Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-165/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-cii ldə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi ev 25-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, tanışı Şahid1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında müştərək şəkildə özü tərəfindən 5 manat, Şahid1 tərəfindən isə 10 manat ödəməklə, cəmi 15 manat müqabilində 19 fevral 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda iki bükümdə, çəkiləri 0,904 qram və 0,774 qram, ümumi təmiz çəkisi 1,678 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək, 0,774 qram çəkidə olan bükümü özünə götürüb üzərində saxlayaraq birgə istehlak etmək məqsədi ilə Bakı şəhəri Səbail rayonu Badamdar şossesi 112 ünvanında yerləşən “Qızıl balıq” restoranının arxasına qədər daşımış, özlərini şübhəli apardıqlarına görə xx.xx.2022- ci il tarixdə saat 02:15 radələrində qeyd olunan ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin X12 Alayının 4-cü patrul bölüyünün əməkdaşları tərəfindən Şahid1 ilə birlikdə saxlanılaraq ünvan 2 ünvanında yerləşən 41ci polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı, bir ədəd selofan bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,774 qram kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 ildir «kokos» adlı narkotik vasitəni istifadə edir. Qəbul etdiyi narkotik vasitəni «Sovetski» adlanan yerdə və ya Suraxanı rayonunun ərazisində adlarını bilmədiyi şəxslərdən alırdı. Şahid1 qonşu kimi bir ildi tanıyır. Onunla arabir birlikdə «kokos» alıb çəkirdilər. 19 fevral 2022-ci il tarixdə Mehti ilə birlikdə 15 manat düzəltmiş və «kokos» almaq üçün axşam saatlarında «Sovetski» getmişlər. Orada tanımadığı şəxsdən 15 manata iki şəffaf selofan bükümdə «kokos» almış və iki bükümü aralarında bölmüşdülər. Badamdar qəsəbəsinə gələrək orada yerləşən adını xatırlamadığı restoranın arxasında oturub «kokos»u çəkmək istədikləri zaman qəfildən polis əməkdaşları onlara yaxınlaşmış və onların narahat olmalarını hiss edib onları sorğusual etmişlər. Onlar, həmin yerə «kokos» çəkmək üçün gəldiklərini etiraf etmişlər. Polis əməkdaşları onları maşına otuzdurub 41-ci polis bölməsinə apardılar. Orada üzərlərində axtarış keçirilərkən hər ikisinin üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2 aydır «kokos» adlı narkotik vasitə istifadə etməyə başlamışdır. Qonşuluqda yaşayan İlhamı 1 il olar tanıyır. Bir neçə dəfə birlikdə pul düzəldib «Sovetski» adlanan ərazidə və Suraxanı rayonunda «kokos» alıb aralarında bölərək çəkmişdilər. 19 fevral 2022-ci il tarixdə İlham ilə məhəllədə görüşüb söhbət əsnasında qərara gəlmişlər ki, «kokos» alıb çəksinlər. 15 manat düzəldib «kokos» almaq üçün axşam saatlarında hava qaraldıqdan sonra «Sovetski» adlanan əraziyə getmişlər. Tanımadığı şəxsə 15 manatlıq «kokos» təşkil etməyi xahiş etmişlər. Həmin şəxs onlara iki şəffaf selofan bükümdə «kokos» satmışdır. O, İlhama Badamdar qəsəbəsində bir qaranlıq təhlükəsiz yeri tanıdığını deyib, orada «kokos»u çəkmələrini təklif etmişdir. Onlar piyada gedib Badamdar qəsəbəsində yerləşən «Qızıl balıq» restoranın yaxınlığına gəlmişlər, o, «kokos»u çəkmək istəyəndə polis əməkdaşları onlara yaxınlaşmış və onlar üzərlərində «kokos» olduğunu etiraf etmişdilər. Polis əməkdaşların tələbi ilə onlar 41-ci polis bölməsinə getmişlər. Orada üzərlərində axtarış keçirilərkən hər ikisinin üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 Alayının 4-cü Patrul Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayının 19-dan 20-nə keçən gecə saat təxminən 2-3 radələrində Badamdar qəsəbəsində xidmətdə olarkən «Qızıl balıq» restoranının yanında 2 nəfər şəxsin özlərini şübhəli apardıqlarını görmüş, onlara yaxınlaşaraq şəxsiyyətlərini araşdıraraq üzərlərində nə olduqlarını soruşduqda həmin şəxslər üzərlərində narkotik maddə olduğunu səmimi etiraf etmişlər. Bundan sonra onlar efir vasitəsi ilə 41-ci bölməsinin əməliyyat qrupunu həmin yerə dəvət etmişlər, gələn əməliyyat qrupu ilə birlikdə həmin şəxsləri avtopatrula əyləşdirərək 41- ci polis bölməsinə aparıb təhvil vermişlər. İş materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” 12 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi ayrıca icraata ayrılaraq, cinayət işinə ********* nömrəsi verilməklə icraata qəbul edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə, saat 02:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə “LG V30 +” markalı mobil telefondan istifadə edilməklə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 112 ünvanında yerləşən “Qızıl balıq” restoranının yaxınlığında saxlanılaraq 41-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükülü olan tünd qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər kütləni çıxararaq təqdim etmişdir. Həmin maddə götürülərək zərfdə qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik maddəni Bakı şəhəri Yasamal rayonunda yerləşən “Sovetski” adlanan ərazidən üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2022-ci il tarixli 6/1055 saylı Ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-239» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs» sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,774 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 20 fevral 2022-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci Polis Bölməsi tərəfindən 0,774 qram qəhvəyi rəngli maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,724 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən kompakt diskə baxış zamanı diskin yaddaşında «2_**********125216549» adlı MP4 formatlı faylın olması müşahidə edilir. Həmin fayl açıldıqda görünür ki, faylın həcmi 279439 kilobayt təşkil edir. Fayldə çəkilişlər 09 dəqiqə 54 saniyə müddətindədir. Görünür ki, çəkilişlər xidməti otaqların birində aparılır. Çəkilişlər polis mayoru rütbəsini daşıyan polis zabitinin özünü Səbail RPİnin 41-ci polis bölməsinə ezam olunmuş baş təhqiqaçı X1 təqdim etməsindən başlanır. Bundan sonra baş təhqiqaçı Mehman Dolxanov otağa giriş qapısının yanında dayanmış əynində qara rəngli gödəkçə və qara rəngli şalvar geyinmiş, Təqsirləndirilən şəxs kimi təqdim etdiyi şəxsi işarə edərək, sonuncunun demoqrafik məlumatları elan edib, 3 saylı Vəkil Bürosunun vəkili X7, 41-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili. polis baş leytenantı Şahid4 və həmin polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini elan edir. Baş təhqiqatçı X11 Rəhimovun əsas prosessual hüquq və vəzifələrini elan etdikdən sonra sonuncunun üzərində olan əşyalarını təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli tamlığı pozulmuş siqaret qutusunu təqdim edir. Həmin siqaret qutusunun içərisində kağızdan olan boru aşkar edildikdə Təqsirləndirilən şəxs «truboçka» adlandırdığı burulmuş kağız parçasını narkotik vasitəni çəkmək üçün istifadə etdiyini söyləyir. Ardınca həmin siqaret qutusunun içərisindən şəffaf selofan kəsiyindən ibarət kiçik büküm aşkar edilir. Bükümün kənardan müayinəsi zamanı içərisində qəhvəyi rəngli maddə kütləsinin olması müşahidə edilir. Üzərində digər əşyaların olduğu onları təqdim etmək təklifinə uyğun olaraq Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kiçik bloknot, bir ədəd qırmızı rəngli alışqanı, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd parçadan olan qış papağı təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs fiziki olaraq şəxsi axtarışı keçirilir, əlavə hər hansı bir predmet aşkar edilmir. Ardınca baş təhqiqatçı X10 Rəhimovdan aşkar olunmuş selofan bükümün içərisində olan maddənin nə olmasına dair sonuncuya verdiyi suala cavab olaraq Təqsirləndirilən şəxs həmin maddəni «kokos» adlandırır. Əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, 4 ilə yaxın narkotik vasitələri çəkmə yolu ilə istehlak etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni çəkmək üçün dostu ilə Yasamal rayonuna gedib adama 7-8 manat qoyaraq orada tanımadıqları şəxsdən aldıqlarını, həmin narkotik vasitədən istifadə etmək üçün Badamdar qəsəbəsində yerləşən Qızıl balıq restoranın yanına gəldiklərini, hər kəsin özünə aid payını götürüb restoranın arxasındakı hissədə narkotik vasitələrin istifadəsinə hazırlanmasını bildirmişdir. Əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlayıb daşımağın cinayət məsuliyyətinə səbəb olduğunu bildiyini, törətdiyi əməlinə görə peşmançılıq çəkdiyini söyləyir. Baş təhqiqatçı Mehman Dolxanov vətəndaşdan götürülmüş, narkotik vasitəyə bənzər maddənin kimyəvi tərkibini müəyyən etmək üçün həmin maddəni məhkəmə ekspertiza mərkəzinə göndərəcəyini elan edərək həmin aşkar olunmuş bükümü zərfə yerləşdirərək, zərfi möhürləyir və istintaq hərəkətində iştirak edən şəxslər bu zərfi imzalayırlar. Keçirilmiş şəxsi axtarışla bağlı əlavə vəsatət və etirazlar daxil olmadığından baş təhqiqatçı Mehman Dolxanov istintaq hərəkətin və çəkilişin sona çatmasını elan edir, çəkilişlər sona çatır. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli “sübut növü kimi tanınma barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən bir ədəd kompakt disk iş üzrə sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 26 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əlavə məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2022-ci il tarixli 6/1148 saylı Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertizası Mərkəzi №-65» dairəvi möhür əksi olan iki ədəd kağız paketdə üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs» sözü, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,724 qram olan heroin ilə üzərində «Saxlanılan şəxs Şahid1» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,854 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Ekspert rəyinin qeydindən görünür ki, heroinin təmiz çəkisi 0,724 qram olmuş, 0,04 qram tədqiqata sərf edilmiş, qalıq 0,684 qram olmuşdır. İş materiallarında olan təqsirləndirilən şəxsin tutulması barədə qərardan görünür ki, 20 may 2022-ci il tarixdə istintaq orqanından gizləndiyinə görə Təqsirləndirilən şəxs tutulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 31 may 2022-ci il tarixli “axtarışda olan şəxsin yaxalanması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə saat 10:00 radələrində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri X9 görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır. İş materiallarında olan “qətimkan tədbirinin qüvvədə saxlanması haqqında” 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin Ambulator X2 02 iyun 2022-ci il tarixli, 2927 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halları, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdən 21 fevral 2022-ci il tarixədək və 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək tutulduğu cəmi 03 (üç) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,684 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 97,50 (doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdən 21 fevral 2022-ci il tarixədək və 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək tutulduğu cəmi 03 (üç) gün müddət, bir günə iki gün hesablanaraq 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 220020147 saylı cinayət işi üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 220020147 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan 0,684 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –97,50 (doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 564 (beş yüz altmış dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-165/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-165/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver