Məhkəmə qərarları › İş №1(009)-172/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-172/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-172/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri “Yasa” Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci il ildə Rusiya Federasiyasında anadan olmuş, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2anında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat qaydasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Yekun protokola əsasən, 04 fevral 2024-cii il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs, ünvan 3 ünvanda yerləşən “Saloon Pub”da olarkən, hesabı ödəməkdən imtina etdiyi üçün yaxınlaşdığı və təşəbbüsü ilə başlamış münaqişə gedişində, şəxsi münasibətlərin kəskinləşməsi zəmnində Zərərçəkmiş şəxs sifət və baş nahiyyəsindən yumruq zərbələri ilə vurub ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının hematoması, təp əvə sol dirsək oynağı nahiyyələrinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, tanışları ilə 04 fevral 2024-cü il tarixdə saat 05 radələrində Səbail rayonu Y.Məmmədəliyev küçəsi 18 ünvanda yerləşən “Salon Pub” restoranına gəlmiş, spirtli içki qəbul etmişlər. Bir qədər sonra restoranın barmeni işləyən tanışı Cəmilə xanım ona yaxınlaşıb, bir nəfər şəxsin içkili halda münaqişə yaradıb hesabı ödəmək istəmədiyini bildirmiş və köməklik etməyini xahiş etmişdir. O. həmin şəxsə yaxınlaşıb hesabı ödəməsini xahiş etmişdir. Sonradan adının Mehman olmasını bildiyi həmin şəxs “sənlik deyil” deyib. Cəmilə xanımla mübahisə etməyə davam etmişdir. Onlar üzbəüz dayanarkən Mehman qəlidən onu şillə ilə vurmuşdur. O. bundan bərk əsəbləşmiş və yumruq zərbələri ilə Mehmanı sifət və baş nahiyyəsindən vurmuşdur. O, Mehmana təxminən 10-12 yumruq zərbəsi vurmuşdur. Hadisə 04 fevral 2024-cü il tarixdə saat 07 radələrində ünvan 4 ünvanda yerləşən “Saloon Pub”ın daxilində, barın qarşısında baş vermiş və təxminən bir dəqiqə ərzində davam etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs sonda, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi alınan Zərərçəkmiş şəxs bildirmişdir ki, 04 fevral 2024-cü il tarixdə saat 04 radələrində ünvan 4 ünvanda yerləşən “Saloon Pub”a gəlib spirtli içki qəbul etmişdir. Həmin vaxt orada olan bir neçə nəfər tanımadığı şəxslər də onun masasına yaxınlaşıb spirtli içki qəbul etmişlər. Bir müddət sonra onun masasına yaxınlaşmış tanımadığı şəxslər restoranı tərk etmiş, o isə orada qalıb spirtli içki qəbul etməyə davam etmişdir. Saat 06 radələrində restoran bağlandığı üçün barmen qadın hesabı ödəməyini tələb etmişdir. O isə kartı itirdiyini, növbəti gün ödəyə biləcəyini demişdir. Barmen qadın buna etiraz edib pulu tələb etmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt adının Vüsal olmasını sonradan bildiyi şəxs mübahisəyə müdaxilə etmiş və Vüsalla aralarında münaqişə yaranmışdır. Vüsal ona dəfələrlə zərbələr endirmiş və qəsdən xəsarətləndirmişdir. Hadisə 04 fevral 20024-cü il tarixdə saat 07 radələrində ünvan 4 ünvanda yerləşən “Saloon Pub”ın daxilində, barın qarşısında baş vermiş və təxminən bir dəqiqə ərzində davam etmişdir. Mübahisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Cəmilə Cahangirovanın ona və özünün də sonuncuya nə dediklərini belə xatırlamır. Həmin vaxt sərxoş vəziyyətdə olmuş və bu səbəbdən baş verənləri qarışdıra bilər. Təqsirləndirilən şəxs onu yumruq zərbələri ilə vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs sonda, məhkəməyə ərizə ilə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat mərhələsində şahid qismində dinirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş X1 ifadəsində göstərmişdir ki son iki il ərzində ünvan 4 ünvanda yerləşən “Saloon Pub”da barmen işləyir. 04 fevral 2024-cü il tarixdə saat 04 radələrində Mehman adlı şəxs tanışları ilə restorana gəlib spirtli içki qəbul etmişlər. Bir qədər sonra Mehmanın tanışları restoranı tərk etmiş. Mehman isə qalıb spirtli içki qəbul etməyə davam etmişdir. Saat 06 radələrində restoran bağlandığı üçün o. Mehmana hesabı ödəməli olduğunu demişdir. Mehman kartla ödəniş etdiyini bildirmişdir. Mehmanın qeyd etdiyi pul hesaba köçürülməmişdir. O, Mehmana pulun hesaba köçürülmədiyini dedikdə Mehman onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt restoranda olan tanışı Vüsal mübahisəyə müdaxilə etmiş və Mehmanı sakitləşdirməyə çalışmışdır. Mehman Vüsalı üzündən yumruqla bir dəfə vurmuşdur. Vüsal da Mehmanı yumruqla vurmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və məhkəməyədək icraat mərhələsində keçirilmiş Məhkəmə-tibb ekspertizasının 05 fevral 2024-cii il tarixli 57 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının hematoması, təp əvə sol dirsək oynağı nahiyyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cii il tarixdə, kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 04 fevral 2024-cii il tarixli 2/6416 nömrəli protokoldan görünür ki, müayinə edilmiş Zərərçəkmiş şəxs yüngül alkoqol sərxoşluğu müəyyən edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 04 fevral 2024-cii il tarixli 2/6415 nömrəli protokoldan görünür ki, müayinə edilmiş Təqsirləndirilən şəxs yüngül alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş üzrə 04 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ərizələrlə Səbail RPİ-nin 9-cu PB rəhbərliyinə müraciət edərək, cinayət təqibinin məhkəməyədək sadələşdirilmiş icraat formasında aparılmasını xahiş etmiş və həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; həmin Məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4, 39.1.9, 40.2 və 41.7ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını və ərizə verərək barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri “Yasa” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat pul tutulub, Bakı şəhəri “Yasa” Vəkil Bürosunun “Kapital Bank” Cəfər Cabbarlı filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar