Məhkəmə qərarları › İş №1(009)-170/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-170/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-170/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri Kamandar Nəsibov və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Yasmal rayonu, M.Xiyabani küçəsi, ev 14A-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, ev 10Z-də yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd qara rəngli siqaretin kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,332 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxlayaraq daşımış, Səbail Rayon Polis İdarəsinin 8-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində 10Z ünvanda saxlanılıb, Səbail RPİ-nin 8-ci PB-nə gətirilərək, həmin tarixdə saat 20:50 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarın sol yan cibindən bir ədəd qara rəngli siqaretin kağızına bükülmüş təmiz çəkisi 0,332 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, etirafedici ifadələri, şahidlərin ifadələri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi ev 14A-də qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi ev lO Z-də yaşayır. Təxminən 2 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələri müxtəlif yerlərdən alır. 06 oktyabr 2022-ci il tarixdə Yasamal rayonu N.Nərimanov heykəlinin yaxınlığında sosisal şəbəkə vasitəsi ilə əlaqə saxladığı tanımadığı şəxslə 10 manata “kakos” adlanan narkotik vasitə heroin almışdır. Aldığı bir bükümü heroini əynində olan qara rəngli idman şalvarın sol yan cibində saxlamış ki, ağrıları olduqda istifadə etsin. 06 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 10 Z yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyimi deyib onu Səbail RPİ-nin 8-ci PB-nə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Səbail RPİ-nin 8-ci PB-nə getmişdir. Ona vəkillərini siyahısından müdafiəçi kimi X2 təqdim edilmişdir. O, Səyyarə Əliyevanın onun hüquqlarını müdafiə etməsini istəmiş və etiraz etməmişdir. Videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O, yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı 1 ədəd qara siqaretin kağızına bükülmüş bükümü çıxarıb polis işçilərinə təqdim etmiş və həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bükümün içərisindəkinin qəhvəyi rəngli heroinə bənzər kütlə olduğunu polis əməkdaşları aşkar etmişlər. Üzərinə şəxsi axtarış zamanı isə əlavə olarq qanunla qadağan olunmuş hər hansı bir əşya şakar olunmamışdır. Ondan narkotik vasitəni haradan əldə etməsi ilə bağlı polis əməkdaşları soruşduqda, o, həmin narkotik vasitəni həmin gün N.Nərimanov heykəlinin yaxınlığından zaklatkayla tanımadığı şəxsdən 10 manata aldığımı bildirmişdir. Bütün proseslər kameraya çəkilmişdir. Şəxsi axtarış barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuşdur, ucadan oxunmuşdur, o, da həmin protokola imza etmişdir. Həmçinin 1 ədəd qara rəngli kağıza bükülmüş büküm qablaşdırılmışdır və üzərinə o, müfadiəçi Səyyarə Əliyeva və polis əməkdaşları qablaşdırılmış zərfin üzərinə imza etmişlər. O, həmin narkotik vasitə olan heroinin həmin gün N.Nərimanov heykəlinin yaxınlığında zaklatkayla tanımadığı şəxsdэn 10 manata almışdır. Özü istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır və hazırda da olmur. Yalnız özü istifadə edir. O, heç kimə narkotik vasitə verməmişdir. O, heç kimlə birlikdə narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 oktyabr 2022-ci il tarixdə xidmət etdiyi Səbail RPİ-nin 8-ci PB-də olan zaman Bakı şəhəri, Yasmal rayonu, M.Xiyabani küçəsi ev 14A-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi ev lOZ-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumatla bağlı tədbir keçirilməsi barədə Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 bildirmişdir. Bu barədə bölmənin rəhbərliyinə məruzə edildikdən sonra həmin şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu. Elçin Zəzov küçəsi, “Çörək sexi” yaxınlığında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə həmin küçəyə gəlmişlər və məlumatda göstərilən əlamətlərə bənzər şəxsin həmin yerdə olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxsla birlikdə bir nəfər şəxsdə olduğunu görmüşlər. Onlara yaxınlaşıb saxlamışlar və özlərini təqdim edərək onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək adının Vüsal və Cavid olduqlarnı bildirmişlər. Onlara qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiklərinə görə saxlanıldığını bildirib onları Səbail RPİ-nin 8-ci PB-nə dəvət etmişlər. Vüsal və Cavid onlara etiraz etməyərək onlarla polis bölməsinə gəlmişlər. Onlar keçirtdikləri əməliyyat tədbiri barədə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra araşdırmanın aparılması növbətçi təhqiqatçısına həvalə edilmişdir. PB-də Cavid adlı şəxsin X5 olduğu məlum olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılacağını təhqiqatçı tərəfindən izah edərək ondan bu hərəkətə dair etirazının olub-olmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş edilmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan idman şalvarının sol yan cibindən bir ədəd qara rəngli siqaretin kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinə bənzər, qəhvəyi rəngli, spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin naroktik vasitə heroin olduğunu, özü şəxsi istifadə üçün həmin gün Yasamal rayonu, N.Nərimanov heykəlinin yaxınlığında internet vasitəsi ilə zaklatkayla tanımadığı şəxsdən 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmışdır lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir ədəd qara rəngli siqaretin kağızına bükülmüş büküm zərfə qablaşdırıldı, möhürləndi və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra X4 hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılacağını təhqiqatçı tərəfindən izah edərək ondan bu hərəkətə dair etirazının olub-olmamasını soruşulmuşdur. Cavid Şahbazov heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş edilmişdir. Cavid Şahbazov üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Daha sonra Cavid Şahbazovun üzərinə axtarış aparılmış lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum olunduğunu bilirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 oktyabr 2022-ci il tarixdə xidmət etdiyi Səbail RPİ-nin 8-ci PB-də olan zaman Bakı şəhəri, Yasmal rayonu, M.Xiyabani küçəsi ev 14A-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi ev lOZ-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumatla bağlı tədbir keçirilməsi barədə Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru X6 ona bildirmişdir. Bu barədə bölmənin rəhbərliyinə məruzə edildikdən sonra həmin şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Rasim Musayev və ondan ibarət əməliyyat qrupu təşkil edilmişdir. 06 oktyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Elçin Zəzov küçəsi, “Çörək sexi” yaxınlığında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə həmin küçəyə gəlmişlər və məlumatda göstərilən əlamətlərə bənzər şəxsin həmin yerdə olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxsla birlikdə bir nəfər şəxsdə olduğunu görmüşlər. Onlara yaxınlaşıb saxlamışlar və özlərini təqdim edərək onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək adının Vüsal və Cavid olduqlarnı bildirmişlər. Onlara qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiklərinə görə saxlanıldığını bildirib onları Səbail RPİ-nin 8-ci PB-nə dəvət etmişlər. Vüsal və Cavid onlara etiraz etməyərək onlarla polis bölməsinə gəlmişlər. Onlar keçirtdikləri əməliyyat tədbiri barədə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra araşdırmanın aparılması növbətçi təhqiqatçısına həvalə edilmişdir. PBdə Cavid adlı şəxsin X5 olduğu məlum olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılacağını təhqiqatçı tərəfindən izah edərək ondan bu hərəkətə dair etirazının olub-olmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş edilmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan idman şalvarının sol yan cibindən bir ədəd qara rəngli siqaretin kağızma bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroinə bənzər, qəhvəyi rəngli, spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin naroktik vasitə heroin olduğunu, özü şəxsi istifadə üçün həmin gün Yasamal rayonu, N.Nərimanov heykəlinin yaxınlığında internet vasitəsi ilə zaklatkayla tanımadığı şəxsdən 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmışdır lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir ədəd qara rəngli siqaretin kağızına bükülmüş büküm zərfə qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, onlara ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra X4 hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılacağını təhqiqatçı tərəfindən izah edərək ondan bu hərəkətə dair etirazının olub-olmamasını soruşulmuşdur. Cavid Şahbazov heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş edilmişdir. Cavid Şahbazov üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Daha sonra Cavid Şahbazovun üzərinə axtarış aparılmış lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş Məhkəmə-kimyəvi ekspertizasının 07 oktyabr 2022-ci il tarixli, 6/5757 nömrəli rəyindən görünür ki, bir ədəd kağız zərfdə 1 ədəd bükümdəki təmiz çəkisi -0,332 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələı”-in siyahısına (Siyahıl) daxildir. Rəyin qeyd hissəsindən və əlavə olunmuş aktdan görünür ki, təqiqata təqdim edilmiş narkotik vasitənin təmiz çəkisi 0,332 qramdır, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,282 qram qalıq qalmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli Respublika Narkoloji Mərkəzi X12 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021 – xx.xx.2021-ci il tarixdə qeyd olunan mərkəzdə könüllü surətdə stasionar müalicədə olmuşdur. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar edirələrək götürülmüşdür. “Şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində şübhəli şəxs qismində tutulmuş, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərar”dan və “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Qərar Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 08 oktyabr 2022-ci il tarixdə, saat 15:50-də elan olunmuşdur. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 10 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə, 16:30 radələrində tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərar”dan və “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbirinin nəzərə alınması haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır Qərar Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 09 dekabr 2022-ci il tarixdə, saat 10:40-da elan olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş məhkumluq haqqında arayışa əsasən Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Səbail Rayon Məhkəməsinin 7(009)-3/2022 saylı 05 yanvar 2022-ci il tarixli qərarına əsasən, məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci tarixli amnistiya qərarı tətbiq edilmiş və cəzasının çəkilməmiş 01 il 01 ay hissəsi 01 il azaldılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli, 1(007)-205/2023 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökmdən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 24 oktyabr 2022-ci il tarixdə saat 03:20-də şübhəli şəxs qismində tutulmuş, 25 oktyabr 2022ci il tarixdə saat 16:25-də şəxs barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmiş, 05 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, 11 yanvar 2023-cü il tarixdə, saat 22:00 dəqiqədə tutulmuş, 13 yanvar 2023-cü il tarixdə saat 11:00-da barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqında etiraf edici ifadələri, şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli, 1(007)-205/2023 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Bu səbəbdən, məhkəmə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli, 1(007)-205/2023 saylı hökmü ilə təyin edilmiş müəyyən müddətdə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməsini məqəsəduyğun hesab edir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022ci il tarixədək, 24 oktyabr 2022-ci il tarixdən 25 oktyabr 2022ci il tarixədək, 07 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022ci il tarixədək, 11 yanvar 2023-cü il tarixdən 13 yanvar 2023-cü il tarixədək tutulduğu 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs barəsinə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsini, barəsində “həbs” qətimkan tədbirinin seçilməsini və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli, 1(007)-205/2023 saylı hökmü ilə ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasının nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini və cəzçəkmə müddətinin əvvəlinin 11 may 2023-cü il tarixindən hesablanmasını əsaslı hesab edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2022-ci il tarixli 7504 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 92 (doxsan iki) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan 0,282 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonrakı qalıq 0,282 qram heroinin məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 noyabr 2023-cü il tarixli, 1(007)-205/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022ci il tarixədək, 24 oktyabr 2022-ci il tarixdən 25 oktyabr 2022ci il tarixədək, 07 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022ci il tarixədək, 11 yanvar 2023-cü il tarixdən 13 yanvar 2023-cü il tarixədək tutulduğu 08 (səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsinə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2023-cü il tarixli, 1(007)-205/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzacəkmə müddətinin əvvəli 11 may 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,282 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri Kamandar Nəsibov və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 336 (üç yüz otuz altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar