Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-167/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi Heydərova Elnarə Aydın qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1993-cü ildə Neftçala rayon Xıllı qəsəbəsində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işlməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işlməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Xucbala Ərazi Dairəsi, Digah kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu 1-ci Zabrat qəsəbəsi özəl fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağayev X2 İsmət Faiq oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğlurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “3363” saylı mağazanın giriş qapısının üzərində olan kilidini sındırma yolu ilə mağazaya daxil olub oradan müxtəlif çeşiddə siqaretlər və kassa aparatından 713 (yeddi yüz on üç) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 2.681,40 manat (iki min altı yüz səksən bir manat qırx qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İsmətlə əvvəllər iş yoldaşı olmuşlar. İsmətlə 20 Yanvar metrostansiyası tərəfdə görüşüb hal əhval tutmuş, İsmət ona maddi vəziyyətinin ağır olduğunu, körpə uşağının xəstə olmasını bildirmiş o, da İsmətə onun da maddi vəziyyətinin ağır olduğunu qardaşını maşın vurduğundan ona pul lazım olduğunu və evdə xəstə anasına qulluq etdiyi bildirmiş və söhbət əsasında qərara gəlmişlər ki, onun əvvəllər işlədiyi Badamdar qəsəbəsində yerləşən Al market mağazasından oğurluq etsinlər. O, əvəllər həmin marketdə işlədiyindən bu qərara gəlmişlər. 2023-cü ilin noyabr ayının 8-də təxminən 03:00 radələrində həmin Al market mağazasının qarşısına gəlmişlər. Əvvəlcədən planlaşdırdıqları kimi o, mağazanın yaxınlığında durmalı, gəlib gedənlərə nəzarət etməli, İsmət isə mağazaya girib oğurluq etməli idi. Danışdıqları kimi o, mağazanın qarşısında dayanıb gəlib gedənə nəzarət etmiş, İsmət isə tanınmasın deyə üz gözünü bağlayaraq mağazanın kilidini sındırıb içəriyə daxil olmuş və oradan müxtəlif çeşitdə siqaretlər, pul oğurlayıb çölə çıxmış və taksi sifariş edərək oradan uzaqlaşmışlar. Yolda taksi sürücüsü onlardan əllərində olan malları haradan aldıqlarını soruşmuş, onlar taksi sürücüsünə hər ikisinin mağazada işlədiyini, işlədikləri mağazanın bağlandığını və bu malların qaldığını və özlərinə məxsus olduğunu bildirib, əgər tanışı varsa həmin malları sata biləcəklərini demişlər. Taksi sürücüsü Binəqədi qəsəbəsində mağazada işləyən bir tanışı olduğunu və həmin şəxsin o malları ala biləcəyini bildirmiş, bundan sonra o, tanışı ilə əlaqə saxlamış və onlar Binəqədi qəsəbəsində mağaza işlədən Ülvi adlı şəxslə görüşmüşlər. Ülvi adlı şəxs də onlardan bu siqaretlərin oğurluq olub olmamasını soruşmuş, onlar Ülviyə də taksi sürcüsünə dediklərini demişlər. Danışıb qiymətdə razılaşdıqdan sonra da siqaretləri Ülviyə satmışlar və ondan 1650 manat pul almışlar. Təqsirləndirilən şəxs1 daha sonra göstərdi ki, İsmət mağazada şkafdan təxminən 400-410 manat pul götürmüşdür. Onlar həmin pulun bir qisminə birlikdə çörək yemiş, qalan hissəsini isə öz aralarında bölmüşlər. Məhkəmə gedişində ailə vəziyyətinin həddən artıq ağır olmasına baxmayaraq ziyanın ödənilməsi üçün İsmətlə müəyyən məbləğdə pul toplamış, zərərçəkmiş Al market mağazasına ödəmək istəmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə danışıqlar apararaq ödəniş etmək istədiklərini bildirmiş, lakin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi onlardan vurulmuş ziyanı tam ödəməklərini tələb etmiş və ödəmək istədikləri pulu qəbul etməmişdir. Əməlindən səmimi olaraq peşman olmuşdur, bu hərəkəti ağır maddi durumu ilə əlaqədar törətmişdir, atasının olmadığını, yaşlı xəstə anasına onun baxdığını nəzərə alıb məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Seyidağa ilə 20 yanvarda yerləşən Bravo marketdə birgə işləmişlər. O, Seyidağa ilə 20 Yanvar metrostansiyası tərəfdə görüşüb hal əhval tutduqdan sonra hər ikisi maddi vəziyyətlərinin ağır olmasını və pula ehtiyacıları olduqlarını bir birinə bildirmişlər. Söhbət əsasında qərara gəlmişlər ki, Seyidağanın əvvəllər işlədiyi Badamdar qəsəbəsində yerləşən Al market mağazasından oğurluq etsinlər. 2023-cü ilin noyabr ayının 8-də təxminən 03:00 radələrində həmin Al marketin qarşısna gəlmiş, əvvəlcədən planlaşdırdıqları kimi o, mağazanın içərisinə daxil olub oğlurluq etməli, Seyidağa isə mağazanın yaxınlığında çöldə dayanıb gəlib gedənlərə nəzarət etməli idi. Danışdıqları kimi o, tanınmasın deyə üz gözünü bağlayaraq, mağazanın kilidini otförka ilə qırmış və mağazaya daxil olub müxtəlif çeşitdə siqaretlər və təxminən şkafdan 400-410 manat pul götürərək oğurluq etmiş, Seyidağa isə mağazanın yaxınlığında çöldə dayanıb gəlib gedənlərə nəzarət etmişdir. Oğurluq etdikdən sonra o, çölə çıxmış və onlar taksi sifariş edərək Al marketdən uzaqlaşmışlar. Yolda taksi sürücüsü onlardan əllərində olan malları haradan aldıqlarını soruşmuş, onlar taksi sürücüsünə hər ikisinin mağazada işlədiyini, işlədikləri mağazanın bağlandığını və bu malların qaldığını və özlərinə məxsus olduğunu bildirib, əgər tanışı varsa həmin malları sata biləcəklərini demişlər. Taksi sürücüsü Binəqədi qəsəbəsində mağazada işləyən bir tanışı olduğunu və həmin şəxsin o malları ala biləcəyini bildirmiş, bundan sonra o, tanışı ilə əlaqə saxlamış və onlar Binəqədi qəsəbəsində mağaza işlədən Ülvi adlı şəxslə görüşmüşlər. Ülvi adlı şəxs də onlardan bu siqaretlərin oğurluq olub olmamasını soruşmuş, onlar Ülviyə də taksi sürcüsünə dediklərini demişlər. Danışıb qiymətdə razılaşdıqdan sonra siqaretləri Ülviyə satmışlar və ondan 1650 manat pul almışlar. Mağazadan oğurlanan 400-410 manat pulun bir qisminə birlikdə çörək yemiş, qalan hissəni isə öz aralarında bölmüşlər. Məhkəmənin gedişi vaxtı Seyidağa ilə müəyyən məbləğdə pul toplamış, zərərçəkmiş Al market mağazasına ödəmək istəmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə danışıqlar apararaq ödəniş etmək istədiklərini bildirmiş, lakin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi onlardan vurulmuş ziyanı tam ödəməklərini tələb etmiş və ödəmək istədikləri pulu qəbul etməmişdir. Əməlindən səmimi olaraq peşman olmuşdur, bu hərəkəti ağır maddi durumu ilə əlaqədar törətmişdir, bütün bunları nəzərə alıb məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 08 noyabr 2023-cü ildə ünvan 3 ünvanında yerləşən 3363 saylı mağazada gecə saatlarında oğurluq olmuş və 2681,46 (iki min altı yüz səksən bir manat qırx altı qəpik) manat mağazaya ziyan vurulmuşdur. Vurulmuş ziyanın 713 (yeddi yüz on üç) manat nağd pul, qalan hissəsi isə siqaretlər olmuşdur. Zərərçəkmiş şəxs daha sonra göstərdi ki, təqsirləndirilən şəxslər həqiqətən vurulmuş ziyana görə şirkətə müəyyən məbləğ pul ödəmək istəmiş, lakin onlar ziyanın tam həcmdə ödənilməsini tələb etmişlər. Məhkəmə iclasında Şahid1 Baləsər oğlu bildirdi ki, o, "xxxx" MMC-də Elmlər metrosu ərazisinin bölgə müdiri işləyir, lakin həmin vaxt Badamdar ərazisinin bölgə müdüri səhəti ilə bağlı işdə olmadığından o həmin şəxsi əvəz etmişdir. Hadisə vaxtı o Elmlər ərazisində inventar sayımında olarkən, səhər saatlarında satış müdürü ona Badamdar ərazisində olan mağazada oğurluq olması barədə məlumat vermiş və o həmin mağazaya getmişdir. Satış müdürünə mağaza müdiri məlumat vermişdir. O, mağazaya gəldikdə mağaza müdürü mağazaya daxil olmamış, o mağazaya daxil olub oğlurluq olduğunu, qapının açıq olduğunu kassadakı pulların və mağazadan siqaretlərin oğurlandığını görmüş və polisə məlumat vermiş, polis əməkdaşı gəldikdən sonra o çıxıb getmişdir. Məhkəmə iclasında əlavə şahid X3 ifadəsində bildirdi ki, o, "xxxx" MMC-də bölgə müdürü vəzifəsində işləyir, hal hazırda Gəncə şəhər ərazisində işləyir. Hadisə baş verən zaman Badamdar ərazisinin bölgə müdürü məzuniyyətdə olduğundan onu o əvəz etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 6-7 radələrində ona satış müdürü zəng edərək mağazada oğurluq oduğunu və təcili həmin mağazaya getmək lazım olduğunu bildirmiş və o mağazaya getmişdir. O, mağazaya gedəndə artıq polis orqanına məlumat verilmiş və polis əməkdaşları mağazaya gəlmişdilər. Satış müdürünə məlumatı mağazaya çörək gətirən vermişdir. Sonra dəyən zərər hesablamış, siqaretləri yoxlamışlar. Siqaretləri yoxladıqda təxminən 1968 (min doqquz yüz altmış səkkiz) manatlıq siqaretin və 713 (yeddi yüz on üç) manatda pulun kassadan oğurlandığı məlum olmuşdur. Daha sonra siyahı tutub aktlaşdıraraq polis əməkdaşlarına bildirmiş. Polis əməkdaşları tərəfindən əl-barmaq izləri və kamera görüntüləri götürülmüşdür. Polis orqanlarına yazdığı ərizədə ilkin məlumat kimi 300 (üç yüz) manat pulun oğurlandığını göstərmiş, lakin sonradan araşdırmalar zamanı məlum olmuşdur ki, mağazadan 713 (yeddi yüz on üç) manat pul oğurlanmışdır. Məhkəmə iclasında əlavə şahid X4 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanda yerləşən "xxxx" MMC-də mağaza müdürü vəzifəsində işləyir, hadisə vaxtı mağazada o Rəvan adlı satıcı ilə birgə işləmişdir. Səhər tezdən mağazaya çörək firmaları çörək gətirirdikdə xx.xx.2023-cü il tarixdə çörək gətirən Səbuhi adlı şəxs mağazanın qapısının acıq olduğunu görmüş və bölgə müdürünə zəng vurub oğlurluq olduğunu bildirmişdir. Həmin vaxt ona bölgə müdürü zəng vurub mağazada oğurluq olduğunu və ora getməyini ancaq mağazaya daxil olmamağını bildirmişdir. O, mağazaya getdikdən sonra mağazada siqaret və puldan başqa heç nəyə əl dəyilmədiyini görmüşdür. Sonra polis əmkdaşları gəlib araşdırma aparmışlar. O, polis əməkdaqları ilə icəri daxil olmuş, kassadan 713 (yeddi yüz on üç) manat pulun və mağazadan 1968 (min doqquz yüz altmış səkkiz) manat dəyərində siqaretlərin oğlurlandığını görmüşdür. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, o Binəqədi şossesində yerləşən Arif marketdə satıcı işləyir. Keçən ilin noyabr aylarnda təqsirləndirilən şəxslər onun işlədiyi marketə gələrək mağazalarının bağlandığını və əllərində siqaretlərin olduğun və onları satmaq istədiklərini bildirmişlər və o, siqaretləri satış qiymətinə almış və ümumilikdə siqaretlərə 1650 (min altı yüz əlli) manat pul vermişdir. 2-3 ay keçdikdən sonra onu polis əməkdaşları Polis İdarəsinə çağırmış və o orada siqaretlərin oğlurluq olduğunun bilmişdir. 29 noyabr 2023-ci il tarixli qərarla fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 08 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “3363” saylı mağazanın giriş qapısının üzərində olan kilidini sındırma yolu ilə mağazadan müxtəlif siqaret çeşidləri və kassa aparatından 713 manat nağd pulu gizli olaraq oğurlanmış, zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 2681,40 (iki min altı yüz səksən bir manat qırx qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Səbail Rayon Polis idarəsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “3363” saylı mağazanın giriş qapısının üzərində olan kilidinin sındırılması nəticəsində naməlum şəxs (şəxslər) tərəfindən mağazada olan 713 (yeddi yüz on üç) manat nəğd pul və 1968,40 (min doqquz yüz altmış səkkiz manat 40 qəpik) manat dəyərində müxtəlif tütün məmulatları siqaretlər oğurlanmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixdə edilən oğurluq nəticəsində ümumiikdə 2681,40 (iki miş altı yüz səksən bir manağ 40 qəpik )manat dəyərində maddi ziyan dəymişdir. 29 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 29 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 01 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq E.Bədəlzadənin xx.xx.2023-cü il tarixli vəsatəti müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbir seçilməsi qərara alınmışdır. 01 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq E.Bədəlzadənin xx.xx.2023-cü il tarixli vəsatəti müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbir seçilməsi qərara alınmışdır. 01 dekabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 01 dekabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında iş materiallarında olan video görüntüyə baxış keçirilmiş, görüntülərdə şəxsin üzü bağlı vəziyyətdə mağazanın qapısını sındırıb içəriyə daxil olması və mağazadan oğurluq etməsi öz əksini tapıb. Məhkəmə iclasında təqsirləndirilən şəxs İ Fətiyev video görüntüdə üzü bağlı olan oğurluq edən şəxsin özü olduğunu təstiq etdi. 04 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:26:03 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “3363” saylı mağazanın giriş qapısının üzərində olan kilidin sındırlması yolu ilə mağazadan sonuncuya məxsus 57 (əlli yeddi) ədəd hər biri 3.077 manat olmaqla cəmi 175.41 manat dəyərində “KENT NANOTEK NEO 0 4”, 56 (əlli altı) ədəd hər biri 2.925 manat olmaqla cəmi 163.81 manat dəyərində “WİNSTON XSSTYLE SİLVER”, 50 (əlli) ədəd hər biri 2.924 manat olmaqla cəmi 146.22 manat dəyərində “WİNSTON XS STYLE SİLVER”, 38 (otuz səkkiz) ədəd hər biri 2.620 manat olmaqla cəmi 99.55 manat dəyərində “LD CLUB PLATİNUM LSS”, 41 (qırx bir) ədəd hər biri 2.238 manat olmaqla cəmi 91.74 manat dəyərində “ROTHMANS DEMİ SİLVER”, 26 (iyirmi altı) ədəd hər biri 3.307 manat olmaqla cəmi 85.97 manat dəyərində “SOBRANİE COMPACT CASTER”, 36 (otuz altı) ədəd hər biri 2.238 manat olmaqla cəmi 80.55 manat dəyərində “PALL MALL AMERİCAN NİGHTS” 26 (iyirmi altı) ədəd hər biri 3.077 manat olmaqla cəmi 80.01 manat dəyərində “KENT HD 8 FUTURA”, 23 (iyirmi üç) ədəd hər biri 3.308 manat olmaqla cəmi 76.08 manat dəyərində “SOBRANİE SLİM WHİTES”, 32 (otuz iki) ədəd hər biri 2.238 manat olmaqla cəmi 71.60 manat dəyərində “PALL MALL NANO SİLVER” 21 (iyirmi bir) ədəd hər biri 3.310 manat olmaqla cəmi 69.51 manat dəyərində “SOBRANİE KSSS CASTER”, 21 (iyirmi bir) ədəd hər biri 3.305 manat olmaqla cəmi 69.40 manat dəyərində “SOBRANİE SLİM BLUES”, 24 (iyirmi dörd) ədəd hər biri 2.465 manat olmaqla cəmi 59.16 manat dəyərində “LD CLUB EXTRA WHİTE”, 28 (iyirmi səkkiz) ədəd hər biri 2.054 manat olmaqla cəmi 57.62 manat dəyərində “SENATE NANO RİCH GOLD”, 28 (iyirmi səkkiz) ədəd hər biri 2.028 manat olmaqla cəmi 56.79 manat dəyərində “SENATE NANO RİCH SİLVER”, 22 (iyirmi iki) ədəd hər biri 2.239 manat olmaqla cəmi 49.26 manat dəyərində “WİNCHESTER KSSSSİLVER”, 24 (iyirmi dörd) ədəd hər biri 2.009 manat olmaqla cəmi 48.22 manat dəyərində “İMPERİAL CLSC SİLVER COPMACT”, 20 (iyirmi) ədəd hər biri 2.085 manat olmaqla cəmi 41.70 manat dəyərində “WEST SİLVER”, 12 (on iki) ədəd hər biri 3.075 manat olmaqla cəmi 36.90 manat dəyərində “KENT NANOTEK İNFN 0 1”, 20 (iyirmi) ədəd hər biri 1.838 manat olmaqla cəmi 36.75 manat dəyərində “PRİMA DELUXE BLUE”, 18 (on səkkiz) ədəd hər biri 1.978 manat olmaqla cəmi 35.60 manat dəyərində “WANT NANO SİLVER SİQARET”, 19 (on doqquz) ədəd hər biri 1.845 manat olmaqla cəmi 35.05 manat dəyərində “MAGNA CARBON BLACK”, 14 (on dörd) ədəd hər biri 2.236 manat olmaqla cəmi 31.30 manat dəyərində “ROTHMANS DEMİ BLUE”, 14 (on dörd) ədəd hər biri 2.235 manat olmaqla cəmi 31.29 manat dəyərində “WİNCHESTER COMP BLUE”, 15 (on beş) ədəd hər biri 2.004 manat olmaqla cəmi 30.06 manat dəyərində “WANT NANO BLACK SİQARET”, 12 (on iki) ədəd hər biri 1.855 manat olmaqla cəmi 22.26 manat dəyərində “VİCEROY NANO BLUE”, 10 (on) ədəd hər biri 2.225 manat olmaqla cəmi 22.25 manat dəyərində “WİNCHESTER KSSS BLUE”, 10 (on) ədəd hər biri 1.858 manat olmaqla cəmi 18.58 manat dəyərində “MAGNA CARBON WHİTE SİQARET”, 10 (on) ədəd hər biri 1.697 manat olmaqla cəmi 1.697 manat dəyərində “BAKİ BLUE SİQARET”, 9 (doqquz) ədəd hər biri 1.854 manat olmaqla cəmi 16.69 manat dəyərində “VEGAS SLİMS SLİVER”, 8 (səkkiz) ədəd hər biri 1.855 manat olmaqla cəmi 14.84 manat dəyərində “MAGNA CARBON SİLVER”, 8 (səkkiz) ədəd hər biri 1.855 manat olmaqla cəmi 14.84 manat dəyərində “VİCEROY NANO SİLVER”, 5 (beş) ədəd hər biri 2.922 manat olmaqla cəmi 14.61 manat dəyərində “WİNSTON XSTYLE CASTER”, 5 (beş) ədəd hər biri 2.216 manat olmaqla cəmi 11.08 manat dəyərində “ROTHMANS CLİCK AMBER”, 3 (üç) ədəd hər biri 3.293 manat olmaqla cəmi 9.88 manat dəyərində “DUNHİLL GOLDEN AROMA”, 3 (üç) ədəd hər biri 1.843 manat olmaqla cəmi 5.53 manat dəyərində “KENO NANO ROYAL”, 10 (on) ədəd hər biri 1.783 manat olmaqla cəmi 17.83 manat dəyərində “KİNGSTON SİLVER” müxtəlif siqaret çeşidləri və kassa aparatından 713 manat nəğd pulu oğurlanmış zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 2.681,40 (iki min altı yüz səksən bir manat qırx qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 fevral 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 fevral 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, təqsirləndirilən şəxslərin mağazanın kassasından (şkafından) 400-410 manat məbləğində pulun oğlurlanması ilə əlaqədar ifadələrinə tənqidi yanaşır, bu ifadələri doğru olmayan, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın məbləğinin azaldılmasına yönəlmiş ifadələr kimi qiymətləndirir və qəbul etmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, özlərinin etirafı, şahid ifadələri zərərçəkmiş şəxsin nümayəndəsinin, iş materiallarına əlavə edilmiş işin digər halları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş məsuliyyətini yungülləşdirən hallar müəyyən edilməmiş, lakin Təqsirləndirilən şəxs1 səmimi peşmançılığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ağır maddi durumunu, yaşlı anasının onun himayəsimndə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində az yaşlı uşağının olmasını qanunla məsuliyyətini yüngülləşdirən hal kimi, həmçinin səmimi peşmançılıq çəkməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ağır maddi durumunu, hazırda işləməsini nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, onlar, təqsirli bilindikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 noyabr 2023-cü il tarixdən 01 dekabr 2023-cü il tarixədək 02 (iki) gün həbsdə saxlanıldıqları müddətin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmalı və üzərlərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «3363» saylı mağazanın giriş-çıxışında quraşdırılan video-müşahidə kameralarından köçürülmüş oğurluq cinayət əməlini özündə əks etdirən 1 (bir) ədəd «DVD» disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya idarəsindən daxil olmuş Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, o cümlədən mesajlara dair məlumatlarla bağlı olan 1 (bir) ədəd «DVD» disk və 13 ədəd daktiolent və 01 ədəd daktiloxəritə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Cinayət Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərində və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə daktiloskopik ekspertizasının xərci 61.29 (altmış bir manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər birindən 30 (otuz) manat, 65 (altmış beş) qəpik olmaqla alınıb Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkillərin məhkəmə iclaslarında iştirak etdiyi vaxtları üçün vəkil Müdafiəçi2 324 (üç yüz iyirmi dörd) manat, vəkil Müdafiəçi1 114 (yüz on dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq onlara ödənilməsini əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 29 noyabr 2023-cü il tarixdən 01 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 ( iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, hər gün axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 29 noyabr 2023-cü il tarixdən 01 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 ( iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, hər gün axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «3363» saylı mağazanın giriş-çıxışında quraşdırılan video-müşahidə kameralarından köçürülmüş oğurluq cinayət əməlini özündə əks etdirən 1 (bir) ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə daktiloskopik ekspertizasının xərci 61.29 (altmış bir manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər birindən 30 (otuz) manat, 65 (altmış beş) qəpik olmaqla alınıb Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 324 (üç yüz iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi2 ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 114 (yüz on dörd) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi1 ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ağamalı Qafarov
Məhkəmə qərarları › İş №1(009)-167/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-167/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver