Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-174/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, subay, orta təhsilli, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 15-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulrəhimov küçəsi, "xxxx" MMC yaşayış kompleksi mənzil 57-də yaşayan, barəsində həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 mart 2022-ci il tarixdə saat 13 radələrində tanış olduğu və birlikdə vaxt keçirdikləri X4 ilə Bakı şəhəri ərazisində istintaqa məlum olmayan taksi avtomobilində hərəkətdə olarkən, sonuncunun ona yaranmış etibarından suiistifadə edib zəng etmək adı ilə hər birinin qiyməti 5 manat olan cəmi 10 manat dəyərində iki ədəd ***-***-**-** və ***-***-**-** mobil nömrələr ilə istifadə olunan 600 manat dəyərində bir ədəd “Samsung Galaxy A-32” markalı mobil telefonu almış, taksi avtomobili ünvan 1 ünvana çatdıqda, Pəri Mailovanın avtomobildə yuxuya getməsindən istifadə edərək, sürücüyə avtomobili saxlatdırıb bir neçə dəqiqəyə geri dönəcəyini bildirərək, Pəri Mailovadan zəng etmək adı ilə aldadıb alaraq ələ keçirdiyi mobil telefonu özü ilə götürüb avtomobili tərk edib oradan uzaqlaşmaqla, zərərçəkmiş şəxs P.M.Mailovaya ümumilikdə 610 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 mart 2022-ci il tarixdə səhər saat 04 radələrində sərnişin kimi əyləşdiyi sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə hərəkətdə olarkən, sonuncunun ona yaranmış etibarından sui-istifadə edib zəng etmək adı ilə dəyəri 5 manat olan ***-***-**-** mobil nömrə ilə istifadə olunan 550 manat dəyərində bir ədəd “Samsung A-02” markalı mobil telefonu almış, saat 05:30 radələrində, ünvan 1 ünvana çatdıqda, sürücüyə bir neçə dəqiqəyə geri dönəcəyinə dair yalandan vəd verib avtomobili tərk etdikdən sonra oradan uzaqlaşıb gedərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 555 manat məbləğinə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 mart 2022ci il tarixdə, səhər saat 06 radələrində, əvvəlcədən tanış olduğu Pəri adlı qızla qarşılıqlı razılığa əsasən bir neçə saat Xırdalan şəhərində yerləşən “Hermess” otelində vaxt keçirdikdən sonra həmin gün saat 11 radələrində, taksi ilə həmin oteldən çıxmış, taksiyə o, Pəri və tanışı Oruc da minərək birlikdə 28 May metrostansiyasının yaxınlığına getmişlər. Yolda Oruc maşından düşmüşdür. Sonra o, Pəri ilə birlikdə həmin taksi ilə “İçəri şəhər” metrosu yaxınlığına gələrkən yolda Pəridən “Samsung A-32” mobil telefonu zəng etmək üçün almış, lakin onun avtomobildə yatmasını görüb həmin telefonu ələ keçirmək qərarına gəldikdən sonra taksi avtomobilini “İçərişəhər” metrosundan “tarqovi” adlanan istiqamətə sürdürərək avtomobili yolun kənarında saxladıb sürücüyə gözləməsini demiş və Pəridən danışmaq adı ilə aldığı mobil telefonu da özü ilə götürüb oradan uzaqlaşmış və başqa taksiyə minib Masazır qəsəbəsinə evinə getmişdir. Həmin gün saat 19 radələrində “20 Yanvar” metrosunun yaxınlığında Pəriyə məxsus ələ keçirdiyi “Samsung A-32” mobil telefonu tanımadığı şəxsə 250 manata satmış, əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Mobil telefonu tanımadığı şəxsə satarkən özünə məxsus olmasını və pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Bundan başqa 02 mart 2022-ci il tarixdə, saat 03 radələrində, o, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Alba” otelinin qarşısında, “Toyota Prius” markalı taksi avtomobilinə minmiş, bir neçə ünvana taksi ilə getdikdən sonra “İçəri şəhər” metrosu yaxınlığında yerləşən Uroloji xəstəxananın qarşısına gəlmiş və sürücüyə üzərində pul olmadığından gəldikləri ünvanda yaşayan qohumundan pul götürüb verəcəyini deyərək, taksi sürücüsünü həmin qohumuna zəng etmək adı ilə aldadıb ona məxsus “Samsung A-02” mobil telefonunu alaraq özü ilə götürüb avtomobildən düşüb xəstəxaya bitişik olan yaşayış binasına daxil olmuş və həmin binanın digər çıxışından bayıra çıxıb oradan uzaqlaşmışdır. Taksi sürücüsündən götürdüyü mobil telefonu isə söndürmüş və başqa taksiyə minib evinə getmişdir. Ələ keçirdiyi “Samsung A-02” mobil telefonu “20 yanvar” metrosu yaxınlığında tanımadığı şəxsə 150 manata satmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş, onlarla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 01 mart 2022-ci il tarixdə səhər saat 06 radələrində, ümumi tanışlarının vasitəsi ilə tanış olduğu Əbdül adlı şəxslə qarşılıqlı razılığa əsasən Xırdalan şəhərində yerləşən “Hermess” otelində birlikdə vaxt keçirərək istirahət etmişlər. Sonra nahara yaxın o, Əbdül və sonuncunun oteldə olan tanışı ilə taksilə “28 May” metrostansiyasına yola düşmüşlər, yolda Əbdülün tanışı taksidən düşmüş, Əbdül isə istifadə etdiyi mobil telefonun balansında kontur olmadığını bildirib, ondan zəng etmək üçün mobil telefonunu istəmiş, o, da özünə məxsus “Samsung Galaxy A-32” mobil telefonu danışması üçün Əbdülə vermişdir. Yuxusuz olduğu üçün qəfil avtomobildə yuxuya gedib yatmışdır. Müəyyən vaxtdan saat 13 radələrində, o, avtomobildə oyandıqda, taksinin “İçəri şəhər” metrosu yaxınlığındakı “Urologiya”xəstəxanasının qarşısında dayanmasını və avtomobildə tək sürücünün olmasını görmüş və ondan Əbdülün harada olduğunu soruşmuş, sürücü də Əbdülün təxminən 10 dəqiqə əvvəl pul gətirmək adı ilə avtomobildən düşüb getdiyini bildirmişdir. Sonra o, avtomobildən düşüb ətrafa baxmış, lakin Əbdülü tapa bilmədikdə Əbdülün ona məxsus mobil telefonu ələ keçirərək çıxıb getməsini başa düşmüş və bu barədə polisə gedib şikayət ərizəsini vermişdir. Hazırda ona dəymiş 610 manat ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayından “Bolt” şirkətinə məxsus günlük icarə qaydasında götürdüyü “Toyota Prius" markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və işi ilə əlaqədar mobil tətbiqdən istifadə etməsi üçün “Bolt” şirkəti tərəfindən ona 550 manat dəyəri olan “Samsung Galaxy A-02" markalı mobil telefonu verilmişdir. 02 mart 2022-ci il tarixdə səhər saat 04 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Alba” otelin qarşısında müştəri gözləyərkən, avtomobilinə 1 nəfər cavan oğlan əyləşib onu bir neçə ünvana sürdürmüş və ondan zəng etmək üçün şirkətə məxsus olan “Samsung Galaxy A-02" markalı mobil istəmişdir. O, da mobil telefonu həmin şəxsə verdikdə sonra sonuncu həmin telefondan təxminən 2-3 nəfərə zəng vurub danışmış, sonra isə ona avtomobili “İçəri şəhər” metrosu yaxınlığına sürməsini, orada bibisinin yaşamasını, gedib bibisindən pul götürəcəyini deyərək, avtomobili həmin ünvana sürdürmüşdür. Yolda həmin şəxs adının Əbdül olmasını, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsini ona verərək, hər hansı bir çətinliyi olsa müraciət etməsini ona bildirmişdir. Əbdülü izah etməsinə əsasən “İçəri şəhər” metrosu yaxınlığındakı “Urologiya” xəstəxanasının yanına aparmış, avtomobildə gedərkən onun zəng etmək üçün verdiyi mobil telefon Əbdüldə qalmışdır. “Urologiya” xəstəxanasına bitişik yerləşən yaşayış binasının qarşısına çatanda Əbdül ona binanı göstərib bibisinin həmin binada yaşadığını və pulu götürüb bir neçə dəqiqəyə geri qayıdacağını bildirmiş, o, etiraz etmədikdə Əbdül mobil telefonu da özü ilə götürüb avtomobildən düşüb yaşayış binasına daxil olmuşdur. Təxminən 10 dəqiqə gözlədikdən sonra, Əbdülün geri dönmədiyini görüb ətrafı axtarmış, lakin tapmadıqda Əbdülün ona məxsus mobil telefonunu ələ keçirib çıxıb getməsini başa düşərək əvvəlcə DİN-nin “102” ximdətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, sonra da Səbail RPl-nin 8-ci PB-nə gedib şikayət ərizəsini vermişdir. Hazırda ona dəymiş 555 manat ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır. Gələcəkdə bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan 26 mart 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 30 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilərək azadlıqdan məhrumetm cəzası 3 ilə endirilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 07 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 27 mart 2022-ci il tarixli qərardan görünür ki, X4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınması haqqında 28 mart 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, 05 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 05 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 05 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 26 may 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin yaxalanması barədə 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutulub Səbail RPİ-nin müvəqqəti Saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında 05 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, “Azercell-Telekom”, “Azerfon” və "xxxx" MMC-dən alınmış məlumatlar əks olunmuş üç ədəd “CD” disklər iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(009)-174/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir iddiası yoxdur. İş materiallarında olan X3 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi yoxdur. İş materiallarında olan “Kapital Bank“ ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs adından X2 hesabına dəymiş zərərin 25 %-i olan 292 (iki yüz doxsan iki) manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin ifadələri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, onlara dəymiş ziyan tam ödənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan 03 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut olan 03 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-174/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-174/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver