Məhkəmə qərarları › İş №1(009)-165/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-165/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-165/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psoxotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımasında şübhəli bilindiyi üçün Səbail RPİ-nin NMB-nin və 9-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 dekabr 2023-cü il tarixdə, saat 15:15 radələirndə ünvan 3 ünvanın qarşısında saxlanılaraq 9-cu PB-nin inzibati binasına dəvət edilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin ön sinə cibindən 01 ədəd siqaretin gümüşü kağızma bükülmüş vəziyyətdə olan 0,826 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülməsi barədə toplanmış materialla olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitələri qəbul edir, hal-hazırda işləmir. Təxminən 5-6 il bundan əvvəl narkotik vasitələrdən istifadə edir. 01 dekabr 2023-cü il tarixdə saat 10-11 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan adını və anket məlumatlarım bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manat pul müqabilində “metamfetamin” kimi tanıdığı narkotik vasitəni götürdü. Bir qədərini istifadə etdikdən sonra qalıq hissəsini özü ilə daşımışdır. 01 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Şeyx Şamil küçəsində olarkən bir neçə nəfər şəxs yaxınlaşıb öz xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilindiyini deyib, polis bölməsinə dəvət etdilər. Polis şöbəsində xidməti otaqların birində olarkən hüquq vəzifələri izah olundu həmçinin hüquqlarını müdafiə etmək üçün vəkildə dəvət olunmuşdu. Həmin otaqda hər kəsin iştirakı ilə təklif olundu ki, üzərində olan qeyri qanuni əşyaları təqdim etsin. Buna görədə əynində olan qara rəngli gödəkçənin ön sinə cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızəna bükülü halda “metamfetamin” narkotik vasitəni təqdi metmişdir. Bundan sonra həmin bükümdə olan psixotrop maddə metanfetamin polis əməkdaşları tərəfindən qablaşdırıldı, bu barədə protokol tərtib olundu və ucadan oxundu. Protokol düzgün tərtib edildiyi üçün orada olan iştirakçılar tərəfindən protokola heç bir əlavə və düzəliş edilməmişdi. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm polislər tərəfindən açılıb içərisinə baxıldı, psixotrop maddə olmasına şübhə olduğu üçün orada DİN-nin 166 saylı möhürü ilə möhürlənmişdi. Bundan başqa şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdi. Həmçinin onu da bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq niyyəti olmamışdır öz şəxsi istifadəsi üçün almışdı, heç bir ruhi əsəb dispanserində qeydiyyatda olmamış və bununla bağlı heç bir xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, səhhətində problemlər olduğunu və İİ qrup əlil olmasını bildirərək barəsində azadlıqdan məhruetmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin 9-cu PBnin əməliyyat müvəkkili X5 ifadəsində göstərmişdir ki, 2018-ci ildən DİO-da, 2023-cü ildən isə tutduğu vəzifədə xidmət edir. Hadisənin mahiyyəti üzrə göstərmişdir ki, sonradan bildiyinə görə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, istifadəsi və daşınması ilə məşqul olması barədə məlumat daxil olmuşdur. 01 dekabr 2023-cü il tarixdə saat 15:15 radələrində Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və işlədiyi bölmənin əməkdaşı Şahid2 ilə birlikdə ünvan 3 ünvanın qarşsında olan zaman Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini ona təqdim etdikdən sonra qanunsuz olaraq narkotik maddənin əldə edilməsi və daşınmasında şübhəli bilindiyini izah edib saxlayaraq 9-ci polis bölməsinin inzibati binasına dəvət etmişlər. Orada təhqiqatçı Məhəmməd Gülmalıyev tərəfindən video-çəkilişdən istifadə edilməklə iştirakçıların və həmçinin dəvət edilmiş vəkil X6 yanında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdi. Baxış başlanan zaman ona hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və predmetlər varsa onları könüllü surətdə təhvil verməsi təklif edildikdə, o əynində qara rəngli gödəkçənin ön sinə cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda içərisində ağ rəngli olan metamfetamin bükümünü çıxardıb masanın üzərunə qoyaraq həmin bükümün içərisində narkotik maddə olan mütamfetamin olmasını bildirmişdi. Sorğu-sual zamanı Cəlal həmin metamfetamini 01 dekabr 2023-cü ildə səhər vaxtı anket məlumatlarını bilmədiyi və tanımadığı bir şəxsdən Maştağa qəsəbəsində 10 manata almasını bildirmişdir. Götürülmüş həmin narkotik maddə orada olan iştirakçıların yanında açılaraq içərisinə baxıldıqda bükümdə ağ rəngli kraistallik nartotik maddə olmasına şübhələr olduğundan həmin büküm kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 166 saylı möhürü ilə möhürlənmişdi. Bundan sonra bu barədə protokol yazıldı, protokol ucadan oxundu orada olan iştirakçıların hamısı protokolun düzgünlüyünü təsdiq edərək protokola və içərisində narkotik maddə olan zərfin üzərində imza etmişdilər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Səbail rayon Polis İdarəsinin NMB-nin əməliyya müvəkilli Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən DİO-da, 2023-cü ildən isə tutduğum vəzifədə xidmət edir. Hadisənin mahiyyəti üzrə göstərmişdir ki, əvvəl “Cəlal“ adlı şəxsin, sonradan bildiyinə görə isə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, istifadəsi və daşınması ilə məşqul olması barədə məlumat daxil olmuşdur. 01 dekabr 2023-cü il tarixdə saat 15:15 radələrində 9-cu Polis Bölməsinin əməkdaşları Şahid2 və Şahid3la birlikdə ünvan 3 ünnanın qarşsında olan zaman Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini ona təqdim etdikdən sonra qanunsuz olaraq narkotik maddənin əldə edilməsi və daşınmasında şübhəli bilindiyini izah edib saxlayaraq 9-ci polis bölməsinin inzibati binasına dəvət etmişlər. Orada təhqiqatçı Məhəmməd Gülmalıyev tərəfindən video-çəkilişdən istifadə edilməklə iştirakçıların və həmçinin dəvət edilmiş vəkil X6 yanında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdi. Baxış başlanan zaman ona hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və predmetlər varsa onları könüllü surətdə təhvil verməsi təklif edildikdə, o əynində qara rəngli gödəkçənin ön sinə cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda içərisində ağ rəngli olan metamfetamin bükümünü çıxardıb masanın üzərunə qoyaraq həmin bükümün içərisində narkotik maddə olan mütamfetamin olmasını bildirmişdi. Sorğu-sual zamanı Cəlal həmin metamfetamin i 01 dekabr 2023-cü ildə səhər vaxtı anket məlumatlarını bilmədiyi və tanımadığı bir şəxsdən Maştağa qəsəbəsində 10 manata almasını bildirmişdir. Götürülmüş həmin narkotik maddə orada olan iştirakçıların yanında açılaraq içərisinə baxıldıqda bükümdə ağ rəngli kraistallik nartotik maddə olmasına şübhələr olduğundan həmin büküm kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 166 saylı möhürü ilə möhürlənmişdi. Bundan sonra bu barədə protokol yazıldı, protokol ucadan oxundu orada olan iştirakçıların hamısı protokolun düzgünlüyünü təsdiq edərək protokola və içərisində narkotik maddə olan zərfin üzərində imza etmişdilər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Səbail rayon Polis İdarəsinin 9-cu PB-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü ildən DİO-da, 2022-ci ildən isə tutduğu vəzifədə xidmət edir. Hadisənin mahiyyəti üzrə göstərmişdir ki, sonradan bildiyinə görə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, istifadəsi və daşınması ilə məşqul olması barədə məlumat daxil olmuşdur. 01 dekabr 2023-cü il tarixdə saat 15:15 radələrində Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və işlədiy bölməsinin əməkdaşı Şahid3la birlikdə ünvan 3 ünvanın qarşsında olan zaman Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini ona təqdim etdikdən sonra qanunsuz olaraq narkotik maddənin əldə edilməsi və daşınmasında şübhəli bilindiyini izah edib saxlayaraq 9-ci polis bölməsinin inzibati binasına dəvət etmişlər. Orada təhqiqatçı Məhəmməd Gülmalıyev tərəfindən video-çəkilişdən istifadə edilməklə iştirakçıların və həmçinin dəvət edilmiş vəkil X6 yanında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdi. Baxış başlanan zaman ona hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və predmetlər varsa onları könüllü surətdə təhvil verməsi təklif edildikdə, o əynində qara rəngli gödəkçənin ön sinə cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş halda içərisində ağ rəngli olan metamfetamin bükümünü çıxardıb masanın üzərunə qoyaraq həmin bükümün içərisində narkotik maddə olan mütamfetamin olmasını bildirmişdi. Sorğu-sual zamanı Cəlal həmin metamfetamini 01 dekabr 2023-cü ildə səhər vaxtı anket məlumatlarını bilmədiyi və tanımadığı bir şəxsdən Maştağa qəsəbəsində 10 manata almasını bildirmişdir. Götürülmüş həmin narkotik maddə orada olan iştirakçıların yanında açılaraq içərisinə baxıldıqda bükümdə ağ rəngli kraistallik nartotik maddə olmasına şübhələr olduğundan həmin büküm kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 166 saylı möhürü ilə möhürlənmişdi. Bundan sonra bu barədə protokol yazıldı, protokol ucadan oxundu orada olan iştirakçıların hamısı protokolun düzgünlüyünü təsdiq edərək protokola və içərisində narkotik maddə olan zərfin üzərində imza etmişdilər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli 6/6240 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 166" dairəvi möhr olan, “Vət.Təqsirləndirilən şəxs ...” sözləri, soy adı və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd siqaretin gümüşü kağızma bükülmdə təmiz çəkisi 0,826 qram olan ağ kristallik olan maddə kustar üsualla hazırlanmış psixitrop maddə metamfetamindir. - Metamfetamin 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X1 19 oktyabr 2023-cii il tarixli 6858 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə hissəsində göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarı saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düça şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan “maddi sübut kimi tanınması barədə” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0.826 qram olan narkotik maddə metamfetamin, tətqiqat zamanı sərf olunduqdan sonra qalan 0.776 qram narkotik maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə iclasına “şəxsi axtarış və götürmə aparılması”-nın əks olunduğu videogörüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, Səbail RPİ-NMB-nin və 9-ci PBnin əməkdaşları və müdafiəçi qismində dəvət olunmuş X6 iştirakı ilə baş təhqiqatçı Məhəmməd Gülmalıyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o, əynindəki qara rəngli gödəkçəsinin ön sinə cibindən bir ədəd siqaretin gümüşü kağıza bükülmüş narkotik vasitə olan metamfetamin çıxarıb təqdim etmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni 01 dekabr 2023-clı il tarixdə Maştağa qəsəbəsindən tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 166 saylı möhürü ilə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixdə saat 15:15-də şübhəli şəxs qismində tutulmuş, 02 dekabr 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həmin qərar 02 dekabr 2023-cü il tarixdə, saat 16:30-da elan olunmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2001-ci il və 2007-ci il təvəllüdlü övladları vardır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xəstənin tibbi kartasından çıxarışdan və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 18 mart 2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2012-ci il tarixdən həmin mərkəzin qeydiyyatındadır. Həmçinin təqdim olunmuş Sosial arayışdan görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2015-ci il tarixdən İİ qrup əlillik dərəcəsi verilmiş və ona 130 manat müavinat təyin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etiraf edici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması”nın əks olunduğu videogörüntü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 şəxsi Ambulator X2 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, əvvəllər məhkumluğunun olmamasını, sağlamlıq vəziyyətini, həmçinin İİ qrup əlil olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 65 (altmış beş) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan – 0,776 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 1 ünvanında olan yaşayış yerini hər gün saat 23-00-dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,776 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 150 (yüz əlli) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access bank”-in Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar