Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-175/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 09 dekabr 2021-ci il tarixdə saat 12:00-da xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsində yerləşən 7 saylı evdə müvəqqəti yaşayan, barəsində həbs vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə, saat 00:14-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng edib, habelə həmin tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində nəzərdə tutulmuş bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, 15 dekabr 2020-ci il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi ilə piyada evinə gedən zaman Anar adlı şəxsin bir nəfər tanımadığı digər şəxslə birlikdə bıçaqla hədələyərək, 195 manat pulunu ona qarşı silah qismində əşyanı tətbiq etməklə quldurluq edib ələ keçirmələrini bildirmiş, həmin məlumatlar əsasında toplanmış materiallar üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 16 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1ci maddəsi ilə cinayət işi başlanılmış, lakin istintaq zamanı şahid qismində verdiyi ifadəsində, habelə cinayət işi üzrə Şahid1 ilə üzləşmə zamanı cinayət barədə verdiyi məlumatın yalan olduğunu və cinayətin törədilməsi barədə yalan məlumat verdiyim etiraf etmiş, bununla da ibtidai istintaq orqanlarının normal fəaliyyətini pozub, digər şəxsin əsassız cinayət təqibinə məruz qalmasına səbəb olan şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdə, saat 23:00 radələrində narkotik vasitə qəbul etməsi və qanunsuz olaraq üzərində gəzdirməsində şübhəli bilindiyi üçün Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın yaxınlığında saxlanılmış, həmin bölməyə gətirilib inzibati binada vəkilin iştirakı ilə üzərinə baxış keçirilən zaman əynindəki, açıq göy rəngli gödəkçənin bayır hissəsində, sağ döş cibindən gümüşü rəngli falqaya və kağıza bükülmüş iki ədəd ümumi çəkisi 0,303 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsul ilə hazırlanmış psixotrop maddə metamfetamin və üzərində “Royal” yazısı olan, ümumi çəkisi 3,825 qram olan 2 ədəd konvalyuta 17 ədəd qırmızı rəngli dairəvi formalı həb tramadol hidroxlorid tərkibli dərman preparatı aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 296.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, onunla Şahid1 arasında əvvəllər borc münasibətləri olmuş və o, Şahid1 12 manat məbləğində pul vəsaitini borc almışdır. Lakin sonradan maddi imkanı olmadığına görə həmin borcunu qaytara bilməmişdir. 15 dekabr 2020-ci il tarixdə, saat 23 radələrində o, Bakı şəhəri Səbail rayonu ərazisində motosikiletlə hərəkət edərkən, təsadüfən Şahid1la qarşılaşmışdır. Bu zaman Şahid1 ondan borcunu qaytarmasını tələb etmiş və o, Şahid1 olan 12 manat məbləğində borcunun 11 manat hissəsini geri qaytarmışdır. Həmin vaxt Şahid1 borcunu gec qaytarmasına görə ona qarşı qeyri-etik ifadələr işlətdiyindən o, Şahid1 hər hansı formada zərər vurmaq üçün 15 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng edərək və 16 dekabr 2020-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ərizə ilə müraciət edərək, Şahid1 ona qarşı fiziki zor tətbiq etməklə, 195 manat məbləğində pul vəsaitini zorla aldığını bildirmişdir. İstər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng edərkən, istərsə də 16 dekabr 2020-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ərizə ilə müraciət edərkən ona cinayət edilməsi haqqında biləbilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti elan edilmişdir. Buna baxmayaraq, o, Şahid1 cinayət məsuliyyətinə cəlb edilməklə, sonuncudan qisas alacağına əmin olduğu üçün ona elan olunmuş məsuliyyətə əhəmiyyət verməmişdir. Sonradan isə Şahid1 qarşı polis orqanlarına etdiyi müraciətin öz təsdiqini tapmayacağını bildiyinə görə Şahid1 haqqında yalançı xəbərçilik etməsinə dair Səbail Rayon Polis X3 izahat vermişdir. Həmçinin o, motosikiletlə kuryer kimi fəaliyyət göstərdiyinə görə gecə növbəsində işləmək məcburiyyətində qalır. Bəzi vaxtlar isə gecə saatlarında yuxulayır və ona tapşırılmış işləri tam yerinə yetirə bilmir. Onun barəsində polis əməkdaşları tərəfindən tutma tətbiq olunmamışdan 04 ay əvvəl işıqforun yaşıl işığının yanmasının gözləyərkən təsadüfən qarşılaşdığı, kuryer fəaliyyəti ilə məşğul olan tanımadığı bir nəfər şəxs Bakı şəhəri ərazisindəki “Hökumət evi”nin yaxınlığında ona özünün də yuxu rejimi ilə əlaqədar əziyyət çəkdiyini, gecələr verilmiş tapşırıqların yerinə yetirilməsi üçün hansısa həbdən istifadə etdiyini və həmin həbin insan orqanizmini daha gümrah saxladığını bildirmiş, qeyd olunan həbi almaq üçün ona bir mobil telefon nömrəsi vermişdir. Tanımadığı şəxsin ona verdiyi mobil telefon nömrəsi Türkiyə Respublikasına aid mobil operatorlardan birinə aid olmuş və ilk dəfə zəng vurduqda onun telefon zənginə cavab verilməmişdir. Bundan sonra o, 03 mart 2021-ci il tarixdə həmin mobil telefon nömrəsinin “whatsapp” mobil tətbiqində olan hesabına mesaj göndərmişdir. Həmin şəxs ilə aralarında olan yazışmalar zamanı həmin şəxs ona hesab nömrəsi vermiş və bu hesaba 30 manat məbləğində pul göndərməsini bildirmişdir. O, pulu göndərdikdən 3 saat sonra həmin nömrədən şəkil göndərilmiş və qeyd olunmuşdur ki, həmin yer Binəqədi rayonu, Azadlıq küçəsində yerləşən “Kəmalə Nərmin” şadlıq sarayının yaxınlığında yerləşir. Həmin ünvana o, axşam saatlarında çatmış və şəkildə göstərilən yerə gedib, dəmir qutuların kənarına qoyulmuş sifariş etdiyi narkotik maddə olan şüşə və “Tramadol” həblərini götürərək oradan uzaqlaşmışdır. Daha sonra isə o, həmin şəxs ilə olan yazışmalarını telefondan silmişdir. 05 mart 2021-ci il tarixdə, saat 22:30 radələrındə isə o, Səbail rayonu, 20-ci Sahə, Dağlıq küçəsində yaşayan Miri adlı tanışı ilə görüşməyə getmişdir. Sonuncunun yaşadığı küçəyə çatarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onu 8-ci Polis Bölməsinə dəvət etmişlər. O, könüllü razılığı ilə 8-ci Polis Bölməsinə getmişdir. Polis bölməsində olan zaman onun üzərinə vəkilin iştirakı ilə, video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı ondan üzərində dövriyyəsi qanunla qadağan edilən və ya məhdudlaşdırılan əşyaların, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O isə 03 mart 2021-ci il tarixdə əldə etdiyi maddələrin polis əməkdaşları tərəfindən aşkar ediləcəyini bildiyinə görə həmin maddələri könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, onlardan ağ rəngli kristallara bənzər maddənin psixotrop maddə metamfetamin, həblərin isə güclü təsir edici maddə tramadol olduğunu və şəxsi istifadəsi üçün əldə edib, üzərində daşıdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən onun üzərinə keçirilmiş baxış zamanı dövriyyəsi qanunla qadağan edilən və ya məhdudlaşdırılan başqa əşya aşkar edilməmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib edilmiş, protokolun düzgünlüyü o, müdafiəçi və digər polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs son sözündə cinayət əməllərindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, təqsirini boynuna almasının, cinayətin açılmasında fəal kömək etməsinin və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 296.2ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etirafı, eləcə də məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsində göstərilmidir ki, Təqsirləndirilən şəxs əvvəllər onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsinin yaxınlığındakı Y.Mürsəlov küçəsində kirayə tutduğu mənzildə yaşamışdır. Buna görə də o, Təqsirləndirilən şəxs qiyabi olaraq tanımış və “Tramadol” dərmanı satdığını bilmişdir. Onların yaşadıqları məhəllədə yaşayan və maddi vəziyyəti pis olduğuna görə başqa şəxslərin maddi köməkliyi ilə öz xərclərini ödəyən Anar adlı şəxsin güclü ağrılardan əziyyət çəkdiyini eşitmişdir. O, Anar adlı həmin şəxslə söhbət edərkən, Təqsirləndirilən şəxs ağrıkəsici olan “Tramadol” həbləri satdığını və ehtiyacı olsa, həmin şəxsdən “Tramadol” həbləri ala biləcəyini Anara izah etmişdir. Bundan bir qədər sonra o, Anarla görüşərkən, Anar Təqsirləndirilən şəxs “Tramadol” həbi almaq məqsədi ilə 12 manat məbləğində pul verdiyini, lakin Təqsirləndirilən şəxs vəd etdiyi həbləri vermədiyini və 12 manat məbləğində pul vəsaitini təkidlə geri tələb etsə də, qaytarmadığını demişdir. Qeyd olunan səbəbdən o, 15 dekabr 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi ilə yaşadığı evə gedərkən təsadüfən Təqsirləndirilən şəxsla qarşılaşmış, sonuncudan Anara olan 12 manat məbləğində borcunu qaytarmamasının səbəbini soruşmuşdur. Təqsirləndirilən şəxs isə Anar olan 12 manat məbləğində borcunun 11 manat hissəsini ona verib, həmin pulu Anara çatdırmasını ondan xahiş etmiş və qalan 1 manat məbləğində borcunu qaytaracağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla sağollaşıb həmin ərazidən getmişdir. O, heç bir vaxt Təqsirləndirilən şəxs qarşı fiziki zor, sözlə hədə tətbiq etməmiş və sonuncuya aid pul vəsaitini almamışdır. Təqsirləndirilən şəxs onun barəsində hüquq mühafizə orqanlarına şikayətləri qərəzli xarakter daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu göstərilmişdir. Buna görə də əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 05 mart 2021-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs həmin ərazidə saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılma səbəbləri izah olunmaqla, Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət edilmişdir. Polis bölməsində müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitələr, psixotrop və güclü təsir edən maddələr varsa, onları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs isə əynindəki idman gödəkçəsinin, bayır hissəsində olan sağ döş cibindən, dəmir qabda, kağıza və gümüşü falqaya bükülmüş iki büküm və 2 konvalyutda 17 həbi təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və konvalyut açılıb içərilərinə baxarkən, 2 bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə olması, 2 konvalyutdakı qırmızı rəngli 17 həbin üzərində isə “Royal” sözünün yazıldığı müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 2 ədəd bükümdəki maddələrin psixotrop maddə metamfetamin, 17 ədəd həbin isə güclü təsiredici maddə “Tramadol” olduğunu, həmin maddələri 03 mart 2021-ci ildə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq küçəsində yerləşən “Kəmalə-Nərmin” şadlıq sarayının yaxınlığında, yol kənarından, əvvəlcədən online qaydada sifariş verdiyi və tanımadığı şəxsin yerləşdirdiyi yerdən götürərək şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi baxış keçirilməsi davam etdirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Aşkar olunmuş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, şəxsi axtarış və götürmədə iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuş, həmin protokolun düzgünlüyü baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrində şahid X4 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişlər. İşdə olan Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ünvanlanmış 16 dekabr 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin ərizəsində 15 dekabr 2020-ci il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi ilə piyada evinə gedən zaman Anar adlı şəxsin bir nəfər tanımadığı digər şəxslə birlikdə bıçaqla hədələyərək, 195 manat pulunu ona qarşı silah qismində əşyanı tətbiq etməklə quldurluq edib ələ keçirmələrini bildirmişdir. Ərizə verməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində nəzərdə tutulan bilə-bilə yalan xənərçilik etməklə bağlı məsuliyyət daşıdığı elan olunmuş, Təqsirləndirilən şəxs qeyd olunan xüsusatı öz imzası ilə təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 16 dekabr 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi ilə piyada evinə gedən zaman Anar adlı şəxsin bir nəfər tanımadığı digər şəxslə birlikdə bıçaqla hədələyərək, 195 manat pulunu ona qarşı silah qismində əşyanı tətbiq etməklə quldurluq edib ələ keçirmələrini bildirməklə, hadisə törətdiyini iddia etdiyi ərazini polis əməkdaşlarına göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən Səbail Rayon Polis İdarəsində verilmiş izahatdan görünür ki, Təqsirləndirilən şəxs həmin izahatında 15 dekabr 2020-ci il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi ilə piyada evinə gedən zaman Anar adlı şəxsin bir nəfər tanımadığı digər şəxslə birlikdə bıçaqla hədələyərək, 195 manat pulunu ona qarşı silah qismində əşyanı tətbiq etməklə quldurluq edib ələ keçirmələrini bildirmişdir. Baxış keçirilməsi haqqında 16 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, X5 Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng mərkəzinə zəng edərək, özünü təqdim etmiş, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin arxasında kirayə tutduğu mənzildə yaşadığını, Çernyaxovski küçəsi ilə öz evinə gedərkən Anar adlı şəxslə bir nəfər tanımadığı şəxsin onun üstünə bıçaq çıxararaq, 195 manat məbləğində pulunu aldıqlarını bildirmişdir. Şəxsi axtarış və götürmə, eləcə də CD diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 05 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman həmin şəxsin əynindəki, açıq göy rəngli gödəkçənin bayır hissəsində, sağ döş cibindən gümüşü rəngli falqaya və kağıza bükülmüş iki ədəd ümumi çəkisi 0,303 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsul ilə hazırlanmış psixotrop maddə metamfetaminə və üzərində “Royal” yazısı olan, ümumi çəkisi 3,825 qram olan 2 ədəd konvalyuta 17 ədəd qırmızı rəngli dairəvi formalı həb tramadol hidroxlorid tərkibli dərmana oxşar preparatlar aşkar edilərək götürülmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunraq elan olunmuş 06 mart 2021-ci il tarixli 6/912 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,164 qram və 0,139 qram, ümumi təmiz çəkisi 0,303 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində “Royal (tramadol hydrochloride 225)” yazısı olan 2 ədəd konvalyutda 17 ədəd qırmızı rəngli dairəvi formalı həb tramadol hidroxlorıd tərkibli dərman preparatıdır. 17 ədəd həbdə təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 3,825 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,225 qram tramadol hıdroxlorid olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’-in İ siyahısına daxildir. Tramadol hıdroxlorid 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısna daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 0,303 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 0,203 qram qalmışdır. “Royal (tramadol hydrochloride 225)” yazısı olan, qırmızı rəngli dairəvi formalı tramadol hidroxlorıd həbləri 2 konvalyutda 17 ədəd həb olmuş, tədqiqata 2 həb sərf edilmiş, qalıq 15 həb qalmışdır. Aparılmış təhqiqatın dəyəri 114 manatdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunraq elan olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixolojı ekspertizasının 09 mart 2021-ci il tarixli 516 nömrəli rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkürvə s.), intellektinin normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Emosional sferasında qeyri-sabitliyi, qıcığa qarşı həssaslığı, hövsələsizliyi müşahidə edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunraq elan olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının 10.03.2021-ci il tarixli 713 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından, psixotrop maddə olan metamfetamındən və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsiredici dərman preparatı olan tramadoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 13 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2 və 240.1-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbvaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 05 mart 2021-ci il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 mart 2021-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 13 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqat üçün sərf olunduqdan sonra qalıq qalmış 0,203 qram psixotrop maddə metamfetaminin və 15 ədəd qırmızı rəngli dairəvi formalı həb tramadol hidroxlorid tərkibli dərman preparatının Səbail RPİ-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 oktyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə həmin cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini 16 dekabr 2020ci il və 05 mart 2021-ci il tarixlərində törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 296.2ci maddələri ilə ittiham irəli sürülmüşdür və əməl həmin maddələrlə düzgün tövsüf olunmuşdur Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nörməli qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Həmçinin işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış 01 sentyabr 2021-ci il tarixli, 17/38-5952 saylı məktubdaqn görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(009)-175/2021 saylı qərarının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs 20 avqust 2021-ci il tarixdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əməlindən səmimi peşman olmasını, cinayətin açılmasına fəal kömək etməsini, əməlini etiraf etməsini, gənc olmasını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 296.2ci maddələrinin sanksiyalarında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edərəkən onun 05 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək, həmçinin 20 avqust 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək, yəni 03 (üç) ay 20 (iyirmi) gün həbsdə saxlanıldığı müddətin nəzərə almasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəməyədək icraat dövründə təyin olunmuş və məhkəmə istintaqında tədiqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 10.03.2021-ci il tarixli 713 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından, psixotrop maddə olan metamfetamındən və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsiredici dərman preparatı olan tramadoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməsi məqsədəmüvafidir. Eyni zamanda 16 mart 2018-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahası”na əsasən travmadol hidroxlorid tərkibli dərman pereparatının aşağı hədəri 6 qram olduğundan Təqsirləndirilən şəxs verilmiş ittihamdan ümumi çəkisi 3,825 qram olan iki ədəd konvalyuta, 17 ədəd qırmızı rəngli dairəvi formalı həb satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlanılması hissəsi xaric olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,203 qram çəkidə psixotrop maddə metamfetamin, ümumi çəkisi 3,825 qram olan iki ədəd konvalyuta, 17 ədəd qırmızı rəngli dairəvi formalı həb travmadol hidroclorid tərkibli dərman pereparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 114 məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə tutulmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 296.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək, həmçinin 20 avqust 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 03 (üç) ay 20 (iyirmi) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, yəni 07 (yeddi) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 5 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhəri ərazisini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs verilmiş ittihamdan ümumi çəkisi 3,825 qram olan iki ədəd konvalyuta, 17 ədəd qırmızı rəngli dairəvi formalı həb travmadol hidroxlorid tərkibli dərman pereparatının satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlanılması hissəsi xaric olunsun. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,203 qram çəkidə psixotrop maddə metamfetamin, ümumi çəkisi 3,825 qram olan iki ədəd konvalyuta, 15 ədəd qırmızı rəngli dairəvi formalı həb travmadol hidroxlorid tərkibli dərman pereparatı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 426 (dörd yüz iyirmi altı) manat pul tutulub, "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-175/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-175/2021
09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver