Məhkəmə qərarları › İş №1(009)-165/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-165/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-165/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 oktyabr 2023-cü il tarixdə saat 11.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs tanışı vasitəsilə Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif çeşidli siqaretləri dəyərindən baha qiymətə satıb gəlir əldə edəcəyi, əldə edilmiş gəlirin 20 faizini əlavə olaraq ona ödəyəcəyinə dair yalan vəd verib inandıraraq, Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib, 28 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 4 ünvanda yerləşən «Cinar» restoranının qarşısında Zərərçəkmiş şəxs - bir qutusunun dəyəri 3,56 manat olan cəmi 106,8 manat dəyərində 30 qutu «Kent qara 4 nano nazik» markalı, bir qutusunun dəyəri 3,56 manat olan cəmi 71,2 manat dəyərində 20 qutu «Kent seril nano nazik» markalı, bir qutusunun dəyəri 2,27 manat olan cəmi 45,4 manat dəyərində 20 qutu «Vant Silsms nano göy nazik» markalı, bir qutusunun dəyəri 3,57 manat olan cəmi 749,7 manat dəyərində 210 qutu «Kent-1 qara» markalı, bir qutusunun dəyəri 3,57 manat olan cəmi 749,7 manat dəyərində 210 qutu «Kent-4 qara» markalı, bir qutusunun dəyəri 2,57 manat olan cəmi 205,6 manat dəyərində 80 qutu «Pallmal Morug» markalı, bir qutusunun dəyəri 3,82 manat olan cəmi 305,6 manat dəyərində 80 qutu «X2» markalı, bir qutusunun dəyəri 2,08 manat olan cəmi 208 manat dəyərində 100 qutu «X4» markalı, bir qutusunun dəyəri 2,57 manat olan cəmi 205,6 manat dəyərində 80 qutu «X3» markalı, bir qutusunun dəyəri 3,45 manat olan cəmi 345 manat dəyərində 100 qutu «Winston qısa qara boz» markalı, ümumilikdə 2992,6 manat dəyərində müxtəlif seşidli siqaretləri alıb ələ keçirdikdən sonra, vədinə əməl etməyib aldadaraq həmin siqaretləri satıb öz ehtiyacları üt;ün xərcləməklə, Zərərçəkmiş şəxs ümumilikdə 2992,6 (iki min doqquz yüz doxsan iki manat 60 qəpik) manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 1996-cı ildən etibarən tanıyır. Eyni peşə məktəbində təhsil almışlar. Davamlı olmasa da, hərdən bir telefon əlaqəsi saxlayırdılar. xx.xx.2022-ci il tarixdə o, telefonla Teymura zəng vuraraq bildirmişdir ki, siqaret biznesi ilə məşğul olur, əldə edilən gəlirin 20 faizini ona verə biləcəyini bildirmiş və 3000 manat dəyərində alman siqaret üçün Teymura 600 manat faiz verə biləcəyini vəd etmişdir. Bir neçə gündən sonra Teymur ona zəng vuraraq iş təklifini qəbul etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Teymurla danışmış, Teymurun siqaret alacağını və görüşərək siqareti ona verəcəyi ilə razılaşmışdır. Həmin gün saat 10-11 radələrində Bakı şəhəri, Səbail rayonu, “Azneft” dairəsi yaxınlığında, “Çinar” restoranının qarşısında görüşmüşlər. Teymur içərisində siqaretlər olan bir ədəd qutu və bir ədəd selofan torbanı ona vermişdir. O, həmin siqaretləri aparmış və satıb 3000 manata yaxın pul əldə etmişdir. Həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Əvəz oğlunu 1996-cı ildən tanıyır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, topdan ucuz qiymətə siqaret alaraq hərbi hissələrə paylayır və yaxşı qazanc əldə edir. Hamlet ona həmin işi görməyi təklif etmiş, o, siqareti alıb Hamletə verdikdən sonra sonuncu hərbi hissələrə paylayacağını, gəlirin 20 faizinin ona çatacağını vəd vermişdir. O, bir neçə gün bu barədə düşünmüş və Hamletin təklifini qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, iki ayrı-ayrı topdan satış mağazasının birindən 223 manat dəyərində, digər ikinci topdan satış mağazasından isə 2769 manat olmaqla, ümumilikdə 2992 manat dəyərində siqaret almış və Təqsirləndirilən şəxs zəng vuraraq danışmışdır. Hamletin təklifi ilə həmin gün saat 10-11 radələrində Bakı şəhəri Səbail rayonu “Azneft” dairəsi yaxınlığında, “Çinar” restoranının qarşısında görüşmüşlər və o, aldığı iki çantada olan siqaretləri Təqsirləndirilən şəxs vermişdir. Hamlet bir nəfərlə maşınla gəlmişdir, o, içərisində siqaretlər olan iki çantanı Təqsirləndirilən şəxs verəndə yanında başqa heç kim olmamışdır. Danışıqlarına görə hər 10 gündən bir ona gəlirin 20 faizini verməli idi. Axırıncı dəfə o, Hamletlə xx.xx.2022-ci il tarixdə danışmışdır. Hamlet həmin gün bayram olduğu üçün başlarının qarışıq olduğunu bildirərək ona çatacaq ümumi gəlirin 20 faizini zəng vurub əlaqə saxlayaraq ona verəcəyini bildirmişdir. 09 noyabr 2022-ci il tarixdən etibarən Hamletin mobil telefonuna zəng çatmamışdır. O, Hamlet tərəfindən aldadıldığını anlamış və bu barədə polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona ümumillikdə 2992 manat məbləğində maddi ziyan dəymişdir, ona dəymiş ziyan ödənilməmişdir. Nəzərə alınmasını xahiş etdi. 17 mart 2023-cü il tarixli qərarla “whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılmış mesajlaşmaların əks olunduğu səs yazıları ********* nömrəli cinayət işi üzrə sübut növündə qəbul edilmişdir. 30 dekabr 2022-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 30 yanvar 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iş üzrə 1(007)-454/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtraış elan edilmişdir. 11 mart 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 03.50-də saxlanılmışdır. 11 mart 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 11 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 12 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir (saat 16.09). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tutularaq xx.xx.2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə cəza başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. - Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* cinayət işi xx.xx.2018-ci il tarixdə CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********** nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə şahid ifadələri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əvvəllər CM-nin 178-ci maddəsi ilə cinayət törətdiyini və məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 11 mart 2023-cü il tarixdən saat 03.50-dən 12 mart 2023-cü il tarixədək saat 16.09-dək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 18 sentyabr 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349,351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdən saat 03.50-dən 12 mart 2023-cü il tarixədək saat 16.09-dək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz ) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (bir yüz səksən) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar