Məhkəmə qərarları › İş №1(009)-173/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-173/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-173/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, 05 avqust 1969-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Karrar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 05 iyul 2022-ci il tarixdə saat 14.00-da məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanda, mənzildə ailə münaqişəsi zəminində arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə yumruqla və təpiklə vuraraq ona çənəaltı nahiyyənin qançırı və sıyrığı, sol bazunun aşağı 1/3nin ön səthinin qançırı, eləcə də, sol qasıq nahiyyəsinin geniş ölçülü hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailəsilə birlikdə ünvan 4-də kirayəşin yaşayır. Amma son 7 aydır kirayə pulunu verə bilmir. Həyat yoldaşı Cəlalə də evin şəraitsiz olmasını deyir və ondan başqa ev tutmağını tələb edir. 24 may 2022-ci il tarixdə saat 18:00 radələrində evdə olan zaman Cəlalə yenidən ona ev tapıb həmin evdən çıxmalarını demişdir. O Cəlaləyə pulunun olmadığını, ev tapa bilmədiyimi demişdir. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. O, əsəbləşib arvadı Cəlaləni döymüşdür. Hadisə 24 may 2022-ci il tarixdə saat 18:00-da yaşadıqları ünvan 3 ünvanda baş vermişdir. Arvadı Cəlalənin bədənində olan xəsarətləri o yetirmişdir. O, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, ailəsilə birlikdə ünvan 2-də kirayəşin yaşayır. Həyat yoldaşının kirayə tutduğu evdə yaşanılası olmadığından uzun müddətdir ki, evlərində söz-söhbət gedir. Əri Daşqın hər gün evdən kirayə ev tapmaq adı ilə çıxsa da, axşam evə gəlib kirayə ev tapa bilmədiyini bildirir. Kirayə qaldıqları evin kirayə haqqını 7 aydır verə bilmədiklərinə görə ev sahibi onları evdən çıxarmaq üçün məhkəməyə verib. 24 may 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları evdə olan zaman o, Daşqına ev tapıb onları çıxarmasını, yaşadıqları evdə şəraitin olmamasını demişdir. Daşqın evə tapa bilmədiyini bəhanə gətirmiş, bu səbəbdən aralarında mübahisə baş vermişdir. Daşqın onu döyərək qəsdən xəsarətlər yetirmişdir. Hadisə 24 may 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları ünvan 4 ünvanda baş vermişdir. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. 24 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük içtimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. Məhkəmə-tibb ekspertizasının 27 may 2022-ci il tarixli 358 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs badəni üzərində müəyyən edilmiş xəsarətlər - çənəaltı nahiyyənin qançırı və sıyrığı, sol bazunun aşağı 1/3-nin ön səthinin qançırı, eləcə də, sol qasıq nahiyyəsinin geniş ölçülü hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs oğlunun ilə barışdığını, bəraətverici əsaslar olmadan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 iyul 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı, həmçinin özünün və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında CPM-nin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 193, 300.1.7, 300.5, 305.1, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (bir yüz iyirmi ) manat Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar