Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-166/2022 24.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1989-cu ildə Salyan rayonu, Seydan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Seydan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işnə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,163 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 19 mart 2022-ci il tarixdə saat 13:45-də Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu, Salyan yolu 2 ünvanında yerləşən “Elay” şadlıq sarayının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan mavi rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,163 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o bisavad olduğundan yazıb oxuya bilmir. İbtidai istintaq zamanı onun ifadəsi alınarkən o sərbəst yazıb oxuya bilmədiyini bildirsə də, ifadəsi ona oxunmamış və o yalnız ifadəni imzalamışdır. Belə ki, ondan ifadəsi alınarkən müstəntiq onun dediklərini elektron formada yazaraq ona imzalamaq üçün təqdim etmişdir. Halbuki, onun ibtidai təhsili olmadığından (məktəbə getməmiş) yazıb oxumağı bacarmır. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, müdafiəçi Mübariz Məmmədovu bir dəfə tutularkən görmüş, istintaqın sonrakı mərhələlərində onu görməmiş, yalnız müstəntiq Cavid Məmmədov olmuşdur. Məhkəmə hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi göstərmişdir ki, təqsirləndirilən şəxsin deməsinə görə tutulduqdan sonra keçirilmiş istintaq və prosessual hərəkətlərdə müdafiəçi iştirak etməmişdir. Cinayət işinin materialları ilə tanış olma mərhələsində müdafiəçinin olub-olmaması məsələsinə münasibəti məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmənin hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı göstərmişdir ki, Təqsirləndirilən şəxs yazıb oxumağı bilmir. Həmçinin təqsirləndirilən şəxsin bildirməsinə görə müdafiəçini yalnız bir dəfə görmüşdür. Prosessual sənədlərdə Təqsirləndirilən şəxs adlndan olan əlyazmaların, həmçinin ibtidai istintaqın qurtarmasının elan edilməsi və cinayət işinin materialları ilə tanış olma protokollarında olan imzaların müdafiəçi X2 tərəfindən icra olunubolmamasını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etdi. Məhkəmə cinayət işin materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, iş materiallarında olan cinayət işinin 69-72-ci vərəqələrində olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, elan olunmuş ittihamın mahiyyəti ona izah olunduğu qeyd edilmişdir. Təqsirləndirilən şəxs dindirmə prtotokolunda olan əl yazmaları özü tərəfindən icra edilmədiyini göstərmişdir. Həmçinin həmin protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs dedikləri (ifadəsi) kompyuterdə yazılaraq ona imza etdirilmişdir. Lakin protokoldakı ifadəsi Təqsirləndirilən şəxs tərəfindən oxuduğu qeyd edilsə də, bu həqiqəti əks etdirmir, çünki Təqsirləndirilən şəxs oxuya bilmədiyi üçün ifadəsini oxumadan imzalamışdır. Şübhəli şəxsin xx.xx.2022-ci il tarixli dindirilməsi protokolunda da həmçinin yazılar onun tərəfindən icra edilməmişdir. Beləliklə, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yazıb oxumağı bacarmır, bisavaddır, eləcə də nədə ittiham olunduğunu bilmir. Həmçinin onunla keçirilən isintaq və prosessual hərəkətlətinin hamısında müdafiəçinin iştirakı təmin olunubolunmaması məlum deyil. Qeyd edilən hallar isə bir daha təsdiq edir ki, müstəntiq Cavid Məmmədov təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 91.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək kimi hüquqlara malikdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Həmin Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bundan başqa, cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin «nədə ittiham olunduğunu», «nədən müdafiə olunmalı olduğunu» bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikasının CPM-nin 91.5.1-ci maddəsinə əsasən “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu da pozur. Təsbit olunan normalara və məhkəmə presedentlərinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın mahiyyətini izah olunmaması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud prosessual pozuntu hesab edilir. Həmçinin Təqsirləndirilən şəxs “satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq saxlaması” ittihamı irəli sürülsə də, ittihamın aktının nəticəvi hissəsində psixotrop maddənin hansı növü olduğu göstərilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi öyrənilərkən müəyyən olunmuşdur ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı (cinayət işinin 116-cı vərəqi) və nəticəvi hissələrində cinayətin törədildiyi yer kimi - Səbail rayonu, Salyan yolu 2 ünvanında yerləşən “Elay” şadlıq sarayının yaxınlığı göstərilmişdir. Cinayətin törədildiyi ünvan dəqiq göstəriməmiş, “Bakı şəhəri” ifadəsi qeyd olunmamışdır. Beləliklə cinayət işinin materialları ilə müəyyən olunur ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-nin 303.3.6 maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmiş, ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikasının CPM-nin 289.3.1 və 289.4-cü maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 289.3.1-cı maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntudur və bu halda cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüquqlarının pozulması qənaətinə gələrək hesab edir ki, qərarın təsviri hissəsində sadalanan kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, onun baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-nin 300.2.-ci maddəsinə görə Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarları çıxarmaqla yanaşı məhkəmə aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 300.2.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı barədə məsələyə baxmaq; 300.2.2. qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmaq; 300.2.3. qətimkan tədbiri məsələsinə dair qərar çıxarmaq. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-166/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Səbail Rayon Polis İdarəsinin №065-17817-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs tutularaq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 15 iyul 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalı və müddəti 01 (bir) ay olmaqla, 24 sentyabr 2022-ci il tarixədək tarixədək uzadılmalıdır. CPM-nin 300.3-cü maddəsinə əsasən Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, hazırlıq iclası zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Göstərilənlərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 48-ci maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki: 48.1.1. sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun; 48.1.2. şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, sübutların məcmusunun toplanması ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə) gətirib çıxarmamalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Cinayət-Prosessual Məcəlləsinin 211-ci maddəsi cinayət işlərinin birləşdirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması şərtlərini və qaydasını müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, cinayət işlərinin birləşdirilməsi bu Məcəllənin 49-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. 49.2. Müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. 49.3. Toplanmış materialların həcminin böyüklüyünə və ya təqsirləndirilən şəxslərin sayının çoxluğuna görə işin məhkəmə baxışını gecikdirən və ya başqa formada çətinlik yaradan ittihamlar bir icraatda birləşdirilməməlidir. 49.4. Aşağıdakılar bir icraatda birləşdirilə bilməz: 49.4.2. cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə; 49.4.3. cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimaixüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar üzrə; 49.4.4. birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər bütün ittihamlar üzrə. 49.5. Cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Hazırki ********* nömrəli cinayət işi üzrə əməl və Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə əməl eyni şəxs, yəni Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla hazırki ********* nömrəli cinayət işi Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi ilə birləşdirilməli, ibtidai istintaq aparılmalı və baxılması üçün müvafiq məhkəməyə göndərilməlidir. Həmçinin qeyd olunan cinayət işlərinin müxtəlif vaxtlarda məhkəmələrə göndərilməsi, həmin işlərə məhkəmələrdə ayrı-ayrı vaxtlarda baxılaraq yekun qərar çıxarılması nəticədə təqsirləndirilən şəxsin hüquqlarını pozmaqla yanaşı süründürməçiliyə səbəb olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.5, 303.3.1, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay olmaqla, 24 sentyabr 2022-ci il tarixədək uzadılsın. Həbsdə saxlama hissəsində qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin müstəntiqi X4 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilsin və barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) )hesabına keçirilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-166/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-166/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver