Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-171/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs X4 iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, AR vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1.904 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhər BPİ-nin X11 Mübarizə Şöbəsinin və Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 noyabr 2023-cü il tarixdə saat 18:50-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına aparılmış, orada həmin gün saat 20:20-dən etibarən şübhəli şəxs qismində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindəki 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1.904 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 özünü təqsirli bilərək, əməlindən peşman olduğunu və istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirərək, məhkəməyə ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs X10 istintaqa verdiyi ifadəsində özünü təqsirli bilərək, öz müdafiəsi üçün heç bir dəlil irəli sürmədən istintaq zamanı ifadələrində göstərmişdir ki, o, təxminən 1 ildən artıqdır ki, narkotik maddə olan heroindən (kokos) və psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə axşam saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində olan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün pulsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamin (şüşə) almışdır. O həmin bükümdəki maddənin bir qismini istifadə etdikdən sonra qalan hissəsini əynindəki şalvarının sağ yan cibinə qoyub gizlədərək istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 02 noyabr 2023-cü il tarixdə saat 18:50 radələrində o, cibindəki psixotrop maddə olan metamfetamin ilə birlikdə yaşadığı ünvan 2 ünvanının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitə istifadəçisi olduğundan şübhələndiklərini bildirib, onu Səbail RPİ 9-cu PB-nə dəvət etmişlər və birlikdə bölmənin inzibati binasına gəlmişdirlər. Orada üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə ediləcəyi və dövlət hesabına ona Cahangir Cavadov adlı vəkilin müdafiəçi təyin edildiyi barədə məlumat verilmişdir. O da heç bir etiraz etməmişdir. Polis idarəsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirmişlər. Baxış keçirilən zaman o özü əynindəki qara rəngli şalvarının sağ yan cibindən içində psixotrop maddə olan metamfetamin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı içində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü 30 oktyabr 2023-cü il tarixdə axşam saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində olan zaman üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün pulsuz aldığını və üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddə olan metamfetamin zərfdə qablaşdırılmış, zərfin üzərinə o da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 02 noyabr 2023-cü il tarixdə BBPİ-nin X11 Mübarizə Şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2la birlikdə, onlayn məkanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saat 18:50 radələrində ünvan 4 ünvanında saxlanılaraq 9-cu PB-nə gətirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs saxlanılması qanunla qadağan edilmiş olan maddə(lər) saxlamaqda özünü şübhəli aparmışdır. Bundan sonra polis bölməsinə vəkil X8 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun, vəkilin və digərlərinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən içində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmişdir. Aşkar olunmuş həmin bir ədəd büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən 01 ədəd bükümün içindən kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin psixotrop maddə metamfetaminə bənzər 01 ədəd kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in 166 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, X10 02 noyabr 2023-cü il tarixdə, saat 18:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, X10 əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffav sellofana bükülü halda, ağ rəngli maddəni təqdim edərək həmin maddənin “metamfetamin” kimi tanıdığı narkotik vasitə olduğunu, üzdən tanıdığı adını bilmədiyi şəxsdən pulsuz əldə etdiyini, sonuncu dəfə həmin vasitədən 2 gün əvvəl istifadə etdiyini və qalıq hissəsini üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükümlər 1 ədəd zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 166 saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmış və şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli 6/5882 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertiza üzrə, rəyindən görünür ki, tədqiqata əsasən tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №166” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar olunmuş..” sözləri və imzalar olan bir ədəd zərfin içərisində l(bir) ədəd bükümdə təmiz çəkisi 1.904 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı 1) daxildir. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktından görünür ki, AR DİN Səbail RPİ-nin 9-cu PB-si tərəfindən 1.904 qram qəhvəyi maddə qəbul edilmiş, 0.05 qram nümunə götürülmüş, 1.854 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, 230020559№ cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq davam etdirilmişdir. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs qızma üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellaofan bükümü çıxarıb təqdim edir. Sorğu zamanı 01 ədəd bükümün içindəkinin isə psixotrop maddə metafetamin olduğunu bildirir. Daha sonra həmin bükülü kağız zərfdə qablaşdırılır. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarından görünür ki, X10 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxs X4 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmiş, saxlanıldığı MSY-dən azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan 04 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, təqsirləndirilən şəxs X10 barəsində “başqa yerə getməmək haqqına iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli 8309 nömrəli Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı X10nda OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 03 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, X10 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 05 yanvar 2024-cü il tarixli Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin xx/xx-1413 nömrəli arayışından görünür ki, X10 xx.xx.2023-xx.xx.2023-cü il tarixdə mərkəzdə könüllü surətdə stasionar müalicədə olmuşdur. İş materiallarında olan 23 fevral 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsin üzərinə baxış və götürmə protokolu, diskə baxış protokolu, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5882 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 8309 №-li rəyləri. 01 ədəd disk və əldə olunmuş maddi sübut, sübut növü kimi qəbul edilmişdir. İş materiallarında olan 24 fevral 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X3 götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.854 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Səbail RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. İş materiallarında olan 24 fevral 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin əldə edildiyi mənbənin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və ********* saylı cinayət işindən müvafiq sənədlərin surətləri həmin cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə Elektron Sisteminin çıxarışından görünür ki, 15 yanvar 2013-cü il təvəllüdlü X9 anası X6r. Məhkəmə iclasında şəxsi axtarış və götürmə hərəkətlərinin əks olunduğu diskə baxış keçirilən zaman təqsirləndirilən şəxs X10 görüntüdə olan şəxsin özü olmasını təsdiq etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs X4 törətdiyi cinayət əməli onun özünün etirafı, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, X4 törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını əvvəllər məhkum olunmamasın və öhdəsində yetkinlik yaşına çatmayan övladın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X4 cəzasını ağırlaşdıran halları yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs X7 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə təqsirləndirilən şəxs X7 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X7 təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, X7 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq tutulduğu müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 02 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, X4 üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. X7 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 1.854 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 80 (səksən) manat məbləğində pul vəsaiti X3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 02 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli X4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən X4 üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X4 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya şöbəsinə həvalə edilsin. X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X10 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 1.854 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat məbləğində pul vəsaiti X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-171/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-171/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver