr ayında özü tərəfindən geyinilmiş qırmızı ağ zolaqlı köynək, 3-4 ədəd qadın koftası və 1 ədəd işlənmiş qadın alt paltarı vermişdir. Gülmayənin ona ümumilikdə 800 manat borcu yaranmışdır. 02 fevral 2021-ci il tarixdə Gülmayə ilə qızı onun yaşadığı mənzilə gəlmiş, onun icazəsi ilə yaşadığı mənzilə daxil olmuşdular. Onlar mənzilə baxmışlar və özü tərəfindən ona verilmiş 1 ədəd ağ qırmızı zolaqlı köynək, 1 ədəd boğazlı köynək, 1 ədəd tünd qırmizı rəngli kofta, 1 ədəd dəst paltar, 1 ədəd qara şalvar, 1 ədəd boz rəngli idman şalvarı, 1 ədəd qızılı rəngdə kiçik halqa sırğanı götürmüş və bundan sonra polis əməkdaşları mənzilə gəlmişdilər. Gələn günü o, könüllü olaraq Gülmayənin yaşadığı mənzildən götürdüyü lakin qızıl olması ona məlum olmayan 3 ədəd sarı rəngli sırğa, 3 ədəd nazik sarı bilərzik, 1 ədəd ağ rəngli qadın üzüyü, 1 ədəd qızılı rəngli qadın üzüyü, 1 ədəd ağ muncuqlu bilərzik və 1 ədəd qadın saatını təqdim etdiyini, həmin ərəfədə Gülmayə polis əməkdaşlarına şikayətinin geri götürəcəyini bildirdiyini və bu səbəbdən polis əməkdaşı onlara vaxt verdiyini və təxminən 1 həftə sonra polis əməkdaşı onu çağıraraq Gülmayənin şikayətinin geri götürməyəcəyini bildirmişdir. Gülmayənin mənzilindən əşyaların götürməkdə məqsədi oğurluq olmamışdır, o, Gülmayənin ona olan əmək haqqı borcunun əvəzini götürmüşdür. Aksessuarların qızıl olmasını ilk dəfə polis bölməsində bilmişdir. Gülmayənin yenidən barəsində verdiyi və yalan əsaslarla günahlandırdığı hər hansı bir geyim əşyalar və qızıl-zinyət əşyalarından xəbəri olmamış, onun barəsində verdiyi təkrar şikayətləri böhtan xarakterli olmuşdur. Gülmayə onun tərəfindən təqdim edilmiş geyim əşyalarının geyildiyini bildirərərk 5000 manat pul ödəməsini və şikayətini geri götürəcəyini bildirsə də, o, həmin pulu ödədikdən sonra Gülmayə vədinə əməl etməyərək pulu ödədikdən sonra yenidən əlavə oğurluq ittihamı ilə polisə müracət etmişdir. Əməlindən peşmandır. Götürdüyü bütün əşyaları Gülmayəyə geri qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, «Helen butik» adlı mağaza açaraq qadın geyimlərinin satışı ilə məşğul olur. Mağazanı icarəyə götürüb, təmir etdikdən sonra 2020-ci ilin noyabr ayından mağazada təmizlik işlərinin aparılması üçün Elnarə adlı qadını işə götürmüşdür. Həmin vaxtdan etibarən Elnarə onun mağazasında gündəlik olmaqla günün hər hansı bir vaxtı gələrək təmizlik işlərini görürdü. Dekabr ayından isə Elnarə onun yaşadığı mənzildə də təmizlik işləri görməsi üçün gündəlik gəlib-getməyə başlamışdır. Mağazada olduğu zaman isə Elnarəyə öz evinin açarını vermişdir ki, gedib evini də rahat təmizləyə bilsin. 25 yanvar 2021-ci il tarixdən mağazaya satıcı olaraq Şahid1 işə götürmüşdür. Təxminən bir həftə əvvəl o, işlətdiyi «Helen» butik geyim mağazasında yoxlama apararkən təxminən 4.000 manat dəyərində müxtəlif geyimlərin əksikliyini müəyyən etdikdən sonra, həmçinin yaşadığı evdə də özünə məxsus bir neçə təxminən 1.000 manat dəyərində geyim və ətirlərin olmadığını aşkar etmiş, həmin əmlakların oğurlanmasında mağazada və onun mənzilində xadimə işləyən Elnarədən şübhələnmişdir. 02 fevral 2021-ci il tarixdə axşam saatlarında yaşadığı mənzildə özünə məxsus olan 5.000 manat dəyərində olan qızıl əşyalarının da mənzilində olmadığını bildikdə, bununla bağlı Elnarədən soruşmaq üçün onun yaşadığı evə gedərək evdə Elnarə ilə söhbət edərkən yaşadığı mənzildə ona məxsus olan paltarları, əşyaları və qızılları görüb aşkar edərək, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. O, bununla bağlı sonradan dəqiqləşdirmə apardıqda mağazadan 900 manat dəyərində 1 ədəd «just reach class» markalı dəst paltar, 650 manat dəyərində 1 ədəd «moncler» uşaq gödəkçəsi, 130 manat dəyərində 1 ədəd «see you» markalı kofta, 50 manat dəyərində 1 ədəd «dolge gabbana» markalı qadın maykası, 90 manat dəyərində 1 ədəd qara rəngli idman şalvarı, 180 manat dəyərində 1 ədəd «Valentino» marka qadın köynəyi, 310 manat dəyərində 1 ədəd «Valentino» krem rengli ayaqqabı, 170 manat dəyərində 1 ədəd «prada» markalı qolsuz uşaq gödəkçəsi, 60 manat dəyərində 1 ədəd qadın yun şalvarı, 50 manat dəyərində «armonica» markalı qadın koftası, 350 manat dəyərində 1 ədəd «valentini» markalı qara rəngli qadın koftası, 120 manat dəyərində 1 ədəd «balenciaga» markalı qadın vadalaskası, 270 manat dəyərində 1 ədəd göy «balenciaga» markalı qadın koftası, 280 manat dəyərində 1 ədəd «jalisca» markalı şalvar, 130 manat dəyərində 1 ədəd «waggon» markalı qadın şalvarı, 550 manat dəyərində 1 ədəd «moschino» markalı gödəkçə, 190 manat dəyərində 1 ədəd uşaq gödəkcəsi, 350 manat dəyərində 1 ədəd uşaq gödəkcəsi, 90 manat dəyərində «Exquise» markalanma nişanı olan qadın şalvarını, 120 manat dəyərində qara rəngli «Chanel» markalanma nişanı olan dəst şalvarı, 200 manat dəyərində «Chanel» markalanma nişanı olan qırmızı rəngli pul kisəsini, 50 manat dəyərində «Chanel» markalanma nişanı olan boyunbağını, 30 manat dəyərində gül bəzəkli sadə üzüyü, 350 manat dəyərində «Monica richiw markalanma nişanı olan göy rəngli yubkan, 550 manat dəyərində 1 cüt «Yves saint lourentw markalanma nişanı olan çəkməni, 180 manat dəyərində 1 cüt «zara» markalanma nişanı olan çəkməni, 220 manat dəyərində «Fendi» markalanma nişanı olan yubkanı, 350 manat dəyərində 1 ədəd «valentino» markalı don, 70 manat dəyərində 1 ədəd «Gucci» markalı qırmızı rəngli qadın koftası, hər birinin qiyməti ayrı-ayrılıqda 130 manat olmaqla cəmi qiyməti 520 manat təşkil edən 4 ədəd pul kisəsi, hər birinin qiyməti ayrı- ayrılıqda 450 manat olmaqla, cəmi qiyməti 900 manat təşkil edən 2 ədəd yaşıl rəngli gödəkcə, hər birinin qiyməti ayrı-ayrılıqda 270 manat olmaqla cəmi qiyməti 540 manat təşkil edən 2 ədəd uşaq gödəkcəsi oğurlanmışdır. Mağazada baş vermiş oğurluğa görə ona cəmi 9000 manat maddi ziyan dəymişdir. Yaşadığı mənzildə dəqiqləşdirmə apardıqda müəyyən etmişdir ki, 90 manat dəyərində 1 ədəd «chanel» markalı kofta, 210 manat dəyərində 1 ədəd «Gucci» markalı şalvar, 90 manat dəyərində 1 ədəd «ağ rəngli vodalaska, 70 manat dəyərində 1 ədəd «petişka» markalı ağ köynək, 550 manat dəyərində 1 ədəd «fendi» markalı gödəkçə, hər birinin qiyməti ayrı-ayrılıqda 15 manat olmaqla cəmi qiyməti 30 manat təşkil edən 2 ədəd şüşə qabda krem, 20 manat dəyərində 1 ədəd «GEEPAS» markalı saç feni, 320 manat dəyərində 1 ədəd «massimo dutti» markalı eynək, 250 manat dəyərində 750 əyarlı, 2,7 qram çəkidə 1 cüt qızıl sırğa, 25 manat dəyərində 1 ədəd qızılı rəngli sadə qadın qolbağı, 1000 manat dəyərində 750 əyarlı, 8 qram çəkidə 1 ədəd ağ rəngli brilliant tek qaş üzük, 110 manat dəyərində 750 əyarlı, 2 qram çəkidə 1 ədəd sarı tək qaşlı qızıl üzük, 110 manat dəyərində 1 ədəd mirvari qolbaq, 110 manat dəyərində 1 ədəd göy muncuqlu qolbaq, 350 manat dəyərində 750 əyarlı, 5 qram çəkidə 1 cüt firuzə qaşlı qızıl sırğa, 610 manat dəyərində 750 əyarlı, 4 qram çəkidə 1 cüt aqat qaşlı üzəri brilliant olan qızıl sırğa, 1350 manat dəyərində 750 əyarlı, 19 qram çəkidə 1 cüt qızıl sırğa, 700 manat dəyərində 750 əyarlı, 5 qram çəkidə 1 ədəd almaz qaşlı qızıl üzük, 560 manat dəyərində 750 əyarlı 8 qram çəkidə xamelion daşlı 1 cüt qızıl sırğa, 470 manat dəyərində 585 əyarlı 7 qram çəkidə şəffaf daşlı 1 cüt qızıl sırğa, 550 manat dəyərində 750 əyarlı, 7 qram çəkidə «halqa» formalı 1 cüt qızıl sırğa, 60 manat dəyərində 1 ədəd uşaq üçün 750 əyarlı 1 qram çəkidə qızıl sırğanın tayı, cəmi qiyməti 550 manat olmaqla hər biri 2 qram çəkidə olan 585 əyarlı qızıl qolbaq, 1800 manat dəyərində 750 əyarlı, 9 qram çəkidə «karlof» markalı brilliant daşlı qızıl boyunbağı, 300 manat dəyərində 750 əyarlı, 2,7 qram çəkidə 1 ədəd nazik qızıl boyunbağı, 1100 manat dəyərində 750 əyarlı, 6 qram çəkidə kənarları brilliant qaşlı 1 ədəd qızıl üzük, 3230 manat dəyərində 750 əyarlı, 5 qram çəkidə 1 ədəd «atasay» markalı qızıl üzük, 510 manat dəyərində 585 əyarlı, 7,3 qram çəkidə «versage» markalı 1 ədəd qolbaq, 1700 manat dəyərində qırmızı qaşlı kənarları səpmə brilliant qaşlı qızıl üzük, 220 manat dəyərində 585 əyarlı, 3,5 qram çəkidə 1 ədəd sonsuzluq qızıl klonu, 240 manat dəyərində 750 əyarlı, 4 qram çəkidə 1 cüt qızıl sırğa, 250 manat dəyərində 1 ədəd «cartier» markalı göy rəngli qadın saatı, 350 manat dəyərində 1 ədəd «LV» markalı qadın saatı oğurlanmışdır. Mənzildə baş vermiş oğurluğa görə ona cəmi 17.885 manat maddi ziyan dəymişdir. Elnarə ona məxsus mağazadan və mənzildən əşya, paltar və qızıl-zinət əşyaları oğurlamaqla ona ümumilikdə 26.885 (iyirmi altı min səkkiz yüz səksən beş) manat maddi ziyan vurmuşdur. Elnarə ona məxsus mağazadan və mənzildən oğurladığı əşya, paltar və qızıl-zinət əşyalarından 900 manat dəyərində 1 ədəd «just reach class» markalı dəst paltar, 130 manat dəyərində 1 ədəd «see you» markalı kofta, 50 manat dəyərində 1 ədəd «dolge gabbana» markalı qadın maykası, 90 manat dəyərində 1 ədəd qara rəngli idman şalvarı, 180 manat dəyərində 1 ədəd «Valentino» marka qadın köynəyi, 60 manat dəyərində 1 ədəd qadın yun şalvarı, 50 manat dəyərində «armonica» markalı qadın koftası, 120 manat dəyərində 1 ədəd «balenciaga» markalı qadın vadalaskası, 280 manat dəyərində 1 ədəd «jalisca» markalı şalvar, 130 manat dəyərində 1 ədəd «waggon» markalı qadın şalvarı, 550 manat dəyərində 1 ədəd «moschino» markalı gödəkçə, 90 manat dəyərində 1 ədəd «exquise» markalı qadın şalvarı, 120 manat dəyərində 1 ədəd qara «chanel» markalı dəst şalvar, 200 manat dəyərində 1 ədəd «chanel» markalı qırmızı rəngli pul kisəsi, 50 manat dəyərində 1 ədəd «chanel» markalı boyunbağı, 30 manat dəyərində 1 ədəd gül bəzəkli sadə üzük, 70 manat dəyərində 1 ədəd «Gucci» markalı qırmızı rəngli qadın koftası, 90 manat dəyərində 1 ədəd «Chanel» markalı koftanı, 210 manat dəyərində «Gucci» markalanma nişanı olan şalvarı, 90 manat dəyərində ağ rəngli vodalaskanı, 70 manat dəyərində «Petişka» markalanma nişanı olan ağ rəngli köynəyi, 550 manat dəyərində «Fendi» markalanma nişanı olan gödəkçəni, hər birinin qiyməti ayrı-ayrılıqda 15 manat olmaqla cəmi qiyməti 30 manat təşkil edən 2 ədəd şüşə qabda olan kremi, 20 manat dəyərində «GEEPAS» markalanma nişanı olan saç fenini, 25 manat dəyərində 1 ədəd qızılı rəngli sadə qadın qolbağını, 1000 manat dəyərində 750 əyarlı, 8 qram çəkidə 1 ədəd ağ rəngli brilliant tək qaş üzüyü, 110 manat dəyərində 750 əyarlı, 2 qram çəkidə 1 ədəd sarı tək qaşlı qızıl üzük, 110 manat dəyərində 1 ədəd mirvari qolbaq, 110 manat dəyərində 1 ədəd göy muncuqlu qolbaq, 350 manat dəyərində 750 əyarlı, 5 qram çəkidə 1 cüt firuzə qaşlı qızıl sırğa, 610 manat dəyərində 750 əyarlı, 4 qram çəkidə 1 cüt aqat qaşlı üzəri brilliant olan qızıl sırğa, 240 manat dəyərində 750 əyarlı, 4 qram çəkidə 1 cüt qızıl sırğa, 250 manat dəyərində 1 ədəd «cartier» markalı göy rəngli qadın saatı Polis Bölməsində təhvil vermişdir. Elnarə onun yaşadığı mənzildən oğurladığı ona məxsus 350 manat dəyərində 1 ədəd «LV» markalı qadın saatını Polis Bölməsindən çıxdıqdan sonra onun özünə qaytarmışdır. Elnarənin ona verdiyi saat və Polis Bölməsində təqdim etdiyi geyim, əşya və qızıl-zinət əyşalarınm qiyməti ümumilikdə 6675 manat təşkil etmişdir. Qalan əşya, geyim və qızıl-zinət əşyalarının qiyməti isə 20.210 manat təşkil edir. Elnarəyə əmək haqqı borcu yoxdur. Onun əmək haqqısını vaxtı-vaxtında ona ödəmişdir. Ona vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs1 «Helen» butikdə qadın geyimləri mağazasını icarəyə götürüb işlədir. 2020-ci ilin noyabr ayında anası həmin mağazanın və yaşadıqları mənzilin təmizlik işlərini Təqsirləndirilən şəxs həvalə etmişdir. Anası bunun müqabilində Təqsirləndirilən şəxs əmək haqqı vermişdir. 2021-ci ilin yanvar ayının sonlarında anası ilə o, yaşadıqları mənzildə özlərinə məxsus əşyaların yerində olmadığını aşkar etmişdir. Oğurluqda mənzildə və mağazada xadimə işləyən Elnarədən şübhələnsələr də hər-hansı sübutları olmadığından Elnarə barəsində şikayət etməmişlər. 02 fevral 2021-ci il tarixdə o, yaşadığı mənzildə özünə məxsus geyim olmadığı üçün bu barədə Elnarədən soruşmuşdur. Elnarə məlumatsız olduğunu bildirmişdir. 02 fevral 2021-ci il tarixdə yaşadığı mənzildə anası özünə məxsus qızıl-zinət əşyalarının mənzildə olmadığını aşkar etdikdən sonra Elnarənin yaşadığı mənzilə getmişdir. Elnarənin icazəsi ilə mənzilə daxil olmuşdular həmin vaxtı mənzildə ona və anasına məxsus qızıl-zinət əşyaları və geyim əşyalarının olduğunu aşkar etmişlər. Məhz bundan sonra Elnarə mənzilindən və mağazadan etdiyi oğurluğu etiraf edərək peşman olduğunu və polisə məlumat verməməyi xahiş etmişdir.o Bununla bağlı anası həmin gün DİN-in 102 xidmətinə zəng edərək Elnarənin etdiyi oğurluq barəsində məlumat vermişdir. Elnarənin mənzilində baş verənlərin hamsını öz mobil telefonu vasitəsi ilə video çəkiliş etmişdir. Sonradan anası yaşadıqları mənzilə və mağazaya baxış keçirərkən Elnarənin mənzildən və mağazadan qızıl-zinət əşyaları, geyim və digər əşyaları oğulayaraq 26.885 manat maddi ziyan vurmasını müəyyən etmişdir. Qaytarılan geyim, əşya və qızıl-zinət əyşalarınm qiyməti ümumilikdə 6675 manat təşkil edir. Qalan əşya, geyim və qızıl-zinət əşyalarının qiyməti isə 20210 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, «Helen» mağazasında satıcı kimi işləmişdir. İş saatlari 10:00-dan 21:00-dək olmuşdur. Ondan başqa mağazaya bir günnən bir təmizlik işlərini görən Elnarə adlı qadın gəlib gedirdi. Gülmayə xanım bir neçə dəfə ona zəng vuraraq, mağazada olan müəyyən malları soruşmuş, o, mağazada yoxladıqda bu malları tapa bilməmişdir. Sonuncu dəfə Elnarə mağazaya gəlmiş və mağazada müəyyən təmizlik etməyə başlamışdır. Həmin vaxt isə o, mağazadan özünə yemək almaq üçün Elnarədən o gələnə qədər mağazaya nəzarət etməsini xahiş etmiş və təxminən 3-4 dəqiqə ərzində mağazadan çıxıb marketə gedərək geri qayıtmışdır. Daha sonra Elnarə də, mağazadan çıxıb getmişdir. Həmin günün səhəri isə o, yenə də, səhər mağazada işə başladıqda piştaxtaları silərkən, bijuteriyalar olan piştaxtada bir gün əvvəl gördüyü bir ədəd «Chanel» markalı boyunbağının yerində olmadığını aşkar etmişdir. Həmin boyunbağını satmadığından, Gülmayə xanımdan həmin boyunbağını satıb-satmadığını soruşmuş, o, heç bir satış etmədiyini bildirmişdir. Son günlər mağazadan müəyyən paltarların yoxa çıxmasına görə Gülmayə xanım Elnarədən şübhə etdiyinə görə, o da Elnarəyə diqqət etməyə başlamışdır. Elnarə mağazada işlədiyi müddətdə bir neçə dəfə yarı boş paket ilə gəlirdi lakin çıxanda paketi dolu olurdu. Bir neçə dəfə Elnarə mağazaya gələndə çirkli paltarda gəlirdi lakin çıxanda təzə paltarda çıxıb gedirdi. 02 fevral 2021-ci il tarixdə isə Gülmayə xanım bununla bağlı danışmaq üçün Elnarənin evinə getdikdə, Elnarənin mənzilində məhz mağazaya və Gülmayə xanımın evindən özünə məxsus əşyaları aşkar edərək bu barədə polisə məlumat verməsi ona məlum olmuşdur. O, Elnarənin mağazadan oğurluq etməsinin birbaşa şahidi olmamışdır. Elnarədən şübhələnsə də, lakin Elnarəyə bununla bağlı heç nə deməmişdir. Çünki, Gülmayə xanım da ona Elnarədən şübhə etdiyini və onu dəqiqləşdirdikdən sonra polisə şikayət edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Polis İdarəsinin baş təhqiqatçısı Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 işlətdidyi mağazasında və yaşadığı mənzildə xadimə tərəfindən oğurluq etməsi ilə bağlı 102 xidmətinə məlumat vermişdir. Hadisə yerlərinə baxış keçirilib, izahatlar alınmışdır. İlkin araşdırma aparılıb və materiallar toplanılıb aidiyyət üzrə istintaqa verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, fərdi qaydada təhlükəsizlik və müşahidə kameralarının quraşdırılması üzrə ustasıdır. Zərərçəkmiş şəxs1 məxsus «Helen butik» adlı mağazasının daxilində təhlükəsizlik və müşahidə kameralarını quraşdırmışdı. Kameralar tam işlək vəziyyətdə Gülmayə xanıma təhvil vermişdir. Bir müddət sonra Gülmayə xanım bir neçə dəfə müraciət edərək kameraların işləməməsini bildirmişdir. Onun müraciətlərindən sonra mağazada kameraları gedib yoxlayarkən onların elektrik cərayanından ayrılmasını müəyyən etmişdir. Gülmayə xanımın xahiş ilə, mağazasında baş vermiş oğurluq hadisəsi ilə bağlı təhlükəsizlik və müşahidə kameralarının yenidən yoxlanılması və işlək vəziyyətdə olub-olmaması üçün mağazaya getmişdir. Kameraları yoxlayərkən onların elektrik cərayanından təkrar ayrılmasını müəyyən etmişdir. Kameralardan heç bir görüntü əldə edə bilməmişdir. Bu barədə Gülmayə xanıma məlumat vermişdir. Sonuncu dəfə Gülmayə xanımı mağazasında kameraları və video görüntüləri yoxlayərkən oraya bir neçə nəfərin gəldiyini görmüşdü. Özlərini Təqsirləndirilən şəxs qonuşuları və qohumları kimi təqdim etmişdilər. Elnarə də orada olmuşdur. Onlar çox uca səslə danışırdılar. Gülmayə xanımdan şikayətin geri götürürməsini xahiş edirdilər. Gülmayə xanım razı olmurdu və ona böyük ziyanın vurulmasını bildirmişdir. Elnarə Gülmayə xanıma məxsus, götürdüyü əşyaların hədiyyə verdiyini və bu səbəbdən geri gaytara bilmədiyini demişdir. Məhkəmə iclasında dindirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X8 ifadəsində göstərmişdir ki, təqdim olunan və təqdim olunmayan əşyaların, habelə qızılzinət əşyaların qiymətləndirilməsi mümkündür. Ekspertizaya 33 məhsul təqdim olunmuşdur. Ekspertizaya ancaq maddi sübutlar təqdim olunmuşdur. Qızıl-zinət əşyaları təqdim olunan təqdirdə üzərində brilliant və ya digər daşlar mövcuddursa onlar da qiymətləndirilir. Qızıl-zinət əşyaları təqdim olunmadığı təqdirdə üzərində olan daşlar qiymətləndirilmir. Təqdim olunmayan qızıl-zinət əşyaların qiyməti qızılın əyyarına və çəkisinə uyğun müəyyən olunur. Qızılın əyyarına uyğun olaraq 1 qramının orta satış qiyməti Məhkəmə Ekspertizası Mərkəzinin bazasında və internetdə qiymətləndirmə aparılan gününə mövcud olan məlumatlar əsasında müəyyən olunur. İstifadə olunan geyimlərin qiymətləndirilməsi Məhkəmə Ekspertizası Mərkəzinin bazasında və digər satış məkanlarda (MEMİ,Sabunçu bit bazarı və s.) mövcud olan məlumatlar əsasında aparılır. Məhkəmə iclasında dindirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X10 dindirilmiş ekspert X5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 20 fevral 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 işlətdiyi Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 6 ünvanda yerləşən 4 saylı mənzilində olan «Helen butik» adlı mağazaya və kirayədə yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş, foto şəkillər çəkilərək materiala əlavə olunmuşdur. İş materiallarında olan 02 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu Şahlar Allahverdiyev küçəsi dalan 1, ev 8-də mobil telefon vasitəsi ilə çəkilən məhkəməyə təqdim olunaraq sübut qismində tanınmış 1 ədəd diskdə olan video görüntüdən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs razılığı ilə onun evinə daxil olmuş və orada özünə məxsus olan əşyaların olmasını aşkarlamışdır. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 27 fevral 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Alıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 mart 2021-ci il tarixli 140 saylı arayışından görünür ki, X1 anası Təqsirləndirilən şəxsdır. İş materiallarında olan Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Alıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 mart 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Alıxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət və ərizə daxil olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 aprel 2021-ci il tarixli, 6/942-9/1276 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 33 adda malların 2020-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayına orta bazar qiyməti təxminən 3454 manat, ekspertiza tədqiqatına təqdim edilməyən 15 adda malların 2020-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayına orta bazar qiyməti təxminən 7511 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat təşkil edir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində polisin nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, 21 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 18 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyandan 5.000 manat pulu ödəmişdir. İş materiallarında olan 24 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd «just reach class» markalı dəst paltar, 1 ədəd «see you» markalı kofta, 1 ədəd «dolce gabbana» markalı qadın maykası, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd «Valentino» marka qadın köynəyi, 1 ədəd qadın yun şalvarı, 1 ədəd «armonica» markalı qadın koftası, 1 ədəd «balenciaga» markalı qadın vadalaskası, 1 ədəd «jalisca» markalı şalvar, 1 ədəd «waggon» markalı qadın şalvarı, 1 ədəd «moschino» markalı gödəkçə, 1 ədəd «exquise» markalı qadın şalvarı, 1 ədəd qara «chanel» markalı dəst şalvar, 1 ədəd «chanel» markalı qırmızı rəngli pul kisəsi, 1 ədəd «chanel» markalı boyunbağı, 1 ədəd gül bəzəkli sadə üzük, 1 ədəd «Gucci» markalı qırmızı rəngli qadın koftası, 1 ədəd «chanel» markalı kofta, 1 ədəd «Gucci» markalı şalvar, 1 ədəd «petişka» markalı ağ köynək, 2 ədəd şüşə qabda krem, 1 ədəd «GEEPAS» markalı saç feni, 1 ədəd qızılı rəngli sadə qadın qolbağı, 1 ədəd ağ rəngli brilliant tək qaş üzük, 1 ədəd sarı tək qaşlı qızıl üzük, 1 ədəd mirvari qolbaq, 1 ədəd göy muncuqlu qolbaq, 1 cüt firuze qaşlı qızıl sırğa, 1 cüt aqat qaşlı üzəri brilliant olan qızıl sırğa, 1 cüt qızıl sırğa, 1 ədəd «cartier» markalı göy rəngli qadın saatı, 1 ədəd «LV» markalı qadın saatı Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 17 oktyabr 2011-ci il təvəllüdlü X3 anası Təqsirləndirilən şəxsdır. İş materiallarında olan 11.08.2021-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs 15420 (on beş min dörd yüz iyirmi) manat pulun tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ittihamda göstərilən bütün əşyaların oğurlamadığını bildirsə də, şahid və zərərçəkmiş şəxsin ifadələri, həmçinin istintaqa verdiyi əvvəlki ifadələrində və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs1 maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməlidir. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 15420 (on beş min dörd yüz iyirmi) manat məbləğində vəsait təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış fotoşəkillər və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs mağazadan və mənzildən oğurladığı geyim və qızıl-zinət əyşalarının bir qismi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 90 (doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin olunsun və Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 15420 (on beş min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –90 (doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış fotoşəkillər və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar