Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-172/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Cəbrayıl rayonu, Maşanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-257/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 01 il 06 aya endirilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7(002)-980/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə xx.xx.2021-ci il tarixə cəzasının çəkilməmiş 09 ay 05 gün hissəsi 06 ay azaldılmış, Cəbrayıl rayonu, Maşanlı ə/d, Maşanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivi, ev 34, mənzil 117-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair dair cinayət işinə 23 noyabr 2022-ci il tarixdə saat 12.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ-ci siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,191 qram və 0,348 qram olmaqla, ümumi təmiz çəkisi 0,539 qram təşkil edən ağ rəngli kristal hissəciklərindən kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini və həmin qanunu İ-ci siyahısının 5-ci bəndində əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,199 qram və 0,057 qram olmaqla, ümumi təmiz çəkisi 0,256 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroini əldə edib əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlayaraq daşımış, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 may 2022-ci il tarixdə saat 04:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Seymur Məmmədov küçəsində yerləşən H.Əliyev adına parkda saxlanılıb, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gətirilərək, həmin tarixdə saat 06:40 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,191 qram və 0,348 qram olmaqla, ümumi təmiz çəkisi 0,539 qram təşkil edən ağ rəngli kristal hissəciklərindən kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,199 qram və 0,057 qram olmaqla, ümumi təmiz çəkisi 0,256 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman üzərində bir həb metadon olmuş, ittihamda qeyd edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamin isə onun üzərində olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, belə ki, həmin ifadəni təziq altında vermiş və imzalamışdır. Belə ki, 05 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmış və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparılmışdır. Bölmədə olarkən ona bildirilmişdir ki, üzərində narkotik maddə və psixotrop maddə olub. O isə cavabında olmadığını bildirmişdir. Daha sonra isə məcburiyyətdən onlarla razılaşmışdır. Belə ki, ona Badamdar qəsəbəsində baş vermiş oğurluq hadisəsinin onun tərəfindən törədildiyi, həmçinin 0,5 qram heroin onun üzərindən aşkar edilməsi ilə bağlı sənədləşmə işlərinin aparılacağını bildirmiş, həmçinin əlləri, ayaqları və gözləri skoçla bağlanmışdır. Buna görə də məcburiyyətdən həmin ifadəni vermişdir. Belə ki, üzərində olan bir həb metadon onun birinci məhkumluğu dönəmindən qalmış və evdə olmuş, həmin metadonu da məhz evdən götürmüşdür. Bədənində olan ağrılara görə metadondan istifadə etmək məqsədi ilə üzərində götürmüşdür. Həmçinin onun tərəfindən hər hansı bir karta 50 manat və ya digər məbləğdə ödəniş edilməmişdir. Saxlanılarkən ona hər hansı bir məlumat verilməmiş, 41-ci Polis Bölməsinə aparılmışdır. Bölmədə üzərinə baxış keçirilmiş daha sonra heroin və metamfetaminin üzərində olması barədə ifadə verəcəyi barədə razılıq alındıqdan sonra vəkil dəvət olunmuş və videoçəkiliş olmuşdur. Həmçinin narkotik vasitə və psixotrop maddələrdən mütəmadi istifadə etməmişdir. Narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. İbtidai istintaq zamanı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində fiziki zorakılığa məruz qalması nəticəsində ona qarşı irəli sürülmüş ittihamda əməli etiraf edərək özünü təqsirli bilmişdir. Özünü ona elan edilmiş ittihamda təqsirli bilmir və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahidlər dindirildikdən sonra təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, fiziki təzyiq Şahid2 tərəfindən ona qarşı edilmişdir. Səbail RPİ-nin 41-ci Polis Bölməsinin zirzəmisinə aparılmış və orada əlləri gözləri və ayaqları skoçla bağlanmışdır. Onu skoçla bağlayan şəxs məhkəmə iclasında ifadə verən şahidlər sırasında olmamışdır. Həmçinin bildirmişdir ki, təzyiqlərə məruz qalması barədə hər hansı bir orqana müraciəti olmamışdır. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 05 may 2022-ci il tarixdə xidmət etdiyi polis bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park” Yaşayış Kompleksində yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Seymur Məmmədov küçəsində yerləşən H.Əliyev adına parkın qarşısında qanunsuz olaraq narkotik vasitənin əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə o və Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru olmuş Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 05 may 2022-ci il tarixdə saat 04:50 radələrində Təqsirləndirilən şəxs həmin ünvanında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Seymur Məmmədov küçəsində yerləşən H.Əliyev adına parkın qarşısına xidməti maşınla gəlmişlər və məlumatda göstərilən əlamətlərə bənzər şəxsin həmin yerdə olduğunu görmüşlər. Onlar maşından düşərək ona yaxınlaşıb özlərini təqdim edərkən həmin şəxs qaçmağa başlamışdır. Daha sonra isə onlara tabe olmuşdur. Bundan sonra həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib onu Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək onlarla polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılacağını təhqiqatçı tərəfindən izah edərək ondan bu hərəkətə dair etirazının olub-olmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmaması bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş edilmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan qara rəngli gödəkçənin cibindən dörd ədəd bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda bükümlərin içərisində narkotik vasitə heroinə və metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin və metamfetamin olduğunu, oun şəxsi istifadə üçün Xırdalan şəhərində tanımadığı şəxsdən alıb üzərində gəzdirdiyini, bir hissəsini istifadə etdiyini, həmin şəxs barəsində hər hansi bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr bir zərfə qablaşdırıldı, möhürləndi və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, özlərini həmin şəxsə təqdim edərəkən aralarında məsafə 2-3 addım olmuşdur və həmin şəxs qaçmağa başlamış, təxminən 2-3 dəqiqə onun ardınca qaçmışlar. Təqsirləndirilən şəxs onlardan qaçarkən gözlə görülə biləcək məsafədə olmuşdur və sonrada onlara tabe olmuşdur. Həmçinin saxlanılarkən Təqsirləndirilən şəxs üzərinə kəsici və deşici əşyaların olması barədə suallar verilmiş, həmin şəxs isə üzərində kəsici və deşici əşyaların olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 05 may 2022-ci il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində sahə inspektoru vəzifəsində işləmişdir. Həmin tarixdə xidmət etdiyi polis bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park” Yaşayış Kompleksində yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Seymur Məmmədov küçəsində yerləşən H.Əliyev adına parkın qarşısında qanunsuz olaraq narkotik vasitənin əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə o və Səbail RPİ-nin 41-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 05 may 2022-ci il tarixdə saat 04:50 radələrində Təqsirləndirilən şəxs həmin ünvanında olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Seymur Məmmədov küçəsində yerləşən H.Əliyev adına parkın qarşısına gəlmişlər və məlumatda göstərilən əlamətlərə bənzər şəxsin həmin yerdə olduğunu görmüşlər. Onlar maşından enərək ona yaxınlaşıb özlərini təqdim edərkən həmin şəxs qaçmağa başlamışdır. Daha sonra isə onlara tabe olmuşdur. Bundan sonra həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib onu Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək onlarla polis bölməsinə gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılacağını təhqiqatçı tərəfindən izah edərək ondan bu hərəkətə dair etirazının olub-olmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş edilmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan qara rəngli gödəkçənin cibindən bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda bükümlərin içərisində narkotik vasitə heroinə və metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içəirsində heroin və metamfetamin olduğunu, şəxsi istifadə üçün Xırdalan şəhərində tanımadığı şəxsdən alıb üzərində gəzdirdiyini, bir hissəsini istifadə etdiyini, həmin şəxs barəsində hər hansi bir məlumatının olmadığını bildirmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, özlərini Təqsirləndirilən şəxs təqdim edərkən aralarında məsafə 2-3 addım olmuşdur və həmin şəxs qaçmağa başlamış, təxminən 3-4 dəqiqə onun ardınca qaçmışlar. Təqsirləndirilən şəxs onlardan qaçarkən gözlə görülə biləcək məsafədə olmuşdur və sonrada onlara tabe olmuşdur. Təqsirləndirilən şəxsin onun tərəfindən fiziki zorakılığa məruz qalması barədə göstərdikləri həqiqəti özündə əks etdirmir. Təqsirləndirilən şəxsin zirzəmidə təziqlərə məruz qalması barədə göstərdikləri yalandır. Belə ki, bölmənin zirzəmisini su basdığından ora bir neçə müddətdir ki, ümumiyyətlə istifadə olunmur. Həmçinin təqsirləndirilən şəxs zirzəmiyə düşərkən sağda yerləşən otaqda skoçla bağlanması barədə bildirdikləri həqiqəti əks etdirmir. Belə ki, həmin otaqda sənədlər saxlanılır, orada yerləşən seyfdə məxfi sənədlər saxlanmış və həmin seyfin açarı da məhz dəftərxanada olur. Ümumiyyətlə təqsirləndirilən şəxs zirzəmiyə aparılmamışdır. Bütün bölmələr eyni strukturda tikildiyindən və təqsirəndirilən şəxs əvvələr məhkum olunduğundan həmin inzibati binanın qurluşunu bilmiş ola bilər. Cinayət işində olan Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürülmə aparılmazdan öncə şübhəli şəxs olan Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü sürətdə verilməsi təklid edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf sellofana və ağ kağıza bükülmüş, içərisində şəffaf rəngli, spesifik iyə malik olan, narkotik maddəyə oxşar kütləni və bir ədəd gümüş falqaya bükülmüş, qəhvəyi rəngli,spesifik iyə malik olan narkotik maddəyə bənzər kütləni təqdim edir. Üzərindən aşkar edilmiş iki ədəd bükümün içərisində “Kakos” kimi tanıdığı narkotik maddə olduğunu, həmçinin iki ədəd bükümdə “Patı” kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddənin öz istifadəsi üçün internet yolu ilə adını bilmədiyi şəxsin kart hesabına 50 manat köçürməklə Xırdalan şəhəri ərazisində yerləşən plakatın yanından götürdüyünü və üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 239 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 05 may 2022-ci il tarixli 6/2588 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs....” sözləri olan zərfdəki ik ədəd iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,191 qr, 0,348 qr, ümumi təmiz çəkisi 0,539 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metemfatimindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,199 qr, 0,057 qr ümumi təmiz çəkisi 0,256 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci ili 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Həmçinin ekspert rəyinə əsasən heroinin ümumi çəkisi 0,256 qram, cəmi tətqiqata sərf edilmiş, 0,100 qram qalıq isə 0,156 qramdır. Metamfetamin ümumi çəkisi 0,539 qram, cəmi tətqiqata sərf edilmiş, 0,100 qram qalıq isə 0,439 qramdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81,00 (səksən bir) manatdır. 10 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,256 qram olan, müəyyən hissəsi tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,156 qram olan narkotik vasitə heroin və ilkin xalis çəkisi 0,539 qram olan, müəyyən hissəsi tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,439 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin 06 iyun 2022-ci il tarixli 3015 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 05 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:00-da şübhəli şəxs qismində tutulmuşdur. 06 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)-155/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 may 2022-ci il tarixdən hesablanmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs : - Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə cəzası 01 il 06 aya endirilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)- 257/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 01 il 06 aya endirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7(002)- 980/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə xx.xx.2021-ci il tarixə cəzasının çəkilməmiş 09 ay 05 gün hissəsi 06 ay azaldılmışdır. İş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)- 172/2022 saylı cinayət haqqında məlumatın nəticələrinə dair Səbail rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərarla Təqsirləndirilən şəxs Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasıfaktı ilə bağlı toplanmış 142-C-22 nömrəli materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qeyd edilən qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin 41-ci PB-də olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zorakılıq edilmədiyini, məhkəmə iclasında 41-ci PB-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını qərəzli şəkildə dediyini bildirmişdir. Üzərində heç bir xəsarət olmadığına görə məhkəmə tibb ekspertizasından keçmək istəmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsini, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin onun üzərində olmaması, yalnız üzərində bir həb metadonun olması, həmçinin ibtidai istintaq zamanı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində fiziki zorakılığa məruz qalması nəticəsində ona qarşı irəli sürülmüş ittihamda əməli etiraf edərək özünü təqsirli bilməsi, məcburi müalicəyə ehtiyacı olmaması barədə ifadəsində göstərdikləri xüsusatlar Səbail rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərarla, həmçinin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə edib üzərində saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar aşkar olunmadı. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 1(002)- 257/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2021-ci il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 01 il 06 aya endirilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7(002)-980/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə xx.xx.2021-ci il tarixə cəzasının çəkilməmiş 09 ay 05 gün hissəsi 06 ay azaldılmış, 10 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin iki il keçmədən 05 may 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də bu növ cinayət əməllərinin törədilməsinə görə məhkum olunduğunu və islah olunmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 05 may 2022ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 06 iyun 2022-ci il tarixli 3015 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,156 qram (ilkin təmiz çəkisi 0,256 qram) narkotik vasitə heroin və 0,439 qram (ilkin təmiz çəkisi 0,539 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “şəxsi axtarış və götürmə” istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81,00 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,156 qram (ilkin təmiz çəkisi 0,256 qram) narkotik vasitə heroin və 0,439 qram (ilkin təmiz çəkisi 0,539 qram) psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “şəxsi axtarış və götürmə” istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81,00 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-172/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-172/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver