Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-169/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2002-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ofisiant işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 iyun 2025-cü il tarixdə saat 11:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 avqust 2024-cü il tarixdə saat 06 radələrində ünvan 4 ünvanında yerləşən işlədiyi “Reyhan” restoranının qarşısında saxlanılan Zərərçəkmiş şəxs “Mercedes S-klass” markalı AZ 99- RE-193 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində olan pul kisəsinin içərisində sonuncuya məxsus 1000 manat məbləğində pulu gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin yay aylarında işləmək üçün Bakıya gəlmişdir. Ailə üzvüləri isə Şəki şəhərində qalırlar. Bakı şəhərində müxtəlif yerlərdə işləmişdir. 2024-cü ilin yay aylarında ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs administratorluğunu etdiyi «Reyhan» restoranında ofisiant işləmişdir. Şəhərdə qalmağa yeri olmadığına görə çox vaxt restoranda qalırdı. 26 avqust 2024-cü il tarixdə səhər saat 06 radələrində şəhərdən gəzməkdən restorana qayıtmış və siqaret çəkmək istəmişdir. Restorana gələrək alışqan axtarmağa başlamışdır. Mətbəx bağlı olduğu üçün restoranın ikinci mərtəbəsində bar masasının üstündə Zərərçəkmiş şəxs pencəyini görmüşdür. O da siqaret çəkdiyi üçün cibində alışqan olacağını düşünüb ciblərinə baxmışdır, lakin alışqan olmadığı üçün maşının açarın götürüb maşına da baxmaq istəmişdir. Maşınının qapısını açarla açıb salonda alışqan axtardıqda musiqi pleyerin altındakı saxlanc yerində pul kisəsi olduğunu aşkar etmişdir. Pul kisəsini götürüb açdıqda içərisində çoxlu pul olduğunu görmüşdür. Həmin vaxt uşağı xəstə və pula ehtiyacı olduğu üçün həmin pul kisəsindən 1000 manat pulu sayıb gö türərək cirbinə qoymuş və yerdə qalan pulu da pul kisəsinə yerləşdirib aşkar etdiyi yerə qoymuşdur. Maşının qapısını bağlayıb açarı isə götürdüyülə yerə, yəni Turalın pencəyinin cibinə qoymuşdur. Zərərçəkmiş şəxs avtomobilindən pulu oğurlamağını heç kəs görməmişdir, pulu oğurladıqdan sonra oradan uzaqlaşmış, dərhal avtovağzala gedib oradan nömrəsini xatırlamadığı taksi ilə Şəki rayonuna yaşadığı evə getmişdir. Əməlindən səmimi peşman olduğunu və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 ildir ki ünvan 4 ünvanında yerləşən “Reyhan” restoranında müdir vəzifəsində işləyir. Adətən idarə etdiyi “Mersedes c-klass” markalı AZ **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi “Reyhan” restoranın qarşısında saxlayır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gün də həmin avtomobili "Reyhan" restoranın qarşısında saxlamışdır. Avtomobilin salonunda musiqi pleyerin altındakı saxlanc yerində pul kisəsində 1000 manatdan artıq miqdarda pul saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində avtomobilin qapısını açıb sükan arxasına əyləşmiş, salonda musiqi pleyerin altındakı saxlanc yerində pul kisəsində saxladığı pullardan götürmək istəyəndə 1000 manat məbləğində pulunun əskik olduğunu aşkar etmişdir. “Reyhan” restoranında ofısiant işləyən Təqsirləndirilən şəxs Kamil oğlu çox vaxt restoranda istirahət otağında gecələmiş, ona həmin otaqda gecələməyə və istirahət etməyə icazə vermişdir. Özü ilə avtomobilin açarla qapılarını bağlayıb restoranın 2-ci mərtəbəsində yerləşən bar otağında pəncəyinin cibinə qoymuşdur. Pulların oğurlanmasını aşkar etdikdən sonra Təqsirləndirilən şəxs Kamil oğlundan pulu götürüb götürməməsini soruşmaq istəmiş, lakin Təqsirləndirilən şəxs restoranda olmamışdır. Onun telefonuna da zəng etsə də, telefonu qapalı olduğundan onunla telefon əlaqəsi saxlaya bilməmişdir. Fikirləşmişdir ki, Təqsirləndirilən şəxs pulunu qaytarar, lakin bir müddət keçməsinə baxmayaraq Tural Hüseynovla əlaqə saxlaya bilməmiş və pulunu qaytarmamışdır. Məcburiyyət qarşısında qalaraq 1000 manat pulunun oğurlanmasında Tural Hüseynovdan şübhələndiyi üçün xx.xx.2024-cü il tarixdə Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Müşahidə kameralarına baxarkən oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini görmüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin ərazi “Reyhan” restoranının həyətidir və Təqsirləndirilən şəxs həyətin çöl qapısını açaraq çölə baxır və qapının yanında siqaret çəkir. Təqsirləndirilən şəxs tərəfindən hər hansı cinayət hadisəsinin törədilməsi müəyyən edilməmişdir. 17 oktyabr 2024-cü il tarixli qərarla vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. 19 noyabr 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs müraciəti əsasında Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə polis bölməsinin təhqiqatçısı Nadir İsayevin cinayət işinin başlanması ilə bağlı verilmiş vəsatəti təmin edilmiş, toplanmış material əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 22 noyabr 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. 27 noyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə Zərərçəkmiş şəxs zərərçəkmiş qismində tanınmışdır. 01 dekabr 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 23 yanvar 2025-ci il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. 23 yanvar 2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. 25 yanvar 2025-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 25 yanvar 2025-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən və Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İŞnin baş müstəntiqi Emin Cəfərlinin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır. 25 yanvar 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 oktyabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bir uşağı var: xx.xx.2023-cü il təvəllüdlü X3. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs olduğu 1(009)-169/2025 saylı iş üzrə təqsirləndirilən şəxslə barışmışdır və heç bir şikayəti yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 1(009)-169/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsi barədə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Səbail RPİ-nə gətirilmiş və Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını və heç bir şikayətinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025-ci il tarixədək, 22 may 2025-ci il tarixdən 25 iyun 2025-ci il tarixədək, yəni 01 (bir) ay 05 (beş) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) ay 10 (on) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Şəki rayonu, Şəki şəhəri, Pişnamazzadə küçəsi, 4/8 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Şəki Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 23 yanvar 2025-ci il tarixdən 25 yanvar 2025-ci il tarixədək və 22 may 2025-ci il tarixdən 25 iyun 2025-ci il tarixədək, yəni 01 (bir) ay 05 (beş) gün müddətində həbsdə olması bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 (iki) ay 10 (on) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 07 (yeddi) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Şəki rayonu, Şəki şəhəri, Pişnamazzadə küçəsi, 4/8 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şəki Rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-169/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-169/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver