Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-168/2024 23.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Svitlana Shtyrin nümayəndəsi Nümayəndə, Müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 06 oktyabr 1999-cu ildə Qazaxıstan Respublikamın Satpayev şəhərində anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında İltizam” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Qazaxıstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 23:34 radələrində yol hərəkəti qaydalarını pozaraq, ünvan 3 ünvanda yerləşən «X19» adlı restoranın qarşısında Şahid3 Vladimirovanaya məxsus və Şahid1 etibarnamə əsasında idarə etdiyi “Bentley Bentayga” markalı, M-011-УХ-777 qeydiyyat nişanlı minik avtomobilini idarə etmək üçün əyləşib mühərriki işə saldıqdan dərhal sonra avtomobilin əyləc pedalı əvəzinə, sürət pedalını sıxaraq, hərəkəti üçün təhlükə yarandığını anlayıb hadisənin qarşısını almağa texniki imkanı olsa da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunları etməyib avtomobilin ön hissəsi ilə yolun səki hissəsində dayanmış piyada - Ukrayna Respublikasının vətəndaşı X9 və Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs1 vuraraq, Viktoriia Şepelə sağ döş və qarın boşluğuna çoxlu qanaxma, sol ağciyərin aşağı payının, dalağın və qaraciyərin cırılmış yaraları, soldan İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların, sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların qoltuqalt xətt üzrə sınıqları ilə müşayiət olunan döş qəfəsinin və qarının qapalı küt travması; sol bazunun əzilmiş-cırılmış yarası, sol almacıq nahiyəsinin, sağ saidin, sol budun, sağ baldırın, sol baldırın, qarının ön səthinin, sağ əlin arxa səthinin, sol saidin arxa səthinin çoxsaylı sıyrıqları, almış olduğu xəsarətlər nəticəsində inkşaf etmiş hemotravmatik şok xəsarətləri kimi ölümlə birbaşa səbəbli əlaqəli və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölümünə və Zərərçəkmiş şəxs1 sağ çiynin və sağdan İV, V, Vİ qabırğaların sınıqları, boyunun sağ yan, sağ bazunun yuxarı 1/3-nin bayır, sol budun orta və aşağı 1/3-nin arxa, sağ budun aşağı 1/3-nin arxa səthlərinin qançırları, eləcə də, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin və sağ budun aşağı 1/3-nin sıyrıqları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurulmasına səbəb olaraq, yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Qazaxstan Respublikasında anadan olsa da, Azərbaycan Respublikasında Azərbaycan dilində təhsil almış və Azərbaycan dilində sərbəst yazıb-oxuya bilir. O, Şahid1 2023-cü ilin avqust-sentyabr aylarından etibarən, tanımış, sonuncu ilə dostluq münasibətləri olmuş, Denisin Azərbaycan Respublikasında hansı işlə məşğul olduğu barədə heç bir məlumatı olmamışdır. O, təxminən bir ildən çoxdur, sürücülük vəsiqəsi aldığından, aradabir tanışlarından avtomobil götürüb təcrübə üçün sürmüş, lakin öz avtomobili olmamışdır. 24 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Denis idarə etdiyi Rusiya Federasiyasına aid və «Alina» adlı qohumuna məxsus “Bentley Bentayga” markalı, M-011-УХ-777 nömrə nişanlı avtomobili ilə onu işlədiyi yerdən götürmüş, Denislə əvvəlcədən planlaşdırdıqları kimi saat 20 radələrində ünvan 3 ünvanda yerləşən “X19” adlı restorana getmişlər. Onlar restoranda masada əyləşdikdikdən bir qədər sonra tanışları, mərhum Viktoriia Şepel, Zərərçəkmiş şəxs1 adlı şəxslər və onların iki nəfər tanımadığı kişi cinsli tanışları da restorana daxil olaraq, onların masasında əyləşmişlər, kişilər yeyib-içmişlər. Həmin gün axşam saat 23:30-da masadan ilk öncə o, Denis, Viktoriia və Azat birlikdə qalxmış, restoranın qapısında Denislə o, Viktoria və Azatla sağollaşmışlar və Denis onu yaşadığı evə aparmaq üçün oradan çıxmışlar. O, Denisdən avtomobilini sürmək üçün istəmiş və Denis etibarnamə əsasında idarə etdiyi “Bentley Bentayga” markalı, M-011-УХ-777 nömrə nişanlı avtomobilin açarını ona vermişdir. O, açarı Denisdən alıb avtomobilin sükanı arxasında əyləşimiş, avtomobilin ön hissəsi restoranın qarşısında olan köşk istiqamətində və köşklə avtomobilin arasında məsafə təxminən 4-5 metr olmuşdur. O, avtomobilə əyləşib mühərriki işə salmış, avtomobili işə saldıqdan sonra əyləc pedalını sıxmaq əvəzinə, özünü itirib sürət pedalını sıxmışdır. Bundan sonra nə baş verdiyini xatırlamamış, lakin özünə gələn zaman avtomobildən enmiş və tanışı Azatın yolun kənarında yerdə uzandığını, ətrafda bir çox tanımadığı şəxsin və təcili tibbi yardım briqadalarının olduğunu, bir nəfər kişi cinsli şəxsin isə həkimlər tərəfindən aparıldığını görmüşdür. O, Denisdən Viktoriianın nə vəziyyətdə olduğunu soruşmuş, Denis cavabında, Azatın normal olduğunu və Viktorianın isə nə vəziyyətdə olduğunu bilmədiyini bildirmişdir. Polis idarəsində törətdiyi yol-nəqliyyat hadisəsi barədə məlumat almış və hadisə nəticəsində Viktoriianın öldüyünü və Azatla, başqa iki nəfər şəxsin də müxtəlif bədən xəsarətləri aldıqları öyrənmişdir. O, hadisə nəticəsində maddi və mənəvi ziyan vurduğu hər bir şəxsin ziyanını ödəmiş və əməlindən peşmandır. Cinayət işi üzrə zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq istintaq dövründə verdiyi ifadəni təstiq etmişdir. Zərərçəkmiş şəxs1 istintaqda göstərmişdir ki, o, Rusiya Federasiyasında doğulduğu üçün Azərbaycan dilində yazıb-oxuya bilmir, psixi və fiziki qüsuru yoxdur, heç bir tibb müəssisəsinə müraciət etməmişdir. O, Şahid1 və Təqsirləndirilən şəxs bir neçə müddətdir, tanıyır və hər ikisi ilə arasında heç bir düşməçilik və ədavət olmamışdır. X4 təxminən bir il əvvəl tanımış və sonuncu ilə dost münasibəti olmuşdur. 24 oktyabr 2023-cü il tarixdə o, tanışı Denislə əlaqə yaradıb görüşməyi təklif etmiş, bundan sonra həmin gün o, Viktoriia ilə birlikdə saat 20 radələrində ünvan 3 ünvanda yerləşən “X20” restoranına getmişdir. O, restoranda olarkən, masada Denis, Sevinch, Polad və Qreqorun əyləşdiyini görmüşdür. O, Viktoriia ilə birlikdə həmin masada əyləşmiş, restoranda yeyib-içdikdən sonra təxminən saat 23 radələrində Denis, Viktoriia və Sevinchlə birlikdə qalxıb restoranın giriş qapısında sağollaşaraq ayrılmışlar. O, Viktoriia ilə birlikdə restoranın qapısı ilə üzbəüz yolun əks tərəfində yerləşən qəzet köşkünün qarşısında dayanmış, Sevinch və Denisin birlikdə gedib Denisin idarə etdiyi “Bentley Bentayga” markalı, M-011-УХ-777 nömrə nişanlı avtomobilinə mindiklərini görmüşdür. Həmin avtomobil restoranın giriş qapısından təxminən 3-4 metr aralıda olmuşdur. Sevinch sükan arxasında əyləşib mühərriki işə salmış, sonra o, anidən avtomobilin onların üzərinə gəldiyini görmüşdür. Həmin an o, huşunu itirmiş, özünə gələndə ətrafda çoxlu insan və təcili yardım briqadalarının olduğunu görmüşdür. Sonra oraya getmiş təcili tibbi yardım avtomobillərindən birinə onu və Viktoriianı mindirib 1 saylı KTM-ə aparmışlar. O, xəstəxanada olan zaman Viktoriianın hadisə nəticəsində öldüyünü öyrənmişdir, özü isə hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Hadisə ünvan 3 ünvanda yerləşən “X20” restoranının qarşısında baş vermiş, restoranda olanda Sevinch spirtli içki qəbul etməmiş, sadəcə Denislə o, bir qədər spirtli içki qəbul etmişlər. Hadisə nəticəsində ona maddi ziyan dəyməmişdir, lakin o, müxtəlif bədən xəsarətləri almışdır. Məhkəmə iclasında mülki iddiaçı X10 ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 ildir ki, ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus 9 №-li qəzet köşkünü işlədir, həmin köşkdə müxtəlif növ tütün məmulatları, içki məhsulları, şirniyyat məmulatları və məktəb ləvazimatlarının satışı ilə məşğul olur, köşkə 40 kv. metrlik “Gree” firmasına məxsus 650 manat dəyərində 01 ədəd kondisioner aparatı, “Dell” firmasına məxsus 400 manat dəyərində 01 ədəd noutbuk, 300 manat dəyərində 01 ədəd barkod oxuyucu aparat, 300 manat dəyərində 03 ədəd müşahidə kameraları, “Sazz” firmasına məxsus 120 manat dəyərində 01 ədəd “Wİ-fı” moderni aparatı, 150 manat dəyərində 01 ədəd samovar aparatı, bir ədədinin qiyməti 150 manat olmaqla, ümumilikdə qiyməti 900 manat təşkil edən 06 ədəd siqaret vitrini, 2022-ci ildə isə köşkün içərisinə 1500 manat dəyərində mebel piştaxta quraşdırmışdır. 24 oktyabr 2023-cü il tarixdə saat 23:40 radələrində köşkə gedən zaman köşk yaxınlığında TTYS briqadası tərəfdə piyada hərəkətdə olmuş və həmin vaxt “Mangal” restoranı tərəfdə güclü səs gəldiyini eşitmişdir. O, dərhal qaça-qaça köşkə getmiş və orada yol-nəqliyyat hadisəsi baş verdiyini görmüşdür. Hadisə vaxtı oraya çoxlu insan yığışmış və polis əməkdaşları ilə birlikdə TTYS briqdaları gəlmişdir. O, həmin vaxtı köşkün sahibi «Fatma» adlı qadına zəng edib hadisə barədə məlumat vermiş, daha sonra köşkdə xəsarət alan «Nihat» və «Nicat» adlı şəxsləri xəstəxanaya aparmışdır. Hadisə ünvan 3 ünvanda yerləşən “X19” restoranının qarşısında baş vermişdir. O, köşkdə quraşdırılmış kondisioneri təxminən 03 il əvvəl, noutbuku 2022-ci ildə, barkod oxuyucu aparatı 2022-ci ildə, müşahidə kameralarını 4 ay əvvəl, “Wİ-fi” moderni aparatını 01 il əvvəl, samovarı 02 il əvvəl, siqaret vitrinlərini təxminən 03 il əvvəl, mebel piştaxtanı isə keçən il almış, qiymətləri isə, ifadəsində qeyd etdiyi qiymətlər olmuşdur. Hadisə nəticəsində ona zədələnmiş avadanlıqlarına görə 4320 manat maddi ziyan, köşkün içərisində olan tütün və içki məmulatlarına görə 9000 manat məbləğdə, ümumilikdə isə, ona 13320 (on üç min üç yüz iyirmi) manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə işdən gəlib idarə etdiyi “Daewoo Gentra” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 3 ünvanda yerləşən “X19” adh restoranın qarşısında, yolun kənarında park etmişdir. Həmin tarixdə saat 23:10 radələrində həmin ünvanda, parkda yerləşən çayxanada tanışları ilə çay içən zaman təxminən 15-20 metr kənarda güclü səs gəldiyini eşitmiş, dərhal oraya getmiş və qeyd olunan restoranın giriş qapısı ilə üzbəüz yerləşən qəzet köşkünü “Bentley Bentayga” markalı, M-011-УХ-777 nömrə nişanlı avtomobilin dağıtdığını, orada olan yol kəsişməsində bir nəfər kişi cinsli şəxsin yerdə uzandığını, onun öz avtomobilinin isə əzildiyini görmüşdür. O, orada olanda ətrafdakı insanlar qışqıraraq, qeyd olunan hadisəni törədən avtomobilin altında bir nəfər qadın cinsli şəxsin qaldığını demələrini eşitmiş, bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım briqadaları getmişdir. O, ətrafa baxarkən, iki nəfər kişi cinsli şəxsin yol kənarında oturduğunu görmüş, onların qeyd olunan qəzet köşkündə işləyən oğlanlar olduqlarını başa düşmüşdür. Hadisə ünvan 3 ünvanda yerləşən “X19” adlı restoranın qarşısında baş vermişdir, hadisə nəticəsində onun avtomobilinin vurulub ziyan yetirildiyi üçün ona 9.000 (doqquz min) manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o və qardaşı Şahid5 dərsdən çıxdıqdan sonra ünvan 3 ünvanda yerləşən “X19” adlı restoranın qarşısında olan “Kiosk № 9” adlı köşkdə növbəli şəkildə satıcı işləyirlər. 24 oktyabr 2023-cü il tarixdə saat 23:30 radələrində qardaşı Nicat onu əvəzləmək üçün həmin köşkə getmiş, Nicat köşkün içərisində əyləşib kassada olan pulları saymış və o da, qardaşının yanında dayanmışdır. Bundan təxminən 6-7 dəqiqə sonra anidən güclü səs gəldiyini eşitmişlər. Həmin vaxt “Bentley Bentayga” markalı, M-011-УХ-777 nömrə nişanlı avtomobilin köşkü arxa sol tərəfdən vuraraq dağıtdığını, ətrafda çoxlu insanlar olduğunu və köşkün dəmirlərinin onların üzərinə dağıldığını görmüşdür. O, özünə gələndə özünün də xəsarət aldığını və qardaşı Nicatın üzərinə dəmirlərin dağıldığını görmüş, dərhal dəmirləri qaldırıb orada olan insanların köməkliyi ilə Nicatı oraya gəlmiş TTYS avtomobilinə əyləşdirmiş və qardaşı ilə birlikdə KTM-ə getmişdir. Hadisə ünvan 3 ünvanda yerləşən “X19” adlı restoranın qarşısında baş vermiş, hadisə nəticəsində o, müxtəlif bədən xəsarətləri almışdır. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o və qardaşı Şahid4 dərsdən çıxdıqdan sonra ünvan 3 ünvanda yerləşən “X19” adlı restoranın qarşısında olan “Kiosk № 9” adlı köşkdə növbəli şəkildə satıcı işləyirlər. 24 oktyabr 2023-cü il tarixdə saat 23:30 radələrində o, qardaşı Nihatı əvəzləmək üçün həmin köşkdə getmiş, köşkün içərisində əyləşib kassada olan pulları saymış və Nihat onun yanında dayanmışdır. Təxminən 6-7 dəqiqə sonra anidən güclü səs gəldiyini eşitmiş, özünə gələndə “Bentley Bentayga” markalı, M-011-УХ-777 nömrə nişanlı avtomobilin köşkü arxa sol tərəfdən vuraraq dağıtdığını, ətrafda çoxlu insanların olduğunu və köşkün dəmirlərinin onun üzərinə dağıldığını görmüş, qardaşı Nihat onun üzərindən dəmirləri qaldırıb oradakı insanların köməkliyi ilə onu oraya gəlmiş TTYS avtomobilinə mindirmiş və o, qardaşı ilə birlikdə KTMə getmişdir. Hadisə ünvan 3 ünvanda yerləşən “X19” restoranının qarşısında baş vermiş, hadisə nəticəsində o, müxtəlif bədən xəsarətləri almışdır. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus 9 №-li qəzet köşkü müqavilə əsasında ona məxsusdur, həmin köşk təxminən 12 ildir vardır. O, köşkün xarici hissələri alminium materialdan, içəri hissələri isə dəmir materialdan hazırlatmışdır. Köşkün üç tərəfində dəmir materiallı jalüzlər olmuş, köşkün uzunluğu 3,50 metr, eni 2,30 metr, hündürlüyü isə 2,50 metr təşkil etmişdir. 24 oktyabr 2023-cü il tarixdə saat 23:50 radələrində köşkü işlədən tanışı Məhəmməd Nəsirov ona zəng edib, köşkün yaxınlığında yol-nəqliyyat hadisəsi baş verdiyini, hadisə nəticəsində köşkün dağıldığını və köşkdə işləyən «Nicat» və «Nihat» adh şəxslərin xəsarət aldıqlarını, özü həmin şəxslərlə birlikdə xəstəxanaya getdiyini bildirib, ondan təcili köşkün yanma getməsini istəmişdir. O, oraya gedib çatanda, köşkün dağıldığını və yolnəqliyyat hadisəsi baş verdiyini görmüşdür. Hadisə ünvan 3 ünvanda yerləşən “X20” adh restoranın qarşısında baş vermişdir. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri olan Hadisə ünvan 3 ünvanda yerləşən “X20” restoranın qarşısına baxış keçirilmiş, hadisə yerinin sxemi və foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 2/41325 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünəməxsus olan bir ədəd qadın ətri, bir ədəd airpods marklı qulağcıq, bir ədəd açar, bir ədəd bəzək əşyası və bir ədəd kappa olan əl çantasının təhvil almışdır. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərardan görünür ki, Şahid2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərardan görünür ki, mərhum Zərərçəkmiş şəxs2 Volodiirovna ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, Svitlana Shtyr ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərardan görünür ki, Şahid4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərardan görünür ki, Şahid5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kimi tanınması haqqında qərardan görünür ki, Nümayəndə ğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kimi tanınmışdır. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınması haqqında qərardan görünür ki, Şahid3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Şahid3 hadisə zamanı zədələnmiş “Bentley Bentayga” markalı “M 0** YX ***” nömrə nişanlı avtomobili (və açarların) təhvil almışdır. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs Şahid5 ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs na qarşı gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs Şahid4 ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs na qarşı gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Viktoria Şepel vəfat etmişdir. Bununla əlagədar dəfn mərasimi, dəfn ləvazimatlarının alınması, dəfn xərcləri və uçuş xərcləri ilə bağlı bütün faktiki xərcləri ödəməyə hazırdır. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə protokoldan görünür ki, ünvan 4 ünvanda yerləşən “X21” restoranının çöl hissəsində quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınmış, videokamera statik vəziyyətdə olmaqla, obyektivi restoranın giriş hissəsinə istiqamətlənmişdir, videogörüntü başlayan zaman ekranın yuxarı sağ hissəsində “2023-10- 24 23:34:35” yazıları, ekranın aşağı sol hissəsində isə “CAM 8” yazısı qeyd olunmuşdur. 23:34:35-ci saniyədə restoranın giriş hissəsində bir ədəd ağ rəngli avtomobilin parklanma etmək istədiyi görünür. 23:35:02-ci saniyədə həmin avtomobilin arxa tərəfində bir nəfər şəxsin yerə yıxılması müşahidə olunur. Bundan sonra qeyd olunan görüntülər 23:35:19-cu saniyədə bitir. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə protokoldan görünür ki, diskin yaddaşında yerləşdirilmiş iki ədəd videofayl birində videoçəkiliş 17 saniyə müddətindən ibarət olmaqla, ünvan 3 ünvanda yerləşən “Mangal steak hosue” restoranının giriş qapısı üzərində quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınmış, kamera statik vəziyyətdə, obyektivi restoranın giriş qapısı istiqamətində olmuşdur. Videogörüntü başlayan zaman ekranın yuxarı-sağ hissəsində “2023-10-24 19:27:22” yazıları və ekranın aşağı-sol hissəsində isə “CAM 7” yazısı qeyd olunmuşdur. Videogörüntünün 19:27:33-cü saniyəsində, restoranın giriş qapısından içəri ilk öncə qara rəngli kostyum geyinmiş bir nəfər kişi cinsli şəxsin daxil olması, onun arxasınca ağ rəngli don geyinmiş bir nəfər qadın cinsli şəxsin yanında qara rəngli kostyum geyinmiş bir nəfər kişi cinsli şəxslə birlikdə daxil olması, onların arxasınca qara rəngli pencək geyinmiş bir nəfər kişi cinsli şəxsin daxil olması və onun arxasınca isə ağ rəngli köynək geyinmiş bir nəfər kişi cinsli şəxsin daxil olması müşahidə edilir. Bundan sonra qeyd olunan görüntülər 19:27:39-cu saniyədə bitir. Digər videofaylın müdəti isə, 14 saniyədən ibarət olmaqla, videoçəkiliş ünvan 3 ünvanda yerləşən “X21” restoranının giriş qapısı üzərində quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınmış, kamera statik vəziyyətdə, kameranın obyektivi restoranın giriş qapısı istiqamətində olmuş, videoörüntülər başlayan zaman ekranın aşağı-sol hissəsində “CAM 7” yazısı qeyd olunmuşdur. Görüntünün 7-ci saniyəsində restoranın giriş qapısından ilk öncə ağ rəngli don geyinmiş bir nəfər qadın cinsli şəxsin, arxasınca qara rəngli kostyum geyinmiş bir nəfər kişi cinsli şəxslə birlikdə və onların arxasınca isə açıq çəhrayı rəngli don geyinmiş bir nəfər qadın cinsli şəxsin arxasınca qara rəngli pencək geyinmiş bir nəfər kişi cinsli şəxslə birlikdə restoranı tərk etmələri müşahidə olunur. Bundan sonra, görüntünün 12-ci saniyəsində ekranın yuxarı sağ hissəsində “2023-10-24 23:33:27” yazıları qeyd olunmuş və sonda görüntülər 23:33:28- ci saniyədə bitmişdir. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X17 məhkəmə-tibbi ekspertizasının 601 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X17 məhkəmə-tibbi ekspertizasının 602 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X17 məhkəmə-tibbi ekspertizasının 68 saylı ekspert rəyində göstərilmişdir ki, 1992-ci il təvəllüdlü mərhum X5 meyitində aşağıdakı xəsarətlər aşkar edildi: sağ döş və qarın boşluğuna çoxlu qanaxma (~2,2 litr), sol ağciyərin aşağı payının, dalağın və qaraciyərin cırılmış yaraları, soldan İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların, sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ qabırğaların qoltuqalt xətt üzrə sınıqları ilə müşayiət olunan döş qəfəsinin və qarının qapalı küt travması; sol bazunun əzilmiş- cırılmış yarası, sol almacıq nahiyəsinin, sağ saidin, sol budun, sağ baldırın, sol baldırın, qarının ön səthinin, sağ əlin arxa səthinin, sol saidin arxa səthinin çoxsaylı sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixində yol- nəqliyyat hadisəsi, o cümlədən, piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcələrinə görə ümumilikdə ağır zərər vurmanın əlaamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində inkşaf etmiş hemotravmatik şok olmuşdur. Meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 16-18 saat əvvəl baş vermişdir. İş materiallarında olan 25 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X17 məhkəmə-tibbi ekspertizasının 620 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - sağ çiynin və sağdan İV, V, Vİ qabırğaların sınıqları, boyunun sağ yan, sağ bazunun yuxarı 1/3-nin bayır, sol budun orta və aşağı 1/3-nin arxa, sağ budun aşağı 1/3-nin arxa səthlərinin qançırları, eləcə də, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin və sağ budun aşağı 1/3-nin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X17 məhkəmə-tibbi ekspertizasının 652 saylı rəyindən görünür ki, vət. Şahid4 almış olduğu xəsarət – gövdənin arxa səthinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixili yol – nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi,sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X17 məhkəmə-tibbi ekspertizasının 651 saylı rəyindən görünür ki, vət. Şahid5 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Şahid5 adına tərtib olunmuş tibbi sənəddə göstərilən “çanağın küt travması” kimi xəsarət bərkküt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmyan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 8/3840 saylı ekspert rəyində görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Bentley Bantayga markalı, МОП УХ 777 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 20 yanvar 2024-cü il tarixli mülki iddiaçı qismində tanınma haqqında qərarından görünür ki, zərərçəkmiş şəxs X6 maddi ziyan vurulması qənaətə gəlməyə kifayət qədər əsaslar olduğundan o, cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli məhkəmə-əmtəəşunaslıq ekspertizasının 9/9905 saylı ekspert rəyində görünür ki, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 03 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 850 manat müəyyən edilir. Digər 05 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüləri və digər göstəriciləri və s.) olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan 05 fevral 2024-cü il tarixli sübutların qiymətləndiilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu və sxemi, diskə baxış keçirilməsi barədə və ifadənin yerində yoxlanılması haqqında qərardan görünür ki, nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokollar, məhkəmə-tibbi ekspertizanın 25 oktyabr 2023-cü il tarixli, 68 saylı və 31 oktyabr 2023-cü il tarixli, 620 saylı, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasmm 16 yanvar 2024-cü il tarixli, 8/3840 saylı ekspert rəyləri və sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli, 2/41325 saylı protokolu cinayət işi üzrə sübut növü kimi qəbul edilmiş və baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disklər iş üzrə sübut əhəmiyətinə malik olduqlarından, cinayət işi üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə olunmaları nəzərə alınmışdır. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, X13 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli X8 ərizəsindən görünür ki, o mülki iddiaçı Məhəmməd Nəsirova məhkəmə-əmtəəşunaslıq ekspertizasının 9/9905 saylı xx.xx.2024-cü il tarixli rəyində göstərilən 850 (səkkiz yüz əlli) manat məbləğindən əlavə 3.000 (üç min) manat da ödəməklə ümumilikdə 5000 (beş min) manat pul ona ödəmişdir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli X3 ərizəsindən görünür ki, ********* saylı cinayət işi üzrə X13 iddia etdiyi əlavə 3000 manat məbləği ona ödəmişdir. Hazırda heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan 05 mart 2024-cü il tarixli mülki iddiaçı qismində tanınmasına xitam verilməsi barədə qərarından görünür ki, zərərçəkmiş şəxs X3 mülki iddiaçı qismində tanınmasına xitam verilmişdir. İş materiallarında olan 19 noyabr 2020-ci il tarixli AZ İV530539 № doğum haqqında şəhadətnamədən görünür ki, 22 noktyabr 2019-cu il doğum tarixdə doğulmuş X14 anası Təqsirləndirilən şəxsdır. İş materiallarında olan 12 iyul 2017-ci il tarixli E№ 028191 nömrəli Azərbaycan Respublikası tam orta təhsil haqqında attestat çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Sabirabad şəhəri E.Nadirov adına 8 saylı tam orta məktəbi 2017-ci il tarixdə bitirmişdir. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli 165№ qeydiyyat nömrəli Azərbaycan Respublikası Bakalavr Diplomunun çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan memarlıq və İnşaat Universitetinin məzunu olmuşdur. İş materiallarında olan 12 iyun 2024-cü il tarixli zərərçəkmiş şəxs X3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona əlavə 1000 manat ödənildiyindən, onunla tamamən barışmış, heç bir maddi tələbi qalmamış və iddia tələbindən imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İbragimova X11 Respublikasının vətəndaşı olduğu üçün onun məhkumluğu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı ilə yanaşı, şahid ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən Mülki iddiaçı qismində tanındıqdan sonra iddia ərizəsinin müvafiq şəxs tərəfindən verilmədiyi və ya şəxsin mülki iddiaçı vəziyyətində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində mülki iddiaçı qismində iştirakına xitam verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, öhdəsində az yaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs na nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 59.3-cü maddəsinə əsasən mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir. Cinayət işi üzrə mülki iddiaya baxılmasına xitam verilməlidir. Cinayət işi üzrə 02(iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 135 (bir yüz otuz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddiaya baxılmasına xitam verilsin. Cinayət işi üzrə 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 135 (bir yüz otuz beş) manat Təqsirləndirilən şəxs ndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X7 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-168/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-168/2024
23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver