Məhkəmə qərarları › İş №1(009)-170/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-170/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-170/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Bakı şəhərində 29 iyun 2021-ci il tarixdə saat 12:00-da xx xxxxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Yasamal rayonu 13-cü Nərimanov döngəsi ev-1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən 1 korpus-15 ev-110 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə, xx xxxx 1989-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu ödənilmiş, ünvan 5 ünvanında pasport qeydiyyatında olan və ünvan 6 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Reçspublikası ƏN Penitenmiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Akif oğlu özgə əmlaklarını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Akif oğlu ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 06 fevral 2021-ci il tarixdə, saat 17:30 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 7 ünvanında yerləşən “Zara” geyim mağazasında Təqsirləndirilən şəxs2 saat 17:56 radələrində dükanın ikinci mərtəbəsində kişi gödəkçələri satılan hissədə Zərərçəkmiş şəxs1 satışa qoyulmuş gödəkçəni geyinib yoxlamaq məqsədi ilə əynindəki gödəkçəni çıxarıb saxlaması üçün verdiyi 09 yanvar 2014-cü il təvəllüdlü azyaşlı oğlu Ömərov Anarın qolunda tutaraq saxladığı və içərisində Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 180 manat dəyərində “X14” markalı pul kisəsini içində “xxxx” ASCnə aid, hesabında 370,49 manat pul olan məvacib kartı ilə birlikdə gödəkçənin cibindən gizli olaraq talamış, özü saat 18:37 radələrində Zərərçəkmiş şəxs2 Rafıkovnanm dükanın ikinci mərtəbəsində geyim paltarlarına baxdığı üçün piştaxtanın üstünə qoyduğu əl çantasında olan və içərisində hesabında 1012.50 manat məzənnəsində 45 000 rus rubl pul olan və Rusiya Federasiyasında fəaliyyət göstərən “SBERBANK”a aid iki ədəd sosial kartları, 721 manat nəqd pul olan 96 manat dəyərində “GUARD” markalı pul kisəsini gizli olaraq talamış və dükandan çıxdıqdan sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 gödəkçəsinin cibindən oğurladığı pul kisəsində olan “xxxx” ASC nə aid Zərərçəkmiş şəxs1 adına olan *0420 nömrəli kartın hesabında olan puldan elektron məlumat daşıyıcalından istifadə etməklə Bakı şəhəri Bülbül prospekti 25 nömrəli ünvanda yerləşən “Hamilton” mağazasında saat 18:37-dəqiqədə 23.97 manat, saat 18:40 dəqiqədə 98.73 manat ödəniş etmiş, onun zərərçəkmiş Zərərçəkmiş şəxs2nm çantasından oğurladığı pul kisəsində olan RF-də fəaliyyət göstərən “Sberbank”a aid sosial kartdan 112 manat məzənnəsində 5000 rubl pulu ödəniş etməklə çıxararaq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 302.70 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 929 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.5-ci maddələri ilə təqsirli bilmiş və həmin ittihamın mahiyyəti üzrə bildirmişdir ki, Qüdrətlə bir məhlədə böyümüşdür, lakin Təqsirləndirilən şəxs3 2 həftə əvvəl Yasamal rayonu “Təzə Pir” məscidinin qarşısında görüb tanış olmuşdur. Anarla onun arasında dostluq münasibətləri yaranmışdır. Qüdrət, o və Rəşad heç yerdə işləmədiklərinə görə xərcləmək üçün pulları olmamışdır. Pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişlər və 06.02.2021-ci il tarixdə üçü birlikdə oğurluq etmək məqsədi ilə “Zara” geyim mağazasına girmişlər. Mağazada olarkən azyaşlı uşağın əlində kişi gödəkçəsini saxladığını və həmin gödəkçənin cibində pul kisəsini görmüş və uşağın valideyinlərinin “başları qarışıq” olduğunu görüb gödəkçənin cibindən pul kisəsini oğurlamaq qərarına gəlmişdir və arxadan uşağa yaxınlaşıb gödəkçənin cibindən həmin pul kisəsini oğurlamışdır. Oğurladığı pul qabının içində 3 manat nəğd pul və sənədlər olmuşdur, pul qabını özünə götürmüş, sənədləri və banka aid kartları Qüdrətə vermişdir, Qüdrət də bank kartlarını Anara vermiş, lakin Zərərçəkmiş şəxs2 adlı şəxsə aid olan sənədləri Qüdrətdən götürüb “Fəvarələr” meydanında qadın ayaq yolunun yaxınlığındakı səkinin üstünə qoymuşdur. Bundan başqa Zərərçəkmiş şəxs1 aid olan sənədləri “Fəvarələr” meydanında Muzeyin yaxınlığında dayanacaqda olan səkinin üstünə qoyub. Oradan birlikdə “Sahil” metrostansiyasının yaxınlığına gedib orada olan “Hamilton” mağazasına girmişlər, mağazadan Anar övladı üçün 1 ədəd kukla oyuncaq almış və oyuncağın pulunu oğurladıqları pul qabının içərisində olan kartla ödəmişdir. Bundan sonra oradan çıxıb başqa marketə girib 70 manata “Visky” almışlar. Həmin viskinin də pulunu Anar oğurladıqları pul kartı ilə ödəyib. Oğurladıqları pul kartının kodunu bilmirmişlər ki, hesabında olan pulu çıxarsınlar. Sonuncu dəfə marketdən siqaret almaq istəyərkən kartın sahibi tərəfindən kartın bağlandığını, blok olunduğunu müəyyən etmişlər. 08.02.2021-ci il tarixdə 70 manata aldıqları “Visky”ni 30 manata satıb pulunu birlikdə xərcləmişlər. 08.02.2021-ci il tarixdə üçü yenə birlikdə görüşüb “Fəvarələ”» meydanında gəzmişlər, həmin vaxtı Qüdrət ona və Anara təklif etmiş ki, gedib kafedə otursunlar, birlikdə “Strazburq” adlı kafeyə gəlmişlər. Həmin vaxtı Anarla o kafenin qarşısında dayanıb Qüdrəti gözləyirmişlər. Qüdrət tək içəriyə daxil olub orada stolun üstündə çantanı görüb içərisindən pul qabını oğurlamışdır, lakin həmin pul qabında pul olmamışdır, yalnız bank kartları olduğunu Qüdrət onlara söyləmişdir. 09.02.2021-ci tarixdə isə yaşadıqları məhlədə olarkən Səbail RPİ-nin əməkdaşları yaxınlaşıb onu saxlayaraq Səbail RPİ-nin 9-cu PB-nə gətirmişlər. Oğurladığı pul qabının ciblərinin birində olan bir manata fikir verməmişdir. Qüdrət oğurladığı pul qabında 20 manat və sənədlərin olduğunu göstərmişdir, lakin orada 700 manat pulun olmasını Qüdrət onlara deməyib və göstərməyib, Qüdrətin oğurladığı pul qabında əlavə 700 manat pul olmasını və həmin məbləğdə pulu onlardan gizlin götürməsini polisə gətiriləndən sonra bilmişdir. Qüdrət və onun “Zara” geyim mağazasına girib orada oğurluq etmələri barədə Anarın əvvəlcədən məlumatı olmuşdur. Pul kisəsini oğurlamaqda məqsədi yalnız pul əldə etmək olmuşdur. Onlar həmin vaxtı dükana üçü birlikdə oğurluq məqsədi ilə girmişlər, lakin pul qablarını o və Qüdrət oğurlamışlar. Pulları olmadığından Qüdrət təklif etmiş ki, dükandan oğurluq etsinlər. Oğurluq edəcəklərini qabaqcadan birlikdə planlaşdırıbmışlar. Oğurladıqları pulları birlikdə xərcləmişlər. Oğurladıqları pul kisəsində olan bank kartlarından Anarın iki dəfə ödəniş vasitəsi kimi istifadə etdiyi yadındadır. Təqsirləndirilən şəxs2 son sözündə zərərçəkmiş şəxslərlə barışmasının, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinin, zərərçəkmiş şəxslərlərin şikayətçi olmamalarını, hazırki cinayəti ehtiyacdan törətdiyinin, əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının və cinayətin açılmasına kömək etməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.5-ci maddələriilə təqsirli bilmiş və həmin ittihamın mahiyyəti üzrə bildirmişdir ki, Rəşadla bir məhlədə böyümüşlər, lakin Təqsirləndirilən şəxs3la 2 həftə əvvəl Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Təzə Pir” məsçidinin qarşısında görüşüb tanış olmuşdur. Tanış olduqdan sonra Anarla aralarında dostluq münasibətləri yaranmışdır. Bundan sonra bilrikdə müxtəlif vaxtlarda görüşüb gəzmişlər. Narkotik maddə olan kokosdan istifadə etdiyi üçün bədənində olan ağrıları götürmək məqsədi ilə ara bir ailə üzvlərindən gizlin olaraq narkotik vasitə olan “kakos” kimi adını bildiyi heroindən müxtəlif üsullarla qəbul edirmiş, qəbul etdiyi narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən alırmış. 06.02.2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şah Hüseyn” məscdinin yaxınlığında Rəşad və Anarla görüşüb şəhərə gəzməyə birlikdə çıxmışlar. Birlikdə gəzərək Bakı şəhəri, Səbail rayonu “Fəvvarələr” meydanına gəlmişlər və həmin zaman onların üstlərində pulları yox imiş, ona görə də niyətləri birlikdə oğurluq edib pul əldə etmək olmuşdur. Birlikdə orada gəzdikdən sonra “Zara" geyim dükanına daxil olmuşlar. Mağazaya girməkdə məqsədləri oğurluq etmək imiş. Bu səbəbdən də mağazada olarkən o paltarlara baxırmış. Həmin vaxtı piştaxtanın üstündə sahibsiz qalan 1 ədəd qadın çantasının olduğunu görmüşdür. Bu zaman ətrafa baxdıqda çantanın yanında heç kəs yox imiş. Həmin çanta piştaxtanın üstünə aşmış vəziyyətdə imiş. O kənardan baxıdıqda çantanın içərisində pul qabının olduğunu görmüşdür. Bu zaman Anar da orada imiş və o da bunu görürmüş. Anar ona yaxınlaşaraq Rəşadın telefonda ona bayırda gözlədiyini demişdir. O Anara demiş ki, getsin, o da gəlir. Bu zaman o yuxarıda qeyd etdiyi çantadan pul qabını götürüb Anarın dalınca bayıra çıxmışdır. Mağazanın içərisində gedərkən çantanın içərisindən götürdüyü pul qabının içərisinə baxdıqda 720 manatı pul olduğunu görüb həmin pulu götürüb cibinə qoymuşdur. O, Rəşad və Anar dükandan küçəyə çıxıb MUM-a tərəf gedərkən yolda o mağazadan pul qabı oğurladığını yanında olan tanışlarına bildirmişdir. Rəşad da həmin vaxtı bildirmiş ki, o da mağazadan pul qabı oğurlayıbdır. Onlar Rəşadın oğlurladığı pul qabının içərisinə baxan zaman orada şəxsiyyət vəsiqəsi, avtomobilə aid texniki pasport, sürücülük vəsiqəsi və bir beçə ədəd bank kartları olduğunu görmüşlər. Rəşad və Anar ondan oğurladığı pul qabının içərisində nə qədər pulun olduğunu soruşduqda o. həmin vaxtı pul qabını açıb içərisində 20 manat pulun olduğunu onlara söyləmişdir, 700 mantı isə cibində olduğunu onlara deməmişdir. O pul qabını Anara vermiş, Anar sənədləri götürəndən sonra pul qabını ona qaytarmışdır, pul qabı onda qalmışdır ki, o da həmin pul qabını saxlanılanda polisə vermişdir. Bundan sonra bir yerdə “Sahil” metrostansiyasının yaxınlığına gedib orada olan “Hamilton” mağazasına girmişlər, Anar övladı üçün 1 ədəd kukla oyuncağını almaq istədiyini dedikdə onlar onunla razılaşmışlar, oğurladıqları pul qabının içərisində olan kartla Anarın uşağına aldığı oyuncağın pulunu ödəmişlər. Bundan sonra oradan çıxıb başqa marketə girib 70 manata spirtli içki olan “Visky”ni almışlar. Həmin viskinin də pulunu Anar oğurladıqları kartla ödəmişdir. Sonra sonuncu dəfə marketdən siqaret almaq istəyərkən kartın sahibi tərəfindən bağlandığını öyrənmişlər və oradan çıxıb onun yaşadığı məhləyə getmişlər, oradan da hərə öz evinə getmişdir. 08.01.2021 -ci il tarixdə 70 manata aldıqları “Visky”ni ucuz qiymətə satıb pulunu birlikdə xərcləmişlər. 09.02.2021-ci tarixdə yaşadıqları məhlədə qonşuluqda yaşayan uşaqlarla söhbət edərkən bir neçə nəfər şəxs onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib onları Səbail RPİ-nin 9-cu PB-nə aparmışlar. Oğurladığı pul qabının içərisində olan sənədləri Rəşada vermiş, pul qabı isə onda qalmışdır ki, onu da sonra təhqiqatçıya təqdim etmişdir. Onda olan məlumata görə Rəşad həmin sənədləri “Torqavı” adlanan yerdə qadın ayaq yolusunun yaxınlığına qoyub. 06.02.2021-ci il tarixdə “Zara” dükanına o, Anar və Rəşadla birlikdə daxil olmuşdur. Mağazada olan xanıma məxsus pul qabını o oğurlamış, Rəşad isə gödəkçədən pul qabını oğurlamışdır. Sonra isə o pul qabında 20 manatın və müxtəlif sənədlərin olduğunu tanışlarına göstərmiş, lakin oğurladığı pul qabının içərisində olan 700 manat pulu onlara göstərməmişdir. Pul qabının ciblərinin birində olmuş 1 manata fikir verməmişdir. Pul kisəsini oğurlamaqda məqsədləri yalnız pul əldə etmək olmuşdur. Heç bir yerdə işləmədiklərinə görə və ümimiyətlə üstlərində xərclik pulları olmadığı üçün əvvəlcədən mağazalara daxil olub fürsət yarandıqda oradan oğurluq edəcəklərini birlikdə planlaşdırıbmışlar. Onlar həmin mağazadan birlikdə oğurluq etmək haqqında əvvəlcədən öz aralarında razılaşsalar da mağazaya daxil olandan sonra bir birlərindən ayrılıqda oğurluq etmişlər. Sonuncu oğurluğu o etmişdir, lakin bunun nə qədər vaxt keçməsinə fikir verməmişdir. Təqsirləndirilən şəxs1 son sözündə zərərçəkmiş şəxslərlə barışmasının, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərlərin şikayətçi olmamalarını, hazırki cinayəti ehtiyacdan törətdiyinin, əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının və cinayətin açılmasına kömək etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş Azərbaycan respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.5-ci maddələridə qismən təqsirli bilmiş və həmin ittihamın mahiyyəti üzrə bildirmişdir ki, hadisədən iki həftə öncə Bakı şəhəri, Yasamal rayonu “Təzə Pir” məscidinin qarşısında Rəşad və Qüdrət adlı şəxslərlə tanış olmuşdur. Onlarla aralarında dostluq münasibətləri yaranmışdır. Onlar bilrikdə müxtəlif vaxtlarda görüşüb gəzirmişlər. Qüdrət və Rəşadla tanış olduqdan sonra 06.02.2021-ci il tarixdə saat 15:00 radələrində “Şah Hüseyn” məscidinin yaxınlığında Qüdrət və Rəşadla görüşüb şəhərə gəzməyə çıxmışlar, birlikdə “Fəvarələr” meydanına gəlmişlər, yolda gələn zaman pulları olmadığına görə oğurluq etmək qərarına gəlmişlər. Belə olmuş ki, “Fəvarələr” meydanında oğurluq etmək məqsədi ilə üçü birlikdə “Zara” geyim dükanına daxil olmuşlar. Mağazada olarkən hərəsi ayrılıqda üst geyim paltarlarına baxırmışlar. Qüdrətin masanın üzərində olan sumkadan oğurluq etmək üçün həmin sumkaya diqqətlə baxmasını görmüşdür. O, ətrafa baxdıqda Rəşadı dükanın içərisində görməyib ona zəng etmiş və Rəşad telefonda ona bayırda olduğunu bildirdiyi üçün Qüdrətə yaxınlaşıb ona “gəl çıxaq bayıra” demişdir, Qüdrət ona cavab vermiş ki, mallara baxıb gəlir, əgər sən istəyirsəndə get gəlirəm. Ona görə də o Rəşadın dalınca bayıra çıxmışdır. Rəşadla bayırda olan zaman Qüdrətdə mağazadan çıxıb onlarla birlikdə küçə ilə MUM-a tərəf getmişlər. Qüdrət onlara demiş ki, o, həmin dükandan pul qabı oğlurlayıb. Rəşad da həmin vaxtı bildirmiş ki, o da həmin dükandan pul qabı oğurlayıb. Qüdrətdən oğurladığı pul qabının içərisində nə qədər pulun olduğunu soruşduqda o, pul qabını açıb içərisində 20 manat pulun olduğunu söyləyib həmin məbləği götürüb pul qabını ona vermişdir. Bundan sonra Rəşad da oğurladığı pul qabını çıxardıb baxıb içərisindəki bank kartlarının və sənədlərinin olduğunu söyləmişdir. Bundan sonra onlar birlikdə “Sahil” metrostansiyasınm yaxınlığına getmişlər və orada “Hamilton” mağazasına girmişlər və o övladı üçün 1 ədəd kukla oyuncaq almaq istəmişdir, bu zaman üstündə pulu olmadığı üçün Rəşada dedikdə o, mağazadan oğurladığı pul qabında olan kartı ona vermişdir. O da oğurluq həmin pul kartı ilə uşağına aldığı kuklanın pulunu ödəmişdir. Bundan sonra oradan çıxıb başqa marketə girib 70 manata “Visky” içkisi almaq üçün öz aralarında olan razılaşma əsasında həmin pul kartı ilə viskinin pulunu ödəmişdir. Bundan sonra sonuncu dəfə marketdən siqaret almaq istəyərkən kartın sahibi tərəfindən blok olduğunu öyrənmişlər və oradan çıxıb Qüdrətin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsindəki yerləşən məhləyə getmişlər. Yolda gedən zaman həmin pul kartının bloklandığım bildikləri üçün onu xatırlamadığı ünvanda, yerdə kənara tullamışdır. 08.02.2021-ci il tarixdə 70 manata aldıqları “Visky”ni ucuz qiymətə satıb pulunu birlikdə xərcləmişlər. Bundan başqa 08.02.2021-ci il tarixdə üçü yenə birlikdə “Fəvarələr” meydanmda gəzərkən Qüdrət ona və Rəşada təklif etmiş ki, gedib kafedə otursunlar. Birlikdə “Strazburq” adlı kafenin qarşısına gəlmişlər, Rəşadla o kafenin qarşısında dayanıb Qüdrəti gözləmişlər, Qüdrət təkcə kafeyə daxil olub orada stolun üstündə çantanı görüb içərisindən pul qabını oğurlamışdır. Lakin həmin pul qabında pul olmadığı, yalnız bank kartları olduğunu Qüdrət onlara söyləmişdir. 09.02.2021-ci tarixdə onları polis əməkdaşları saxlayıb Səbail RPİ-nin 9-cu PB-nə gətirmişlər. 06.02.2021-ci il tarixdə oğurluq etmək məqsədi ilə “Zara” dükanına o, Rəşad və Qüdrətlə birlikdə daxil olmuşlar. Onlar üçü əvvəlcədən oğurluq etmək üçün öz aralarında razılaşıbmışlar. O mağazada konkret olaraq oğurluq etməsə də Rəşadla Qüdrətin oğurladığı çəkilişlərdə olmuşdur. İlk ifadələrində Rəşad və Qüdrətlə birlikdə Zara dükanında olmağını desədə onlarla birlikdə əvvəlcədən həmin Zara dükanından oğurluq etmək barədə razılaşmadıqlarını bildiribmiş, lakin həmin oğurluq hadisəsi Zara dükanında çəkilişdə olduğundan və qanunla yalan ifadə verməyə görə məhkəmədə əlavə olaraq daha ciddi cəza ilə nəticələnəcəyindən qorxaraq indiki ifadəsində düzgün olaraq dostları Rəşad və Qüdrətlə birlikdə Zara dükanından oğurluq etməyi barədə əvvəlcədən razılaşmaqlarını bildirir. Rəşad Orxana məxsus pul kisəsindən götürdüyü kartları və sair sənədləri Qala qapısının yanındakı parkda səkinin yanında olan daşın üstünə qoyub ki, sahibi tapıb götürsün. O və Rəşad bunu hadisə vaxtı deyil, polisdə olanda bilmişlər ki, Qüdrətin oğurladığı pul kisəsində 20 manat və sənədlərdən başqa 700 manat pul olmuşdur və həmin 700 manatı onlardan gizlətmişdir. Onlara həmin puldan çatmayıb və onlar üçün xərcləməmişdir. Həmin kartlardan 2 dəfə ödəniş vasitəsi kimi istifadə etdiyi yadında qalmışdır. Həmin aldığı əşyalara görə oğurlanmış kartlardan ödəniş vasitəsi kimi kassada olan elektron aparata yaxınlaşdırmaqla ödənişi icra etmişdir, konkter olaraq nə qədər məbləğdə ödəniş etməsini bilmir. Təqsirləndirilən şəxs3 son sözündə zərərçəkmiş şəxslərlə barışmasının, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinin, zərərçəkmiş şəxslərlərin şikayətçi olmamalarını, himayəsində bir azyaşlı uşağının olmasının, kartın oğurluq olmasını bilməməsinin, əməlindən səmimi peşman olmasının, təqsirini qismən boynuna almasının və cinayətin açılmasına kömək etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci il tarixdə, saat 17 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs2 Rafıkovna və iki az yaşlı övladları - X10 və X7 ilə birlikdə Bakı şəhəri Səbail rayonunda yerələşən “Tarqovı” adlanan yerə gəzməyə gəlib, oradan isə Nigar Rəfıbəyli küçəsində olan “Zara” geyim dükanına alış-veriş etmək məqsədi ilə daxil olmuşlar. Həmin dükanın birinci mərtəbəsinə bir neçə dəqiqənin içərisində baxıb eskalatorla ikinci mərtəbəyə qalxmışlar. Bundan sonra o özünə məxsus olan qara rəngli gödəkçəsini əynindən çıxarıb 2014-cü il təvəllüdlü oğlu Anara saxlamağa veribmiş. Asılqandan yeni bir gödəkçəni götürüb əyninə geyinib baxmışdır, sonra yeni geyindiyi gödəkçəni əynindən çıxarıb yerinə asaraq dükanın içərisində gəzib paltarlara baxmağa davam etmişdir. Həyat yoldaşı Elmira xanım isə həmin dükanda olan paltarlara baxıb əlindəki qara rəngli çantasını orada quraşdırılmış paltar piştaxtasının üzərinə qoyub özünə gödəkçə seçməyə başlamışdır. Bir neçə dəqiqə keçdikdən sonra həyat yoldaşı Elmira xanım ona müraciət edib özünə məxsus olan əl çantasına kənar şəxsin müdaxilə etməsini bildirib oradan pul kisəsinin oğurlanmasını müəyyən etdiyi barədə ona məlumat vermişdir. O Elmiraya bir daha özünə məxsus əl çantasının içərisinə və piştaxtanın üzərinə baxmasını xahiş etmiş və həyat yoldaşı Elmira bir daha özünə məxsus olan əl çantasına və ətrafa baxdıqdan sonra əmənliklə çantanın içərisində olan pul kisəsinin oğurlandığını ona demişdir. Bundan sonra o özünə məxsus olan gödəkçəni əlinə alıb ciblərini yoxladıqda bir qədər öncədən gödəkçənin cibinə qoyduğu pul kisəsinin oğurlandığını aşkar etmişdir. Ona məxsus olan pul kisəsinin içərisində özünə məxsus olan 1 ədəd şəxsiyyət vəsiqəsi, 2 ədəd sürücülük vəsiqələri, özünə məxsus olan “Audi” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki şahadətnaməsi, “xxxx” tərəfindən verilmiş maaş kartı və 4 ədəd müxtəlif marketlər tərəfindən verilmiş bonus kartları, bir manat nəğd pul vəsaiti olmuşdur. Həyat yoldaşı Elmira Musayevanın pul kisəsinin içərisində 1 ədəd Rusiya Federasiyasında alınmış sürücülük vəsiqəsi, 2 ədəd Rusiya Federasiyasında fəaliyyət göstərən “Sberbank”a aid sosial kartlar, 1 ədəd “Rabitə” bank tərəfindən verilmiş debit kartı, 1 ədəd Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 6 ədəd müxtəlif marketlər tərəfindən verilmiş bonus kartları və 721 manat nəgd pul vəsaiti olmuşdur. Oğurluq hadisəsini aşkar etdikdən sonra həmin dükanın mühafizəçini oraya dəvət edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş və dükanın mühafizə xidmətinin əməkdaşı təhlükəsizlik kamerasına baxıb ona məlumat verib bildirmiş ki, ona məxsus gödəkçəmin cibinə və həyat yoldaşının əl çantasının içərisinə ayrı-ayrı şəxslər müdaxilə edib oradan pul kisələrini gizli şəkildə oğurlamışdırlar. Bundan sonra dükanın mühafizə xidmətinin əməkdaşı Səbail rayon Polis İdarəsinin 9-cu PB-nə gedib baş vermiş oğurluq hadisəsi barədə məlumat verib ərizə ilə müraciət etmələrini məsləhət görmüşlər. Onlar həmin dükanda olarkən həyat yoldaşı Elmira xanımın mobil telefon aparatına mesaj daxil olaraq ona məxsus “Sberbank” kartdan 81 manat pulun çıxarılması barədə məlumat daxil olmuş və sonra saat 18:37-də ona məxsus olan mobil telefon aparatıma mesaj daxil olaraq özünə məxsus “xxxx” kartdan ilk dəfə 23 manat 97 qəpik, sonra isə saat 18:40 isə 98 manat 73 qəpik pulun çıxarılması barədə məlumat daxil olmuşdur. Bu məlumatları aldıqdan sonra o və həyat yoldaşı kartlarını bağlatdırıb polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Həyat yoldaşı Elmira xanımın pul kisəsinin içərisində 721 manat nəgd pul vəsaiti olmuşdur. 9-cu PB-də ərizə və izahat yazarkən həyacanlı olduğu üçün pulun qədərini düzgün göstərməmişdir. Oğurlanmış “Calvin Clein” markalı pul kisəsini 180 manata 2020-ci ilin iyul ayının axırında “Park Bülvar” ticarət mərkəzindən alıbmış. Baş vermiş oğurluq nəticəsində pul kəsəsinin içərisində olan maaş və digər kartların oğurlanması nəticəsində ona hər hansı bir maddi ziyan dəyməmişdir. Sadəcə “xxxx” maaş kartından ümumilikdə 122 manat 70 qəpik çıxarılmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 302 manat 70 qəpik maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclasında ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Raflkovna bildirmişdir ki, 06 fevral 2021-ci il tarixdə, saat 17 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1 və iki azyaşlı övladları - X10 və X7 ilə birlikdə Bakı şəhəri Səbail rayonunda yerələşən “Tarqovı” adlanan yerə gəzməyə gəlib oradan da Nigar Rəfıbəyli küçəsində yerləşən “Zara” geyim dükanına alış-veriş etmək məqsədi ilə daxil olmuşlar. Həmin dükanın birinci mərtəbəsinə bir neçə dəqiqə baxıb eskalatorla ikinci mərtəbəyə qalxmışlar. Bundan sonra həyat yoldaşı Orxan özünə məxsus olan qara rəngli gödəkçəsini əynindən çıxarıb 2014-cü il təvəllüdlü oğlu Anara saxlamaq üçün vermiş və asılqandan yeni bir gödəkçəni götürüb əyninə geyinib baxırmış, yeni geyindiyi gödəkçəni əynindən çıxarıb yerinə asaraq dükanın içərisində gəzib paltarlara baxmağa davam etmişdir. O isə həmin dükanda olan paltarlara baxıb əlindəki qara rəngli çantasını orada quraşdırılmış paltar piştaxtasının üzərinə qoyub özünə gödəkçə seçməyə başlamışdır. Bir neçə dəqiqə keçdikdən sonra o həyat yoldaşı Orxana müraciət edib özünə məxsus olan əl çantasına kənar şəxsin müdaxilə etməsini bildirib oradan pul kisəsinin oğurlanmasını müəyyən etdiyi barədə məlumat vermişdir. Orxan ona bir daha özünə məxsus əl çantasının içərisinə və piştaxtanın üzərinə baxmasını xahiş etmişdir. O bir daha özünə məxsus olan əl çantasına və ətrafa baxdıqdan sonra əminliklə çantasının içərisində olmuş pul kisəsinin oğurlandığını bildirmişdir. Bundan sonra Orxan özünə məxsus olan gödəkçəsini əlinə alıb çiblərini yoxladıqda bir qədər öncədən gödəkçəsinin cibinə qoyduğu pul kisəsinin oğurlandığını aşkar etmişdir. Orxana məxsus olan pul kisəsinin içərisində özünə məxsus olan 1 ədəd şəxsiyyət vəsiqəsi, 2 ədəd sürücülük vəsiqələri, özünə məxsus olan “Audi” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki şahadətnaməsi, “xxxx” tərəfindən verilmiş maaş kartı və 4 ədəd müxtəlif marketlər tərəfindən verilmiş bonus kartları olmuşdur. Onda olan məlumata əsasən Orxanın pul kəsəsində bir manat nəğd pul vəsaiti olmuşdur. Onun pul kisəsinin içərisində 1 ədəd Rusiya Federasiyası tərəfindən verilmiş sürücülük vəsiqəsi, 2 ədəd Rusiya Federasiyasında fəaliyyət göstərən “Sberbank”ın sosial kartları, 1 ədəd “Rabitəbank” tərəfindən verilmiş debit kartı, 1 ədəd Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 6 ədəd müxtəlif marketlər tərəfindən verilmiş bonus kartları və 721 manat nəgd pul vəsaiti olmuşdur. Oğurluq hadisəsini aşkar etdikdən sonra həmin dükanın mühafizəçini oraya dəvət edib baş vermiş oğurluq hadisəsi barədə Orxan məlumat vermiş və mühafizə xidmətinin əməkdaşı təhlükəsizlik kamerasına baxıb ona məlumat verib bildirmiş ki, Orxana məxsus gödəkçəsinin cibinə və ona məxsus əl çantasının içərisinə ayrı-ayrı şəxslər müdaxilə edib oradan pul kisələrini gizli şəkildə oğurlamışdırlar. Bundan sonra dükanın mühafizə xidmətinin əməkdaşı Səbail rayon Polis İdarəsinin 9-cu PB-nə gedib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş və onlara ərizə ilə polisə müraciət etmələrini məsləhət görmüşdür. Onlar həmin dükanda olarkən ona məxsus mobil telefon aparatına mesaj daxil olaraq “Sberbank” bankının kartdan 81 manat pulun çıxarılması barədə məlumat daxil olmuşdur. Bundan sonra saat 18:37-də Orxana məxsus olan mobil telefon aparatına mesaj daxil olaraq özünə məxsus «xxxx» kartdan ilk dəfə 23 manat 97 qəpik, sonra isə saat 18:40 isə 98 manat 73 qəpik pulun çıxarılması barədə məlumat daxil olmuşdur. Bu məlumatları aldıqdan sonra o və həyat yoldaşı kartlarını bağlatdırıb polis bölməsinə gedib ərizə ilə müraciət etmişlər. Ona məxsus pul kisəsinin içərisində 721 manat nəgd pul olmuşdur. Faktla əlaqədar Səbail RPİnin 9-cu Polis bölməsində ərizə və izahat yazarkən Orxan həyacanlı olduğu üçün oğurlanmış pulun qədərini düzgün göstərməmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 898 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 Raflkovna ibtidai istintaq zamanı və məhkəmə iclasında ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. İş materiallarında olan, iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü və hadisə yerinin dəqiqliyini müəyyən etmək məqsədi ilə ifadəsi yerində yoxlanılmış və o Bakı şəhəri Səbail rayonu Nigar Rəfıbəyli küçəsi-43B ünvanında yerləşən “Zara” geyim mağazasını göstərib mağazanın içərisinə girərək eskalatorla 2-ci mərtəbəyə qalxdıqlarını və 2-ci mərtəbədə, satışa qoyulmuş paltarlar sərgilənən piştaxtanı göstərib 06 fevral 2021ci il tarixdə, saat 18:30 radələrində həmin piştaxtanın üstünə atılmış, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus çantadan pul kisəsini oğurladığı yeri əyani olaraq göstərdi. Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanmasının fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan, iş üzrə Təqsirləndirilən şəxs3 ifadəsinin düzgünlüyünü və hadisə yerinin dəqiqliyini müəyyən etmək məqsədi ilə ifadəsi yerində yoxlanılmış və o Bakı şəhəri Səbail rayonu Nigar Rəfıbəyli küçəsi-43B ünvanında yerləşən “Zara” geyim mağazasını göstərib 06 fevral 2021-ci il tarixdə, saat 17:50 radələrində mağazanın içərisinə girərək eskalatorla 2-ci mərtəbəyə qalxdıqlarını və 2-ci mərtəbədə paltarlara baxdıqlarını, onun oradan hər hansı oğurluq etmədiyini, mağazadan çıxarkən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mağazadan ayrılıqda pul kisələri oğurladıqları yeri əyani olaraq göstərdi. Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanmasının fotoşəkilləri çəkilmişdir. İş üzrə hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, hadisə yeri olan “Zara” geyim mağazası Bakı şəhəri Səbail rayonu Nigar Rəfıbəyli küçəsi-43B ünvanında, “Fəvarələr” parkının yaxınlığında yerləşir, mağazanın binası iki mərtəbəlidir, binanın ikinci mərtəbəsinə eskalatorla qalxıb düşülür, oğurluq hadisəsinin baş verdiyi kişi və qadın gödəkçələrinin satışı şöbəsi binanın ikinci mərtəbəsində yerləşir. İş üzrə cinayət hadisəsini törətməkdə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 təqdim etdiyi və 06 fevral 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Nigar Rəfıbəyli küçəsi-43B ünvanında yerləşən “Zara” geyim mağazasında müştəri qismində olan Zərərçəkmiş şəxs2 Rafıkovnanm çantasından oğurladığını bildirdiyi 01 ədəd “GUARD” markalı pul kisəsi ondan götürülmüş və fotoşəkilləri çəkilmişdir. İş üzrə cinayət hadisəsini törətməkdə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2 təqdim etdiyi və 06 fevral 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Nigar Rəfıbəyli küçəsi-43B ünvanında yerləşən «Zara» geyim mağazasında müştəri qismində olan Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin cibindən oğurladığını bildirdiyi 01 ədəd “CK” markalı pul kisəsi ondan götürülmüş və fotoşəkilləri çəkilmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 götürülmüş “GUARD” markalı pul kisəsi zərərçəkmiş Zərərçəkmiş şəxs2 Rafıkovnaya tanınmaq üçün təqdim edilmiş və o həmin pul kisəsini tanıyaraq 06 fevral 2021-ci il tarixdə ondan oğurlanmış pul kisəsi olduğunu və ondan uzun müddət istifadə etdiyindən əlamətlərinə görə tanıdığını bildirdi. Məhkəmə iclasında oğurluq hadisəsinin video görüntüləri əks olunmuş disklərə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, birinci faylda “Zara” geyim mağazasının asılqanlarda paltarlar asılmış olan yeri görünür, həmin yerdə müxtəlif müştərilər asılqanlarda və piştaxtalarda olan geyim paltarlarına baxırlar. Sarı rəngli “dublyonka”lı, “çeçenka” papaqlı və qara maska geyinmiş, göy rəngli cins parçadan şalvar geyimində olan Təqsirləndirilən şəxs1, qara rəngli yarımgödəkçədə, “kepka”lı, göy rəngli cins şalvar və maska geyinmiş Təqsirləndirilən şəxs2 və “çeçenka” papaq, qara rəngli maska, qara rəngli gödəkçədə, göy rəngli cins şalvarda olan hündürboylu Təqsirləndirilən şəxs3 dükanda olan paltarlara baxır və dükanda olan müştəriləri müşahidə edirlər. İkinci faylda “Zara” geyim mağazasının qadın geyimləri və maketlər olan hissəsi, dükanın çıxışı görüntülənir. Həmin vaxt Təqsirləndirilən şəxs1 dükanın çıxışına doğru gedir, gedərkən əlində tutduğu pul qabından nəsə çıxarıb cibinə qoyması və sonra da çıxışa doğru hərəkəti davam etdirməsi görünür, çıxışın qarşısında 2 nəfər kişi dayanıb. Üçüncü faylda təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2, Q.N. Sultanovun və A.Ə.Abasovun digər müştərilərlə birlikdə dükanı gəzmələri, paltarlara baxmaları və müştəriləri müşahidə etmələri görüntülənir. Dördüncü faylda Təqsirləndirilən şəxs1 məktəbli çantaları, geyim paltarları olan piştaxtaya yaxınlaşaraq əvvəlcə orada olan mallara baxması, sonra piştaxtanın üstündəki məktəbli çantasını götürüb baxması, sonra məktəbli çantasını sol əlində dik tutaraq guya çantaya baxırmış kimi görsənərək həmin piştaxtanın üzərində yanı üstə atılmış tünd rəngli qadın çantasının açıq vəziyyətdə olan ağzından sağ əlini salaraq çantanı qaldırmadan içərisində olan pul qabını sağ əli ilə götürməsi, pul qabını götürüb qurtarana qədər sol əlində dik vəziyyətdə tutduğu məktəbli çantasını sipər kimi tutması və pul qabını götürəndən sonra məktəbli çantasını da yerinə qoyub oradan uzaqlaşması görüntülənir. Beşinci faylda Təqsirləndirilən şəxs3 “çeçenka” papağını çıxarmış halda Təqsirləndirilən şəxs1la birlikdə paltarlar olan hissədə gəzərək paltarlara baxmaları, müştəriləri müşahidə etmələri, Təqsirləndirilən şəxs3 sağ əli ilə sol biləyini tutub guya ağrıyırmış kimi göstərərək sonra da bir yerdə oradan uzaqlaşmaları görüntülənir. Altıncı faylda “Zara” geyim mağazasının giriş hissəsi, ilk olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, onlardan sonra isə Təqsirləndirilən şəxs2 dükana girib sola tərəf dönmələri görüntülənir. Yeddinci faylda zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dükanın gödəkçələr olan hissəsində dayanaraq Zərərçəkmiş şəxs1 götürdüyü gədəkçəni əyninə geyinib baxması, onların yanlarında isə azyaşlı uşağın Zərərçəkmiş şəxs1 əynindən çıxardığı gödəkçəsini əlində tutmaqla o tərəf, bu tərəfə çevirməsi, az sonra Zərərçəkmiş şəxs1 uşağın əlindən gödəkçəsini alıb səliqə ilə qatlayıb təzədən uşağın qolunun arasına verməsi, ətrafda naməlum müştərilərin gəzərək paltarlara baxmaları görüntülənir. Ekranda göstərilən saat 17:56:19-da qolunda atasının gödəkçəsini tutub o tərəf, bu tərəfə çevirməklə dükanın çıxışına doğru güzgünün qarşısında dayanması, saat 17:56:24-də uşağın çıxışa doğru getməsi və həmin vaxt arxadan gələn Təqsirləndirilən şəxs2 arxadan gəlib əyilərək uşağın sağ qolunda tutub irəli getdiyi vaxt sağ əli ilə uşağın qolundak tutub apardığı gödəkçənin cibindən nəyisə götürüb uşağın arxasınca getməsi, sonra Təqsirləndirilən şəxs2 eskalatora minib aşağı düşməsi görüntülənir. Həmin vaxt uşağın valideyinləri olan zərərçəkmişlər görünmür. Səkkizinci faylda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 dükanın giriş qapısından içəri girmələri və içəridən sola, gödəkçələr satılan tərəfə getmələri görüntülənir. Doqquzuncu faylda Təqsirləndirilən şəxs3 Sahil metrostansiyasının yaxınlığında olan “Hamilton” dükanında kassada “Zara” dükanından oğurladığı kartla ödəniş etməsi, dükandan ağ rəngli “mişka” oyuncağı alıb selofan torbaya qoyaraq Təqsirləndirilən şəxs1la dükandan çıxmaları görüntülənir. On birinci fayldakı görüntülər «Zara» geyim paltarları dükanının giriş-çıxışını göstərir, müştərilər dükana girir və çıxırlar. Təqsirləndirilən şəxs3 dükandan çıxması görüntülənir. On ikinci faylda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əllərində oyuncaq “mişka” olmaqla hansısa hədiyyələr dükanına girmələri və satıcı ilə birlikdə piştaxtadan qutuda nəsə götürüb getmələri görüntülənir. Məhkəməyədək və məhkəmə istintaqı zamanı CD-R diskindəki görüntülərə keçirilmiş baxışla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üçü birlikdə “Zara” geyim paltarları dükanına girir və hər biri ayrılıqda dükanda olan müştəriləri müşahidə edirlər, onların dükandan nəsə almaları görüntülənmir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 Rafıkovnaya məxsus çantadan pul kisəsini Təqsirləndirilən şəxs1 gizli olaraq oğurlayır, zərərçəkmiş Zərərçəkmiş şəxs1 gödəkçəsinin cibindən isə pul kisəsini Təqsirləndirilən şəxs2 oğurlayır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 pul kisəsinin oğurlanma vaxtı saat 17:56:24-dür, belə ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs2 çantasından pul kisəsini götürüb dükandan çıxarkən pul kisəsindən pulun bir hissəsini götürüb dublyonkasmın cibinə qoyanda ekranda saat 18:37:30 göstərir, ona görə də zərərçəkmiş Zərərçəkmiş şəxs2 pul kisəsinin çantasından oğurlanma vaxtı saat 18:37:30 hesab edilməlidir və oğurluqlar arasındakı zaman fərqi 41 dəqiqədir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 istifadəsində olan və ***-***-**-** mobil nömrəsi ilə işlətdiyi “Samsung Duas” markalı mobil telefonun “Mesajlar” bölümünə keçirilmiş baxış protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 baxış keçirməzdən əvvəl bildirmiş ki, oğurluq hadisəsindən əvvəl ona məxsus məvacib kartında təxminən 400 manat pul olmuşdur, kartda olan pulun dəqiq məbləğini bilmirmiş, kartdan pul çəkiləndən sonra istifadəsində olan mboil telefona göndərilmiş SMS məlumatlarında kartdan çıxarılan pulların və qalan pulun məbləği dəqiq göstərilmişdir. Mobil telefonun “Mesajlar” bölümündə 06.02.2021-ci il tarixdə, saat 18:37-də “xxxx”a aid *0420 kartından 23.97 manat ödəniş edilməsi və kartda qalıq pulun məbləğinin 346.52 manat olması, bu barədə 06.02.2021-ci ildə, saat 18:37:04-də kart sahibinə mesaj gəlməsi qeydləri olması görüntülənir. Balansın 346.52+Amount 23.97=370.49 manat, yəni oğurluqdan əvvəl balansın 370.49 manat olması müəyyən edilmişdir. İkinci mesajda 06.02.2021-ci il tarixdə, saat 18:40-da “xxxx”a aid *0420 kartından 98.73 manat ödəniş edilməsi və kartda qalıq pulun məbləğinin 247.79 manat olması, bu barədə 06.02.2021-ci ildə, saat 18:40:38-də kart sahibinə mesaj gəlməsi qeydləri görüntülənir. Balans 247.79+Amount 98.73=346.52 manat, yəni ilkin ödənişdən qalan 346.52 manatla bərabər olması müəyyən edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, oğurluq hadisəsindən əvvəl zərərçəkmiş Zərərçəkmiş şəxs1 adına olan “xxxx”a aid kart hesabında 370.49 manat pul olması müəyyən edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs1dan götürülmüş və zərərçəkmiş Zərərçəkmiş şəxs2 Rafıkovnaya məxsus 01 ədəd “GUARD” markalı pul kisəsi və Təqsirləndirilən şəxs2 götürülmüş və zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd «X18» markalı pul qabıları və oğurluq hadisəsi baş vermiş “Zara” geyim mağazasından götürülmüş görüntülərlə olan 01 ədəd disk maddi sübut hesab edilmiş və pul kisələrinin sahiblərinə qaytarılması nəzərə alınmaqla disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə internet saytından götürülmüş arayışdan görünür ki, oğurluq hadisəsi baş verdiyi 06.02.2021-ci il tarixdə 1 Rusiya Federasiyası rublunun Azərbaycan manatına məzənnəsi 0,0225 manat olmuşdur, belə olan halda zərərçəkmiş Zərərçəkmiş şəxs2 Rafıkovnanm “Sberbank”a aid kartının hesabında 1012,50 manat məzənnəsində 45 000 rubl pul olmuşdur ki, həmin kartdan 112 manat məzənnəsində 5000 rubl pul ödəniş vasitəsi kimi götürülmüşdür. İş materiallarında olan Elektron Məhkəmə Portalının çıxarışından və doğum haqqında şəhadətmdən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 07 yanvar 2014cü il təvəllüdlü X4 və 18.12.2018-ci il təvəllüdlü X8 adlı uşaqları var. İş materiallarında olan 11 fevral 2021-ci il tarixli tutma haqqında protokoldan və Səbail Rayon Məhəkəməsinin 12 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 11 fevral 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 11 fevral 2021-ci il tarixli tutma haqqında protokoldan və Səbail Rayon Məhəkəməsinin 12 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 11 fevral 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 11 fevral 2021-ci il tarixli tutma haqqında protokoldan və Səbail Rayon Məhəkəməsinin 12 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 11 fevral 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında ola DİN-nin BAŞ ƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Abbasov X6 Rayon Məhkəməsinin 12.04.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 132, 66.3-cü maddələri ilə təqsirləndirilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 200 manat cərimə cəzasına məhkum edilmişdir. 23.10.2012-ci il tarxində cəzasınn sonu ilə azad olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 23.12.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1,67, 68.2, 56.1.1-ci maddələri ilə təqsirləndirilərək 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 200 manat cərimə cəzasına məhkum edilmiş və 2 il müddətinə nəqliyyat vasitəsinin idarə etmə hüququndan məhrum edilmişdir. 22.10.2012-cil il tarixində cəriməni tam ödəmiş, 23.10.2012-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 31.03.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1, 221.2.2, 66, 67-ci maddələri ilə təqsirləndirilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 6 ay 22 gün müddətinə nəqliyyat vasitəsinin idarə etmək hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs3 cinayətlərin residivi müəyyən olunmur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.10-cu, 59.1.12-ci, 59.1.13cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində iki az yaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, təqsirini qismən boynuna almasını və cinayətin açılmasına kömək etməsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəza təyin edərkən həbsdə saxlanılmanın bir gününə azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesablanmaqla üzərində cəzanın saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın 29.03.2021-ci il tarixli, 883 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunmasını, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsini əsaslı hesab edir. İş materiallarında ola DİN-nin BAŞ ƏSİİ-dən verilmiş tələbnamədən və Quba Rayon Məkəməsinin 06 iyul 2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və 03 oktyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 66.5-ci maddələri ilə təqsirli bilinib 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 03 il 09 aya endirilmişdir. 06 fevral 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 isə hazırki cinayət hadisəsini 06 fevral 2021-ci il tarixində törətmişdir. Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2017-ci il tarixli hökmünə münasibətdə Təqsirləndirilən şəxs1 əməli residiv yaranmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması, həmin məhkumluq ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini iş üzrə ağırlaşdırıcı hal kimi nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla belə məhkəmə, Təqsirləndirilən şəxs1 oğlunun əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinin və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını və cinayətin açılmasına kömək etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 11 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın 29.03.2021-ci il tarixli, 887 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmasını, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsini əsaslı hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid olunmadan X3 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bununla belə məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinin və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, hazırki cinayət əməllərini ehtiyacdan törətdiyini, əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını və cinayətin açılmasına kömək etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 11 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın 01.03.2021-ci il tarixli, 608 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmasını, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərclərinin təqsirləndirilən şəxslərdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış iki ədəd pul kisəsinin zərərçəkmiş şəxslərə qaytarıldığı nəzərə alınmasını, iş üzrə maddi sübut 01 ədəd CD-R diskin cinayət işinin materiallarında saxlanılmasını həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 11 fevral 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 11 fevral 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. X9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 11 fevral 2021-ci il tarixdən 29 iyun 2021-ci il tarixədək, yəni 04 (dörd) ay 18 (on səkkiz) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) günü azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, ev 19, mənzil 18 tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhəri ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış iki ədəd pul kisəsinin zərərçəkmiş şəxslərə qaytarıldığı nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd CD-R diskin cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 40 (qırx) manat, Təqsirləndirilən şəxs2 40 (qırx) manat, Abbasov X5 20 (iyirmi) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat pul tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar