Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-166/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Tərtər rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləyən, Tərtər rayonu Qaradağlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, “Mida” yaşayış kompleksi,ev 4,mənzil 15-də kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, o,özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib,sonuncuya mətbəx və 2x3 metr ölçüdə qarderob mebel dəstlərini düzəldəcəyi vədini verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə,18 iyul 2022-ci il tarixdə,saat 17 radələrində, sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən Rabitə Kollejinin yataqxanasındakı otağında ilkin olaraq 1.000 manatını nağd şəkildə,2022-ci ilin avqust ayının əvvələrində günün səhər saatlarında,yenə də F.Əliyyeva yaşadığı ünvanından onun təqdim etdiyi bank kart hesabına göndərilmiş 200 manatını və 2022-ci ilin oktyabr ayının ortalarında,saat 12 radələrində, ünvan 2 ünvanda 900 manatını nağd şəkildə, ümumilikdə cəmi 2.100 manatını alıb ələ keçirərək,sonralar vədinə əməl etməyib aldatmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, pasport qeydiyyatında Tərtər rayonu, Qaradağlı kəndində olsa da, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən, “Mida” yaşayış kompleksi, ev 4, mənzil 15-də kirayədə yaşayır, rəsmi heç bir yerdə işləmir, fərdi olaraq sexlərdə müxtəlif mebel dəstlərinin düzəldilməsi və satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs o, 2022ci ilin təxminən iyul ayından tanımış, Zərərçəkmiş şəxs Tərtər rayonunda yaşayan qohumlarından onun telefon nömrəsini aldıqdan sonra əlaqə saxlayaraq, ondan mətbəx mebeli yığmasını xahiş etmişdir. O.Zərərçəkmiş şəxs aldığı mətbəx mebelinin ölçüləri əsasında mebelin ilkin cizgilərini hazırlamış, sonra 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs Yasamal rayonu, Şərifzadə küçəsindəki Rabitə Kollecinin yataqxanasında yerləşən mənzilinə gedib görüşərək mebel dəstinin cizgilitəni Zərərçəkmiş şəxs göstərmişdir. Orada ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs qızının 2022-ci ilin noyabr ayında toyu olmalı, həmin mətbəx mebeli də qızına cehiz kimi ərə gedəcəyi Tərtət rayonu, Əskipara kəndində yerləşən evinə sifariş verilir, mebel həmin kəndə aparılıb oradakı evdə quraşdırılmalıdır. O, Zərərçəkmiş şəxs sifarişi ilə razılaşaraq mebeli hazırlayıb aparıb Tərtər rayonunda quraşdırılması üçün 2.200 manat istəmiş, Zərərçəkmiş şəxs bir qədər bazarlıq etdikdən sonra, mebel dəstini hazırlayıb aparıb kənddə quraşdırılması üçün cəmi 2100 (iki min yüz) manata qarşılıqlı razılaşmışlar. O, mebelin materiallarını alıb işə başlamaq üçün Zərərçəkmiş şəxs beh kimi 1.000 manat pul istəmiş, 18 iyul 2022-ci il tarixdə,saat 17 radələrində, sonuncu yaşadığı yataqxanadakı mənzildə, qızının yanında ona 1000 manat pul vermiş, pulun qalan 1.100 manat olan hissəsini 2022-ci ilin oktyabr ayının əvvəllərində metbəx mebeli hazır edilib evdə quraşdırıldıqdan sonra verəcəyinə razılaşmışlar. O, Zərərçəkmiş şəxs ilə mebel dəstinin düzəldilib təhvil verilməsinə dair rəsmi müqavilə bağlanmamış, bu barədə şifahi razılaşmış, Zərərçəkmiş şəxs ilkin beh kimi 1.000 manatın almasına dair hər hansı bir yazılı qəbz verməmişdir. Bundan təxminən 10-15 gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək evin dəhlizinə əlavə olaraq 2x3 metr ölçüdə qarderob üçün şkaf düzəltməsini,həmin şkafın neçəyə başa gələcəyini soruşmuş, o, da hesablayaraq 300 manata başa gələcəyini demiş, Zərərçəkmiş şəxs həmin qiymətlə razılaşaraq, həmin dövrdə onun göndərdiyi plastik bank kartı hesabına 200 manat köçürmüşdür. Bundan sonra onun şəxsi işlərində maddi cəhətdən çətinliklər yarandığından və pula ehtiyacı olduğundan 2022-ci ilin sentyabr-oktyabr aylarında dəqiq tarixini xatırlamadığı günü o, Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb, mebel və qarderob dəstlərinin işi bitmək üzrə olmasını bildirərək, sonuncudan əlavə ödəniş etməsini xahiş etmiş, Zərərçəkmiş şəxs da razılaşdıqda o, tək həmin günü saat 11-12 radələrində, sonuncunun işlədiyi Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən Respublika Endokrinoloji Mərkəzinin qarşısına gelib, Zərərçəkmiş şəxs ilə görüşərək 900 manat almış, sonuncu mebel dəstlərinə görə qalan 300 manatı isə mebel dəsti tam hazır olub kənddəki evdə quraşdırıldıqdan sonra ödəyəcəyinə söz vermişdir. O, da bir neçə günə mebel dəstlərini düzəldib qurtararaq kəndə aparıb quraşdırıb xəbər edəcəyinə söz vermişdir. O, Zərərçəkmiş şəxs aldığı 900 manat pula görə hər hansı bir yazılı qəbz verməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs aldığı cəmi 2.100 manat pulu öz ehtiyacları üçün xərclədiyindən, vəd verdiyi mebel dəstlərini hazırlayıb təhvil verə bilmədiyi üçün və aldığı pulu Zərərçəkmiş şəxs qaytara bilmədiyindən, sonuncunun zənglərinə cavab versə də, hər dəfə qısa müddətə sifarişi təhvil verəcəyinə söz vermiş, 2022-ci ilin noyabr ayının 12-dən sonra Zərərçəkmiş şəxs qızının toy mərasimi baş tutduqdan sonra, sonuncu hər dəfə ona zəng edib pulunu geri tələb etmiş, o, da hər dəfə həmin pul məbləğini yaxın vaxtlarda qaytaracağına söz versə də, maddi imkanı olmadığından qaytara bilməmişdir. O, mebel ustası olmasını, Zərərçəkmiş şəxs ona mebel sifariş verərkən, maddi durumu pis olmasını, borclu olduğundan, Zərərçəkmiş şəxs mebel sifarişinə görə ödədiyi pulları götürüb borclarını ödəməsini, Zərərçəkmiş şəxs sifarişini isə fikirləşmiş ki. sonralar pul tapıb sonuncunun mebelini düzəldər, lakin sonralar mebel düzəltmək üçün materialların alınmasına pul tapa bilmədiyindən, Zərərçəkmiş şəxs sifariş verdiyi mebelini düzəldib təhvil verə bilməmiş, maddi imkanı olmadığından sifarişə görə aldığı pulları qaytara bilməmişdir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı ödəməyə hazır olduğunu, maddi imkanı olmadığından qaytara bilmədiyini, mülki iddianın təmin olunmasına etiraz etmədiyini və iki az yaşlı uşağının olmasını bildirərək barəsində yüngül cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi pasport qeydiyyatında Kəlbəcər rayonu, Təkəqaya kəndində olsa da, ailə üzvlərilə birlikdə faktiki olaraq məcburi köçkün kimi Baki şəhəri, ünvan 3 ünvanında yerləşən Rabitə Kollejinin yataqxanasında məskünlaşıb, Səhiyyə Nazirliyinin Endokrinoloji Mərkəzində qeydiyyatçı işləyir. 2022-ci ilin noyabr ayında o, qızı Zeynəbə toy etməyə hazırlaşmış, qızını Tərtər rayonu, Əskipara kəndində yaşayan Elməddin Təhməzliyə ərə verəkən, qızının yaşayacağı həmin kənddəki evə cehiz olaraq mətbəx mebeli verməyə hazırlaşarkən, oğlan evinin adamları tanış mebel ustası olmasını, həmin ustanın mebel sexinin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşməsini, öz tanışlarına da həmin ustanın mebel düzəltməsini və işi keyfiyyətli olmasını bildirərək, həmin mebel ustası olan Nicatın ***-***-**-** saylı mobil nömrəsini ona verərək, zəng edib əlaqə saxlamasını mebel sifariş vermək üçün detalları və mebelin qiyməti ilə danışmasını təklif etmişlər. O, da Nicat usta ilə əlaqə saxlayaraq 2022-ci ilin iyul ayında yaşadığı ünvana dəvət edib görüşmüş, Nicat ustaya mətbəx mebelinin ölçülərini Tərtər rayonundakı oğlanın evindən götürdükdən sonra, mətbəx mebelini cəmi 2.100 manata başa gələcəyinə razılaşmışlar. O, Nicata mebel dəstini 2022-ci ilin oktyabr ayının əvvəllərinə hazır etməsini tapşırmış, Nicat həmin tarixə mebeli özü aparıb Tərtər rayonu, Əskipara kəndində oğlan evində quraşdıraraq təhvil verəcəyinə söz vermişdir. Həmin vaxt Nicat ondan mebelin hazırlanmasına başlamaq üçün ilkin olaraq 1.000 manat beh istəmiş, o, 17 iyul 2022-ci il tarixdə “Bank of Baku” bankından 3.000 manat kredit götürüb, səhəri günü yəni 18 iyul 2022-ci il tarixdə, saat 17 radələrində yaşadığı yataqxanadakı evində, Nicatla görüşüb 1.000 manat pulu mebel düzəlməsi üçün qızı Zeynəbin yanında vermişdir. Nicat mebel düzəltmək üçün ondan 1.000 manat alarkən heç bir müqavilə təqdim etməmiş, yəni o, müqavilə imzalamamış, şifahi razılaşmış, mebelə görə Nicat pul alarkən ona heç bir qəbz və ya iltizam verməmişdir. Təxminən bir ay sonra o, zəng edib Nicatla əlaqə saxlayaraq mebelin hazirlanması prosesi ilə maraqlanarkən Nicat mebeli qurtarmaq üzrə olmasını demiş, həmin vaxt o, Nicata əlavə olaraq 2x3 metr ölçüdə qarderob mebeli düzəltməsini xahiş etmiş, həmin mebelin neçəyə başa gələcəyini soruşmuş, Nicat da hesablayaraq qarderon mebelinə görə əlavə 300 manat alacağını demiş, o, da həmin qiymətlə razılaşmış, həmin dövrdə yəni 2022-ci ilin avqust ayının təxminən əvvəllərində, günün səhər saatlarında yaşadığı evdən Nicatın göndərdiyi bank kart hesabına 200 manat pul köçürmüşdür. Bundan sonra, 2022-ci ilin oktyabr ayının ortalarında, dəqiq tarixini xatırlamadığı günü saat 11 radələrində Nicat ona zəng edərək mebel hazır olduğunu və həmin mebeli yük avtomobili kirayələyib Tərtər rayonuna aparılması üçün pul lazım olmasını bildirərək, pul verməsini xahiş etmişdir. O,mebellər hazır olmasına sevinmiş, Nicatın iş yerinin qarşısına yəni ünvan 5 ünvanda yerləşən Səhiyyə Nazirliyinin Endokrinoloji Mərkəzinin qarşısına çağırmış, saat 12 radələrində təklikdə həmin ünvanda o, Nicata 900 manat vermiş, mebellərə görə qalan 300 manatı isə mebeli evdə quraşdırdıqdan sonra verəcəyinə söz vermiş, Nicat da razılaşıb çıxıb getmişdir. O, Nicata təklikdə verdiyi pula görə, sonuncu ona heç bir qəbz və ya iltizam verməmişdir. Bir neçə gündən sonra o, Nicatla əlaqə saxlayıb mebeli ünvana çatdırıb-çatdırmaması barədə maraqlandıqda, Nicat hər dəfə gah həftənin əvvəli və ya axırı aparıb çatdıracağına söz vermişdir. Sonuncu dəfə o, Nicatla telefonla danışarkən 2022-ci ilin noyabr ayının 12-də qızının toyu olacağını, mebel toy tarixinə quraşdırılmalı olduğunu bildirmiş, Nicat yenə həmin tarixə kimi mebeli aparıb çatdıracağına söz vermiş, lakin verdiyi vədə əməl etməmişdir, sonra qızının toyuna bir neçə gün qalmış Nicatın onu aldadaraq mebeli ünvana çatdırmadığını gördükdə, o, əri Şakirlə yenidən mebel mağazasına gedib, məcbur qalıb baha qiymətə hazır mebel dəsti alaraq oğlan evinə göndərib quraşdırtmışdır. Nicat isə mebelə görə aldığı pulu geri qaytaracağına söz versə də, sözünə əməl etməyib hər dəfə aldatdığına görə o, məcbur olub barəsində polisə şikayət vermişdir. Nicat usta bir ədəd mətbəx mebeli və bir ədəd 2x3 metr ölçüdə qarderob mebeli düzəltmək adı ilə onunla cəmi 2.400 manata razılaşıb, həmin puldan 2.100 manatını almasını, verdiyi vədə əməl etməmiş, aldığı pulu isə geri qaytarmamış, həmin dövrdə hər dəfə Nicat mebeli bu həftə aparacağına söz verib aldatdmasını gördükdə, o, Nicatdan özünü işlədiyi mebel sexinə aparıb gördüyü işi göstərməsini bildirsə də, Nicat sexə aparacağına və mebelin hazır olub bitmək üzrə olmasını göstərəcəyinə söz versə də, ona sexin yerini deməmiş və ya aparmadan aldatmışdır. Azərbaycan Respublikası Daxili İşllər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşllər Nazirliyi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması məqsədilə barəsində axtarış elan edilməsi haqqında” 07 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan olunmuşdur. Axtarışda olan şəxsin tutulması barədə 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə saat 16:40-da Yasamal rayonu ərazisində saxlanılaraq, Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Daxili İşllər Nazirliyi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “Təqsirləndirilən şəxsin X7 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, X7 azad edilmişdir. Azərbaycan Respublikasının Daxili İşllər Nazirliyi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İstintaqa könüllü gəlmə haqqında protokoldan görünür ki, 24 fevral 2024-cü il tarixdə barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs könüllü olaraq gəlib özünü istintaqa təhvil vermişdir. Azərbaycan Respublikasının Daxili İşllər Nazirliyi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “Sübutların qiymətləndirilməsi haqqında” 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1cü maddəsi ilə nəzərdə tutulan ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış elektron sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 oktyabr 2016-cı il təvəllüdlü X4, 21 dekabr 2021-ci il təvəllüdlü X5 və 25 dekabr 2017-ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs llya oğlu ona elan edilmiş ittiham üzrə özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməyə hazır olmasını, mülki iddianın təmin olunmasına etiraz etməməsini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində üç az yaşlı uşağının olmasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmasını, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 04 (dörd) gün islah işləri növündə cəzanın müddətinə bərabər tutularaq, təyin olunmuş islah işləri cəzasından 08 (səkkiz) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs maddi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət əməli nəticəsində ona vurulmuş 2100 (iki min yüz) manat məbləğində maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, mülki iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı onun tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyanın vurulması ilə əlaqədar ittiham ilə əlaqədar verilmişdir. Belə olan halda məhkəmə vurulmuş maddi ziyan məbləğinin 2100 (iki min yüz) manatının təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə ekspertiza xərci və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, qazancından 20% məbləğində dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 04 (dörd) gün islah işləri növündə cəzanın müddətinə bərabər tutularaq, üzərində qəti olaraq qazancından 20% məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli onun iş yeri üzrə qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası təmin olunsun. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 2100 (iki min yüz) manat maddi ziyan tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 384 (üç yüz səksən dörd) manat pul dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-166/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-166/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver