Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-173/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Xüsusi ittihamçı X18, Təqsirləndirilən şəxs X12 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, X2 İnstitutunda həkim işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə 23 iyun 2023-cü il tarixdə saat 15.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X28 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətə əsasən, X28 X2 İnstitutu PHŞ-də həkim laborant vəzifəsində işləyir. Həmin müəssisənin X1 müdiri X12 xx.xx.2022-ci il tarixdə "Cebhe.info" internet saytında "X5 nə baş verir?- Yeni direktora hədə-qorxu zəngi edilib" başlığı altında dərc edilmiş məqalədə konkret olaraq onu "dələduz" adlandırmaqla təhqir edərək, eyni zamanda ona böhtan atmış, başa çatmış bu əməli ilə qəsdli və qərəzli şəkildə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələmiş və ona mənəvi zərər vurmuşdur. Həmin məqalədə o, sözügedən şəxs haqqında müsahibə verən, iddia irəli sürən tərəf olmamışdır. Ümumiyyətlə həmin məqalənin ona heç bir aidiyyatı olmayıb. Amma buna baxmayaraq, Nuriyyə Səlimova uzun illər ona qarşı bəslədiyi kin və nifrətin qərəzli ifadəsi olaraq həmin məqalədə irəli sürülən iddiaları onunla bağlamış və onu heç bir əsas olmadan, ən mühümü barəsində məhkəmə hökmü olmadığı halda "dələduz" adlandırmış, onu həmin ifadə ilə səslənən cinayət əməlində (dələduzluqda) ittiham etmişdir. Sözügedən məqalədən çıxarış: (cinayət təqibinin əsası): "Neçə illərdir ki, mənim barəmdə belə şeylər var. İddialar hamısı yalandır və bu məhkəmələrdə təsdiqini tapıb. X22 dələduzluqla bağlı əməlləridir və ifşa olunub. Xahiş edirəm biz elm adamlarıyıq, artıq suallarla vaxtımızı almayasınız. Onun bu məlumatı rəy (fikir) olaraq deyil, ittihamedici fakt kimi irəli sürdüyü aydın olur - hansı ki, rəylər fərdlərin hadisə və ya situasiyalarla bağlı nöqteyi-nəzərlərindən və ya onların verdikləri şəxsi qiymətlərdən ibarət olduğu halda, faktın doğruluğunu sübut etmək vəzifəsi onu iddia edənin üzərinə düşür. Odur ki, X12 dələduz olduğunu, ona qarşı dələduzluq etdiyini sübut etməyə, bununla bağlı barəsində qüvvəyə minmiş məhkəmə hökmünü və ya bu barədə mötəbər məlumat təqdim etməyə borcludur. Əks təqdirdə o yalan olduğunu bildiyi halda barəsində qərəzli şəkildə yaydığı bu təhqir və böhtan xarakterli məlumata görə cinayət məsuliyyətinə cəlb olunmalı, barəsində ittihamedici hökm onu X2 İnstitutundan çıxarılmaqla cəzalandırılmalıdır. Nuriyyə Səlimova əmək fəaliyyətində öz neqativ əməlləri ilə həmişə diqqət mərkəzində olaraq qınaq obyektinə çevirilib. O, təəssüf doğuran əməlləri ilə həmişə bu olmuşdur ki, tutduğu vəzifə onu nitq mədəniyyətindən, mədəni davranışdan və məsuliyyət hissindən azad etməyə əsasdır. Təsadüfi deyil ki, onun qeyri-etik davranışları müəssisənin sabiq direktoru tərəfindən belə qınaqla qarşılanıb və 07 may 2021-ci il tarixdə, 229JVQ-1 əmrlə ona xəbərdarlıq olunub, eyni zamanda əməlləri aktlaşdırılaraq bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) təqdimat göndərilib. Halbuki, keçmiş müəssisə rəhbəri həmişə Nuriyyə Səlimovanı qanunsuz əməllərinə görə himayə edib. Amma görünən odur ki, cəzasızlıq şəraiti qüvvədə qaldıqca, bu şəraiti yaratmaqda maraqlı olan şəxsin özü belə peşmançılıq yaradan halla qarşılaşmaqdan sığortalana bilməyib. Azərbaycan dilinin izahlı lüğətinə əsasən "dələduz" sözünün leksik mənası belədir: fırıldaqçı, adamaldadan, hiyləgər, bic adam (bəzən söyüş mənasında); (təhqir) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispoziyasına əsasən "dələduzluq" ifadəsi etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmək anlamına gəlir və həmin məcəlləyə görə cəza təhdidi altında qadağan olunmuş əməl sayılır, (böhtan). Şikayət Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Bu baxımdan X12 xx.xx.2022-ci il tarixdə "Cebhe.info" internet saytında "X5 nə baş verir?- Yeni direktora hədə-qorxu zəngi edilib" başlığı altında dərc edilmiş məqalədə fikir və ya ehtimala yox, fakta istinad edir. Hansı ki, həmin fakt ona məlum deyil. Buna görə də hesab edir ki, X12 tərəfindən barəsində qəsdlə həqiqətə uyğun olmayan yalan, eləcə də təhqir xarakterli məlumat səsləndirilmiş, həmin məlumat kütləvi informasiya vasitəsində yayılmışdır. Hansı ki, məhz həmin məlumat hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb olmuşdur. Haqlı qənaəti budur ki, həmin məlumat yalan məlumat olmaqla həm böhtan, həm də təhqir xarakteri daşıyır- bir həkim və həm də cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti açıq ləkələyir. Bu baxımdan hər kəsin şərəf və ləyaqətinin, həmçinin nüfuzunun qorunmasını tələb etmək, bununla əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatların doğru olmaması; 3) belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən "CEBHE.İNFO" XƏBƏR PORTALİ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ünvan 2 ünvanı üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01(bir) il müddətinə islah işləri cəzasına, həmin məcəllənin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (bir min) manat cərimə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X28 ifadəsində göstərmişdir ki, o, X2 İnstitutunda həkim laborant işləyir. Həmin müəssisənin "X3"nın müdiri işləmiş X12 xx.xx.2022-ci il tarixdə "Cebhe.info" internet saytında "X5 nə baş verir?- Yeni direktora hədə-qorxu zəngi edilib" başlığı altında dərc edilmiş məqalədə konkret olaraq onu "dələduz" adlandırmaqla təhqir edərək eyni zamanda ona böhtan atmış, başa çatmış bu əməli ilə qəsdli və qərəzli şəkildə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələmiş və ona mənəvi zərər vurmuşdur. Nuriyyə Səlimova həmin məqalədə bu sözləri işlətmişdir: "Neçə illərdir ki, mənim barəmdə belə şeylər var. İddialar hamısı yalandır və bu məhkəmələrdə təsdiqini tapıb. X22 dələduzluqla bağlı əməlləridir və ifşa olunub. Xahiş edirəm biz elm adamlarıyıq, artıq suallarla vaxtımızı almayasınız. Ümumiyyətlə həmin məqalənin ona heç bir aidiyyatı olmamışdır. Amma buna baxmayaraq, Nuriyyə Səlimova uzun illər ona qarşı bəslədiyi kin və nifrətin qərəzli ifadəsi olaraq həmin məqalədə irəli sürülən iddiaları onunla bağlamış və onu heç bir əsas olmadan, ən mühümü barəsində məhkəmə hökmü olmadığı halda "dələduz" adlandırmış, onu həmin ifadə ilə səsləşən cinayət əməlində ittiham etmişdir. Nuriyyə Səlimova ittiham irəli sürür ki, onun dələduzluqla bağlı ona qarşı əməlləri olub və ifşa olunub. Onun bu məlumatı fikir olaraq deyil, ittihamedici fakt kimi irəli sürdüyü aydın olur. Odur ki, həmin faktı sübut etmək iddia edənin üzərinə düşür. Odur ki, X12 onun barəsində təhqir və böhtan xaraketli məlumatlar yaydığı üçün X8 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Əsədli Aynur onun barəsində insanlarda səhv fikir formalaşdırmaqla, Şahidla birlikdə isə həmin fikirləri ictimailəşdirməklə məşğuldurlar. Onun barəsində Aynur Əsədli çox kobud, təhqiramiz ifadələr işlətmişdir, lakin buna baxmayaraq o Aynur Əsədlini bağışlamışdır, amma sonradan dövlət büdcəsini mənimsəyərək ziyan vurmağı ilə bağlı, eyni zamanda COVİD əlavələrinin lazımlı şəxslərə yazmaqda onu ittiham etdiyi üçün o, müvafiq qurumlara müraciət edərək bildirmişdir ki, onun barəsində şər-böhtan xarakterli məlumatlar yayırlar. Aynur Əsədlinin onun dövlət büdcəsini mənimsəməyi ilə bağlı səsləndirdiyi iddialarına görə o, xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdir. Aynur Əsədlinin onun barəsində səsləndirdiyi şərböhtan xarakterli fikirlərə görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Aynur Əsədli ailəsini, onu və kariyerasınıı nüfuzdan salmaq üçün bugünkü günə qədər hər bir çirkin əmələ əl atmışdır. xx.xx.2022-ci il tarixdə o, işdə olarkən ağbirçək bir xanım xəstə yanında idi və bu zaman “Cəbhə.info” saytının jurnalisti Şəlalə Babayeva ona telefonla zəng edərək ondan İnstitutun keçmiş direktoru Həqiqət Qədirova barəsində müsahibə almaq istədiyini bildirmişdir. Ş.Babayeva soruşmuşdur ki, “sizin rəhbərlik dəyişib və indi İradə xanımdır, hansı səbəbdən rəhbər işdən kənarlaşdırılmışdır”, o isə bir kəlmə cavab vermişdir ki, “rəhbərlər barədə məlumatı xüsusi səhiyyə orqanlarının qurumları var, xahiş edirəm onlara müraciət edin”. O demişdir ki, “sizin barənizdə də məlumatlar var”, bu zaman o cavab vermişdir ki, “mənim barəmdə uzun illərdir şər-böhtan xarakterli məlumatlar yayılır və bunlar hamısı dələduzluq əməlləridir və ifşa olunub, bizlər elm adamlarıyıq, xahiş edirəm bizi narahat etməyəsiniz, mənim otağımda ağbirçək ana məni gözləyir, mən onu gözlədə bilmərəm. Biz səhiyyənin işi ilə məşğuluq”. O, necə müsahibə vermişdirsə, jurnalist də eyni məzmunda məqaləni saytda paylaşmışdır, lakin sonra birinci məqalə silinmiş və paylaşılan ikinci məqalədə artıq Aynur Əsədlinin adı var idi. O, Aynur Əsədlinin adını çəkməmişdir. Sonradan nədənsə həmin məqaləyə düzəliş olunub və Aynur Əsədlinin adı daxil edilmişdir. Aynur Əsədli uzun illərdir onunla paxıllıq zəminində düşmənçilik edir, o, alnıaçıq, üzüağ insandır, işində heç bir neqativ hal, nöqsan yoxdur, dövlətə xidmət edir. X13 barəsində səsləndirdiyi fikirlər onun karyerasında çox çətinliklər yaratmışdır. O, hətta işdən çıxma ilə bağlı ərizə yazaraq rəhbərliyə təqdim etmişdir, lakin rəhbərlik imzalamamışdır, çünki onun işdən çıxmağını istəməmişlər. Ərizəsi imzalanmadığı üçün o, həmin bölmədə öz fəaliyyətini davam etdirmişdir. Aynur Əsədli onun uğurlarını həzm edə bilmir. Nuriyyə Səlimova jurnalistlərin suallarına cavab verərkən Aynur Əsədlinin adını çəkməmişdir və onun müsahibəsi “Hamısı dələduzluqla bağlı əməllərdir və ifşa olunub” ifadəsindən ibarətdir. Həmin məqalə digər internet saytlarında- “Hürriyyət” onlayn informasiya agentliyində, “Mediatv.az”, “Dia.az” və “Millitv.az” informasiya portallarında dərc olunmuşdur. Həmin məqalədə Aynur Əsədlinin adı qeyd olunmamışdır. Həmçinin bildirmişdir ki, məqalənin dərc olunmasından xeyli müddət sonra onun məqalə barədə məlumatı olmuşdur. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına xüsusi ittihamçı X18 vəsatəti əsasında dəvət olunmuş Şahid ifadəsində göstərmişdir ki, həm Aynur Əsədlini, həm də Nuriyyə Səlimovanı tanıyır. X23 və Ağciyər İnstitunda həkim laborant işləyirlər. O, sözügedən tibb müəssisəsində 2018-ci ildən ictimai nəzarətlə bağlı fəaliyyətə başlamış və orada gördüyü bəzi neqativ halları, yəni Səbinə Məmmədovanın başına gələn hadisələr, onun işdən qanunsuz çıxarılması haqqında danışmışdır. Onun orada fəaliyyəti S.Məmmədovanın ona müraciət etməsindən sonra ona ittiham irəli sürülmüşdür ki, guya uşaq ölümünə səbəb olmuş, halbuki bu öz təsdiqini tapmamışdır və Əmək Məcəlləsinin 73-cü maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. S.Məmmədova işə bərpa olmuşdur və kompensasiyası da ödənilmişdir. O, S.Məmmədovaya sadəcə məhkəmə işləri ilə bağlı öz köməkliyini göstərmişdir. Hüquq təhsili bəzi şəxsi məsələlərlə bağlı yarımçıq qalmışdır. 1-ci kursun yarısına qədər oxumuş, daha sonra isə təlimlərə qatılaraq özünü inkişaf etdirmişdir. Səbinə Məmmədova işə bərpa olunduqdan sonra işdən çıxması ilə bağlı ona yenidən təzyiqlər olmuş və nəticədə o, intihara cəhd etmişdir. Sonra onların haqqında Bakı şəhər Baş Polis İdarəsinə, Səhiyyə Nazirliyinə, cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, TƏBİB-ə 155 nəfərin imzası ilə onun və Səbinə Məmmədovanın əleyhinə imzalar toplanmaqla şikayət olunmuş, nəticədə isə Dövlət Təhlükəsizliyi Xidməti barələrində cinayət işi başlatmışdır. X36 ilə qeyri-rəsmi şəkildə iki dəfə Dövlət Təhlükəsizliyi Xidmətinə çağırmışlar. Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılmaqları müəmmalı idi. Orada o, iki dəfə izahat vermiş, fəaliyyətini tam əsaslandırmış və 162 səhifəlik sübutlarını təqdim etmişdir, buna baxmayaraq barəsində şikayət olunan institut rəhbərliyi haqqında heç bir əsaslı tədbirlər görülməmişdir. X24 barəsində şikayət etdiyinə görə dəfələrlə onu Dövlət Təhlükəsizliyi Xidmətinə çağırmışlar və orada o, həm Nuriyyə Səlimovanın, həm də Həqiqət Qədirovanın şikayətləri ilə bağlı izahatlar vermişdir. Nuriyyə Səlimova və Həqiqət Qədirova şikayəti birlikdə vermişlər və belə əsaslandırmışdırlar ki, guya o, Səbinə Məmmədova ilə əlbir olub İnstitutda təxribat törətmiş və İnstitutun işgüzar nüfuzuna xələl yetirmişdir. Bununla bağlı Xətai Rayon Məhkəməsində barəsində olan xüsusi ittiham qaydasında şikayət təqdim etdiyi sübutlar əsasında geri götürülmüşdür.Hazırkı iş üzrə xüsusi ittihamçı Aynur Əsədlini 2020-ci il dekabr ayının sonundan tanıyır. Ondan əvvəl həmin şöbədən X14, sabiq müdir X11 tanımışdır. Tanışlıqlarının səbəbi isə Nuriyyə Səlimovanın şöbə müdiri olan dövrdə əmək prosesində həmin şəxslərə qarşı qanunsuz hərəkətləri olmuşdur. Sözügedən şəxslər özləri Səbinə Məmmədovaya dəstək olduğu üçün ona müraciət etmişlər. Bundan sonra onlar həmin şəxslərlə birlikdə şöbə müdiri haqqında 12 nəfərin imzası ilə “TƏBİB”ə kollektiv şəkildə müraciət etmişlər. Müraciətdə 12 nəfərin hamısının adı yazılmışdır. X19rşı ədavəti olmamışdır, nə də kənarda danışıb görüşməmişdir. Səlimovanın bacısı Xuraman xanım onunla əlaqə saxlamış və bu məsələyə münasibətini bildirmişlər. O, hər zaman hər bir məsələyə obyektiv yanaşmışdır və çalışmışdır ki, saytlara müsahibə verərkən və ya məqaləsi dərc olunarkən hər bir iddiası fakta əsaslansın. Məlum məsələ ilə bağlı 06 may 2022-ci il tarixdə “Cəbhə.info” saytında Nuriyyə Səlimovaya qarşı iddia səsləndirmişdir. O, öz təşəbbüsü ilə, Aynur Əsədlinin xəbəri olmadan “Cəbhə.info” saytında "X5 nə baş verir?- Yeni direktora hədə-qorxu zəngi edilib" başlığı altında məqaləni dərc etdirmişdir. O, əvvəlcə bu barədə sayta zəng edərək məlumat vermiş, daha sonra saytdan bildirmişlər ki, məqaləni yazılı şəkildə göndərsin. O da həmin yazını göndərmişdir. Nuriyyə Səlimovanın bundan əvvəlki rəhbərliyi ilə belə problemləri olmuş, hazırda indiki rəhbərliyə hədə-qorxu xarakterli zənglər etdirir. Bundan sonra ondan müsahibəni götürən Şəlalə Babayeva bu məsələ ilə əlaqədar münasibətin öyrənilməsi üçün Nuriyyə Səlimovaya zəng etmiş və bundan sonra Nuriyə Səlimova açıqlama verərək Aynur Əsədlinin adını çəkmişdir. X26 Səlimovaya axşam saat 17:40-da zəng etmişdir. Bundan sonra sözügedən məsələ ilə bağlı 15 dəqiqə intervalla iki məqalə çıxmışdır. Sonradan sorğu vermişdir ki, Nuriyyə Səlimovanın ifadəsi qeyri-müəyyəndir, ya dələduz odur, ya da Aynur Əsədli, ikisindən biridir. O, Aynur Əsədlinin müdafiəçisi olmamış, Səbinə Məmmədovanın müdafiəçisi olmuşdur, Aynur Əsədli ona sonradan müraciət etmişdir. X32 ilə ədavəti yoxdur, yalnız ictimai əhəmiyyət kəsb edən məsələlər olduğuna görə onun ittihamı şəxsin özünə yox, əmək fəaliyyətinə ünvanlanmışdır. X15rşı heç bir qərəzli münasibəti olmamışdır, o, sadəcə şöbə müdiridir. İki məqalə arasındakı ziddiyəti aydınlaşdırmaq üçün Şəlalə Babayevaya zəng etmiş, ondan soruşmuş və Şəlalə Babayeva isə ona bildirmişdir ki, onun günahı yoxdur, o, müsahibəni alan tərəfdir, səs yazısını olduğu kimi redaktora vermişdir. Lakin o, texniki səhv etmiş və həqiqətən də birinci məqalədə Aynur Əsədlinin adı çəkilmişdir. Ancaq ehtiyatsızlıqdan texniki xəta səbəbindən yazılmamışdır” “Cəbhə.info” və “demokrat.az” saytı Aynur Əsədlinin adı olan məqaləni saytda dərc etmişdir. Müsahibə alan şəxs o, özü olduğundan 25 iyun 2022-ci il tarixdə “Cəbhə.info”-nun rəhbəri Rəfayıl Becanova sorğu vermiş və sorğuda qeyd etmişdir ki, həmin məqalədə iddia irəli sürən və müsahibə verən o, olmuşdur. X27 ilə bağlı olmuşdur. Nuriyyə Səlimova isə haqqında səsləndirilən iddialara münasibət bildirərkən Əsədli Aynurun adını çəkərək iddiaların yalan olduğunu, Aynur Əsədlinin ifşa olunmuş dələduzluq əməlləri olduğunu bildirmişdir. Şahid birinci məqalədə Aynur Əsədlinin adının olmaması və bəzi saytların ilkin məzmunda olan məqaləyə istinad edərək olduğu kimi dərc etməsini, daha sonra məqalənin redaktə olunmasını və Aynur Əsədlinin adının daxil edilməsini, redaktə olunmuş məqalənin xəbər portallarında dərc etdirməsini onunla izah etmişdir ki, iki məqalə arasındakı ziddiyət texniki xəta səbəbindən baş vermişdir və bununla bağlı “Cəbhə.info”-nun rəhbəri Rəfayıl Becanov və jurnalisti Şəlalə Babayevanın imzalanmış məktubu var. Bildirmişdir ki, Nuriyyə Səlimovanın “Cəbhə.info”-nun jurnalisti Şəlalə Babayeva ilə olan müsahibəsinin audio yazısını məhkəməyə təqdim etmək onun vəzifəsi deyil. X33 Aynur Əsədlinin adını çəkməmişdirsə, bu zaman özü sayta müraciət edərək məqaləyə düzəliş edilməsini bildirərdi. “Cəbhə.info” saytındakı xx.xx.2022-ci il tarixli məqalənin çıxarışından görünür ki, Nuriyyə Səlimova həmin məqalədə aşağıdakı məzmunda müsahibə vermişdir: "Neçə illərdir ki, mənim barəmdə belə şeylər var. İddialar hamısı yalandır və bu məhkəmələrdə təsdiqini tapıb. X22 dələduzluqla bağlı əməlləridir və ifşa olunub. Xahiş edirəm biz elm adamlarıyıq, artıq suallarla vaxtımızı almayasınız. “Hürriyət.az” onlayn informasiya agentliyində (dərc olunma vaxtı: saat 15.51), “Mediatv.az”, “Dia.az”, “Millitv.az”, “Tərəqqi.tv”, “Xalqxəbər.az” (dərc olunma vaxtı: saat 17.31), “Dünyapress.info” (dərc olunma vaxtı: xx.xx.2022-ci il) “Xəbərtv.info” informasiya portallarına xx.xx.2022-ci il tarixli Nuriyyə Səlimovanın müsahibəsi aşağıdakı məzmunda verilmişdir: "Neçə illərdir ki, mənim barəmdə belə şeylər var. İddialar hamısı yalandır və bu məhkəmələrdə təsdiqini tapıb. Hamısı dələduzluqla bağlı əməlləridir və ifşa olunub. Xahiş edirəm biz elm adamlarıyıq, artıq suallarla vaxtımızı almayasınız. "X20" “Millitv.az” xəbər portalına xx.xx.2022-ci il tarixli 73 nömrəli bildiriş arayışından görünür ki, 06 may 2022-ci il tarixində “Millitv.az” xəbər portalında yayımlanmış "X6 nələr baş verir?-Yeni direktora hədəqorxu zəngi" isitinad yazısı olan başlığlı məqalədə X28 haqqında ümumiyətlə hər-hansı bir məlumat olmayıb və istinad edərək yayımlanmış məqalənin ilkin variantında Əsədli Aynur adına rast gəlinməmişdir. Hal-hazırda “Cebhe.info” saytında yayımlanan "X6 nələr baş verir?-Yeni direktora hədə-qorxu zəngi" başlığı məqalə istinad edərək yayımlanmış məqalədən fərqlidir, məqaləyə düzəlişlər və əlavələr edilmişdir. Onlarla yanaşı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində həmən məqalə “Dunyapress.info”, “Dia.az”, “Azia.az”, “Hurriyyet.az”, “Xalqxeber.az”, “Mediaxeberleri.az”, “Tərəqqi.az” xəbər portallarında da “Cebhe.info” saytına istinadən paylaşılmışdır. “Millitv.az” saytı da digər saytlarda olduğu kimi məqaləni eyni formada yayımlamışdır. “Cəbhə.info”-nun xx.xx.2022-ci il tarixli Şahid ünvanlanmış məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə "X4 nə baş verir?- Yeni direktora hədəqorxu zəngi edildi" başılıqlı məqalə Şahid məlumat və iddiaları əsasında "Cəbhə.info" xəbər saytında dərc edilmişdir. Bununla bağlı olaraq saytın jurnalisti X16 məlumat və iddialarda adı keçən X12 adlı şəxslə əlaqə saxlamış, iddialarla bağlı sözügedən şəxsin mövqeyini ətraflı öyrənmişdir. Nuriyyə Səlimova adlı şəxs səsləndirilən iddiaların yalan və hamısının Aynur Əsədli adlı şəxsin dələduzluq əməlləri olduğunu qeyd etmiş, bundan sonra xəbər məqalə formasında dərcə verilmişdir. Lakin məqalənin dərci zamanı Aynur Əsədli adlı şəxsin adı texniki xəta səbəbindən qeyd edilmədiyindən qısa zaman kəsiyində bəzi saytlar həmin məqaləni saytımıza istinad edərək dərc etmiş və yaymışlar. Sözügedən xəta müəyyən edildikdən dərhal sonra məqalə redaktə edilmiş, qeyri-müəyyənlik aradan qalxmış və Nuriyyə Səlimova adlı şəxsin özü haqqında səsləndirilmiş iddialara olan ətraflı və konkret münasibəti olduğu kimi məqalədə yer almışdır. Müəyyənlik yaratmaq məqsədilə redaktə olunmuş məqalə də sonradan bəzi saytlarda bizə istinad edilməklə dərc edilmişdir. (bax:demokrat.az). Nuriyyə Səlimova adlı şəxsə yalnız bir sual ünvanlanmış, həmin sual Şahid iddiası ilə bağlı olmuş və həmin sualda Aynur Əsədlinin adı, ümumiyyətlə onun hansısa fikri və iddiası yer almamışdır. Ölkə mediasında xüsusi yeri və geniş oxucu kütləsinə sahib müstəqil və qərəzsiz xəbər saytı olaraq “Cebhe.info” saytının hər iki şəxslə tanışlığı yoxdur. X17 Əsədli adlı şəxs barəsində səsləndirdiyi ittihamın audio-qeydi uzun müddət saxlanılması üçün zərurət yaranmadığından sözügedən məqalənin dərcindən 10 (on gün) sonra avtomatik olaraq silinmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq aşağıdakı prinsip və müddəaları qeyd edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Məhkəmə sübutları araşdırıb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X12 xx.xx.2022-ci il tarixdə “Cəbhə.info” saytında aşağıdakı məzmunda müsahibə vermişdir: "Neçə illərdir ki, mənim barəmdə belə şeylər var. İddialar hamısı yalandır və bu məhkəmələrdə təsdiqini tapıb. Hamısı dələduzluqla bağlı əməlləridir və ifşa olunub. Xahiş edirəm biz elm adamlarıyıq, artıq suallarla vaxtımızı almayasınız”. Sonradan həmin məqalə xüsusi ittihamçı X18 adı əlavə edilməklə aşağıdakı şəkildə dərc edilmişdir: "Neçə illərdir ki, mənim barəmdə belə şeylər var. İddialar hamısı yalandır və bu məhkəmələrdə təsdiqini tapıb. X22 dələduzluqla bağlı əməlləridir və ifşa olunub. Xahiş edirəm biz elm adamlarıyıq, artıq suallarla vaxtımızı almayasınız”. Məqalənin ilkin variantı digər xəbər portallarında -“Hürriyyət” onlayn informasiya agentliyində, “Mediatv.az”, “Dia.az” və “Millitv.az” informasiya portallarında yayımlanmışdır. Hətta “Dünyapress.info” xəbər portalında xx.xx.2022-ci il tarixdə məqalənin ilkin versiyası, yəni: “Neçə illərdir ki, mənim barəmdə belə şeylər var. İddialar hamısı yalandır və bu məhkəmələrdə təsdiqini tapıb. Hamısı dələduzluqla bağlı əməlləridir və ifşa olunub. Xahiş edirəm biz elm adamlarıyıq, artıq suallarla vaxtımızı almayasınız” formada yayımlanmışdır. Həmçinin "X20" “Millitv.az” xəbər portalına xx.xx.2022-ci il tarixli, 73 nömrəli bildiriş arayışında da qeyd olunmuşdur ki, X8 müsahibəsində Aynur Əsədlinin adını çəkməmişdir. Lakin sonradan “Cəbhə.info” saytında məqalənin Aynur Əsədlinin adı çəkilməklə dərc edilməsini “Cəbhə.info” saytı texniki səhvlə əlaqələndirmişdir. Bununla bağlı “Cəbhə.info” saytının rəhbəri Rəfayıl Becanovun və müsahibəni almış jurnalist Şəlalə Babayevanın imzalanmış məktubu var. Xüsusi ittihamçı X28 “X22 dələduzluqla bağlı əməlləridir və ifşa olunub” ifadəsinin Nuriyyə Səlimovanın müsahibə verərkən işlətməsini sübuta yetirə bilməmişdir. İttiham tərəfi “Cəbhə.info” saytında Nuriyyə Səlimovanın müsahibəsində Aynur Əsədlinin adı qeyd olunmayaq dərc olunmasını mübahisləndirməmişdir. Nuriyyə Səlimovanın müsahibəsində “X22 dələduzluqla bağlı əməlləridir ifadəsini işlətməsi və Aynur Əsədlinin adının məqaləyə sonradan əlavə edilməsinin texniki xəta olması yalnız “Cəbhə.info” saytının məktubunda göstərilmişdir. Bu faktı təsdiqləyən hər hansı digər mötəbər sübut, xüsusən də müsahibənin audioyazısı xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bundan başqa qeyd edilməlidir ki, Şahid məqalənin ilkin variantı çıxdıqdan sonra “Cəbhə.info” ilə əlaqə saxlayaraq Nuriyyə Səlimovanın ifadəsinin qeyri-müəyyən olduğunu bildirmiş və dələduzun onun və ya Aynur Əsədlini olmasını aydınlaşdırması ona dəlalət edir ki, Nuriyyə Səlimova dələduz sözünü ümumi işlətmiş, hər hansı şəxsə ünvanlamamış və hətta Aynur Əsədlinin adını çəkməmişdir. Sonradan məqalənin Aynur Əsədlinin adının əlavə edilməklə dərc olunmasına baxmayaraq növbəti gündə, yəni xx.xx.2022-ci il tarixdə “Dünyapress.info” xəbər portalında “Cəbhə.info” saytının dərc etdiyi məqalənin ilkin versiyasına istinad etməklə məqaləni dərc etmişdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun əməlində cinayət tərkibinin olmasını təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət etmir. Beləliklə, məhkəmə tərəfindən cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi məqsədi ilə xüsusi ittihamçıya ittihamı əsaslandırmaq üçün bütün zəruri şəraitin yaradılmasına və sübutetmə vəzifəsi xüsusi ittihamçının üzərində düşməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı ittihamçı tərəfindən şikayətində qeyd olunanlar öz təsdiqini tapmamış və yalnız ehtimallara və şübhələrə əsaslanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə tədqiq edilən sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, X9 bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respubliaksı Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-173/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-173/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver