Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-168/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi Heydərova Elnarə Aydın qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Sabirabad rayonu, Cavad kəndində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonu, Cavad Ə/D, Cavad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs dayısı oğlu Şahid yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə Türkiyyə Respublikasından stol, stul, divan və mətbəx mebelləri gətirəcəyin vəd verib. Zərərçəkmiş şəxs dayısı oğlu Şahid vasitəsi ilə sonuncunun yaşadığı evdə 2022-ci ilin may ayında 1500 (min beş yüz) manat pulunu aldıqdan sonra vədinə əməl etməyərək etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, dayısı oğlu Eldənizlə birlikdə Bayıl qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs qohumu Şahid evində təmir işləri aparmışlar. Onlar təmir işlərini bitirdikdən sonra Samir evə mebel almaq istədiyini bildirmiş və həmin vaxt onun pula ehtiyacı olduğundan o, Samirə Türkiyə Respublikasından stol, stul, divan və mətbəx mebeli gətizdirə biləcəyimi bildirmişdir. Samir ondan həmin əşyaları gətizdirmək üçün nə qədər pul lazım olacağını soruşmuş, o, isə 1500 (min beş yüz) manat lazım olduğunu bildirmiş və onadan həmin 1500 (min beş yüz) manat pulu almış və sifariş etdikdən sonra 1 (bir) ay müddətinə gələcəyini bildirmişdir. Daha sonra Samirdən aldığı pulu öz şəxsi tələbatına xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Samir onun dayısı oğludur. Evləri yaşanılası vəziyyətdə olmadığından evi təmir etdirmək qərarına gəlmişlər. Evi Eldəniz usta və yanında fəhlə kimi işləyən Təqsirləndirilən şəxs təmir etmişlər. Təmir işləri bitdikdən sonra mebel lazım olduqda onun Samirə verdiyi müəyyən məbləği Türkiyyə Respublikasından mebel gətirmək üçün 1500 (min beş yüz) manat pulu Anara vermiş və 1 ay müddətində Anar Samirə mebel gətizdirəcəyini vədd etmişdir. Lakin bir ay keçməsinə baxmayaraq Anar mebelləri gətizdirməmiş və Samir ona Anarın pulu aldığını və mebelləri gətirmədiyini bildirmişdir. O, Anarla görüşmək qərarına gəlmiş və onun yaşadığı evə getmiş, lakin Anarı tapa bilməmişdir. Telefon vasitəsi ilə əlaqə saxlamış və Anar ona ayda 100 (yüz) manat ödəməyi təklif etmişdir. Dəfələrlə əlaqə saxlamış hər dəfə onu aldatmış, daha sonra o, 8-ci polis bölməsinə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir və bu barədə ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun evində Eldəniz usta ilə bərabər təmir işləri görmüşdür. O, Elnurla mebel almaq istədikləri barədə danışan zaman Təqsirləndirilən şəxs eşitmiş və ona Türkiyədən Tırla mebel gətirdə biləcəyini bildirmişdir. Ondan 1500 (min beş yüz) manat pul almış və 1 ay gözləməyi demişdir. Bir aydan sonra mebellər gəlmədikdə onu aldatdığını başı düşmüş və Anarla telefon vasitəsi ilə əlaqə saxlamış, lakin telefon nömrəsi işləmədiyindən əlaqə saxlamaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 27 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Polis idarəsinin xx.xx.2023-cü il tarixli №47/2-4636 saylı məktubundan görünür ki, 20677/23 saylı axtarış işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 19 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 19 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nini MSY-dən dərhal azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində 19 fevral 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Səbail Rayon Məhkəməsinin 1(009)-168/23 saylı 02 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraat dayandırılmış və təqsirləndirilən şəxs barəsində həbsli axtarış elan edilərək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin «həbs» növündə qətimkan tədbiri ilə dəyişdirilməsi qərara alınmışdır. Səbail Rayon Məhkəməsinin 1(009)-168/23 saylı 19 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş məhkəmənin 02 iyun 2023-cü il tarixli həbs qətimkan tədbiri barədə qərarı ləğv edilmiş və təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və digər subutlarla tam sübüta yetirilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs aldatmaqla etibarından suiistifadə edib onun əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir, Təqsirləndirilən şəxs niyəti əvvəlcədən Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuiyyətindən azad edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəll ənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam veriməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Yuxarıda göstərilən qanunvericlik normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam ödədiyindən Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə xitam verilməlidir. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq X3 ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialılındaki hesabına keçirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 43.3, 156.4, 193, 197-198, 305, 344-347, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinə xitam verilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq X3 ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialılındaki hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ağamalı Qafarov
Məhkəmə qərarları › İş №1(009)-168/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-168/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver