Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-171/2020 24.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2020-ci il tarixdə saat 10:30-da xx xxxx 1980-ci ildə Qazı-Məmməd şəhərində, indiki Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Cabir Novruz küçəsində fərdi həyət evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs, “İnstagram” sosial şəbəkəsində tanış olduğu istintaqa məlum olmayan “Əliyev” adlı istifadəçinin bank hesabına “Milliön” ödəmə terminalı vasitəsilə 150 manat pul köçürdükdən sonra “Əliyev” adlı sosial şəbəkə istifadəçisinin ismarıcda göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, “N.Nərimanov” adına istirahət parkına 2020-ci ilin iyun ayının oratalarında gedərək həmin parkda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,280 qram ağ rəngli, kristal hissəciklərdən ibarət psixotrop maddəmetamfetamin əldə edib saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi 8 ünvanda olarkən Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən DİN-in BNMİ- nin inzibati binasına gətirilmiş və orada onun üstünə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,280 qram ağ rəngli, kristal hissəciklərdən ibarət psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Moskva şəhərində yaşadığı müddət ərzində o, narkotik vasitlərin istifadəsinə başlamış, mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Təxminən 6-7 gün bundan əvvəl o, “İnstaqram” sosial şəbəkəsində olan səhifəsindən xəbərləri və digər məlumatları nəzərdən keçirən zaman təsadüfən “Əliyev” adlı profilə rast gəlmiş və həmin profili işlədən şəxslə tanış olmuşdur. Həmin şəxslə yazışan zaman onun yazışdığı şəxs ona narkotik vasitələrin müxtəlif növlərindən tapa biləcəyini dediyi üçün o, həmin şəxslə danışıb onda “şüşə” adalanan psixotrop maddə metamfetaminin olub-olmadığı ilə maraqlanmış, həmin şəxslə razılaşdıqdan sonra Abşeron rayonu, Xırdalan-Binəqədi şossesi 8 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən 3 nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini Baş Narkotiklərlə Mübarzə İdarəsinin əməkdaşları kimi təqdim edib ona hüquq və vəzifələrini izah etdikdən sonra onu BNMİ-nə dəvət etmişlər. O, onlara etiraz etmədən onlarla birlikdə BNMİ-nə getmiş və orada o, müdafiəçi ilə təmin edildikdən sonra xidməti otaqlardan birində onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan qara rəngli şalvarının sağ cibindən içində metamfetamin olan 1 ədəd şəffaf sellofan kəsiyində bükümü, şalvarının sol yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Daha sonra onun üzərinə axtarış aparılsa da heç nə aşkar edilməmişdir. Polis əməkdaşları ondan bükülünün içindəkinin nə olduğu soruşuduqda o, bükümdəkinin “şüşə” adlanan psixotrop maddə olduğunu, maddəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxsdən 150 manata özü istifadəsi üçün aldığını demişdir. Daha sonra ondan aşkar olunmuş psixotrop maddənin çəkisinin 5 qram olduğu müəyyən edilmişdir Sonra büküm içi boş olan zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş, onun tərəfindən zərf imzalanmışdır. O, almış olduğu psixotrop maddəni istifadə etmək üçün heç kimə verməmiş və satmamışdır. Maddəni aldığı şəxsi görməyib və həmin şəxslə onun telefon əlaqəsi də yaratmamışdır. O, özünə məxsus “Fuad xx.xx.1980” adlı səhifəsini mobil telefonundan silmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspertiza rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə Baş İdarəyə Abşeron rayonu, Xırdalan şəhəri, Cabir Novruz küçəsində yerləşən nömrəsiz evdə yaşayan, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin cinayət başında ifşa edilməsi və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də DİN-nin BNMİ-nin rəisinə onun tərəfindən raportla məruzə edilmiş və bu barədə tərtib edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Baş İdarənin rəisi tərəfindən xx xxxx 2020-ci il tarixdə qərar təsdiq edilmişdir. Onun özündən, Baş Narkotikləlrə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Məmmədəliyev Rövşən Nəriman oğlundan və əməliyyat müvəkkili, polis kapitanı X2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmış və həmin günü qrup üzləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində əməliyyat mövqeyi müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 8 ünvanın yaxınlığında olan zaman zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, həmin şəxsə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduqlarını bildirib özlərini təqdim edib ondan şəxiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin həqiqətən Təqsirləndirilən şəxs olması müəyyən edildiyindən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi məşğul olması barədə onlarda məlumatın olmasını və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və onlarla birlikdə ünvan 7 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin BNMİ-nə getməli olduğunu izah edib Təqsirləndirilən şəxs avtomobillə həmin ünvanda yerləşən BNMİ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngdə içərisində kristal şəkilində olan maddəni, daha sonra isə sol cibindən şəxsiyyət vəsiqəsini və “Samsung” markalı mobil telefon aparatını təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş sellofan bükümün içərisində nə olduğu soruşulduqda o, bildirmişdir ki, sellofan bükümün içindəki psixotrop maddə şüşədir və özünə məxsusdur. Daha sonra şəxsi axtarış davam etdirilsə də Təqsirləndirilən şəxs üzərində heç nə aşkar edilməmişdir. Sellofon büküm tərəziyə qoyularaq çəkilmiş və bundan sonra büküm zərfə qoyularaq qablaşdırılmışdır. İştirakçılar həmin zərfə imza etmişlər. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni internet sosial şəbəkəsində özünün istifadəsində olan “instaqram” səhifəsində tanış olduğu tanımadığı “Əliyev” adında profildəki şəxsin hesabına, yəni kartına onlayn olaraq 150 manat pul köçürdükdən sonra psixotrop maddəni Nərimanov rayonunun ərazisində şüşəli mağazanın altında olan daşın altından həmin sellofan bükümü özünün istifadə etməsi üçün götürmüşdür. Əliyev adına şəxsin profili (səhifəsi) hazırda bağlıdır. Təqsirləndirilən şəxs bu günə qədər narkotik istifadə etmədiyini də demişdir. Bununla da şəxsi axtarış başa çatmış və şəxsi axtarışın nəticələri barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və iştirakçıların hamısı protokola imza etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 və ifadəsi elan olunmuş Məmmədəliyev Rövşən Nəriman oğlu ifadələrində şahid X1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişlər. Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə videokameradan istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdəki təmiz çəkisi 4,280 qram ağ rəngli kristal hissəciklərdən ibarət maddə psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunraq elan olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1200 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan” və s. qeydlər olan 01 ədəd bükümdəki təmiz çəkisi 4,280 qram ağ rəngli, kristal hissəciklərdən ibarət maddə psixotrop maddəmetamfetamindir. Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına daxildir. Ekspertiza tədqiqatı zamanı metamfetaminin təmiz çəkisi 4,280 qarm olmuş, tədqiqata 0,05 qram sərf edilmişdir və 4,230 qram qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 108 (yüz səkkiz) manat 46 (qırx altı) qəpik təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx xxxx 2020-ci il tarixli Səbail rayon prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və o, dərhal azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərarlardan görünür ki, “CD” diskin iş materiallarına əlavə olunmuş, tədqiqat üçün sərf olunduqdan sonra qalıq qalmış 4,230 qram psixotrop maddə metafetaminin saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında tələbnamədən və Hacıqabul rayon məhkəməsinin xx xxx 2007-ci il tarixli hökmündən görünür ki, Əhmədov X5 rayon məhkəməsinin xx xxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirili bilinib hər ay qazancından 15% məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. xx xxxx 2008-ci il tarixdə cəzasını çəkib qurtardığına görə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx xxxx 2020ci il tarixdə törətmişdir. Göründüyü kimi o, cəzasını çəkib qurtarmışdır və məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2011-ci il təvəllüdlü X3, xx xxx 2008-ci il təvəllüdlü X7 və xx xxxx 2013-cü il təvəllüdlü X4 var. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, himayəsində üç az yaşlı uşağın olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmənarkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1798 №-li rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 4,230 qram psixotrop maddə metafetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “CD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, Abşeron rayonu, Xırdalan şəhəri, Cabir Novruz küçəsində fərdi həyət evindəki yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə müvafiq İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 4,230 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 108 (yüz səkkiz) manat, 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat, Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 180 (yüz səksən) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-171/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-171/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver