Məhkəmə qərarları › İş №1(009)-17/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-17/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-17/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 yanvar 2024-cü il tarixdə saat 14.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 28 yanvar 2020-ci il tarixdə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 3 ünvanında yerləşən “Meh” kafesinin müştərilər üçün nəzərdə tutulmuş ümumi zalında digər masada əyləşmiş, alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs 03 fevral 2019-cu il tarixdə sonuncunun X2 ilə arasında baş vermiş münaqişə ilə əlaqədar polisdə həqiqəti deməməsi ilə bağlı ona bildirdiyi irada görə aralarında yaranmış sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsini cüzi bəhanə edərək, sonuncunun ünvanına uca səslə kobud formada nalayiq ifadələr işlətməklə qəsdən ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını, həmçinin kafedə olan şəxslərin rahatlığını pozmaqla həmin şəxslərə etinasızlıq göstərərək laqeydlik və eqoizmini nümayiş etdirməklə öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq kafedə olan digər müştərilərin gözləri qarşısında silah qismində istifadə olunan spirtli içki içdiyi şüşə pivə qədəhinin alt hissəsi ilə qəsdən Zərərçəkmiş şəxs başının təpə nahiyəsinə bir dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş-çırılmış yarası, bundan sonra isə sağ yumruğu ilə sonuncunun sol göz nahiyəsinə qəsdən bir zərbə vuraraq sol gözün tor qişasının ödemi ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 yanvar 2020-ci il tarixdə saat təxminən 21:00 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Meh” kafesinə gəlmişdir. Kafeni Şahid1 icarə əsasında işlədir. Həmin gün yenə kafeyə getmiş, çay içirdi., spirtli içki qəbul etməmişdir. Ona ofisiant Şahid5 qulluq etmişdir. Həmin zaman Zərərçəkmiş şəxs də kafedə olmuş, digər bir masada oturmuşdur, Əfqan Şahid3lə yemək yemiş və spirtli içki içmişlər. O, Zərərçəkmiş şəxs əvvəldən tanıyır. Belə ki, 2019-cu ilin fevral ayının 3-də axşam saatlarında Əfqanın çörəkbişirmə təndiridə işləyən Ziyafət adlı qadınla mübahisə etdiklərinin şahidi olmuşdur. O, həmin işdə şahid kimi iştirak etmək istəməmişdir. Zərərçəkmiş şəxs isə bir neçə dəfə yolda onu görmüş, Ziyafətin onu vurduğunu bölmədə deməyini xahiş etmişdir. O isə onun dediklərini yerinə yetirməmişdir. Bu hadisə ilə bağlı bir neçə dəfə onu Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə çağırıb sorğu sual etsələr də, o, qadının üzünə dayanmaq istəmədiyindən hadisə zamanı Ziyafətin Əfqanı vurduğunu görmədiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs ondan əl çəkməmiş, polisin ondan izahat almasını tələb etmişdir. O isə onun dediklərini yerinə yetirməmişdir. Bunun üçün də Zərərçəkmiş şəxs ondan narazı və incik olmuşdur. Həmin gün Əfqan onu kafedə görəndə bu hadisə onun yadına düşmüş, buna görə də Əfqan ona çəp-çəp baxmağa başlamışdır. O isə tez üzünü çevirmişdir ki, problem yaşanmasın. Əfqanın masasında əyləşən Zəkiyə zəng gəlmiş və o, Əfqanla sağollaşaraq kafedən çıxıb getmişdir. O görmüşdür ki, Zərərçəkmiş şəxs içkinin təsirindən telefonu əlində tuta bilmir, ayaqyoluna getmək istəmiş, lakin ayaqda dura bilməmişdir. Bundan sonra kafedə olan işçilər Şahid5 və Şahid4 birlikdə Əfqanı ayağa qaldırıb ayaqyoluna aparmışlar, o isə həyətə siqaret çəkməyə çıxmışdır. Bundan sonra isə eşitmişdir ki, Zərərçəkmiş şəxs ayaqyolunda olarkən yıxılmışdır. Kafedəki hər kəs kömək üçün tez ayaqyoluna getmişlər. Orada dayanmadan qan axdığını və Əfqanın başının ortadan yarıldığını görmüşlər. Orada o, kafenin işçiləri olan Şahid1, Şahid4, Şahid2 və Şahid5 ona zəruri tibbi yardım etmişlər. O özü aptekdən yod almış, sarğı ilə Əfqanın başını sarımışdır. Onlar səhərə qədər Əfqanın yanında dayanmışlar. Daha sonra o, özü ödənişini edərək 7 manata taksi çağırmış və Əfqanı evinə yollamışdır. Qeyd edir ki, o, Zərərçəkmiş şəxs vurmamışdır, ona heç bir xəsarət yetirməmişdir. Əksinə Əfqanın yıxıldığını gördükdə ona tibbi yardım göstərmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. İstintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən pivə qədəhi ilə vurulduğunu barədə ifadə verməsini onunla izah edir ki, müstəntiq ifadəni ona diktə etmiş, hadisənin Mahmud törəfindən törədildiyini ona sübuta yetirmiş, o da müstəntiqə inanmış və ifadəyə qol çəkmişdir. Belə ki, o, 28 yanvar 2020-ci il tarixdə saat təxminən 21:00 radələrində tanışı Şahid3lə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Meh” kafesinə getmişdir. Kafenin zalında masaların birində əyləşmiş, tanışı Zəki ilə birlikdə yemək yemiş və spirtli içki qəbul etmişlər. Sonra Zəkiyə zəng gəlmiş və o, evinə getmişdir. Həmin vaxtı kafedə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs da olmuşdur. Təqsirləndirilən şəxs 2019-cu ildə Bayıl qəsəbəsində yerləşən çörəkbişirmə təndirinin yaxınlığında baş vermiş hadisə ilə əlaqədar tanıyır. Belə ki, Mahmud 2019-cu ilin fevral ayında onun çörək təndirində işləyən Ziyafət adlı qadınla mübahisə etdiklərinin şahidi olmuşdur. Lakin Mahmud həmin işdə şahid kimi iştirak etmək istəməmişdir. O isə Mahmuda Ziyafətin onu vurduğunu bölmədə deməyini xahiş etmişdir. Mahmud isə onun dediklərini yerinə yetirməmişdir. Eldəniz Baxşəliyev təndir hadisəsində yalançı şahiddir. O, həmin vaxtı Təqsirləndirilən şəxs adını bilmədiyindən onu görünüş olaraq müstəntiqə təsvir etmişdir. O, X3 kimi tanımışdır, adını səhv bilmişdir. Təndir hadisəsində onu qarmaqla vuran Ziyafət adlı qadına yalançı şahidlik edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Həmin hadisədə müstəntiq Eldənizi yalançı şahid kimi yazdığından o, Təqsirləndirilən şəxs Eldəniz Baxşəliyev kimi bilmişdir. Eldəniz Baxşəliyev isə təndirxanada elektrik cihazlarının təmiri ilə məşğul olan şəxs olmuşdur. 28 yanvar 2020-ci il tarixdə “Meh” kafesində baş vermiş hadisədə o, elə hiss etmişdir ki, kimsə onun başına qədəh ilə vurmuş, kimin onu vurduğunu isə görməmişdir. Onu vurandan sonra ayaqyoluna aparmışlar, səkkiz saat orada huşsuz vəziyyətdə qalmışdır. Bildirmişdir ki, o, sərxoş vəziyyətdə olsa da, Mahmudun onun sol gözünə yumruqla vurduğunu xatırlayır. Təqsirləndirilən şəxs onu pivə qədəhi ilə vurmamışdır. İbtidai istintaq düzgün aparılmayıb, ona xəsarət yetirən şəxsi müəyyən etmk üçün cinayət işini ibtidai istintaqa qaytarılmasını xahiş etdi, çünki Mahmud onu vurmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, istintaqda müstəntiq ona sillə vuraraq məcbur qaydada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pivə qədəhi ilə vurduğu barədə ifadəsində yazdırmışdır. Bu səbəbdən istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. O, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Meh” kafesini icarə əsasında işlədir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əvvəllcədən tanıyır. 28 yanvar 2020-ci il tarixdə saat təxminən 21 radələrində Əfqan daimi olaraq kafeyə gəlib getdiyi tanışı Şahid3 ilə birlikdə kafeyə gəlmiş, kafedə zalda masaların birində əyləşərək yeyib içməyə başlamışlar. Kafedə digər masalarda da müştərilər olmuşdur. Zəki sonradan kafedən getmişdir. Əfqan isə spirtli içkinin təsirində olduğundan masaya başını qoyaraq yatmışdır. O, mətbəxdə olarkən möhkəm səs eşitmiş və öyrənmişdir ki, Zərərçəkmiş şəxs ayaqyolunda yıxılmışdır. Bu zaman kafedəkilər ona təcili tibbi yardım göstərmiş, onun başına yod, pambıq qoymuşlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görməmişdir. X6 yıxıldığını bildikdən sonra ona kömək göstərmiş, aptekə gedərək yod və bint almış, Əfqanın başını sarımağa kömək etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, istintaqda müstəntiq ona fiziki təzyiq göstərmiş, onun başına yumruqla vuraraq ifadəni onun dediyi kimi, yəni Təqsirləndirilən şəxs pivə qədəhi ilə Zərərçəkmiş şəxs vurması barədə yazmağa məcbur etdirmişdir. Buna görə də istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. O, Səbail rayonu ərazisində yerləşən “Meh” adlı kafedə aşbaz-kababçı işləyir. Hadisə zamanı orada olmuş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Həmin gün, yəni 28 yanvar 2020-ci il tarixdə saat təxminən 21 radələrində Əfqan daimi olaraq kafeyə gəlib getdiyi tanışı Şahid3 ilə birlikdə kafeyə gəlmiş, kafedə zalda masaların birində əyləşərək yeyib içməyə başlamışlar. Onlar spirtli içki qəbul etmişdilər. Kafedə digər masalarda da müştərilər olmuşdur. Şahid3 sonradan kafedən getmişdir. Əfqan isə içkili olduğundan masada yatıb qaldığını görmüşdür. O, manqalın yanında kabab bişirən zaman kafenin sahibi Şahid1 onu çağıraraq demişdir ki, Əfqan ayaqyolunda yıxılmış, onun başına vurmağa yod lazımdır. O, pəncərədən yodu vermişdir. Sonradan yod qurtardığına görə kafedəkilər yenidən yod almağa getmişlər. Qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görməmiş və eşitməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid4 ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Belə ki, müstəntiq ona təzyiq göstərmiş və buna görə də o, məcburən müstəntiqin yazdığı ifadəyə qol çəkmişdir. Həmin ifadədə o göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pivə qədəhi lə vurduğunu eşitmişdir. O, Təqsirləndirilən şəxs Bayıl qəsəbəsindən müştəri kimi tanıyır, zərərçəkmiş şəxsi isə yaxından tanımır. O, hadisə vaxtı həmin kafedə işləyirdi, masalara nəzarət edirdi. Həmin gün, yəni 28 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yanında bir nəfər şəxslə birlikdə kafedə yemək yemiş və alkoqollu içki qəbul etmişdilər. O, namaz qılmağa evə getmiş, saat yarımdan sonra qayıtmışdır. Gələndə görmüşdür ki, Əfqan başını stola qoyaraq yatmışdır. Əfqan yuxudan durub ayağa qalxandan sonra kafenin içində bir-iki dəfə yıxılmış, həmin vaxtı kafedə ofisiant işləyən Şahid5 onu ayaqyoluna aparmışdır. Şahid5 qayıtdıqdan bir dəqiqə keçməmişdir ki, möhkəm səs gəlmişdi. Kafedəkilər dərhal ayaqyoluna getmişlər və görmüşlər ki, Zərərçəkmiş şəxs ayaqyolunda yıxılmışdır, başından qan axır. Qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görməmişdir. X7 kömək etmiş, dörd-beş dəfə aptekə yod almağa getmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Müstəntiq ona təzyiq göstərmiş, bu səbəbdən o, müstəntiqin yazdığı ifadəyə qol çəkmişdir. Həmin ifadədə o göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pivə qədəhi ilə vurub xəsarət yetirməsinin birbaşa şahidi olmuşdur. Dörd-beş ildir ki, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Meh” kafesində ofisiant işləyir. Həmin kafeni Şahid1 icarə əsasında işlədir. Şahid2 kafedə kababçı işləyir. Şahid4 isə hadisə baş verdiyi zamanlarda onunla birlikdə kafedə ofisiant kimi işləmişdir. Hadisə zamanı orada olmuş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Əfqan daimi olaraq kafeyə gəlib gedirdi, 28 yanvar 2020-ci il tarixdə tanışı Şahid3 ilə birlikdə kafeyə gəlmiş, kafedə masaların birində əyləşərək yeyib içməyə başlamışlar. O, onlara qulluq etmişdir. Onlar spirtli içki qəbul etmişlər. Kafedə digər masalarda da müştərilər olmuşdur. Zəki sonradan kafedən getmişdir. Əfqan isə masaya başını qoyaraq yatmışdır. Əfqan spirtli içkinin təsirindən ayaqüstə dura bilmirdi, Əfqan ayaqyoluna getmək istəyəndə yıxılmış və o, Əfqanı qaldıraraq yenidən masaya oturmasına kömək etmişdir. O, Əfqanın ayaqyoluna getməsinə kömək etmişdir. Sonradan səs eşitmiş və ayaqyolunda Əfqanın yıxıldığını bilmişdir. Ayaqyoluna getdikdə Əfqanın böyrüüstə yıxıldığını görmüşdür. Kafedəkilər dərhal köməyə gəlmiş, yod ilə Əfqanın başını sarımışlar, daha sonra yod qurtardığından o, yenidən yod almağa getmiş, Əfqana tibbi yardım göstərmişlər. Saat 12 radələrində isə o, artıq evə getmişdir. Zərərçəkmiş şəxs ayaqyolunda özü tək olarkən yıxılmışdır. Əfqan spirtli içkinin təsirindən idarəetməsini itirmiş idi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, fərdi qaydada meyvə-tərəvəz, sonralar isə paltar satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs ilə Bayıl qəsəbəsində alver edərkən tanış olmuşdur. Onunla arada bir görüşüb, birlikdə spirtli içki içirlər. 28 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Meh” kafesində görüşmüşlər. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, 2019-cu ilin fevral ayının əvvəllərində Bayıl qəsəbəsində təndir evində işləyən Ziyafət adlı qadın əlindəki dəmir alətlə onun baş hissəsindən vurmuş, ona xəsarət yetirmişdir. Qolundan aldığı xəsarəti isə həmin qadının əli ilə yetirdiyini demişdir. Həmin qadının onu itələdiyini və yerə yıxdığını da demişdir. O, həmin hadisənin iştirakçısı və şahidi olmamışdır. Həmin gün o, Əfqan ilə birlikdə “Meh” kafesində masaların birində əyləşmiş, yemək yemiş və spirtli içki içmişlər. Saat təxminən 21 radələrində Zərərçəkmiş şəxs təndir evində Ziyafət adlı qadın tərəfindən döyülməsi zamanı polisdə yalançı şahidlik etmiş şəxs kafeyə gəlmişdir. O, zalda digər masada oturub pivə içmişdir. Sonradan Əfqandan eşitmişdir ki, onun adı Mahmuddur. Orada olan zaman Əfqanla həmin şəxsin arasında heç bir mübahisə və ya söz-söhbət olmamışdır. Saat təxminən 22 radələrində arvadı zəng vuraraq onu evə çağırmış, Əfqan isə hələ orada olacağını demişdir. O, Əfqanla sağollaşmış və evinə getmişdir. Həmin gündən sonrakı günün axşam saatlarında Zərərçəkmiş şəxs ona zəng vuraraq Sabunçu xəstəxanasında olduğunu, axşam o, kafedən gedəndən sonra zalda əyləşərək pivə içən, başından ciddi xəsarət aldığını, buna görə də xəstəxanada müalicə aldığını demişdir. Həmin gün xəstəxanaya, Əfqanın yanına getmişdir. Həqiqətən də baş hissəsindən xəsarət aldığını və xəstəxanada müalicə aldığını görmüşdür. Lakin Əfqan ona kimin tərəfindən xəsarət yetirildiyini dəqiq deməmişdir, çünki kimin vurduğunu görməmişdir. O, hər iki hadisənin şahidi olmamışdır. Əfqan onu arxadan pivə qədəhi ilə kimin vurduğunu ona dəqiq deməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid Məhkəmə-tibbi ekspertizasının Səbail rayon şöbəsinin tibbi eksperti Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 06 fevral 2020-ci il tarixdə tərəfindən müayinə edilmişdir. Məhkəmətibbi ekspertizasının xx.xx.2020-ci il tarixli ekspert rəyini müdafiə edir. Belə ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və sol gözün tor qişasının ödemi ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə başın təpə nahiyəsinə şüşə bakalla və sol göz nahiyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs ona deməsinə görə Eldəniz adlı şəxs onu şüşə qədəhlə vuraraq xəsarət yetirmişdir. Həmin xəsarətlərin yetirilmə xüsusiyyətlərinə və xarakterlərinə görə şəxsin özünün yıxılması nəticəsində əmələ gəlməsi mümkün deyildir. Dövlət ittihamçısının vəsatəti ilə xx.xx.2023-cü il tarixli məhkəmə iclasına dəvət olunmuş şahid Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Şahid7 ifadəsində göstərmişdir ki, tərəfindən təqsirləndirilən şəxs, zərərəçəkmiş şəxs və şahidlərə heç bir fiziki yaxud psixi təzyiq göstərilməmişdir. Şahidlərin məhkəmə istintaq zamanı fərqli ifadə verməsini onunla izah edir ki, təqsirləndirilən şəxslə zərərəçəkmiş şəxs barışdığından şahidlər məhkəmə istintaqı zamanı ifadələrini dəyişdirmişlər. Hadisə onun ittiham aktında yazdığı kimi olmuşdur. 28 yanvar 2020-ci ildə axşam saatlarında Zərərçəkmiş şəxs Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Meh” kafesində dostu Zəki ilə gələrək birlikdə yeyib içmişlər. Bu zaman 3 fevral 2019-cu ildə baş vermiş hadisə zamanı ona qarşı yalan ifadə verən Təqsirləndirilən şəxs kafeyə daxil olmuş, spirtli içki- pivə qəbul etmişdir. Sonra Zəkiyə evindən zəng gəlmiş və o getmişdir. Getdiyi zaman ona da getməyi təklif etsə də o, Əfqan orada qalmışdır. Bu zaman Əfqan Mahmuda iradını bildirmişdir ki, hadisədən 1 il müddət keçməsinə baxmayaraq onun yalançı şahidliyi ucbatından Ziyafət adlı qadın cəzasız qalmışdır. Bunu dedikdən sonra Mahmud Əfqana “indi də pivə bakalı ilə vurularsan bunu da sübut edə bilməzsən, yıxılmaq kimi sənədləşdirilər” demişdir. Beləliklə mübahisə yaranmış, Mahmud pivə qədəhi ilə Əfqanı vurmuş, Əfqan isə yerə yıxılmışdır. Bundan sonra kafenin işçiləri Fərəc ilə Xəyal Əfqanı ayaqyoluna aparmışlar. Elə səhnələşdirmişlər ki, guya o, sərxoş vəziyyətdə ayaqyolunda yıxılmışdır.Əfqan huşsuz vəziyyətdə orada qalmışdır. X8 “görüm necə yıxılmısan” demiş, bu zaman mübahisələri yaranmış, Mahmud yumruq ilə onun gözünə vurmuş və göz nahiyəsindən xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirir ki, hadisə zamanı onu Təqsirləndirilən şəxs pivə qədəhi ilə başından vurmuş, həmçinin səkkiz saat sonra göz nahiyəsinə yumruqla vuraraq ona gözündən xəsarət yetirmişdir. Ona görə də Təqsirləndirilən şəxs cəzalandırılmasını və ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir, hadisə zamanı onu Təqsirləndirilən şəxs pivə qədəhi ilə başından vurmuşdur. Hazırda isə fərqli ifadə verməsini onunla izah edir ki, müstəntiq məhkəmə iclasına dəvət olunmuş və hadisənin həqiqətən ittiham aktında qeyd edildiyi kimi baş verdiyini sübuta yetirmişdir. Ona görə də məhkəmə iclasında verdiyi ilkin ifadəsinin nəzərə alınmamasını, hazırki ifadəsinin əsas götürülməsini xahiş edir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 62 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və sol gözün tor qişasının ödemi ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə başın təpə nahiyəsinə şüşə bakalla və sol göz nahiyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli T 117/2020 nömrəli təkrar tibbiekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və sol gözün tor qişasının ödemi ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə başın təpə nahiyəsinə şüşə bakalla və sol göz nahiyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 06 aprel 2020-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 11 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 06 iyun 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. 01 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat cinayət hadisəsini törədən şəxsin müəyyən edilməsi üçün dayandırılmışdır. 30 sentyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 30 sentyabr 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. 24 fevral 2022-ci il tarixli qərarla Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. 28 iyun 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. 13 iyul 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi haqqında qərar ləğv edilmiş və icraat təzələnmişdir. 28 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. 17 mart 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi haqqında qərarı ləğv edilmiş və icraat təzələnmişdir. 08 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 08 iyun 2023-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, baş vermiş hadisəyə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə baş vermiş hadisənin səbəbləri, hadisənin dəqiq baş vermə yeri, şəraiti və mexanizmi, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında verdikləri ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürərkən yalnız təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmışdır. Belə ki, hazırki iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək qərəzli xuliqanlıq etməsi ittihamı verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin ilkin ifadəsi, həm də şahidlərin ifadələri ilə 28 yanvar 2020-ci il tarixdə baş vermiş hadisənin xuliqanlıq olmaması sübuta yetirilmişdir, Zərərçəkmiş şəxs öz ehtiyatsızlığı nəticəsində xəsarət almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 28 yanvar 2020-ci il tarixdə baş vermiş hadisədə cinayət hadisəsi mövcud olmamış, həmin tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Meh” kafesində olmuşlar. Zərərçəkmiş şəxs dostu Şahid3lə birlikdə yemək yemiş və spirtli içki qəbul etmişlər. Daha sonra Şahid3 zəng gəlmiş və o, kafedən çıxıb getmişdir. Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında olmuş, içkinin təsirindən özünün idarəetməsini tamamilə itirmiş və kafedə bir neçə dəfə yerə yıxılmışdır. Kafenin ofisiantı Şahid5 ona ayaqyoluna getməyə kömək etmişdir. Zərərçəkmiş şəxs ayaqyolunda tək olmuş və orada yıxılmışdır. Odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başından xəsarət yetirdiyini, həmçinin səkkiz saat sonra gözünə yumruqla zərbə vurduğunu məhkəmə iclasında heç kim təsdiq etməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bir neçə dəfə təqsirləndirilən şəxsin üzünə Mahmudun onu vurmadığını bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başına pivə qədəhi ilə, daha sonra onun gözünə yumruqla zərbə vurması halı mövcud olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs ilkin ifadəsində göstərmişdir ki, o, həqiqətən 28 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Meh” kafesində olmuş, dostu Zəki ilə birlikdə spirtli içki qəbul etmişlər. Ondan sonra orada mübahisə düşmüş və kiminsə onun başına pivə qədəhi ilə vurduğunu hiss etmiş, lakin kim olduğunu görməmişdir. Lakin həmin vaxtı kafedə olan Təqsirləndirilən şəxs onu gözündən yumruqla vurduğunu xatırlayır. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, onu Təqsirləndirilən şəxs vurmuşdur. Bundan sonra zərərçəkmiş şəxs təkrarən məhkəmə iclasında dindirilmiş və göstərmişdir ki, müstəntiq məhkəmə iclasına çağırılmış və Təqsirləndirilən şəxs onu vurduğunu sübuta yetirdiyinə görə ifadəsini dəyişmişdir. Bu səbəbdən o, müstəntiqə inanmış və hesab etmişdir ki, onu vuran şəxs Təqsirləndirilən şəxs olmuşdur. Qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı dindirilərkən ona Təqsirləndirilən şəxs xəsarət yetirdiyini özünün gördüyünü birbaşa göstərməmişdir, yalnız müstəntiqin dediyinə əsaslanmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs dəfələrlə bildirmişdir ki, onu Təqsirləndirilən şəxs vurmamış, hadisənin kimin tərəfindən törədilməsini müəyyən etmək üçün cinayət işini əlavə istintaq apaılması üçün qaytarılmasını tələb etmiş, müstəntiq məhkəmə iclasında dindiriləndən sonra heç bir sübut təqdim etmədən, yalnız müstəntiqin ifadəsonə əsaslanaraq Təqsirləndirilən şəxs onu vurduğunu göstərmişdir. Məhkəmə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi əlavə ifadəsini əsassız hesab edərək nəzərə almır, məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsini daha doğru, işin hallarına uyğun və həqiqətə uyğun hesab edir və qəbul edir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. Məhkəmə cinayət işi üzrə istintaq zamanı verilən ifadələri və iş materiallarında olan yuxarıda qeyd edilən sənədləri araşdıraraq hesab edir ki, məhkəmə iclasında həm təqsirləndirilən şəxs, həm zərərəçəkmiş şəxs və həm də şahidlər istintaq zamanı müstəntiqin fiziki və psixi təzyiqi altında ifadə verdiklərini, lakin sonradan, məhkəmə iclasında həmin ifadələrin həqiqəti əks etdirmədiyini bildirdiyindən, bu pozuntu sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına aldığından onların istintaq zamanı verdiyi ifadələr sübut növü baxımından əhəmiyyətsiz, hüquqi qüvvəsi olmayan hesab edilməlidir. Məhkəmə qeyd edir ki, hadisənin baş vermə mexanizmi və şəraiti ilə bağlı mövcud sübutların məcmusu baxımından təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ilkin ifadəsinin, həmçinin şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid3 və Şahid6 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini həqiqətə uyğun hesab edərək mötəbər sübut kimi qəbul edir. Şahidlərin ibtidai istintaq zamanı verdkləri ifadələri işin faktiki halları ilə uyğun gəlməyən ifadələr kimi qiymətləndirir və qəbul etmir. Ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin xx.xx.2020-ci il tarixdə başın təpə nahiyəsinə şüşə qədəhlə və sol göz nahiyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilməsi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş ekspert Şahid6 rəydə qeyd edilən xəsarətlərin yetirilmə xüsusiyyətlərinə, lokalizasiyalarına və xarakterlərinə görə şəxsin özünün yıxılması nəticəsində əmələ gəlməsinin mümkün olmadığını bildirmişdir. Lakin rəydə göstərilən xəsarətlərin yalnız vurulma nəticəsində əmələ gəlməsi zərərçkmiş şəxsin ilkin ifadəsi, şahidlərin ifadələri və işin digər sübutları ilə uyğun gəlmir və buna görə məhkəmə xx.xx.2020-ci il tarixli, 62 nömrəli məhkəmə tibbi ekspertizasının rəyini nəzərə almır. Məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ittihama qiymət verilməsinə kifayət etmir. Məhkəmə vurğulayır edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham yalnız təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslandığından, eləcə də təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət işinin qeyd olunan obyektiv halları təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. (CPM-126.6.). Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi olmadıqda; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onların həmin cinayətdə təqsirliliyini təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Əksinə olaraq təqsirləndirilən şəxslərin təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Beləliklə, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə yekun nəticəyə gəlir ki, baş vermiş hadisədə hər hansı cinayətin, eləcə də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə “cinayət hadisəsi olmadıqda” əsası ilə bəraət verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 426 (dörd yüz iyirmi altı) manat tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar