Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-17/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X12 oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, taksi sürücüsü kimi fəaliyyət göstərən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146 məhəlləsi, ev 21, mənzil 102-də qeydiyyatda olan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1080/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd bükümdə 0,677 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 1,815 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla, ünvan 1 ünvanda yerləşən ‘"Xəqani” ticarət mərkəzinin qarşısına qanunsuz daşımış və bu zaman Bakı şəhəri Səbail RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən 30 iyun 2021-ci il tarixdə saat 02:35-də ünvan 1 ünvanda yerləşən “Xəqani” ticarət mərkəzinin qarşısında saxlayaraq Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nə dəvət edilmiş və həmin gün saat 04:50-də Bölmənin inzibati binasının xidməti otaqların birində üzərinə keçirilən baxış zamanı üzərində olan köynəyin sol cibindən qara rəngli üzərində “Prada” yazısı olan cib qutusunun içərisindən qanunsuz əldə edərək daşıdığı bir ədəd bükümdə 0,677 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 1,815 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə məhkumluğu olmuş, sonuncu dəfə 03 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətində azadlıqdan məhrum edilmişdir. 2021-ci ilin may ayında cəzasını çəkib azadlığa çıxmış, idarə etdiyi “Az Samand” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə icarə müqaviləsi əsasında taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Azadlığa çıxdıqdan sonra narkotik vasitələrin qəbuluna başlamış, hal-hazırda psixotrop maddə metamfetamin və narkotik vasitə heroin qəbul edir. Həmin maddələri tanımadığı müxtəlif şəxslərdən alır. Sonuncu dəfə narkotik vasitə heroin və psixotrop maddə metanfetamini 29 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsindən “Gülü” ləqəbli, adını bilmədiyi şəxsdən 40 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 30 iyun 2021-ci il tarixdə saat 02:00 radələrində gəzmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Xaqani” bağına gəlmiş, həmin vaxt "Gülü” ləqəbli şəxsdən özünün istifadə etməsi üçün 40 manata almış olduğu narkotik vasitə heroin və psixotrop maddə metanfetamin üzərində olmuşdur. Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Xəqani” ticarət mərkəzinin yaxınlığına gəlmişdir. Üzərində narkotik vasitə heroin və psixotrop maddə metanfetamin olduğu üçün piyada hərəkətdə olan polis əməkdaşlarını görüb onlardan yayınmaq istəyərək hərəkət istiqamətini dəyişməyə çalışmış, bunu görən polis əməkdaşları ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənədini istəmişlər. Həmin vaxt üzərində heç bir sənəd olmadığını bildirmiş və polis əməkdaşları onunla bir qədər söhbət etdikdən sonra özünü şübhəli apardığına görə onu Bakı şəhəri, Səbail RPİ-nin 39-cıı Polis Bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə qeyd edilən polis bölməsinə getmiş və otaqlardan birinə daxil olmuşdur. Polis bölməsində olan zaman üzərində narkotik vasitə heroin və psixotrop maddə metanfetamin olmasını bildirmişdir. Bundan sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri, 3 saylı vəkil bürosunun vəkili X6 dəvət olunaraq ona təqdim olunmuşdur. Hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkilışdən istifadə edilməklə üzərinin və əynindəki paltarlarının yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmiş, etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan “Nike” markalı köynəyin sol cibindən qara rəngli, üzərində “Prada” yazılmış cib qutusunu çıxarmışdır. Həmin qutunun içərisində bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə isə şəffaf rəngdə, şüşə şəkilli psixotrop maddə olan metanfetamin aşkar edilmişdir. O, həmin bükümlərdəki maddələrin narkotik vasitə heroin və psixotrop vasitə metanfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin maddələri Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində, tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Saxlanılan zaman, həmçinin, Səbail RPİ-nin 39-cu Polis Bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hazırda Bakı şəhəri, Səbail RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsindədir. 30 iyun 2021-ci il tarixdə saat 02:35 radələrində inzibati ərazidə Bakı şəhəri, Səbail RPİ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şahid5 və X8 ilə birlikdə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin inzibati ərazisində piyada xidmət apararkən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Xəqani ticarət mərkəzinin yaxınlığında bir nəfər şəxsin onlardan yayınmaq istədiyini görmüş, həmin şəxsə yaxınlaşıb ilkin olaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etdikdən sonra üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirmişdir. Bu zaman üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədin olmadığına və özünü şübhəli apardığına görə həmin şəxsi Bakı şəhəri, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etməyərək onlarla birlikdə qeyd edilən Polis Bölməsinə gəlmiş, Polis Bölməsində olan zaman həmin şəxsin xx xxxx 1991-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid2 və Şahid5 ifadələrində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 39-cu Polis bölməsinin polis sahə inspektoru Şahid4 ifadəsində göstərmişdir ki, 30 iyun 2021-ci il tarixdə saat 02:45 radələrində Bakı şəhəri, Səbail RPİ-nin PPXB-nin əməkdaşları bir nəfər şəxsin üzərində narkotik vasitələr saxlamasında şübhəli bilindiyinə görə Səbail RPİ-nin 39cu Polis Bölməsinə gətirmişlər. Polis bölməsində olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri, 3 saylı vəkil bürosundan vəkil dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə heç bir etirazı olmadığını bildirmiş və onlara konfidiensal ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Konfidiensal ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib olunmuş, həmçinin sonuncuya hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə 30 iyun 2021 -ci il tarixdə saat 04:50-də “İphone” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan “Nike” markalı köynəyin sol cibindən qara rəngli, üzərində “Prada” sözü yazılmış cib qutusunu çıxarmışdır. Həmin qutunun içərisində bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, bir ədəd sellofan bükümdə isə şəffaf rəngdə, şüşə şəkilli psixotrop maddə olan metanfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələrin narkotik vasitə heroin və psixotrop vasitə metanfetamin olduğunu, onları şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin maddələri Bakı şəhəri, Günəşli qəsəbəsində tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə və bir ədəd sellofan bükümdə olan psixatrop maddə metanfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 49 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış 30 iyun 2021-ci il tarixdə saat 05:17-də başa çatmışdır. Şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsində Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılması haqqında videogörüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nə saat 04:50-də Bölmənin inzibati binasının xidməti otaqların birində üzərinə keçirilən baxış zamanı üzərində olan köynəyin sol cibindən qara rəngli üzərində “Prada” yazısı olan cib qutusunun içərisindən qanunsuz əldə edərək daşıdığı bir ədəd bükümdə 0,677 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 1,815 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30.06.2021-ci il tarixli, 6/2635 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, bir ədəd bükümdə 0,677 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 1,815 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. 30 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14.10-da şübhəli şəxs qismində tutulmuşdur. 01 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 01 iyul 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs X10 həbsdən azad olunmuşdur. 01 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-220/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və barəsində əvvəl seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə tutulduğundan Səbail Rayon Məhkəməsinin 1(009)-220/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərarı icra olunmamışdır. Nərimanov Rayon Məhkəməsinin 4(005)-1080/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Qərarın icrası 1 saylı Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 24.05.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilərək 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 02.08.2011-ci il tarixli qərarı ilə 24.05.2011-ci il tarixli hğkm dəyişdirilərək cəzası 06 ay sınaq müddəti ilə şərti hesab olunmuşdur. Xəzər Rayon Məhkəməsinin 25.02.2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.06.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 29.12.2020-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik tədbiq olunduğu üçün cəzası 01 il 06 aya endirilmişdir. Xəzər Rayon Məhkəməsinin 12.03.2021ci il tarixdli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. 26.05.2021-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06.04.2013-cü il təvəllüdlü X5 və 24.11.2017-ci il təvəllüdlü X7 adlı övladları vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 29.12.2020-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik tədbiq olunduğu üçün cəzası 01 il 06 aya endirilmişdir. Xəzər Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixdli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. 26.05.2021-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, lakin 30 iyun 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət yəni hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək tutularaq həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla 01 (bir) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda onun əməlində residiv müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Səbail Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı aparılır. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin 4(005)-1080/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir və o hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Bundan başqa məhkmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilsə də, Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin 4(005)-1080/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyindən Səbail Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli icra olunmamışdır. Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablanmalıdır. Bu zaman Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 4(005)-1080/2021 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsinin 09 iyul 2021-ci il tarixli 2231 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,677 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 1,815 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” disk iş materiallarında saxlanılmasını, məhkəmə ekspertizası tədqiqatının dəyəri 109, 90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini məqəsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 30 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 01 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1080/2021 saylı, 22 oktyabr 2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 may 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,677 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 1,815 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 109, 90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-17/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-17/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver