Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-172/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, əvvəllər məhkum olunmuş, subay, ali təhsilli, Sumqayıt şəhəri, Nizami küçəsi 19C,məhəllə 6-da qeydiyyatda olan, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 21, mənzil 18-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmişdir. Belə ki, o, Bakı şəhər Baş Səhiyyə İdarəsinin 04.12.2021-ci il tarixli 3999/2 saylı göndərişinə əsasən 33 saylı Şəhər Poliklinikasında müvəqqəti olaraq 3 aylıq müddətli müqavilə əsasında həkim psixiatr ştat vahidi üzrə fəaliyyət göstərərkən, öz qulluq mövqeyindən istifadə edib, ünvan 1 ünvanda yerləşən 33 saylı Şəhər Poliklinikasına həkim müayinəsinə gəlmiş X9 etibarından sui-istifadə edib, sonuncuya Səhiyyə Nazirliyinin 2 saylı X3 stasionar müalicəyə göndəriş verəcəyini və müalicəyə yerləşdirəcəyini yalandan vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə 05 yanvar 2021-ci il tarixdə, saat 11 radələrində, həmin poliklinikanın qarşısında 1000 manat və 07 yanvar 2021-ci il tarixdə, saat 12 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti 7 ünvanında yerləşən “Sahil” metrostansiyasının giriş hissəsinin qarşısında 500 manat pulunu alıb aldatma yolu ilə ələ keçirməklə, Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat maddi zərər vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.2.3 maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən 33 saylı Şəhər Poliklinikasında, həkimpsixiatr kimi sınaq müddətində işləmiş, lakin həmin poliklinikaya o, işə qəbul edilməmiş və hazırda heç bir yerdə işləmir. Həmin poliklinikada işlədiyi zaman 04 yanvar 2021-ci il tarixdə, qəbuluna poliklinikada ruhi-əsəb xəstəsi kimi qeydiyyatda olan X10 gəlmiş və müayinə edildikdən sonra, onun 2 saylı X2 stasionar müalicəyə getməsi üçün göndəriş verməsini ondan xahiş etmişdir. Müəyyən ödəniş müqabilində Zərərçəkmiş şəxs həmin xəstəxanaya göndərişlə yerləşdirə biləcəyini demişdir. Bundan sonra, 05 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edərək göndərişlə klinikaya yerləşdirməyi razılaşdırdığını, bunun üçün ilkin olaraq təcili 1000 manat pulu onun iş yerinə gətirməsini demişdir. Həmin günü saat 11:00 radələrində, Zərərçəkmiş şəxs əri Asif ilə birlikdə 33 saylı poliklinikanın qarşısına gəlmiş və 1000 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini ona verib getmişdir. 07 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs yenidən zəng edib, stasionar müalicəyə yerləşdirmək üçün əlavə 500 manat pul lazım olmasını, təcili həmin məbləği çatdırmasını bildirmiş və “Sahil” metrosunun qarşısında görüşməyi təklif etmişdi. 07 yanvar 2021-ci il tarixdə saat 12:00 radələrində “Sahil” metrosunun çıxışının qarşısında Zərərçəkmiş şəxs və əri Asiflə görüşmüş və 500 manat pul alıb getmişdir. Sonra o, 33 saylı Şəhər Poliklinikasına işə qəbul edilmədiyindən oraya işə çıxmamış, Zərərçəkmiş şəxs aldığı pulları özü üçün xərcləmişdi. Zərərçəkmiş şəxs 1500 manat ziyan vurmuşdu. Əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, onunla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, 10 ildən artıqdır ki, ruhi-əsəb xəstəliyindən mütəmadi olaraq evində həkim təyinatı üzrə ambulator müalicə alır. 2021-ci ilin yanvar ayının əvvəllərində o, növbəti müalicə kursunu almaq üçün poliklinikaya getdikdə Təqsirləndirilən şəxs adlı həkim psixiatrın qəbuluna düşüb müayinə olunmuş, söhbət zamanı həkim ona 2 saylı Ruhi-əsəb Klinikasında göndərişlə stasionar müalicəyə getməyi təklif etmiş, o, da razılaşmışdı. Ceyhun həkim ona həmin klinikada işlədiyini, tək göndərişi ilə onu klinikaya müalicəyə qəbul etməyəcəklərini, orada hər şey pulla olduğunu, hazırki koronavirus pandemiyası ilə əlaqədar həmin Klinika xəstə qəbul etmədiyini, buna görə onu yerləşdirmək üçün pul verilməli olduğunu demiş, o, da Ceyhun həkimin dediklərinə inanmışdır. 05 yanvar 2021-ci il tarixdə səhər saat 10:00 radələrində,Ceyhun həkim ona zəng edib, klinika ilə danışdığını,orada onu müalicəyə yerləşdirməyə görə sənədləşdirmə işlərini aparmaq üçün pulu gözlədiklərini və təcili olaraq 1000 manatı gətirməsini bildirmişdir. 05 yanvar 2021-ci tarixdə saat 11:00 radələrində əri Asiflə 1000 manat pulu 33 saylı poliklikanın qarşısında Ceyhun həkimə vermişdir. Bundan sonra, 07 yanvar 2021-ci il tarixdə səhər saat 10:00 radələrində Ceyhun həkim təkrarən ona zəng edib əlavə 500 manat lazım olmasını bildirmişdir. 07 yanvar 2021-ci il tarixdə, saat 12:00 radələrində “Sahil” metrosunun çıxışında Ceyhun həkimə əlavə 500 manatı vermişdir. Bir neçə gündən sonra Ceyhun həkim yenə ona zəng edib əlavə 500 manat istədikdə, o, pul verməkdən imtina etmiş, aldığı pula görə vəd etdiyi işi görməsini tələb etmişdir. 12 yanvar 2021-ci il tarixdə o, Ceyhun həkimin yanına gedib göndərişi istəmiş, həkim isə ondan yenə əlavə 500 manat pul istədikdə,o, Ceyhun həkimə göndərişi düzəlməyəcəyi halda verdiyi 1500 manat pulu geri tələb etmiş, növbəti günü o, Ceyhun həkimdən göndərişi və ya pulunu almaq üçün 33 saylı poliklinikaya getdikdə, həkim otağında olan Rima adlı tibb bacısı Ceyhun həkimin artıq orada işləməməsini, sonuncunun müvəqqəti həmin poliklinikaya işləmək üçün göndərildiyini öyrənmişdir. Ceyhun həkim tərəfindən aldadaraq 1500 manat pulunu ələ keçirməsi barədə poliasə şikayət ərizəsi vermişdir. Ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti yoxdur, barışmışlar. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində arvadı zərərçəkmiş şəxs X9 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Baş Səhiyyə İdarəsinin 33 saylı poliklinikasında, 2011-ci ildən psixiatr kabinetində tibb bacısı kimi işləyir. 2020-ci ilin dekabr ayında poliklinikanın vakant olan həkim psixiatr vəzifəsinə Səhiyyə Nazirliyinin göndərişi ilə Təqsirləndirilən şəxs sınaq müddətinə təyin edilmişdi. 2021-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs poliklinikadan işdən çıxdıqdan sonra, Zərərçəkmiş şəxs poliklinikaya gəlib ondan həkim Təqsirləndirilən şəxs soruşmuş, o, Təqsirləndirilən şəxs işdən çıxarılmasını bildirdikdə, Zərərçəkmiş şəxs 2 saylı Psixiatrik xəstəxanasına stasionar müalicəyə göndərişi üçün Təqsirləndirilən şəxs 1500 manat pulu verməsini demişdir. O, həkim Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1500 manat pulu nə vaxt, harada və hansı məqsədlə almasından xəbəri olmadığını, Təqsirləndirilən şəxs poliklinikada işlədiyi dövrdə başqa xəstələrdən də pul alıb-almamasından məlumatı olmadığını bildirmişdir. İş materiallarında olan iş üzrə zərərçəkmiş şəxs X10 ilə şahid Təqsirləndirilən şəxs üzləşdirmədə dindirərkən,zərərçəkmiş Zərərçəkmiş şəxs bir başa şahid Təqsirləndirilən şəxs üzlərinə qarşı həkim-psixiatr kimi işlədiyi poliklinada özünü müayinə edərkən 2 saylı Ruhi-əsəb Klinikasına göndəriş verməklə stasisionar müalicəyə yerləşdirəcəyinə vəd etməsini,həmin işi həll etmək adı ilə ilkin olaraq 05 yanvar 2021-ci il tarixdə,saat 11 radələrində,işlədiyi,33 saylı poliklinikanın qarşısında əri Şahid1 yanında 1000 manat pulunu almasını,sonra göndəriş məsələsini başa çatdırıb özünü Klinikaya stasionar müalicəyə yerləşdirməsini tam həll etməsi üçün əlavə olaraq 07 yanvar 2021-ci il tarixdə saat 12 radələrində,Bakı şəhəri,Səbail rayonu,Bül-bül prospektində, “Sahil”metrosunun çıxışında əri Şahid1 iştirakı ilə 500 manatı olmaqla,cəmi 1500 manat pulunu verməsini,Təqsirləndirilən şəxs bir neçə gündən zənglərinə cavab verməməsini, maraqlandıqda sonuncunun işdən çıxarıldığını və onun Klinikaya yerləşdirilməsi üçün heç bir iş görmədiyini demiş,Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları tam şəkildə təsdiq etmişdir. İş materiallarında olan iş üzrə Şahid1 ilə şahid Təqsirləndirilən şəxs üzləşdirmədə dindirərkən,Şahid1 bir başa şahid Təqsirləndirilən şəxs üzlərinə qarşı həkim-psixiatr kimi işlədiyi poliklinada arvadı Zərərçəkmiş şəxsm müayinə edərkən,arvadını 2 saylı Ruhi-əsəb Klinikasına göndəriş verməklə stasisionar müalicəyə yerləşdirəcəyinə vəd etməsini,həmin işi həll etmək adı ilə ilkin olaraq 05 yanvar 2021-ci il tarixdə,saat 11 radələrində,işlədiyi,33 saylı poliklinikanın qarşısında onun yanında Zərərçəkmiş şəxs 1000 manat pulunu almasını,sonra isə göndərişi və stasionar müalicəyə yerləşdirməsini tam həll etməsi üçün əlavə olaraq 07 yanvar 2021-ci il tarixdə saat 12 radələrində,Bakı şəhəri,Səbail rayonu,Bül-bül prospektində, “Sahil” metrosunun çıxışında onun yanında Zərərçəkmiş şəxs 500 manatı olmaqla,cəmi 1500 manat pulunu verilməsini, Təqsirləndirilən şəxs bir neçə gündən zənglərinə cavab verməməsini,maraqlandıqda sonuncunun işdən çıxarıldığını və vəd etdiyi Klinikaya yerləşdirilməsi məsələsini həlli üçün heç bir iş görmədiyini demiş,Təqsirləndirilən şəxs Şahid1 göstərdiyi xüsusatları tam şəkildə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 fevral 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1978ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs:
1. Sumqayıt Şəhər Məhkəməsinin 17 aprel 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il sınaq müddəti ilə şərti olaraq 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4,69.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 66.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 may 2017-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, CM 66.5 və 69.4-cü maddəsi ilə 3300 manat cərimə cəzası ilə azad olunmuşdur.
4. Nərimanov Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 69.3, 66.5-ci maddəsi ilə təqsirli bilinərək 04 il, 05 ay,28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-cı il tarixli qərarı ilə CM 69.4-cü maddəsi tətbiq edilməklə cəzası 3500 manat cərimə cəzası ilə əvəz edilrək azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qərarı ilə cərimə cəzası 01 il 06 ay işlah işləri 15% cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsinin 33 saylı şəhər poliklinikasından alınmış 12 fevral 2021-ci il tarixli, 40 saylı məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu,Lomonosov küçəsi,ev 13 “b” ünvanında yaşayan 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 2010-cu ildən Psixiatr kabinetində “İsterik tipli şəxsiyyət pozuntusu,tez-tez təkrarlanan davamlı dekompensasiyalarla” diaqnozu ilə dispanser qeydiyyatdadır, İl qrup əlildir. 33 Nə-li Şəhər Poliklinikasında həkim Psixiatr əzifəsində işləmiş,X11 2011-ci ildən, 24.10.2019-cu tarixə kimi müraciəti etmişdir. ünvan 4 ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən 04.12.2020-ci il tarixdə, 33 №-İi Şəhər Poliklinikasında vakant olan ştat vahidi Psixiatr vəzifəsinə müvəqqəti olaraq 3 aylıq müddətli müqavilə əsasında işlə təmin olunmaq üçün göndəriş verilmişdir. Təqsirləndirilən şəxs işlə təmin olunması poliklinikanın rəhbərliyi tərəfindən imtina edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs dəfələrlə poliklinikaya özbaşına daxil olmuş, özünü qeyri adekvat aparmış və bəzi xəstələrə poliklinikada işlədiyini bildirmiş,bu haqda poliklinikanın işçiləri tərəfindən ona ciddi irad bildirilmiş və bir daha poliklinikaya gəlməməsi tapşırılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 20 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 05 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan SN-nin 2 nömrəli X4 alınmış 16 aprel 2021-ci il tarixli,1/619 saylı məktubundan görünür ki,xx.xx.1962-c il təvəllüdlü X7 10 ildə stasionar müalicə üçün Bakı şəhəri, 2 nömrəli X5 müraciət etməyib. İş materiallarında olan “Kapital Bank“ ASC-nin 22.06.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X6 hesabına 375(üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü maddəsi ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş1500 manat məbləğində ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Günel Səmədova