Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-169/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, Bakı şəhərində 10 iyun 2021-ci il tarixdə saat 10:00-da xx xxxx 1997-ci ildə Ağsu rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 21, mənzil 16-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində kirayədə yaşayan, barəsində 29 mart 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu hüquq verən digər rəsmi sənədi qanunsuz hazırlayaraq satmışdır. Təqsirləndirilən şəxs oğlu, təqsirli bilinmişdir ondan ötrü ki, o, tanışı Şahid1 tanışlarının vasitəsilə onun və anası Şahid4 adına Bakı şəhərində olan klinikaların birindən “Covid 19” virusu ilə bağlı neqativ nəticələnən arayışların və Rusiya Federasiyası, Moskva şəhərində olan tibb müəssisələrinin birindən göndərişin internet vasitəsilə onun email adresinə göndəriləcəyini bildirməklə, 25 dekabr 2020-ci il tarixdə saat 17:00 radələrində dizeyner işlədiyi ünvan 1 ünvanında yerləşən “Ulduz” fotostudiyasında Şahid4 guya “X11 Mərkəzi” MMC-də 26 dekabr 2020-ci il tarixdə, Şahid1 isə 29 dekabr 2020-ci il tarixdə guya həmin MMC-də “Covid 19” virusu ilə bağlı analiz verməsi və analizin neqativ nəticələnməsi ilə bağlı arayışları, həmçinin, Rusiya Federasiyası Moskva şəhərinin X12 CŞİD Səhiyyə İdarəsinin “Psixonevroloji Dispanserinin guya Şahid1 29 dekabr 2020-ci il tarixdə “Psixoterapik müalicə” kursu üzrə psixiatrik müayinədən keçməsi ilə bağlı tibbi rəyi istifadə etdiyi kompüterdə hazırlayıb “Epson” markalı çoxfunksional (skaner, printer) qurğusu vasitəsilə çap etməklə vətəndaşa hüquq verən sənədləri qanunsuz hazırlayaraq Şahid1 280 manata satmışdır. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, müxtəlif tibb müəssilərinə psixi pozuntuları ilə bağlı müraciətlər etmiş və bununla bağlı müvafiq sənədləri vardır, hətta ikinci qrup əlildir, psixi pozuntuları imkan vermədiyi üçün əskərlikdə də olmamış və xidmətə yararsız olmağı ilə bağlı da hərbi bileti vardır, əvvəllər ünvan 2 ünvanında yerləşən “Ulduz” foto studiyasında dizayner işləmiş, həmin fotostudiyanın faktiki rəhbəri və işlədəni Şahid2 olmuş, Şahid1 2020-ci ilin dekabr ayında tanımış, o, “Ulduz” fotostudiyasına fotoşəkil çıxarmaq üçün bir neçə dəfə gəlib getmiş, ona görə də, onunla tanışlığı yaranmışdır. Şahid1 işlədiyi fotostudiyada olarkən onunla söhbət zamanı İlqa qardaşlarının Moskva şəhərində yaşadıqlarını, anası Şahid4 Zülfıqar qızının yaxın günlərdə ad günü olacağını və bu münasibətlə Moskva şəhərində yaşayan qardaşlarının yanına anası ilə birlikdə getmək istədiyini, lakin karantin rejimi ilə əlaqədar sərhədlər bağlı olduğu üçün gedə bilmədiyini demiş, o İlqadan necə gedə biləcəyini soruşduqda İlqa əsəbləri ilə əlaqədar müalicə olunduğu üçün Moskva şəhərində xəstəxanadan onun müalicə olunması ilə əlaqədar göndəriş göndərildikdən sonra Moskva şəhərinə gedə biləcəyini demiş, bu zaman o, kompüterdə proqram vasitəsilə Şahid1 adına Moskva şəhərində olan xəstəxanaların birindən göndəriş və onun və anasının adına “Covid 19” virusu ilə bağlı testin neqativ nəticələnməsinə dair arayış düzəldə biləcəyini düşünmüş, çünki fotostudiyada olan kompüterdə ondan əvvəl bir nəfər şəxs onun adına Moskva şəhərində olan xəstəxanaların birindən olan göndərişi kserekopiya etdirmiş, həmin sənədi kompüterin yaddaşında saxlamış, “Covid 19” virusu ilə bağlı testin neqativ nəticələnməsinə dair arayışları və həmin göndərişi fotoshop proqramında hazırlaya bilmiş, ona görə də, İlqaya onun Moskva şəhərində və Bakıda olan klinikalarda tanışları olduğunu, istəsə tanışları vasitəsilə email adresi ilə göndərişi göndərtdirə və klinikadan ona, anasına arayışları ala biləcəyini demiş, bunun üçün şəxsiyyət vəsiqələrinin və xarici pasportun surəti lazım olmuş, Şahid1 ilk öncə onunla razılaşmamış, həmin sənədlərin saxta olacağını və onun üçün problem olacağını demiş, o İlqanı inandırmaq üçün bir neçə adamlar üçün həmin sənədləri düzəltdiyini və rahatçılıqla sərhədi keçərək getdiklərini demişdir. Bildirmişdir ki, İlqa getdikdən sonra onunla telefon əlaqələri saxlayaraq heç narahat olmamasını, həmin sənədlərin qanuni və əsaslı olacağını bildirmiş, hətta İlqaya əgər istəsə onun üçün uçuş biletlərini də ala biləcəyini demiş, İlqanı çətinliklə də olsa razı salmış və onun üçün düzəldəyəci sənədlərin qanuni olacağına inandırmış, İlqa ondan, əgər “Covid 19” virusu ilə bağlı analiz vermirlərsə, necə ola bilər ki, yoxlamanın nəticəsinə dair analiz veriləcəyini soruşmuş, o İlqaya özü və anasının hazırkı dövrə qədər koronavirusa yoluxub- yoluxıııadıqlarmı soruşmuş, o da yoluxmadıqlarını bildirmiş, o da əgər elədisə, şəxsiyyət vəsiqələrinin şəklini email adresi vasitəsilə tanış bir klinikaya göndərəcəyini, əgər koronavirusa yoluxmamışlarsa, neqativ nəticələrlə bağlı arayışlar veriləcəyini bildirmiş, İlqa bundan sonra ona tam inanmış və razı olduğunu demişdir. Bundan sonra, o Şahid2 zəng etmiş və ona bir nəfər tanışının, yəni Şahid1 anası ilə birlikdə Moskva şəhərinə getmək üçün 2 nəfərlik bilet istədiyini demiş, çünki Fuadın Fərid adında tanışı olduğunu və o, uçuş biletlərini ala biləcəyini bilirmiş. Şahid2 28 dekabr 2020ci il tarix üçün Moskva şəhərinə iki nəfərlik bilet sifarişini götürərək biletlərinin birinin 660 manat olmaqla iki uçuş biletinin ümumilikdə 1320 manat edəcəyini demiş, o da İlqaya uçuş biletlərinin ümumi qiymətinin 1320 manat, lakin Moskva şəhərində olan göndəriş və “Covid 19” virusunun neqativ nəticələrinə dair arayışların rüsumunun isə 280 manat olduğunu demiş, İlqa onunla razılaşmış, Fuad üzərində **********801537 seriyalı kodlar yazılmış, “xxxx” ASC-yə aid Sevinc Ələsgərova adlı şəxsin bank kartının hesab nömrəsini ona göndərmiş və həmin karta uçuş biletlərinin ilkin sifariş pulu kimi 100 manat göndərilməli olduğunu demiş, o da “whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə həmin hesabı Şahid1 istifadəsində olan “whatsapp” ani mesajlaşma sisteminə göndərmiş, Şahid1 əvvəlcə həmin kartın balansına 100 manat ödəniş etmiş, həmin 100 manat pulun kimin tərəfindən çıxarılmasından xəbəri olmamış, bundan sonra o İlqaya özünün və anasının şəxsiyyət vəsiqəsinin, eləcə də, özünün xarici pasportunun şəklini çəkərək ona göndərməsini istəmiş və o da göndərmişdir. Bundan sonra, liqa Ağayeva 23 dekabr 2020-ci il tarixdə saat 15:00 radələrində fotostudiyaya gəlmiş və ona qalan 1500 manatı vermiş, o yenə də ona həmin sənədlərin qanuni və əsaslı olacağını bildirmiş, İlqa getmiş, 25 dekabr 2020-ci il tarixdə saat 17:00 radələrində fotostudiyada kompüterdə fotoshop proqramı vasitəsilə İlqanın anası Şahid4 guya “X11 Mərkəzi” MMC-də 26 dekabr 2020-ci il tarixdə, Şahid1 isə 29 dekabr 2020-ci il tarixdə guya həmin MMC-də “Covid 19” virusu ilə bağlı analiz verməsi və analizin neqativ nəticələnməsi ilə bağlı arayışları, həmçinin, Rusiya Federasiyası Moskva şəhər psixatrik xəstəxanasının guya Şahid1nm psixiatrik müalicə almasının vacibliyi ilə bağlı göndərişi hazırlamış və İlqa ilə əlaqə saxlayaraq gəlməsini bildirmiş, elə həmin gün saat 19:00 radələrində İlqa fotostudiyaya gəlmiş və ona, klinikadan “Covid 19” virusu ilə bağlı analizin cavablarının, eləcə də, Rusiya Federasiyası Moskva şəhər psixatrik xəstəxanasından göndərişin email adresi vasitəsilə göndərildiyini, ödənişlərini də elə kompüterlə etdiyini demiş, İlqa yenə də bunun necə olduğunu dəqiqləşdirmiş, o da onu inandırmaq üçün onun və anasının şəxsiyyət vəsiqələrini “X11 Mərkəzi” MMC-yə, özünün xarici pasportunu isə Moskva şəhər psixatrik xəstəxanasına göndərdiyini və bu yolla həmin sənədlərin hazır olduğunu bildirmiş, həmin sənədləri elə İlqanm yanında studiyada olan “Epson” markalı printerlə çap edərək ona vermiş, İlqa da çıxıb getmişdir. 28 dekabr 2020-ci il tarixdə İlqa ona zəng edərək Rusiya Federasiyasına keçərkən sənədlərin saxta olmasının aşkar edildiyini, anası Sevilin Rusiya Federasiyasına keçdiyini, özünün isə keçə bilmədiyini deyərək onun geri qayıtması üçün bilet almağını istəmiş, o da onun telefonu ilə aeroportun işçilərindən biri ilə danışmış və həmin işçi sənədlərdə problem olan şəxslərin səhəri günü geri qayıtmalarının təmin ediləcəyini demiş, lakin İlqa razılaşmamış və həmin gün geri qayıtmaq istəmiş, o Şahid2 zəng edərək bu barədə məlumat vermiş, X18 sərhəddində saxlanıldığını, geri qayıtması üçün bilet lazım olduğunu demiş, Fuad da geri qayıtmaq üçün mütləq uçuş biletlərinin pulunu ödəmək lazım olduğunu bildirmişdir. O, Fuaddan Fəridin mobil telefon nömrəsini alaraq İlqaya demiş, həmçinin, Fuadın dediklərini İlqaya zəng edərək demiş, lakin İlqa pulunun olmadığını bildirmiş, bundan sonra o, telefonu söndürmüş, İlqa yenidən ona zəng edərək geri qayıtmaq istədiyini desə də, ona həmin cavabları demiş, bundan sonra İlqa ilə danışmamış, bir müddət sonra Fuadın tanışı Fərid ona zəng edərək İlqanm Türkiyə Respublikasına getmək üçün bilet aldığını bildirmiş, 2021-ci ilin yanvar ayının əvvəllərində X20 Respublikasından qayıtmış və onun işlədiyi studiyaya bir nəfər kişi ilə gələrək pulu tələb etmiş, o da ona pulunun olmadığını, hissəhissə qaytara biləcəyini demiş, lakin o razılaşmamış, onunla razılaşmadığı üçün həmin gün o, özü DİN-in 102 xidmətinə zəng edərək saxta sənəd hazırladığını bildirmiş, elə həmin gün də 9-cu polis bölməsinə gedərək ərizə vermişdir. Şahid1 ona təqdim etdiyi arayışlar və xəstəxana göndərişinin saxta olmasını, onun həmin sənədləri sırf kompüterdə hazırlayacağını bildiyini qeyd etmiş, ona görə ki, Şahid1 ona saxta sənədlər düzəltməsi ilə bağlı Rusiya Federasiyasında sərhədi keçməməsi, məcbur olub Türkiyə Respublikasına getməsi və Azərbaycan Respublikasına qayıtması nəticəsində ona ümumilikdə 4000 manatdan çox ziyan dəyməsini bildirmiş, həmçinin ondan həmin pulu tələb etmişdir. Şahid1 ilə uçuş biletləri və sənədlərin ümumilikdə 1600 manat edəcəyini demiş, ilkin olaraq İlqa uçuş biletlərinin bron edilməsi üçün 100 manat pul göndərmiş, qalan 1500 manatı da qeyd etdiyi kimi, fotostudiyada ona vermişdir. Uçuş biletləri ümumilikdə 1320 manat etmiş, uçuş biletləri üçün qalan 1220 manat pulu Fuada vermişdir. Qalan 280 manatı da o, ehtiyacları üçün xərcləmiş, lakin yalan olaraq İlqaya həmin pulu ona verdiyi sənədlərin rüsumu kimi verdiyini bildirmişdir. O, daha heç kim üçün saxta sənədlər düzətməmiş, lakin İlqaya bildirmişdir ki, daha başqa şəxslər üçün də həmin sənədlərdən alaraq vermişdir. Bunu İlqanı inandırmaq üçün demişdir. Təqsirləndirilən şəxs oğlu son sözündə əməlindən səmimi peşman olmasının, gənc olmasının, ikinci qrup əlil olmasının, vurduğu ziyanın tam ödənilməsinin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəylərini, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, milliyyətcə azərbaycanlıdır, orta məktəbi Bakı şəhəri Səbail rayonunda yerləşən 134 saylı məktəbdə rus əlifbası ilə bitirmiş, psixi və fiziki qüsuru yoxdur, lakin son zamanlar əsəbi olması ilə bağlı müalicə olunmaq istəyir. 2020-ci ilin dekabr ayının ikinci yarısında o, çəkdirdiyi müəyyən ailə şəkillərini ünvan 5 ünvanında yerləşən “Ulduz” foto studiyasında çıxartdırmaq üçün getmiş, həmin fotostudiyada işləyən X15 ilə tanış olmuş, Tural həmin fotostudiyada işləmişdir. Tural onun şəkillərini çıxardan zaman ailə şəkilləri olduğunu bilmiş və bu barədə onunla söhbət edərkən onun Moskva şəhərinə getmək istədiyini öyrənmiş, Tural həmin vaxt ondan Moskva şəhərinə necə getdiyini soruşmuş, “Covid-19” pandemiyası ilə əlaqədar sərhədlərin bağlı olduğunu demiş və o, Turala Moskva şəhərindən onun əsəbləri ilə əlaqədar müalicə olunduğundan göndəriş göndəriləcəyini və bundan sonra onun Moskva şəhərinə gedəcəyini, Moskva şəhərində olan xəstəxanaların birinə onun adına müraciət olunacağını və oradan da ona icazə verildikdən sonra ona göndəriş göndəriləcəyini və bundan sonra Moskva şəhərinə müalicə üçün gedəcəyini demiş, Tural onun Rusiya Federasiyasında tanışları olduğunu, həmin sənədləri və Rusiya Federasiyasına getmək üçün “Covid-19” virusu ilə yoxlamanın nəticələrinə dair sənədləri onun üçün internet, yəni email vasitəsilə göndərtdirməsini, xeyli adam üçün həmin sənədləri düzəltdiyini və rahatçılıqla sərhədi keçərək gedib müalicə olunduqlarını bildirmiş, o, həmin vaxt Turalın ona dediyi ilə razılaşmamış, çünki həmin sənədlərin saxta olacağını və onun məsuliyyət daşıyacağını düşünmüş, lakin Tural ondan əl çəkməmiş, onun mobil telefonuna dəfələrlə zəng edib onun üçün sənədlər və təyyarə biletləri düzəltməsini bildirmiş, o, Turaldan həmin sənədlərin necə hazırlanacağını soruşduqda, Tural ondan Moskva şəhərinə kiminlə birlikdə gedəcəyini soruşmuş, o da, anası ilə birlikdə gedəcəyini, anasının müalicə olunması üçün Rusiya Federasiyasından xəstəxanaların birindən göndərişi olduğunu, rahatlıqla gedə biləcəyini demişdir. Tural, ona və anasına “Covid-19” virusuna yoxlamanın nəticələrinə dair sənəd və onun üçün Rusiya Federasiyasından xəstəxanaların birindən göndəriş lazım olduğunu demiş, ondan sonra o, Turalın sözlərinə inanmış, çünki Tural ona əminliklə narahat olmamasını, həmin sənədlərin qanuni olacağını demiş, sonra o, Turalın bu sözlərinə inanaraq, razılaşmış, Tural ona 1600 manat pul verməli olduğunu, bundan sonra Rusiya Federasiyasının Moskva şəhərində olan xəstəxanadan ona göndəriş və anası və onun üçün “Covid-19” virusu ilə yoxlamanın nəticələrinə dair sənədləri, həmçinin, anası ilə onun Moskva şəhərinə getməsi ilə əlaqədar təyyarə biletlərini həll edəcəyini bildirmiş, daha sonra biletlərin ümumilikdə qiymətinin 1320 manat olduğunu, qalan 280 manatı da göndəriş və “Covid-19” virusu ilə yoxlamanın nəticələrinə dair sənədlərin rüsümu kimi ödəyəcəyini, biletlərin alınması üçün ilkin olaraq 100 manat pul ödənilməli olduğunu demiş, o da, Turaldan necə ödəniş edəcəyini soruşduqda, Tural plastik kart şəkli göndərəcəyini, onun “Milli ön” aparatı vasitəsilə həmin karta 100 manat pul keçirməsini, qalan 1500 manatı da biletlər və həmin sənədləri götürəndə verəcəyini demiş, o, Turalın dediyi kimi etmiş, yəni onun mobil telefonuna göndərdiyi plastik karta “Milli ön” aparatı vasitəsilə 100 manat pul keçirtmiş, bundan sonra, Tural anasının və özünün şəxsiyyət vəsiqələrinin və xarici pasportların şəklini çəkərək göndərməsini istəmiş, o isə, həmin sənədlərin şəklini çəkərək Turala göndərmişdir. 25 dekabr 2020-ci il tarixdə Tural ona zəng edib sənədlər və biletlərin hazır olduğunu, gedib götürməsini bildirmiş, o, həmin tarixdə saat 17:00 radələrində həmin studiyaya tək gedərək Turalla görüşmüş, Tural ona iki ədəd uçuş bileti, iki ədəd, yəni anası Sevil və onun adına verilmiş “Covid-19” virusu ilə yoxlamanın nəticələrinə dair arayışları və onun adma Rusiya Federasiyası Moskva şəhərindən göndərilmiş tibbi göndərişi vermiş, o, Turala pulu vermədən təkrarən həmin tibbi göndərişi və iki ədəd“Covid-19” virusu ilə yoxlamanın nəticələrinə dair arayışı necə aldığını soruşmuş, Tural ona həmin sənədləri internet, yəni email vasitəsilə sorğu edərək aldığını izah edərək bildirmişdir ki, onun və anasının şəxsiyyət vəsiqələrini “Referans” klinik laboratoriya mərkəzinə göndərmiş və orada hazırkı dövrə qədər onun və anasının “Covid-19” virusuna yoluxmamaları barədə məlumat aşkar olunmamış, sənədlər hazırlanıb möhürləndikdən sonra email vasitəsilə ona göndərilmiş, həmçinin, onun adından Rusiya Federasiyası Moskva şəhərində olan psixiatrik xəstəxanaya sorğu verilmiş və əsəbi gərginlikdə olması, müalicə olunması üçün Rusiya Federasiyasına getmək istəyini bildirilmiş, həmin xəstəxanada da onun şəxsiyyət vəsiqəsi və xarici pasportuna baxılaraq göndəriş tərtib edilmiş, möhürlənməklə email ünvanı vasitəsilə ona göndərilmişdir. Bundan sonra o, əgər belədirsə, həmin sənədlərin saxta olması ilə bağlı heç bir şübhə etmək lazım olmadığını düşünmüş, Tural ona bir neçə adamlar olduğunu və onlara da bu qaydada köməklik etdiyini bildirmiş, bundan sonra, o, 1500 manat pul verib biletləri və həmin sənədləri Turaldan almışdır. 28 dekabr 2020-ciil tarixdə o, və anası Rusiya Federasiyasına gedərkən Rusiya-Azərbaycan sərhədində sənədi yoxlayan zaman həmin sənədin saxta olması və keçərli olmaması ona bildirilmiş, lakin anasının sənədlərində problem olmadığına görə anası artıq sərhədi keçmiş, bundan sonra anasının Rusiya Federasiyasına getməsi, onun isə geri qayıtması barədə razılaşmış, Bakı şəhərinə birbaşa uçuş olmadığından o, məcbur olub təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə uçmuş və orada pulu olmadığından Turalla bir neçə dəfə əlaqə saxlamış, pulu olmadığını, pul göndərməsini və ya qayıtması üçün bilet almasını bildirmiş, ona verdiyi sənədin saxta çıxdığını, yəni onu aldatdığını demiş, Tural da həyəcanlı şəkildə dərhal həll edəcəyinə, yəni Bakı şəhərinə biletin alınmasını tez bir zamanda təşkil edəcəyinə dair söz versə də, onu yenidən aldatmış və bilet almamış, o, pul tapmadığına görə üstündəki pulla məcbur olub 10 günə yaxın İstanbul şəhərində qalmış, istanbul şəhərində qalmağına səbəb Turalın hər dəfə ona söz verib təyyarə bileti almaması və nəticə etibarı ilə hər dəfə də onu aldadaraq bilet almaması olmuş, o, məcbur olub 08 yanvar 2021-ci il tarixdə qohumlarından pul tapıb təyyarə bileti alıb Bakı şəhərinə qayıtmışdır. Tural İsrəfılovun bütün sənədlərin qanuni əsaslarla olacağını, Rusiya Federasiyasından həmin sənədləri hazırlayıb göndərəcək tanışları olduğunu bildirdiyinə görə Turalın sözlərinə inandığını, birinci dəfə olaraq “Covid-19” pandemiyası vaxtı Rusiya Federasiyasına getdiyi üçün getməyi ilə bağlı anlayışı olmadığından, Turalın sözlərinə inanmış və aldanmışdır. Şahid1, eyni zamanda, ərizə ilə məhkəməyə müaraciət edərək, ona vurulmuş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs oğlu ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının ikinci yarısından sonra qızı liqa ilə birlikdə Rusiya Federasiyası Moskva şəhərinə getmələrini düşünmüş, çünki oğlu orada yaşayır, ona görə də, o, rahatçılıqla sərhədi keçərək gedə bilmiş, qızı liqa Ağayeva da həm yeni ilə onlarla birlikdə Moskva şəhərində keçirmək istəmiş, həmçinin İlqa Moskva şəhərində xəstəxanaların birində səhhəti ilə əlaqədar müalicə olunmaq istəmiş, çünki onun qızı Şahid1 psixiatrik dispanserdə qeydiyyatda olmasa da, əsəb gərginliyi olmuş, bu səbəbdən, İlqa da onunla birlikdə getmək istəmiş, İlqanın getməsi üçün də onlar Moskva şəhərində qızı İlanı qeydiyyatdan keçirərək orada olan psixiatrik xəstəxanalardan birindən göndəriş almalı olmuşlar. 2020-ci ilin dekabr ayının sonlarında onun qızı Şahid1 evə gələrək fotoşəkillərini çıxartdığı Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində “lçəri Şəhər” metrostansiyasının yaxınlığında yerləşən fotostudiyada şəkil çıxartdırarkən, fotostudiyada dizayner işləyən Tural adlı şəxsin söhbət zamanı onların Moskva şəhərinə gedəcəklərini bildiyi üçün İlqaya “Covid-19” pandemiyası ilə əlaqədar sərhədlər bağlı olduğuna görə Moskva şəhərinə getməyin çətin olduğunu demiş, İlqa da ona Moskva şəhərinə getmək üçün xəstəxanadan tibbi göndəriş göndəriləcəyini demiş, Tural adlı şəxs, İlqaya Rusiya Federasiyasında tanışları olduğunu, Moskva şəhərində xəstəxanaların birindən internet, yəni email ünvanı vasitəsilə tez tibbi göndəriş göndərmək imkanı olduğunu, həmçinin, Rusiya Federasiyasına getmək üçün “Covid-19” ‘virusu ilə yoxlamanın nəticələrinə dair sənədləri də internet, yəni email vasitəsilə göndərtdirəcəyini, uçuş biletlərini isə onlayn olaraq ala biləcəyini demiş, o, qızı İlqadan “Covid-19” virusu ilə bağlı yoxlamanın nəticələrinə dair arayışları almaq üçün hansı klinikaya gedəcəklərini soruşanda, İlqa Tural adlı şəxsin həmin nəticələri almaq üçün hər hansı bir tibb müəssisəsinə getmək lazım olmadığını, internet vasitəsilə şəxsiyyət vəsiqəsini şəkillərini göndərəcəyini, əgər hazırkı vaxta qədər “Covid-19” virusu ilə bağlı test verilməmişdirsə, yaxud da pozitiv nəticələri olmamışdırsa, həmin klinikaya göndərilmiş şəxsiyyət vəsiqəsi əsasında internet vasitəsilə, yəni onlayn olaraq nəticələrə dair arayışları tərtib edərək göndərildiyini demiş, o, İlqaya həmin sənədlərin saxta ola biləcəyindən ehtiyat etdiyini deyəndə, İlqa onsuz da Turala razılıq vermədiyini bildirmiş, lakin Tural dəfələrlə qızı İlqaya zənglər edərək əl çəkməmiş, həmin sənədləri və təyyarə biletləri düzəldə biləcəyini demiş, İlqa da ona ehtiyat etdiyini, sənədlərin saxta ola biləcəyindən qorxduğunu demiş, X23 şəhərinə kiminlə birlikdə gedəcəyini soruşmuş, İlqa onunla birlikdə gedəcəyini, onun həm müalicə olunmaq üçün Rusiya Federasiyasından xəstəxanaların birindən göndərişinin olduğunu və həm də, orada oğlunun yaşadığını bildirmiş, bu zaman Tural onda İlqaya və ona “Covid-19” virusu ilə yoxlamanın nəticələrinə dair sənəd və İlqa üçün Rusiya Federasiyasından xəstəxanaların birindən göndəriş lazım olduğunu demiş, İlqa Turaldan həmin sənədlərin necə hazırlanacağını dəfələrlə soruşmuş və Tural Rusiya Federasiyası Moskva şəhərindən xəstəxanaların birindən göndərişin və uçuş biletlərinin xarici pasport, “Covid-19” virusu ilə yoxlamanın nəticələrinə dair arayışları şəxsiyyət vəsiqələri ilə onlayn olaraq alacağını və həmin sənədlərin tam əsaslı olacağını, təyyarə biletlərinin ümumilikdə 1320 manat olacağını, göndəriş və “Covid-19” virusu ilə yoxlamanın nəticələrinə dair arayışların rüsumunun isə 280 manat təşkil edəcəyini bildirmiş, İlqa həmin sənədlərin neçə günə hazır olacağını soruşduqda, Tural adlı şəxs 1-2 günə göndəriləcəyini bildirmiş, nəticədə İlqa Turalla razılaşmış, Tural uçuş biletlərinin saxlanılması üçün ilkin olaraq 100 manat pul ödənilməli olduğunu bildirmiş, ona görə də, Tural İlqaya bir plastik kart şəkli göndərmiş və İlqa həmin karta 100 manat pul keçirtmiş, Tural qalan 1500 manatı da biletlər və həmin sənədləri götürəndə verməli olduğunu İlqaya demiş, bundan sonra İlqa Tural adlı şəxsə onun və özünün şəxsiyyət vəsiqəsinin və xarici pasportlarının şəklini çəkib göndərməsini istəmiş və İlqa onların sənədlərinin şəkillərini çəkərək telefon vasitəsilə Turala göndərmişdir. 25 dekabr 2020-ci il tarixdə Tural İlqaya zəng edərək sənədlər və biletlərin hazır olduğunu bildirmiş, İlqa 1500 manat apararaq Tural adlı şəxsə vermiş və özünün və onun adına olan “Covid-19” virusu ilə yoxlamanın nəticələrinə dair arayışları, həmçinin Rusiya Federasiyası Moskva şəhərindən göndərilmiş tibbi göndərişi alıb gətirmiş, həmin sənədlər rəsmi möhürlü olmuş, heç bir saxtalıq müəyyən edilməmiş, ona görə də, onlar həmin sənədlərin saxta olacağını heç düşünə bilməmişlər. 28 dekabr 2020-ci ilt arixdə o, İlqa ilə birlikdə Rusiya Federasiyasına gedərkən Rusiya-Azərbaycan sərhəddində sənədi yoxlayan zaman İlqanın adına Rusiya Federasiyası Moskva şəhərindən göndərilmiş tibbi göndərişin saxta olması və keçərli olmaması bildirilmiş, onun sənədlərində problem olmadığına görə sərhədi keçmiş, bundan sonra onlar onun Rusiya Federasiyasına getməsi, İlqanın isə geri qayıtması barədə razılaşmış, Bakı şəhərinə birbaşa uçuş olmadığından İlqa məcbur olub Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, 10 günə yaxın İstanbul şəhərində qalmış, 08 yanvar 2021-ci il tarixdə qohumları İlqaya pul göndərmiş və İlqa təyyarə bileti alıb Bakı şəhərinə qayıtmışdır. Tural İsrəfılov onun qızı İlqaya klinikaya getmədən, həmin arayışları onlayn vasitəsilə almağın mümkün olduğunu bildirmiş, onlar hər hansı bir klinikaya getmədən həmin arayışları rüsümunu ödəməklə almağın rahat olduğunu düşünmüş, Klinikalarda “Covid-19”virusu ilə yoxlama verən şəxslərin çox olduğunu və bəzilərində virusa yoluxmaları ilə bağlı pozitiv cavablar çıxdığını, virusa yoluxmaq ehtimalı olduğu üçün əgər Tural həmin sənədləri və tibbi göndərişi onlayn olaraq alırsa, onlar üçün daha rahat olduğunu düşünmüş, İlqa həmin sənədləri gətirdikdən sonra sənədləri rəsmi ‘möhürlənmiş və imzalanmış olduğunu görmüş, ona görə də, həmin sənədlərin saxta olması ağıllarına belə gəlməmiş, onlar 28 dekabr 2020-ci il tarixdə Rusiya Federasiyasına gedərkən, X14 Ağayevaya təqdim etdiyi “Covid-19” virusu ilə yoxlamanın nəticələrinə tibbi göndərişin saxta olduğunu bilmiş, “Covid-19” virusu ilə yoxlamanın nəticələrinə dair arayışların saxtalığını isə sonra araşdırma aparılarkən qızı İlqa ona demişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının 19-u, ya 20-si Tural İsrəfılov ona zəng edib, iki nəfər ana və qız olan tanışına Rusiya Federasiyasının Moskva şəhərinə getməsi üçün uçuş bileti lazım olduğunu demiş, o da Turalın xahişinə görə, həmin şəxslərin onlayn bilet almalarına köməklik etmək məqsədi ilə tanışı Fəridə zəng etmiş, Fərid turizm fəaliyyəti ilə məşğul olmuş, Fərid ona Rusiya Federasiyasının Moskva şəhərinə getmək üçün bir nəfər üçün biletin 660 manat olduğunu demiş, iki nəfərin uçuş bileti ümumilikdə 1320 manat təşkil etmiş, lakin biletləri saxlamaq üçün ilkin olaraq 100 manat vermək lazım olmuş, Fərid, karantin rejimi ilə bağlı qaydalara əsasən həmin şəxslərin Rusiya Federasiyasına getməsi üçün ya orada birinci dərəcəli yaxın qohumları olmalı, ya hansısa bir şirkəti olmalı, yaxud da ağır xəstəliklə bağlı müalicə olunmaq üçün getməli olduğunu bildirmiş, o, bu barədə Turala demiş və Tural ona, həmin şəxslərin birinci dərəcəli yaxın qohumu, yəni atasının Rusiya Federasiyası vətəndaşı olduğunu və orada yaşadığını demiş, bu barədə o, Fəridə dedikdən sonra Fərid ona “Whatsapp” proqramı vasitəsilə bir plasktik kart şəkli göndərmiş və o, həmin plastik kartın şəklini elə həmin proqram vasitəsilə Turala göndərərək biletlərin saxlanılması üçün ilkin olaraq 100 manat pul keçirmək lazım olduğunu demiş, 100 manat pulu göndərdiyi bank kartına keçirilməsini xahiş etmiş, həmin gün Fərid onunla əlaqə saxlayaraq 100 manat pulun həmin bank kartına köçürüldüyünü bildirmiş, Tural ona, həmin şəxslərin xarici pasportlarının fotoşəkillərini göndərmiş, o da, Fəridə göndərmiş, o, həmin vaxt bilet alınacaq şəxslərin iki nəfər qadın, yəni liqa və Sevil adlı ana və qızı olduğunu bilmiş, Fərid səhəri gün ona “Whatsapp” proqramı vasitəsilə biletlərin fotoşəkillərini göndərərək artıq biletlərin alındığını bildirmiş, səhəri gün Tural ona zəng edərək biletlərin alınması üçün qalan 1220 manat pulun artıq özündə olduğunu, yəni həmin şəxslərin biletin pulunu verdiklərini demiş, o, bu barədə Fəridə demiş, Fərid gün 'ərzində axşama qədər gedib fotostudiyadan həmin pulu götürəcəyini bildirmiş, o da növbəti gün Fəridlə əlaqə saxlayıb pulu götürüb-götürmədiyini soruşanda Fərid bu yaxınlarda tibbi əməliyyat olunduğunu, çox hərəkət edə bilmədiyi üçün gedib pulu götürə bilmədiyini deyərək əgər Tural pulu çatdıra bilsə yaxşı olacağını xahiş etmiş, o, Turalın həmin pulu itirəcəyindən ehtiyat edərək axşam saatlarında fotostudiyaya gedib Turaldan 1220 manat pulu götürmüş və Fəridin yaşadığı evinə gedərək Fəridə vermişdir. 28 dekabr 2020ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək İlqa və anası Sevilin Rusiya Federasiyasının sərhəd keçid məntəqəsindən keçərkən İlqanın sənədlərində saxta arayış aşkar edildiyini bildirmiş, o, bu barədə Fəridə zəng edib demiş, Fərid maraqlandıqdan sonra ona zəng edib həmin uçuş zamanı 90-a yaxın şəxslərin saxta sənədlərə görə geri qaytarıldığını, İlqanın da həmin şəxslərin içərisində olduğunu demiş, o, Turala zəng edərək bu barədə demiş və Tural İlqanın geri qayıtmaq üçün bilet almaq istədiyinə görə Fəridin nömrəsini istədiyini bildirmiş, o, Fəridə zəng edib bu barədə demiş, Fərid də nömrəsinin İlqaya verilməsi üçün razılığını bildirmiş, o, Fəridin nömrəsini İlqaya verməsi üçün Turala vermiş, bundan sonra, İlqa adlı şəxsin bilet alıb-almamasından məlumatı olmamış, heç Fəridlə də həmin gündən sonra əlaqə saxlayıb bu barədə maraqlanmamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində adını dəqiq xatırlamadığı, Rasim adlı bir nəfər şəxs ona zəng edərək Turalın İlqa və Sevil xanıma saxta arayış düzəldib verdiyini, bu səbəbdən də həmin şəxslərin Rusiya Federasiyasına gedə bilmədiklərini demiş, o, həmin şəxsə adları qeyd olunan şəxslərin Rusiya Federasiyasına getmələri üçün onun köməkliyinin adlarına uçuş biletinin almaq olduğunu bildirmiş, həmin şəxs zəng edəndə artıq Turalın yanında olmuş, o da, həmin şəxsə əgər elə bir saxta sənəd düzəldilibsə, şikayət etməsini bildirmiş,bundan sonra o, Turala zəng edərək bu barədə soruşmuş və Tural, İlqanın özünün ondan Rusiya Federasiyasına keçməsi üçün arayış düzəltməsini istədiyini və Turalın da, İlqadan biletlərin pulundan əlavə, 280 manat olmaqla, biletlərin pulu ilə ümumilikdə 1600 manat pul aldığını demiş, Tural daha sonra İlqanın yeni il bayramını Rusiya Federasiyasında keçirməsi üçün Turaldan belə bir sənəd düzəltməsini xahiş etdiyini bildirmiş, o isə Turala etdiyi hərəkətin səhv olduğunu bildirmiş, Tural özü DİN-in 102 xidmətinə məlumat verərək etdiyi hərəkəti etiraf etmiş, sonra ona 9-cu polis bölməsindən zəng olunmuş və oraya dəvət olunmuş, o, Ağayeva liqa Nəsibovna və Şahid4 əvvəllər tanımamış, həmin qadınların adlarını bilet alanda bilmiş, Rasim adlı şəxs zəng edəndən sonra o, X1 arayışlar düzəldərək Ağayeva liqa Nəsibovna və Şahid4 təqdim etdiyini öyrənmiş, İlqa yenə bilet almaq üçün Fəridin mobil telefon nömrəsini istədikdən sonra Təqsirləndirilən şəxs oğlu ona zəng edərək İlqanın və anası Sevilin Rusiya Federasiyasının sərhəd keçid məntəqəsindən keçərkən İlqanın sənədlərində saxta arayış aşkar edilməsini bildirmiş, o isə Fəriddən soruşduqdan sonra sonuncunun mobil telefon nömrəsini İlqaya verməsi üçün Turala vermiş, Şahid1 və Şahid4 ilə onun şəxsən telefon əlaqəsi olmamış, həmin qadınların sənədində saxtakarlıq aşkar olunduğu gündən bir gün sonra fotostudiyada olarkən Tural İlqa ilə telefonda danışarkən, Turaldan telefonu alıb İlqa ilə danışaraq Fəridin mobil telefon nömrəsini nə səbəbə görə istədiyini soruşmuş, İlqa ona geri qayıtmaq üçün bilet almağa görə istədiyini bildirmiş, bundan başqa, telefonla və qeyri əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının ikinci yarısında Şahid2 ona zəng edərək iki nəfər şəxsə Rusiya Federasiyasının Moskva şəhərinə getməsi üçün uçuş bileti lazım olduğunu bildirib ondan uçuş bileti ala bilib-bilməyəcəyini soruşduqda o, Şahid2 onlayn vasitəsilə ala biləcəyini demiş, o, onlayn baxmış, Rusiya Federasiyasının Moskva şəhərinə getmək üçün uçuş biletinin birinin qiymətinin 640 manat olduğunu görmüş və bir biletin üstünə 20 manat qoysa, 40 manat qazanc götürəcəyini düşünmüş, ona görə də, Fuada bir biletin qiymətinin 660 manat olmaqla, iki biletin ümumilikdə 1320 manat təşkil edəcəyini demiş, biletləri onlayn sifariş edərək saxlamaq üçün 100 manat pul lazım olmuş, o, bu barədə Fuada demiş, Fuad “Whatsapp” proqramı vasitəsilə ya onun özünə məxsus, ya da, ailə üzvlərinə məxsus bir plasktik kart şəkli göndərmişdir ki, həmin karta 100 manat pul keçirilsin, biletləri saxlamaq üçün 100 manat ödəniş etsin, bundan sonra Fuad fotostudiyada işləyən Tural adlı şəxsin ona zəng edəcəyini və ətraflı məlumat verəcəyini demişdir. Tural ona zəng etmiş və Fuadın dediklərini dəqiqləşdirmiş, o, eyni cavabları Turala vermiş, Turala həmin şəxslərin xarici pasportlarının şəklini ona göndərməsini bildirmiş və Tural sonradan adlarını bildiyi İlqa və Sevil adında şəxslərin xarici pasportlarının şəkillərini ona göndərmiş, bir neçə gün sonra plastik karta 100 manat pul keçirilmiş və o, onlayn ödəniş edərək iki bilet sifariş etmiş, səhəri gün Fuad ona zəng edərək biletlərin qalan pulunun, yəni 1220 manat pulun da hazır olduğunu deyərək gedib fotostudiyadan götürməsini xahiş etmiş, o, Turala tibbi əməliyyat olunduğunu və gedə bilməyəcəyini demiş, ona görə də, Fuad axşam 1220 manat pulu yaşadığı məhəlləyə gətirərək ona vermiş, o, səhəri gün biletlərin şəklini Turala “Whatsapp” proqramı vasitəsilə göndərmiş, bir neçə gün sonra, yəni 29 dekabr 2020-ci il tarixdə səhər saatlarında Tural ona zəng edərək iki nəfər şəxsdən biri, yəni Sevil adlı şəxsin sərhəddən keçdiyini, lakin qızı İlqanın sənədlərində problem olduğu üçün sərhəddən keçə bilmədiyini, hazırda aeroportda olduğunu və geri qayıtmaq üçün uçuş bileti istədiyini demiş, o, Turala geri qayıtmaq üçün uçuş biletini də əlavə olaraq pul ödəməklə ala biləcəyini, bayram ərəfəsi olduğu üçün geri qayıtmağa biletin olmadığını demiş, bundan sonra ona bir nömrədən “Whatsapp” proqramı vasitəsilə zəng olunmuş, zəng edən şəxs İlqa xanım olduğunu bildirmiş, o, İlqa adlı qadına da həmin sözləri izah etmiş, həmin gün ancaq Türkiyə Respublikasına getmək üçün bilet ala biləcəyini demiş, İlqa xanım ondan, Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün onlayn bilet sifariş etməsini xahiş etmiş, o da, Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün bilet sifariş etmiş və həmin uçuş biletinin qiyməti 1192 manat olmuş, plastik kartının şəklini liqaya göndərmiş, kimsə tərəfindən karta 1200 manat pul keçirilmiş, o, həmin pula onlayn uçuş bileti alaraq şəklini liqaya göndərmiş, bundan sonra liqa ilə heç bir əlaqəsi olmamışdır. Şahid1 Rusiya Federasiyasının Moskva şəhərinə səfər etmək üçün Səbail rayonu İstiqlaliyyət küçəsi 21A ünvanda yerləşən “Ulduz” fotostudiyasmda dizayner işləyən X15 tərəfindən 1600 manat pulun müqabilində özü və anası Şahid4 Zülfıqar qızı üçün uçuş biletləri və Rusiya Federasiyasının sərhəd nəzarətindən saxta tibbi göndəriş, eləcə də, saxta “Covid 19” testinin cavablarını hazırlayaraq verməsi barədə onun heç bir məlumatı olmamış, sonradan Şahid2la telefonda təsadüfi danışarkən Fuad ona Tural İsrəfılovun liqa Ağayevaya saxta sənəd düzəldərək verməsi faktı ilə bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparıldığını bildirmiş, onun bu vaxt məlumatı olmuş, Şahid2 və ya Tural İsrəfılov onunla danışaraq liqa Ağayeva və Şahid4 üçün Moskva şəhərinə getməyə görə uçuş bileti lazım olduğunu dedikdə, həmin qadınların hansı sənədlər və ya tibbi göndərişlər əsasında Moskva şəhərinə getmələri barədə ona məlumat verməmiş, sadəcə söhbət əsnasında ondan liqa Ağayeva və Şahid4 Moskva şəhərinə necə gedə biləcəklərini soruşmuş, o, cavabında ya birinci dərəcəli Rusiya Federasiyası vətəndaşı olan ailə üzvlərinin olmalı olduğunu, ya da, xəstəliyi ilə bağlı tibbi göndərişi olmalı olduğunu bildirmiş, daha sonra aralarında bu barədə heç bir söhbət olmamışdır. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sənədlərin texniki ekspertizasının 19 fevral 2021-ci il tarixli 5/136 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş Şahid1, Şahid4 adına verilmiş “Covid 19” testlərinin, Şahid1 adına verilmiş 29 dekabr 2020-ci il tarixli tibbi sənədin blankları, üzərlərindəki möhür və ştamp əksləri, imzalar hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edilmişlər. Tədqiqata təqdim edilmiş Şahid1, Şahid4 adına verilmiş “Covid 19” testlərinin, Şahid1 adma verilmiş 29 dekabr 2020-ci il tarixli tibbi sənədin ekspertizaya təqdim edilmiş “Epson” markalı çoxfunksional (skayner, printer) qurğusu vasitəsilə çap edilməsi istisna edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sənədlərin texniki ekspertizasının 12 mart 2021-ci il tarixli 5/135 nömrəli rəyinə əsasən təqdim edilmiş üz hissəsində “Digital” yazsısı olan kompüter sistem bloku hal-hazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsi”nin 1-ci bəndində göstərilən texniki xüsusiyyətlərə əsasən təqdim edilmiş kompüter sistem blokunun internetə çıxış və digər funksional məsələlərin həll edilməsi üçün texniki imkanı mövcuddur. Təqdim edilmiş üz hissəsində “Digital” yazsısı olan kompüter sistem blokunun yaddaşında Şahid1, X9 adına “Covid 19” testinin nəticələri, Şahid1 adına “Медицинское Заключение” tibbi sənədinin və digər şəxslərin adına müxtəlif formatlı fayllar müəyyən olundu, həmin fayyllar bir ədəd üzərində “Verbatim” yazısı olan “DVD-R” tipli diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X17 Hüquqi Şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 08.04.2021-ci il tarixli 739 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs oğlu hər hansı bir xroniki psixi xəstəlikdən əziyyət çəkmir. Onda üzvi emosional labil pozuntusu müəyyən edilir. Bunu anamnestik məlumatlar, əldə edilmiş tibbi sənəd (anamnestik məlumatlara görə doğuş travması ilə anadan olması, əsəbi olması, müxtəlif şikayətləri ilə əlaqədar kiçik yaşlarında nevropatoloqun müayinəsində olması, müalicələr qəbul etməsi, “Hemiplegik spastik serebral iflic. Ust Hemiplegiya. Sol tərəfli hemiparez, üzvi mənşəli emosional labil pozuntu, nitq qüsuru” diaqnozu ilə İİ qrup əlil olması və s.) və hal-hazırki müayinənin nəticələri (əhvali-ruhiyyənin dəyişkən olması, emosional sferasının labil olması, xarici qıcıqlara qarşı həssas olması və s.) sübut edir. İş materiallarında olan anamnestik məlumatların, həmçinin ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin görünür ki, yoxlanılan şəxs X8 hər hansı bir psixi xəstəlik əlamətləri aşkar edilmir. Onda hal-hazırda üzvi mənşəli emosional labil pozuntu aşkar olunur. X8 hal-hazırda müəyyən edilmiş üzvi mənşəli emosional labil pozuntuda qeyri-psixotik əlamətlər o dərəcədə ifadə olunmayıb ki, onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də T.N.İsrəfılov psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Yoxlanılan şəxs X7 qərarda göstərilən törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Buna görə də X7 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. X8 hal-hazırda aşkar olunan üzvi mənşəli emosional labil pozuntu onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Buna görə də ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Kompüter texniki ekspertizasının 12 mart 2021-ci il tarixli 5/135 nömrəli rəyi ilə daxil olmuş bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin yaddaşına “C disk” və “E disk” adlı 2 ədəd qovluq əlavə edilmişdir. İş materiallarında olan “C disk” adlı qovluğa baxış keçirdikdə müəyyən edilmişdir ki, qovluqda 116 ədəd fayl mövcuddur. Baxış zamanı Şahid4 “X11 Mərkəzi” MMC-də 26 dekabr 2020-ci il tarixdə, Şahid1 isə 29 dekabr 2020-ci il tarixdə həmin MMC-də “Covid 19” virusu ilə bağlı analiz verməsi və analizin neqativ nəticələnməsi ilə bağlı iki ədəd arayış, Rusiya Federasiyası Moskva şəhərinin X12 CŞİD Səhiyyə İdarəsinin “X3 İlqa Nəsibovnanın 29 dekabr 2020-ci il tarixdə “Psixoterapik müalicə” kursu üzrə psixiatrik müayinədən keçməsi ilə bağlı tibbi rəyi aşkar edildi. İş üçün mühüm əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. İş materiallarında olan “E disk” adlı qovluğa baxış keçirdikdə müəyyən edilmişdir ki, qovluqda 69 ədəd fayl mövcuddur. Baxış zamanı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən Şahid4 “X11 Mərkəzi” MMC-də 26 dekabr 2020-ci il tarixdə, Şahid1 isə 29 dekabr 2020-ci il tarixdə həmin MMC-də “Covid 19” virusu ilə bağlı analiz verməsi və analizin neqativ nəticələnməsi ilə bağlı iki ədəd arayış, Rusiya Federasiyası Moskva şəhərinin X12 CŞİD Səhiyyə İdarəsinin “X3 İlqa Nəsibovnanın 29 dekabr 2020-ci il tarixdə “Psixoterapik müalicə” kursu üzrə psixiatrik müayinədən keçməsi ilə bağlı tibbi rəy tərəfimdən “Canon” markalı printer vasitəsilə çap edilərək protokola əlavə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə, istintaqı zamanı videogörüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, X15 həmin fotostudiyada masa üstündə yerləşən HP markalı kompyuterdən istifadə edərək Şahid1nm sərhəddi keçməsi üçün kompyuterində saxladığı elektron formada imzalı və möhürü olan sənəd üzərində Fotoshop proqramı vasitəsilə Şahid1 üçün sağlamlıq haqqında tibbi göndəriş sənədini hazırlayıb A4 formatında Epson markalı printerdə rəngli çap etmiş və həmin sənədi Şahid1 vermişdir. DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinin 26 fevral 2021-ci il tarixli məktubu ilə daxil olmuş məlumatlardan görünür ki, Şahid4 28 dekabr 2020-ci il tarixdə saat 00:55-də Rusiya Federasiyası Moskva şəhəri istiqamətində Azərbaycan Respublikası sərhədindən çıxış etmiş, 16 fevral 2021-ci il tarixdə isə giriş etmişdir. Şahid1 28 dekabr 2020-ci il tarixdə saat 00:57-də Rusiya Federasiyası Moskva şəhəri istiqamətində Azərbaycan Respublikası sərhədindən çıxış etmiş, 08 yanvar 2021-ci il tarixdə isə Türkiyə Respublikası İstanbul şəhəri istiqamətindən giriş etmişdir. X11 Mərkəzi” MMC-dən daxil olmuş 24 fevral 2021-ci il tarixli 28/21 nömrəli məktubdan görünür ki, Şahid1 və Şahid4 “X11 Mərkəzi”ində “Covid 19 testi üçün analiz vermədiyindən onlara dair məlumat mövcud deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, X7 məhkumluğu yoxdur. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun anası X2 İlqa Nəsibovnaya dəymiş ziyanı ödəmək məqsədilə istintaqa 2000 manat təqdim etmiş və həmin məbləğdə pul götürülərək Şahid1 təhvil verilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X7 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasının, hadisələrin təsadüfü axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsinin, ikinci qrup əlil olmasının, vurulmuş ziyanın ödənilməsinin nəzərə alaraq təqsirləndirilən şəxs X10 azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs X7 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X10 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və 353.4.11cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərclərini təqsirləndirilən şəxsdən tutulmasını, iki ədəd “CD” disklərin iş materiallarında saxlanılmasını, maddi sübut bir ədəd “Digital” markalı kompüter sistem bloku, bir ədəd “HP” markalı monitor və bir ədəd “Epson” markalı printerin sahibi Şahid2 təhvil verilməsinin nəzərə alınmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X7 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. X15 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut bir ədəd “Digital” markalı kompüter sistem bloku, bir ədəd “HP” markalı monitor və bir ədəd “Epson” markalı printer sahibi Şahid2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 115 (yüz on beş) manat 17 (on yeddi) qəpik X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X7 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “xxxx” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-169/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-169/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver