Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-174/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 oğlunun, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20 mart 2021-ci il tarixdə saat 06:30 radələrində ünvan 3 ünvanda yerləşən «Sea View» Plazada yerləşən oteldə X5 vətəndaşı X7 yaşadığı yaşayış sahəsi olan 51 saylı otağın giriş qapısının açıq olmasından istifadə edib həmin otağa qanunsuz daxil olaraq sonuncuya məxsus üzərində 1 ədəd 15 (on beş) manat dəyərində 055- ***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrə və 5 (beş) manat dəyərində mobil telefon üzlüyü olan 1 ədəd 2000 (iki min) manat dəyərində **********80265 və **********82506 İMEİ kodlu «İphone 12» markalı mobil telefon aparatını, içərisində 250 (iki yüz əlli) manat pul vəsaiti olan 15 (on beş) manat dəyərində pul kisəsini gizli olaraq talayıb zərərçəkmiş şəxs X8 2285 (iki min iki yüz səksən beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20 mart 2021-ci il tarixdə saat 06:30 radələrində ünvan 3 ünvanda yerləşən «Sea View» Plazada yerləşən oteldə X5 vətəndaşı X7 yaşadığı yaşayış sahəsi olan 51 saylı otağın giriş qapısının açıq olmasından istifadə edib həmin otağa qanunsuz daxil olaraq sonuncuya məxsus üzərində 1 ədəd 15 (on beş) manat dəyərində ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrə və 5 (beş) manat dəyərində mobil telefon üzlüyü olan 1 ədəd 2000 (iki min) manat dəyərində ******* 16380265 və **********82506 İMEİ kodlu «İphone 12» markalı mobil telefon aparatını, içərisində 250 (iki yüz əlli) manat pul vəsaiti olan 15 (on beş) manat dəyərində pul kisəsini gizli olaraq talayıb zərərçəkmiş şəxs X8 2285 (iki min iki yüz səksən beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 20 mart 2021-ci il tarixində saat təxminən 06:30 radələrində Yasəmən ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Sea View” otelinə getmiş və «reception»a yaxınlaşaraq Steve York adlı xarici vətəndaşın otağını soruşmuşlar. «Reception»da çalışan tanımadığı şəxs Stevenin 51 saylı otaqda olduğunu bildirmişdir. O, Yasəmən ilə birlikdə həmin mərtəbəyə qalxmış, otağın qapısı açıq olduğuna görə otağa daxil olmuşlar. O, Yasəmən ilə otağa daxil olanda Yasəmən orada yatmış vəziyyətdə olan şəxsin Steve York olmadığını bildirmişdir. O, həmin şəxsin Böyük Britaniya vətəndaşı olan Alan Newbigging olduğunu görmüşdür. Çarpayının üstündə olan «İphone 12» markalı mobil telefonu və içərisində müxtəlif bank kartları ilə 250 AZN pul olan pul kisəsini gizli şəkildə götürmüşdür. Həmin vaxtı pul kisəsində olan 100 manat pulu Yasəmənə verib, qalan 150 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Polis əməkdaşları onu saxlayıb Polis Bölməsinə dəvət etdikdə o, pulları xərclədiyini, «İphone 12» markalı mobil telefonu və içərisində bank kartları olan pul kisəsini könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Bununla bağlı protokol tərtib olunmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 20 mart 2021-ci il tarixində saat təxminən 06:30 radələrində Elnarə ilə birlikdə Səbail rayonu ərazisində yerləşən “Sea view” otelinə gedərək. Receptiona yaxınlaşmış və Steve Yorkun adlı xarici vətəndaşın otağını soruşmuşlar. Receptionda çalışan şəxs onların 51 saylı otaqda olduqlarını bildirmişlər. O, Elnarə ilə birlikdə həmin mərtəbəyə qalxmış, otağın qapısı açıq olduğunda görə otağa daxil olmuşdur. O, Elnarə ilə otağa daxil olanda orada yatmış vəziyyətdə olan şəxsin Steve York olmadığını bildirmişdir. Buna baxmayaraq Elnarə otağa daxil olmuş və həmin xarici vətəndaşa məxsus olan pul kisəsini çarpayının üzərindən götürərək otağı tərk etmişdir. Elnarə pul kisəsini açmış və ona 100 manat pul vermişdir. Ümumilikdə pul kisəsində 250 manat pul olmuşdur. 100 manat pulu o, şəxsi ehtiyacları üçün xərcləmişdir. 20 mart 2021-ci il tarixində polis əməkdaşları ona yaxınlaşaraq onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona məlum olmuşdur ki, Elnarə eyni zamanda həmin xarici vətəndaşa məxsus İphone 12 markalı mobil telefonu da oğurlamışdır. O, yalnız Elnarənin pul kisəsini oğurlamasının şahidi olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 28 fevral 2021-ci il tarixdən Azərbaycan Respublikasına gəlmiş, həmin tarixdən hazırki vaxta kimi «Azfen» şirkətində supervisor vəzifəsində işləyir və ünvan 4 ünvanda yerləşən «Sea view” hotelinin 5-ci mərtəbəsində 51 saylı otaqda yaşayır. 20 mart 2021-ci il tarixdə, təxminən saat 07 radələrində o, yuxudan oyanan zaman özünə məxsus 2000 (iki min) manat dəyərində **********80265 və **********82506 İMEİ kodlu «İphone 12» markalı mobil telefonun, içərisində 250 (iki yüz əlli) manat pul və müxtəlif bank kartları olan pul kisəsinin əvvəlcədən qoyduğu yerdə, yəni çarpayının üzərində olmadığını aşkar etmişdir. Qeyd olunan oğurluq hadisəsindən sonra o, işlədiyi şirkətin nümayəndəsi olan Rəhimov Vyoçeslava məlumat vermişdir. Şahid1 Azərbaycan Respublikası DİN-in 102 nömrəsinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Daha sonra yaşadığı otelin müşahidə kamerasının görüntülərinə baxan zaman iki nəfər qadının qaldığı otaq istiqamətində hərəkət etmələrini görmüşdür. Ona məxsus mobil telefon, pul kisəsi, bank kartlarının özünə qaytarıldığını bildirmişdir. Heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Azfen» şirkətində iş icraçısı vəzifəsində işləyir. X9 həmin şirkətdə supervisor vəzifəsində işləyir. X9 müraciəti əsasında oğurluq hadisəsi barədə DİN-in 102 nömrəsinə məlumatı o vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 iyul 2018-ci il tarixdən hazırki vaxta kimi ünvan 3 ünvanda yerləşən «Sea View» Plazada qeydiyyatçı vəzifəsində işləmişdir. 20 mart 2021-ci il tarixdə saat 06:30-da o, işdə olduğu zaman əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb oteldə müvəqqəti yaşayan hazırda adını xatırlamadığı Böyük Britaniya vətəndaşını soruşmuşlar. O, həmin şəxslərdən birinin şəxsiyyət vəsiqəsinin ksero surətini çap etməklə həmin ingilis vətəndaşının qaldığı mərtəbə və otağı demişdir. Lakin həmin vaxtı telefon işləmədiyi üçün ingilis vətəndaşına həmin qadınların gəlməsi barədə məlumat verə bilməmişdir. Təxminən 5-10 dəqiqədən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşağı düşüb oteli tərk etmişlər. Yarım saat sonra isə X7 aşağı düşərək qaldığı otaqda qoymuş olduğu, özünə məxsus 1 ədəd «İphone 12» markalı mobil telefonu, içərisində 250 (iki yüz əlli) manat pul və müxtəlif bank kartları olan pul kisəsini oğurlandığını bildirmiş. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 20 mart 2021-ci il tarixli qərardan görünür ki, X9 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 mart 2021-ci il tarixdə, saat 19:30 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 20 mart 2021-ci il tarixdə, saat 20:45 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 22 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 22 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 22 mart 2021-ci il tarixli Qərarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 22 mart 2021-ci il tarixli Qərarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs2 dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” 22 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” 22 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 30 mart 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 30 mart 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2: 1) Yasamal Rayon Məhkəməsinin 19 mart 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. 2) Səbail Rayon Məhkəməsinin 12 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il şərti sınaq müddəti ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. 3) Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.3.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.02.2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.01.2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 24.02.2014-cü il tarixli qərarı dəyişdirilib, CM –in 180.3.3-cü maddəsi CM –in 177.3.3-cü maddəsinə tövsif edilərək, AR CM- İN 177.3.3, 326.2-ci maddələri ilə 07 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Xətai Rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20.10.2017-ci il tarixli qanun tətbiq edilərək azad olunub. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 mart 2021-ci il tarixli, 9/1756 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «İphone 12 mini» markalı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlarının olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 1600 (bir min altı yüz) manat, ***-***-**-** GSM mömrə 4 (dörd) manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan 81 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 haqqında qonşulardan və yuxarı təşkilatlardan heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 146 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 haqqında 146 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 16 aprel 2021-ci il tarixli 21- 1/18 saylı məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin 12 dekabr 2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına və 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.07.2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 AR CM-nin 180.3.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək AR CM-nin 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmışdır. Hökmdən Apellyasiya şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 24.02.2014-cü il tarixli 1(103)-342 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.07.2013-cü il hökmü dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 06.01.2016-cı il tarixli 1(102)- 18/2016 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 24.02.2014-cü il tarixli 1(103)-342 saylı dəyişdirilərək Təqsirləndirilən şəxs2 AR CM-nin 180.3.3-cü maddəsi ilə tövsif edilmiş əməli CM-nin 177.3.3-cü maddəsinə tövsif edilmiş və ona CM-nin 177.3.3 və 326.2-ci maddəsinə əsasən 07 il 09 ay azadlıqdan məhrumetmə cəzası və 3000 manat cərimə cəzası təyin edilmişdir. Bakı Şəhəri Xətai rayon Məhkəməsinin 25.12.2017-ci il tarixli qərarına əsasən AR CM-nin 177.3.3-cü maddəsi ləğv edildiyindən Təqsirləndirilən şəxs2 əməli 177.1-ci maddəyə tövsif edilmiş üzərində qəti olaraq 02 il 03 ay azadlıqdan məhrumetmə cəzası və 700 manat cərimə cəzası təyin edilmişdir. Məhkum, Təqsirləndirilən şəxs2 tərəfindən 700 manat cərimə cəzasından heç bir ödəniş edilməmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif olunması haqqında” 05 may 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 05 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 05 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs X7 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir iddiası, şikayəti, tələbi yoxdur. Vurulmuş maddi ziyan ona tam ödənilmişdir. Həmin şəxslərin məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Elektron Məhkəmə Sisteminin çıxarışından görünür ki, 28 iyun 2020-ci ildə anadan olmuş X2 anası Təqsirləndirilən şəxs2dır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli onların özlərinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 20 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixədək, yəni tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 20 mart aprel 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixdək, yəni tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı hökmlə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 mart 2009-cu il tarixli hökmü ilə təyin edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarı ilə azaldılmış cərimə cəzasının ödənilməmiş hissəsi, yəni 700 (yeddi yüz) manat tam birləşdirilərək ona qəti cəza təyin olunmalı, Azərbaycan Respublikasl CM-nin 68.2-ci maddəsinə müvafiq olaraq cərimə növündə cəza müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 08 (səkkiz) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə zərərçəkmiş şəxs X8 məxsus 1 ədəd qara rəngli mobil telefon üzlüyü olan 1 ədəd «İphone 12» markalı mobil telefon, 1 ədəd qara rəngli pul kisəsi, 5 ədəd müxtəlif banklara aid hesab kartları, 1 ədəd üzərində «Rileys sports bars» yazıları olan qırmızı rəngli kart, 1 ədəd üzərində «ağ club» yazıları olan ağ rəngli kart və 1 ədəd üzərində «Alan Newbigging E-587542» yazıları olan yaşıl rəngli kart zərərçəkmiş şəxs X6ytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər birindən 25 (iyirmi beş) manat) tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 mart 2009-cu il tarixli hökmü ilə təyin edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarı ilə azaldılmış, ödənilməmiş 700 (yeddi yüz) manat cərimə cəzası ilə tamamilə birləşdirilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 700 (yeddi yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq dövründə 20 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixədək, yəni tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 700 (yeddi yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq dövründə 20 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixədək, yəni tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci –50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada (hər birindən 25 (iyirmi beş) manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 08 (səkkiz) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-174/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-174/2021
14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver