Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-166/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 23 may 2023-cü il saat 12.45-də məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 112A ünvanda yerləşən "xxxx" mağazasının qarşısında qoyulmuş 640 manat dəyərində bir ədəd “VeloStrim” markalı model ölçülü velosipedi gizli talayıb, zərərçəkmiş "xxxx" MMC-yə 640 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibindən imtina edir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən başlanmış cinayət təqibinə əməldə cinayət tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, toplanmış material üzrə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsində Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə: xx.xx.2023-cü il tarixdə - məhkəməyədək sadələşdirilmiş icraat açılmış, xx.xx.2023-cü il tarixdə - tərtib edilmiş yekun protokol Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən təsdiq edilərək, baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. xx.xx.2023-ci il tarixdə - məhkəmənin hazırlıq iclası keçirilmişdir. Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 112A ünvanında yerləşən "xxxx" mağazasının qarşısında qoyulmuş 640 manat dəyərində bir ədəd “VeloStrim” markalı model ölçülü velosipedi gizli talayıb, zərərçəkmiş "xxxx" MMC-yə 640 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət təqibindən imtina edilməlidir. Məhkəməəmtəəşünaslıq ekspertizasının 13 mart 2023-cü il tarixli 9/1758 №-li rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan 01 ədəd “VeloStrim” markalı 29 model ölçülü velosipedin orta bazar qiyməti təxminən 640 manat müəyyən olunur. İş üzrə mülki iddiaçı məhkəmə istintaqında mülki iddianın tərkibi barədə xx.xx.2023-cü il tarixli arayış təqdim edərək göstərmişdir ki, "xxxx" mağazasından oğurlanmış velosipedin satış dəyəri 270 manat, maya dəyəri 200 manatdır. Oğurlanmış məhsul Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmışdır və şikayətləri yoxdur. Zərəçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək göstərmişdir ki, "xxxx" mağazasından “VeloStrim” markalı model ölçülü velosiped satılmır. Oğurlanmış məhsul “VeloStrim” markalı olmamışdır, “Tobu Bike” markalı model olmuşdur. “Tobu Bike” markalı velosipedin satış dəyəri 270 manat, maya dəyəri 200 manatdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş ekspert göstərmişdir ki, ekspertiza tədqiqatına təzə vəziyyətdə olan “VeloStrim” markalı 29 model ölçülü velosiped təqdim olunmuşdur. Tədqiqat zamanı həmin velosipedin orta bazar qiyməti təxminən 640 manat müəyyən olunmuşdur. hazırkı iş üzrə yuxarıda qeyd olunan hallar nəzərə alınaraq, eləcə də aparılmış məhkəmə istintaqı zamanı ittihamda irəli sürülmüş cinayət xarakterli xüsusatlar öz təsdiqini tapmadığından, Təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməli və başlanmış cinayət təqibinə əməldə cinayət tərkibi olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 06 mart 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şosesi 1 12A ünvanda yerləşən "xxxx" mağazasının qarşısından keçərkən, mağazanın qarşısına düzülmüş malların satıcılar tərəfindən nəzarət edilmədiyini görüb, mağazanın qarşısında qoyulmuş vilosipedi oğurlamağı qərara almış və həmin velosipetə yaxınlaşıb, əli ilə toxunaraq baxmağa başlamışdır. Bir neçə saniyə burada dayanıb ətrafı müşahidə etmiş, onun velosipedi oğurlamağını kimsənin hiss etməməsinə əmin olduqdan sonra “Tobabike” markalı velosipedi əllərində qaldırıb mağazanın qarşısına qoymuş, sonra velosipedi yedəyinə alaraq, "xxxx" mağazasının qarşısından keçib, velosipedi oğurlayaraq aparmışdır. Yaşadığı ünvana çatdıqda velosipedin üzərində qiymətinin 240 manat yazıldığını görmüşdür. Velosipedə oturub, idarə edərək yaşadığı ünvana getmişdir. Bir neçə saat sonra polis əməkdaşları yaşadığı ünvana gələrək velosiped oğurladığını bildirmişlər,o, velosiped oğurladığını etiraf etmiş və oğurladığı velosipedi özü ilə götürərək 41-ci polis bölməsinə gəlmiş və velosipedi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır. Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin olunmaqla barəsində başlanmış iş üzrə icraata xitam verilməsinə dair ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs idafəsində bildirmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şosesi 112A ünvanda yerləşən "xxxx" mağazasında satıcı işləyir. "xxxx" mağazasının yerləşmə yeri genişlik olduğundan onlar mağazanın qarşısında, mağazaya giriş qapısının yan tərəfində, mağazada satışda olan malları, velosiped və digər əşyaları qoyurlar ki, alıcılar mağazaya girmədən həmin malları görə bilsinlər. 06 mart 2023-cü il tarixdə hər gün olduğu kimi, malların bir qismini, əsasən velosipedləri mağazanın qarşısında olan yerə yığıb işə başlamışlar. Axşam saat 20:00 radələrində, mağazanı bağladıqları ərəfədə çöldəki əşyaları mağazaya yığarkən satış dəyəri 270 manat olan “Tobabike” velosipedinin oğurlandığını aşkar etmişdir. Mağazanın video müşahidə kameralarına baxan zaman velosipedi mağazanın qarşısından, hər gün mağazanın qarşısından keçən və adını Daşqın olaraq bildiyi oğlanın qanunsuz götürərək oğurladığını aşkar etmişdir. Hadisə 06 mart 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şosesi 112A ünvanda yerləşən "xxxx" mağazasının qarşısında baş vermişdir. Sonradan soyadı və ata adını bildiyi Təqsirləndirilən şəxs mağazanın qarşısından bir ədəd “Tobabike” markalı velosipedi qanunsuz götürüb, gizli oğurlamışdır. Məhkəmə-əmtəəşünas ekspertizasının rəyində göstərilən velosipedin 640 manat dəyərləndirilməsinə etiraz edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış velosiped “Tobabike” markalı velosiped olmuşdur. Həmin velosipedin qiyməti 240 manat olmuşdur. Hal-hazırda həmin velosipedin satış qiyməti 270 manat və maya dəyəri 200 manatdır. Oğurlanmış məhsul zərərverən tərəfindən geri qaytarılmışdır, ona qarşı hər hansı şikayəti yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin olunmasını və Təqsirləndirilən şəxs barəsində başlanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə 13 mart 2023-cü il tarixli 9/1758 saylı məhkəmə-əmtəəşünaslıq ekspert rəyini vermiş X2 dindirilmiş və ifadəsində göstərmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1758 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyini müdafiə edir. Belə ki, məhkəmənin qərarı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və velosiped ekspert tədqiqatına təqdim olunmuşdur. Rəy verən zaman internet saytı və ya digər mənbələr üzərindən həmin malın qiyməti araşdırılır. Ona təqdim edilmiş velosipedin dəyəri 640 manat təşkil etmişdir. Ona “Velostrim” 29 model olan velosipedi polis əməkdaşları təqdim etmişdir. Təhqiqatçı velosipedi qərarla birgə ona təqdim etmişdir, tərəflərindən baxış keçirildikdən sonra həmin velosiped polis əməkdaşlarına geri qaytarılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2023-cü il tarixli 9/1758 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş təzə vəziyyətdə olan 01 ədəd “VeloStrim” markalı, 29 model (ölçülü) velosipedin orta bazar qiyməti təxminən 640,00 manat müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 07 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. 19 mart 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs HK-1/190 saylı icraat materialı üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şosesi 112A ünvanda yerləşən "xxxx" mağazasının qarşısında bir nəfər orta bədən quruluşlu, qolları və papağı qırmızı, digər hissələri qara rəngdə olan gödəkçə geyinmiş şəxsin, mağazaya qalxan pilləkənlərin sol tərəfində olan yaşıl süni örtüyün üzərinə çıxdığı, orada divarə söykənilmiş vilosipedlərdən birini götürüb həmin velosipedi əlləri ilə yerdən qaldırıb, mağazanın qarşısında, piyadalar üçün nəzərdə tutulmuş piyada hərəkət zolağına çıxararaq orada yerə qoyur, daha sonra velosipedi mağazanın qarşısından keçib, piyada səkisi ilə hərəkət edərək, vilosipedi də özü ilə aparması müşahidə olunur. 18 mart 2023-cü il tarixli maddi sübut qismində tanınma barədə qərarla 01 ədəd “VeloStrim” markalı, 29 model (ölçülü) velosiped maddi sübut qismində tanınmış və "xxxx" adlanan marketə məxsus olduğu üçün qəbz tərtib edilməklə zərərçəkmiş şəxsə geri qaytarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, Bakı şəhəri Badamdar qəsəbəsi Badamdar şosesi 112A ünvanda yerləşən "xxxx" mağazasından 06 mart 2023-cü il tarixdə törədilmiş oğurluq hadisəsi ilə bağlı oğurlanmış velosipedin qiyməti 240 manat olmuşdur. Hal-hazırda həmin velosipedin satış qiyməti 270 manat və maya dəyəri 200 manatdır. Oğurlanmış məhsul zərərverən tərəfindən geri qaytarılmışdır, ona qarşı hər hansı şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsinə dair vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda onun zərərçəkmiş şəxsə məxsus 01 ədəd “VeloStrim” markalı, 29 model (ölçülü) velosipedi qəsdən tamah niyyəti ilə gizli olaraq talaması nəticəsində sonuncuya 640 manat dəyərində maddi ziyan vurulması göstərilmişdir. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən oğurlanan əmlak 01 ədəd “VeloStrim” markalı, 29 model (ölçülü) velosiped deyil, 01 ədəd “Tobabike” markalı velosiped olmuşdur. Qeyd edilənlər cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Hazırki iş üzrə təhqiqatçı tərəfindən ekspertiza tədqiqatına cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dullayev Daşqın Etibar oğlunun tərəfindən oğurlanmış 01 ədəd “Tobabike” markalı velosiped deyil, 01 ədəd “VeloStrim” markalı, 29 model velosiped təqdim olunmuş, bununla da tərtib edilmiş yekun protokolda şəxsə düzgün ittiham verilməmişdir. İş materiallarından göründüyü kimi zərərçəkmiş şəxsin faktiki olaraq 240 manatı ələ keçirilmiş və ona real 270 manat məbləğində zərər dəymişdir. İstintaq orqanı isə Təqsirləndirilən şəxs əməlini zərərçəkmiş şəxsə artıq qaytarılmış və faktiki olaraq dəyməmiş ziyana görə zərərçəkmiş şəxsə 640 manat məbləğində maddi ziyanın vurulması ilə bağlı ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir; 41.3-ci maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur; 43.1-ci maddəsinə görə dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanması ehtimal edilən əmlakın dəyərinin 240 manat olması, bununla da onun ehtimal edilən əməlində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin olmaması nəzərə alınaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmaması əsası ilə ittihamdan imtina edilməsinə dair Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli və Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38, 39, 41, 43, 344-347, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmaması əsası ilə ittihamdan imtina edilməsinə dair Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin və Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilsin. İş üzrə keçirilmiş 13 mart 2023-cü il tarixli 9/1758 saylı materialların məhkəməəmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 276 (iki yüz yetmiş altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-166/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-166/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver