Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-166/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 48 ünvanının qarşısında şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X4 məhkəməyə vəsatətlə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(009)-166/2020 saylı ( istintaq nömrəsi 200020181) cinayət işinin materiallarında verilmiş ittihama əsasən, o, xx xxxx 2020-ci il tarixdə saat 23:15-də Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 48 ünvanın qarşısında küçədə şəxsi münasibətlər zəminində yəni, idarə etdiyi “Mercedes-Bens E-200” markalı, **-KZ-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs gediş haqqını tam ödəmədiyinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunu yumruqla və təpiklə baş və bədən nahiyələrində qəsdən vuraraq ona sifətin sağ yarısının ümumi şişkinliyi fonunda alın nahiyyəsinin sağ yarısının sağ qaşın bayır qurtaracağı, sağ gözün bayır bucağı və sağ almacıq nahiyəsinin burunun əsasına yaxın yəhəri və sol yan çəpəri proyeksiyasının, ucuna yaxın burnunun sağ yan çəpərinin, sağ yanağın yuxarı yarısının, üst dodağın və alt çənənin sağ yarısının, alt çənənin mərkəzinin sıyrıqları, sağ gözünün gözaltı nayihəsinin qançırı, sağ gözün ağlıq işasının aşağı-bayır yarısına total qan sızma, üst çənədə sağ İ dişin hissəsinin hissəvi sınığı, diş ətinə qansızmalar, sağ sadin orta yuxarı 1/3 ön səthinin qançırı və qançır fonunda sıyrığı, sağ əl pəncəsinin arxa səthində, İİİ daraq sümüyü proyeksiyasının və sağ diz oynağının ön səthinin sıyrıqları ilə nəticələnən sağlamlığın qıssa müddətə səbəb olmuş xəsarətlər yetirərək qəsdən zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sağlamlığına yüngül zərər vurmuşdur. İttiham aktının tərtibi zamanı CPM-nin 289-cu maddəsinin tələbləri pozulmuş Təqsirləndirilən şəxs, zərəçəkmis şəxs Təqsirləndirilən şəxs yuxarıda göstərilən xəsarətlərin yetirməsinə görə CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Bununla da CPM-nin 303.3.6-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Halbuki, iş üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs tanınmışdır. Həmçinin cinayət işinin ibtidai istintaqı zamanı maddi normalar düzgün tətbiq olunmamışdır. Belə ki, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı almış olduğu xəsarətin xarakterini ağırlıq dərəcəsini, müddətinin və s. halların müəyyən edilməsi üçün keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 266 saylı rəyində ittihamda göstərilən xəsarətlərin hadisə baş verdiyi müddətə uyğun olmaqla, dərəcəsinə görə sağlamlığın qısa müddətə səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Rəyin verilmə tarixi isə xx.xx.2020-ci ildir. Bu da hadisədən 29 gün sonraya təsadüf edir. Şəxsin yüngül xəsarət aldığı halda, ekspert tərəfindən tibbi müayinədən keçirildikdən 29 gün sonra rəyin verilməsi şübhə doğuran məqamlardan biridir. Həmin tibbi rəyin təsviri hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs xəsarət alan günü, yəni xx.xx.2020-ci il tarixdə təcili-tibbi yardıma müraciət etmiş, onun kompüter tomqrafıya müayinəsinə aparmışlar. Orada rentgenoloji müayinədən keçirilmiş, sonra evə buraxılmış, evdə hədsiz narahat olduğundan, ürəkbulanma əmələ gəldiyindən “CİTY HOSPİTALA” müraciət etmiş, bir gün sonra öz təkidi ilə evə çıxmışdır. Bakı şəhəri Baş səhiyyə idarəsinin X6 müalicə həkimi H.Yahyayevin tərtib etdiyi xx.xx.2020-ci il tarixli 895 nömrəli “Ambulator xəstənin tibbi kartasından çıxarış”da qeyd olunmuşdur ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs klinikaya xx.xx.2020-ci il tarixdə, saat 09:30 radələrində “sifətin çoxsaylı sıyrılmış yaraları, sağ almacıq sümüyünün yerdəyişmiş sınığı, 11,12,21, 21-ci dişlərin travmatik sınığı, sağ ayağın diz qapağının əzilməsi” diqanozu ilə ambulator müraciət etmişdir. Üz sümükləri rentgen olunmuş, konsultasiya edilmişdir. Lakin məhkəmə tibbi eksperti Alim Hüseynov rəyin təsviri hissəsində qeyd olunan xəstə Zərərçəkmiş şəxs üz sümüklərinin rentgen müayinəsində sağ almacıq sümüyünün yerdəyişmiş sınığı, 11, 12, 21, 21-ci dişlərin travmatik sınığı” xəsarətləri ilə rentgen müayinənin şəkilləri müstəntiq tərəfindən götürülüb ona təqdim olunduğu halda rəy verilərkən mötəbər subut kimi onlara istinad etməmiş, ekspert tərəfindən həmin xəsarətlərin yetirilməsinə şübhə yarandığı halda təkrar rentgen müayinəsini keçirməli, və nəticəsini rəyin təsviri hissəsində göstərməli olduğu halda bunlara əməl etməmiş, nəticədə şəxsin aldığı qeyd olunan xəsarətlər rəyin nəticə hissəsində öz əksini tapmamış, yalnız İ dişin tac hissəsinin hissəvi sınığı qeyd olunmuşdur. Halbuki, sağ almacıq sümüyünün yerdəyişmiş sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmağa aiddir. Bundan əlavə verilmiş ittihamda göstərilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs gediş haqqını tam ödəmədiyinə görə aralarında yaranmış mübahisə zamanı qəsdən vurub xəsarət yetirmişdir. Müstəntiq xx.xx.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında ” qərarında Təqsirləndirilən şəxs əməlində CM-nin 221-ci maddəsinin olmaması qərarına gəlmiş və bunun Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 nömrəli qərarının 2, 3 və 5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. Lakin həmin qərarda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cuzi səbəb üzündən qəsdən vuraraq ona xəsarət yetirməsi nəzərə alınmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs faktiki olaraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır xəsarət yetiridiyindən Təqsirləndirilən şəxs əməlində, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma, yəni CM-nin 127.2.3 maddəsinin tərkibi mövcud olacaqdır. Odur ki, cinayət işi üzrə təqsirləndirilən şəxsə daha ağır ittiham elan olunması zərurəti yaranır. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs anası azərbaycanlı, atası rus, orta təhsilini rus dilində almış, azərbaycan dilində qavrama, danışma, fikrini izah etməkdə çətinlik çəkir. Lakin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərcüməçi ilə təmin olunmamış, faktiki olaraq cinayət işinin materialları ilə tanış olmaq imkanından məhrum edilmişdir. Bununla da, CPM-nin 303.3.8ci maddəsinin tələbləri pozulmuşdur. Belə olduğu halda göstərilən maddi və prossesual pozuntular səbəbindən cinayət işi ibtidai araşdırma prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş vəsatətin təmin edilərək cinayət işinin ibtidai araşdırma prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı göstərmişdir ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktında zərərçəkmiş şəxsin adınının əvəzinə təqsirləndirilən şəxsin adının qeyd edilməsi texniki səhvdir. İttihamın məzmunundan aydın olur ki, əməl nəticəsində zərər məhz Zərərçəkmiş şəxs sağlamlığına dəymişdir. Vəsatətin həmin hissədə əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs vəsatətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə cinayət işin materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi öyrənilərkən müəyyən olunmuşdur ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı (cinayət işinin 141-ci vərəqi) və nəticəvi hissələrində zərərçəkmiş şəxs kimi Təqsirləndirilən şəxs göstərilmişdir. Hansı ki, qeyd edilən cinayət işi üzrə Təqsirləndirilən şəxsdir, Zərərçəkmiş şəxs isə zərərçəkmiş şəxsdir. Beləliklə cinayət işinin materialları ilə müəyyən olunur ki, həqiqətən də, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-nin 303.3.6 maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmiş, ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikasının CPMnin 289.3.1 və 289.4-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 289.3.1-cı maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafıq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarınm mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasma xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntudur və bu halda cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Bununla yanaşı məhkəmə Azərbaycan Respublikasının CPM-nin 300.2 və 306-cı maddələrinin tələblərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X7 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 299, 300.1.5, 303.3.6 və 306.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-166/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-166/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver