Məhkəmə qərarları › İş №1(009)-171/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-171/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-171/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Nuriyev Cümşüd Qurban oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Nuriyev Cümşüd Qurban oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, məlumat üçün bildirir ki, o 06 noyabr 2020-ci il tarixdən Şamaxı Rayon İcra Makimiyyəti başçısı aparatının Ərazi idarə etmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Həmin tarixdən etibarən tutduğum vəzifəni layiqincə icra edir, ona göstərilən etimadı doğrultmaq yolunda Azərbaycan Respublikasına xidmət edir. Belə ki, Cümşüd Nuriyev müsahibə zamanı mənim rüşvət alaraq rayon ərazisində bələdiyyə sədri, RİH Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələrini təyin etdirdiyini, vətən müharibəsi qazilərinə divan tutduğunu, hədə qorxu ilə tələb etdiyini, dövlət büdcəsi tərəfindən Şamaxı rayonun abadlaşaması və inkişafı üçün ayrılmış pulları külli məbləğdə əlbir olaraq mənimsədiyini, İran və digər xarici ölkələrə xidmət edərək, onlarla iş birliyi edərək dövlətə xəyanət etdiyin qərəzli olaraq bildirmişdir. Onu da qeyd edir ki, Cümşüd Nuriyev müsahibələrində qeyd edir ki, güya o müəyyən şəxslərdən rüşvət alaraq onları bələdiyyə sədri vəzifələrinə təyin etmişdir. İlk öncə demək istəyir ki, mənim hər hansı vəzifəyə təyinat verəcək səlahiyyəti yoxdur. Hazırda tutduğu vəzifəyə təyin olunduğu vaxt respublika ərazisində keçirilmiş bələdiyyə seçkilərinə təsadüf etmir. Bələdiyyə seçkiləri keçirilən zaman o Şamaxı RİH-də hazırki vəzifədə işləmirdi. Cümşüd Nuriyevin haqqında dediklərinin böhtan və təhqir olması bu halla yanaşı şahid ifadələri və təqdim edəcəyi digər dəlillər ilə tam sübut olur. Cümşüd Nuriyev müsahibələrində qeyd etdiyi siyahıda göstərilən güya ona rüşvət vermiş şəxslər ifadə verərək bildirdilər ki, Cümşüd Nuriyevin onların adını rüşvət verməkdə hallandırmasından xəbərləri olmayıb, həmin şəxslər ifadələrində onlar barəsində deyilənləri rədd edərək həmin ifadələrin həqiqətə uyğun olmadığını bildirdilər. Belə ki, öz təklifi və razılığı ilə şahid kimi ifadə vermiş X8 göstərdi ki, 2021-ci ilin mart ayından Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olunub. Müxtəlif xəbər portallarında eləcə də daha sonrab “YouTube” video paylaşım və sosial media platformasında Cümşüd Nuriyevin çıxışlarının birində görmüşdür ki, Cümşüd Nuriyevin göstərərək təqdim etdiyi Şamaxı RİH-nin ərazi idarə etmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin müdiri X2 rüşvət verənlərin siyahısında onun da adı var. O dərhal bununla bağlı Mərdan Nəhmətova məlumat verərək Cümşüd Nuriyevin barəsində qanuni ciddi tədbir götriilməsi üçün aidiyyatı orqanlara müraciət olunması ilə bağlı xahiş etmişdir. Cümşüd Nuriyevin, Fadil Paşayev və digərlərinin Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Məmmədov, X4 və onun barəsində sosial şəbəkələrdə, “YouTube” video paylaşım və sosial media platformasında dedikləri və müxtəlif xəbər portallarında bu məsələ ilə bağlı eyni məzmunlu yayılmış xəbərlər qərəzlidir, qaralama kampaniyasıdır, tam əsassızdır, yalandır və böhtandır. Çünki həmin deyilənlər və eyni məzmunlu yayılan xəbərlərdə göstərilən halların heç biri olmayıb. Arif Feyzullayev bildirdi ki, o nəinki Mərdan Nəhmətova hətta heç bir şəxsə rüşvət kimi heç bir maddi imtiyaz verməmişdir. Öz təklifi və razılığı ilə şahid qismində protokollaşdırılmaqla sorğu sual ol ur. ar. X6, X20, X34 ' oğlu, X11, X5. X12, X21, X13, X3, X9, Mustafayev xamis Xanmusa oğlu, X10, X17, X15 və Mamedov Mehman ataş oğlu şahid X8 ilə eyni məzmunda ifadə verdi. Qeyd edir ki, Cümşüd Nuriyev tərəfindən böhtan edilərək ittiham olunduğucinayətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama külli miqdarda törədildikdə cinayəti törətmiş şəxs beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 182.2.1 -ci və 182.2.2-ci və 182.2.3-cli maddələrinə əsasən hədəqorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və zor tətbiq etmə ilə törədildikdə cinayəti törətmiş şəxs on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 311.3.1 -ci, 311.3.2-ci və 311.3.3-cü maddələrinə əsasən rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar törədildikdə və külli miqdarda törədildikdə cinayəti törətmiş şəxs səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin həmin məcəllənin 274-cü maddəsinə əsasən dövlətə xəyanət etmiş şəxs on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cümşüd Nuriyev YouTube kanallarında verdiyi müsahibələrində dəfələrlə qərəzli şəkildə, tam əsassız olaraq yuxarıda qeyd etdiyi ağır cinayətlərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovu, RİH-nin digər vəzifəli şəxslərini eləcə də məni ittiham edərək böhtan atmışdır və hərəkətləri hələ də dava etməkdədir. Bundan əlavə X28 Azərbaycan Respublikasının İrandakı səfirinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Mustafaya, Azərbaycan Respublikasının xaricdə və respublika ərazisində yaşayan vətəndaşlarına qarşı törətdiyi terror aktlarını göz ardı edərək dövlətimiz üçün real təhlükə olan İranı qorxulu deyil deyərək qiymətləndirir. Azərbaycan Respublikasının dövət qurumlarını, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovu, yuxarıda adlarını qeyd etdiyim Rİİİ- lərinin başçılarını, RİFİ-nin digər vəzifəli şəxslərini eləcə də mənim barəmdə şillə vuran, dəstə üzvü, divan tutan, yalançı, zülümkar, ucuz, oğurluq edən, Azərbaycan dövlətinin gördüyü işləri gözdən salan, abırsız, həyasız və s. kimi ifadələr işlədərək şərəf və ləyaqətimizi nalayiq formada qəsdən alçaltmışdır. X19 Qurban oğlu “YouTube” video paylaşım və sosial media platformasında “Reaksiya TV” adlı kanalda da Şamaxı, Ağsu, Qobustan. İsmayıllı və Kürdəmir Rayon İcra hakimiyyətinin başçıları barədə də həqiqətə uyğun olmayan təhqir və böhtan xarakterli ifadələr işlətmişdir. Nuriyev Cümşüd Qurban oğlu tərəfindən adı çəkilən yazılarında və verdiyi müsahibələrdə barəmdə aşağıdakı böhtan işlədilmişdir. Mətnlərin məzmunundan göründüyü kimi Nuriyev Cümşüd Qurban oğlu sosial şəbəkədə və YouTube kanallarında həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət, böhtan xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və məni ictimaiyyət qarşısında nüfuzdan salan müsahibə verərək, yalan məlumatları kütləvi informasiya vasitəsi olan sosial şəbəkələrdə yayaraq mənə ağır cinayətdə ittiham edərək böhtan atmış və eyni zamanda məni təhqir etmişdir. Nuriyev Cümşüd Qurban oğlunun tərəfindən qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olduğundan və onun bu qanuna zidd cinayət əməlləri hələ də davam etdiyi üçün tərəfimdən onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xüsusi İttiham qaydasında məhkəməyə müraciət etməyə məcbur oldum.Nuriyev Cümşüd Qurban oğlu mənə böhtan atmaqda, təhqir etməkdə şərəf, ləyaqət və işgüzar nüfuzumu ləkələməkdə və məni cinayətkar, həmçinin cəmiyyətə yararsız biri olaraq ictimaiyyətə tanıtmaqdadır. Göstərilənlərə əsasən “YouTube” video paylaşım və sosial media platformasında və sosial internet şəbəkələrində təhqir və böhtan xarakterli məlumatları yayaraq məni təhqir etdiyinə görə xx.xx.1955-ci ildə Ağsu rayonunda anadan olmuş, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxsiyyət vəsiqəsinin nömrəsi AA2977305, fin kod 11T59MK olan Nuriyev Cümşüd Qurban oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi və ən ağır cəza ilə cəzalandırılması barədə qərarçıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Nuriyev Cümşüd Qurban oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tahir oğlu məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Nuriyev Cümşüd Qurban oğlundan xüsusi ittiham qaydasında şikayət vermişlər. xx.xx.2023cü il tarixdə X29 Rayon İcra Hakimiyyəti və Şamaxı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mərdan Nəhmətov barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsi ilə səsləndirdiyi təhqir və ağır cinayətdə ittiham etməklə atdığı böhtanla bağlı “Reaksiya TV” Youtube kanalında canlı yayımda təkzib vermişdir. Odur ki, Cümşüd Nuriyevdən xüsusi ittiham qaydasında verdikləri şikayət ərizəsinə mahiyyəti üzrə baxılmadan ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tahir oğlu məhkəməyə ərizə ilə müraciət edərək şikayətdən imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Nuriyev Cümşüd Qurban oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3 və 302.1.8-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Nuriyev Cümşüd Qurban oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar