Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-169/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1997-ci ildə İmişli rayonu, Yalavac kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi dalan 4, ev 41-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 26 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında idarə etdiyi “Mercedes Benz E 220” markalı **-XU-*** dövlət qeydiyyat nişah minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesinin 4-cü kilometrliyində 60 km/saat sürətlə hərəkət edərkən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin hərəkətləri etməmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək həmin vaxt avtomobil yolunu adi yerişlə keçən piyada xx.xx.1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs baş beyinin hissəvi evakuasiyası (bayıra tökülməsi) ilə nəticələnən alın, sağ gicgah, təpə, ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli basılmış sınıqları; sol baldır sümüklərinin (qamış və incik) yuxarı 1/3-nin yerini dəyişmiş açıq sınıqları, sağ said sümüklərinin orta 1/3-nin yerini dəyişmiş qapalı sınıqları; sağ ağciyərin aşağı payının cırılması, sağ döş boşluğuna çoxlu qanaxma (300 ml), sağdan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların, soldan İ, İİ, İİİ, İV, V qabırğaların qoltuqaltı xətt üzrə yerini dəyişmiş sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, dalağın cırılması və qarın boşluğuna çoxlu qanaxma (750 ml) ilə müşayiət olunan qarının qapalı küt travması, başın təpə, gicgah, ənsə nahiyələrini əhatə edən və sol baldırın 1/3-nin ön səthinin geniş ölçülü əzilmiş-cırılmış yaraları, sağ baldır əzələlərinin didilib-dağılması, döş qəfəsinin sağ yarısının sıyrıqları ilə müşayiət olunan, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirib, almış olduğu həmin xəsarətlərdən baş beyinin hissəvi evakuasiyası (bayıra tökülməsi) ilə nəticələnən alın, sağ gicgah, təpə, ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli basılmış sınıqları ilə nəticələnən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə vaxtı dostu Əmralla birlikdə Lökbatan qəsəbəsindən 20-ci Sahəyə 60 km/saat sürətlə idarə etdiyi avtomobillə qayıdarkən yolda 3-4 metr qarşıda bir nəfərin yolun sağ tərəfindən sol tərəfinə keçdiyini görmüşdür. Yolun işıqlandırılması zəif olmuşdur. Həmin şəxsi vurmamaq üçün avtomobili sol tərəfə istiqamətləndirmişdir. Bu zaman avtomobilin qabaq sağ ön qanadı həmin şəxsə dəymişdir. Dərhal təcili tibbi yardımı çağırmış, polisə də özü məlumat vermişdir. Qardaşı Vətən müharibəsinin şəhididir, ailəsinin yeganə təsəllisi odur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Bildi Cuma iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi və notarial qaydada təsdiq edilmiş ərizəsi elan edilmişdir. Notarial qaydada təsdiq edilmiş ərizənin həqiqiliyi QR-kod vasitəsi ilə yoxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə dostu Məhəmmədin idarə etdiyi avtomobillə Bibiheybət qəsəbəsindən qayıdırmışlar. Məhəmməd avtomobili sola çəkəndə sağ tərəfdən adam çıxmış və onu vurmuşdur. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Salyan yolu asfalt-beton yoludur. Hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi A1, A, B1, B, C1, C kateqoriyalıdır, hadisə baş verən vaxt sürücülük vəsiqəsi qüvvədə olmuşdur. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli, 2/41832 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş və müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qardaşı Bildi Cuma zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 05 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə- Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X13 27 oktyabr 2023-cü il tarixli 69 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edildi: baş beyinin hissəvi evakuasiyası (bayıra tökülməsi) ilə nəticələnən alın, sağ gicgah, təpə, ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli basılmış sınıqları; sol baldır sümüklərinin (qamış və incik) yuxarı 1/3-nin yerini dəyişmiş açıq sınıqları, sağ said sümüklərinin orta 1/3-nin yerini dəyişmiş qapalı sınıqları; sağ ağciyərin aşağı payının cırılması, sağ döş boşluğuna çoxlu qanaxma (300 ml), sağdan İ, İİ, İİİ, Vİ, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların, soldan İ, İİ, İİİ, İV, V qabırğaların qoltuqaltı xətt üzrə yerini dəyişmiş sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması; dalağın cırılması və qarın boşluğuna çoxlu qanaxma (750 ml) ilə müşayiət olunan qarının qapalı küt travması; başın təpə, gicgah, ənsə nahiyələrini əhatə edən və sol baldırın yuxarı 1/3-nin ön səthinin geniş ötçülü əzilmiş-cırılmış yaraları, sağ baldır əzələlərinin didilib-dağılması; döş qəfəsinin sağ yarısının sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, 26 oktyabr 2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi, o, cümlədən hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcələrinə görə ümumilikdə AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin hissəvi evakuasiyası (bayıra tökülməsi) ilə nəticələnən alın, sağ gicgah, təpə, ənsə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli basılmış sınıqları olmuşdur. Meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 10-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 25 yanvar 2024cü il tarixli “8/3886” saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Mercedes Benz E 220 markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 14 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsi hüquqi varisi Bildi Cumanın notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də ona qarşı heçbir iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan 000714 və 000716 saylı şəhid ailəsi üzvünün vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X7 və anası X1 ailə üzvüdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılanittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici, zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaqda verdiyi ifadə və şahidin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ailəsinin şəhid ailə üzvü statusuna malik olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X4 nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E 220” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E220” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Mülki iddia yoxdur. Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 03 saylı vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-169/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-169/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver