Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-175/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 19 may 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 yanvar 2025-ci il tarixdə, saat 05:00 radələrində Nümayəndə Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində olan "X11” adlı üst geyim paltarları mağazasına açarseçmə yolu ilə qanunsuz olaraq daxil olub bağlı vəziyyətdə olan kassadan müxtəlif əskinaslardan ibarət cəmi 1335 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxs Nümayəndə ümumilikdə 1335 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, əvvəllər talama cinayəti törətdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur, sonuncu dəfə isə 2020-ci ildə Yasamal rayon məhkəməsində, törətdiyi oğurluq cinayəti ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilmişdir. Cəzasını 16 saylı cəzaçəkmə mııəssəsində çəkmişdir və xx.xx.2024-cü il tarixdə cəzanın sonu ilə azadlığa buraxılmışdır. O 2011-ci ildə X3 ilə ailə qurmuşdur, birgə nigahdan 2 azyaşlı övladı var. Sonuncu dəfə törətdiyi oğurluq cinayətinə görə məhkum olunduğu üçün aralarında münasibət pozulmuşdur. O, cəzadan azad edildiyinə görə iş tapıb işləyə bilmədiyi üçün maddi ehtiyaclarını ödəyə bilmədiyinə görə oğurluq etmək fikrinə düşmüşdür. Hadisə törətdikdən təxminən 1 həftə əvvvəl 28 May metro stansiyasının yaxınlığından keçərkən yolun kənarından üzərində sap olan açar dəsti tapıb və xoşuna gəldiyi üçün onu götürmüş və özündə olan açarları da həmin açar dəstinə taxıb. Pula ehtiyacı olduğundan 29 yanvar 2025-ci ildə, saat 7 radələrində Sahil metrosu istiqamətində hərəkət edərkən yolun solunda üst-geyim paltarları satılan mağaza olduğunu görmüş, həmin mağazadan oğurluq etmək məqsədi ilə mağazanın arxa tərəfində olan dəmirdən hazırlanmış giriş qapısının yanına gələrək özündə olan, yəni yerdən tapdığı açaı dəstini çıxarıb, mağazanın giriş qapısının qıfılına daxil edərək qapını açıb içəri daxil olarkən sağ istiqamətdə hərəkət edib və orada olan şkaflara baxaraq pul axtarıb, lakin tapa bilmədiyi üçün bundan sonra mağazanın salonunda olan kassaya yaxınlaşaraq kassanın üzərində olan açarla bağlı qapını açıb, kassadan 1335 manat pulu götürmüşdür, oğurladığı pullar 100, 50, 20 və 10 manatlıq əskinaslarla olmuşdur. O, həmin mağazaya girdiyi qapısını örtərək oradan uzaqlaşaraq yerdən tapıb oğurluq hadisəsi zaman qapının açılmasında istifadə etdiyi açarları xatırlamadığı ünvanda tullayıb və oğurladığı pulları öz şəxsi ehtiyacları üçün xərcləyib. O, oğurluq etdiyi mağazının qarşısından dəfələrlə keçmiş olsa da həmin mağazada olmamışdır, oğurluq eldiyi mağazanın arxa tərəfində olan giriş qapısının olubolmamasını heç kimdən öyrənməmişdir, bunu sadəcə mağazaya çöldən baxarkən onun arxa qapsının olduğunu təsvir etmişdir və arxaya keçdikdə həqiqətən də arxa qapının olduğunu görmüşdür. O, həmin oğurluq hadisəsi ilə bağlı əvvəldən və ya sonradan bu barədə heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirərək barəsində aşağı cəza yəyin olunmasını xahiş etmişdir. Məhkəməyədək iclasında zərərçəkmiş hüquqi şəxs "X11” MMC”-nin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, təxminən 5 ildir ki. Sahil metrostansiyası yanında yerləşən "X11” MMC”-nin qadın və kişi üst geyim əşyalarının, ayaqqabıların salışını həyata keçirən dükanda menecer işləyir, həmin dükanda ondan başqa 8 işçi fəaliyyət göstərir, onlar dükanda satıcı, xadimə, anbardar işləyirlər. Dükan hər gün saat 09:45-də onun tərəfindən açılır, 22:00-da isə onun tərəfindən bağlanır. Dükanın Ü.Hacıbəyli küçəsi tərəfindən də, Səməd Vurğun küçəsi tərəfdən də daxildən açılıb bağlanan şüşə qapıları vardır. Dükanın məhləyə açılan arxa qapısı da vardır, həmin qapı bir laylıdır, dəmir seyf qapısıdır, həmin qapı içəridən və çöldən açarla açılıb bağlanır. Dükanın qapılarının açarları onda və MMC-nin sahibi Vəfa xanımda olur. Sonuncu hadisəyə qədər həmin dükandan hər hansı oğurluq hadisəsi olmamıdır. Dükanda alınan malların pulu nəqd və ya kart köçürməsi vasitəsilə aparılır, gündəlik tədəbat üçün dükanın kassasında müxtəlif məbdəğlərdə nəqd pul saxlayırlar, dükanda satılan mallar və əldə olunan gəlir barədə MMC-yə məlumat verir və ödənişi də MMC-yə verir. Kassa dükanın salonunda, ortada yerləşir. Dükanda təhlükəssizlik baxımından video-müşahidə kameraları quraşdırılmışdır. Hər işə başlamamışdan əvvəl qapını o açır, işçilər ondan sonra gəlir, axşam isə onun tərəfindən işçilər çıxdıqdan sonra bağlanır. 2025-ci ilin yanvar ayının 28-də işin sonunda işçilər dükanı tərk edəndən sonra o qapıları bağlayıb evə getmişdir. Həmişə olduğu kimi 29 yanvar 2025-ci il tarixdə, saat 09:40 radələrində dükanın arxa girişindən içəri daxil olmaq istəyərkən qapının açıq olduğunu görüb içəri daxil olub kassanın açıq olduğunu görmüşdür, halbuki o həmişəki kimi işdən gedəndə kassanı bağlayıb sonra mağazanı tərk etmişdir, dərhal video-kamera görüntülərinə baxış keçirmiş və video-kamera görüntülərini arxaya çevirərkən təqsirləndirilən şəxsin mağazanın arxa qapısını açmasını, içəri daxil olmasını, dükanda olan kassadan pulu götürməsini görüb, bu barədə dərhal 39-cıı polis bölməsinə məlumat verib. Bundan sonra həmin polis bölməsinə gedərək, ərizə ilə müraciət etmişdir. Müraciət etdiyi vaxt o həmin təqsirləndirilən şəxsin kimliyini bilmirmiş. Sonradan maraqlandıqda dükandan oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu bilib. O həmin şəxsi tanımır, əvvəllər onu görməmişdir, onunla da hər hansısa bir münasibəti olmamışdır. Baş vermiş oğurluq hadissəsi ilə bağlı 39-cıı polis bölməsinə ərizə yazan zaman vurulmuş maddi ziyanın 585 manat olmasını, ilkin olaraq tam, ətraflı öyrənmədiyi üçün demişdir, lakin sonradan bununla bağlı izahat verən zaman baş vermiş oğurluq hadissəsi nəticəsində vurulmuş maddi ziyanın 1335 manat olmasını aşkar etmişdir. Zərərçəkmiş hüquqi şəxs "X11” MMC”-nin nümayəndəsi Nümayəndə, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən "X11” MMC”-yə dəymiş ziyanın ödənilməsini və həmin şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Aliıııkar oğlu ifadəsində bildirmişdir ki, son bir ildir ki, "X11” MMC-nin Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyli və S.Vurğun küçələrinin kəsişməsində yerləşən dükanında satıcı işləyir, işlədiyi dükan hər gün saat 09:45-dən 22:00dək işləyir. Nümayəndə həmin dükanda menecer işləyir, ondan başqa həmin dükanda 3 nəfər də satıcılar vardır. Onun işlədiyi dükanda kişi və qadına aid müxtəlif ölçülü üst geyim paltarları, idman ayaqabıları və sair əşyalar satılır. Həmin dükanın açarları menecer Nümayəndə olur. Nümayəndə hamıdan qabaq dükanı açır, iş qurtardıqdan sonra onlarla birlikdə dükandan çıxıb qapıları bağlayır və açarları özü ilə götürür. Dükaııda alqı-satqı nəqd ödəniş və kart hesaba köçürmə yolu ilə aparılır. Dükanda mühafizəçi olmasa da dükan video müşahidə kameraları ilə təmin edilmişdir. 28 yanvar 2025-ci il tarixdə həmişə olduğu kimi işdən çıxanda Nümayəndə dükanın arxa tərəfdən dəmir seyf qapını açarla bağlamış və onlar hamısı evlərinə getmişlər, səhərisi günü həmişəki kimi saat 09:45-də işə gələndə dükanın qabağında Nümayəndəla görüşmüş və həmin zaman Nümayəndə dükanın kassasından naməlum şəxs tərəfindən pul oğurlanlığını demişdir, lakin kim tərəfindən oğurlanması barədə məlumatı olmamışdır, sonradan bilmiş ki, Təqsirləndirilən şəxs adlı şəxs dükanın arxa tərəfdən qapısını özündə olan açarla açaraq içəri daxil olub kassadan pulu oğurlayıb, həmin Təqsirləndirilən şəxs dükandan puldan başqa heç nə oğurlamamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində bildirmişdir ki, son bir ildir ki, "X11” MMC-nin Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyli və S.Vurğun küçələrinin kəsişməsində yerləşən dükanında anbardar işləyir. Anbardar kimi onun vəzifəsinə MMC-dən verilmiş malları qəbul edib dükanın daxilində yerləşən anbara yığmaqdan ibarətdir, o hər gün səhər işə gəlir və gün ərizində işdə olub işin sonunda evinə gedir. Nümayəndə dükanın meneceri, Şahid1 satıcısı işləməklə onlardan başqa da işçilər vardır. Dükanın mühafizəçisi yoxdur, lakin videokameralar vasitəsilə dükanın işinə nəzarət edilir. Dükanın qapılarının açarları Nümayəndə olduğu iiçün 29 yanvar 2025-ci il tarixdə səhər vaxtı isə gələndə Nümayəndə isdə olub, söhbət zamanı bildirib ki, naməlum şəxs tərəfindən dükanın kassasından pul oğurlanıb, həmin oğurluğun kim tərəfindən edildiyini bilmirmiş, lakin sonra Nümayəndə polisə şikayət etdikdən sonra bilmişlər ki oğurluğu törədən şəxs Təqsirləndirilən şəxs adlı şəxsdir. O həmin şəxsi tanımır və onunla heç bir münasibəti olmamışdır. İş materiallarından olan Azərbaycan Respublikası DİN Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsinə göndərilmiş məktubdan görünür ki, 29 yanvar 2025-ci il tarixdə vətəndaş X1 RPİ-nin 39-cu PB-nə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən “Mix art Fashion” mağazasından 585 manat pulun oğurlanması ilə bağlı verilən məlumat (HK-1/65) ilə əlaqədar olaraq, hadisəni törətməkdə şübhəli bilinən şəxs (lər) 29 yanvar 2025-ci il tarixdə saat 05:50:03-də TŞ1-166/2, saat 05:48:15-də TŞ1-247/3 saylı kamera görüntülərində müşahidə edilmişdir. Odur ki, “Üztanıma” sistemi vasitəsi ilə qeydə alınmış şəxs(lərin) kimliyinin müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən Azərbaycan Respublikası DİN Səbail Rayon Polis İdarəsinə göndərilmiş məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli 47-3/2-756 saylı məktubla təqdim edilmiş məlumatlara əsasən araşdırmalar aparılmışdır. “Üztanıma“ sistemi vasitəsilə aparılan araşdırmalar nəticəsində naməlum şəxsin xx xxxxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. İş materiallarında olan 29 yanvar 2025-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, “X12” dükanı ünvan 3 ünvanında olan hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşir, yoldan 4-5 metr aralıdadır. Dükanın içərisində geyim əşyaları olan rəflər, piştaxtalar və kassa yeri vardır, 1335 manat pul kassa yerindən oğurlanmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilib protokola əlavə edilmişdir. İş materiallarında olan 11 fevral 2025-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı tərəflər öz ifadələrində bildirdiklərini üzləşmə zamanı da təsdiq elmişlər və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf elmişdir. İş materiallarında olan 11 fevral 2025-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Bakı şəhəri. Səbail rayonu ərazisində olan “Sahil” metrostansiyasının çıxışına Üzeyir Hacıbəyli və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən “X11” dükanının arxa hissəsinə keçib dükanın arxasında olan dəmir seyf qapısını göstərib 28 May metrostansiyası yaxınlığından tapdığı topa açarla həmin qapını açarseçmə yolu ilə açdığını, oradan dükana daxil olub oradan sağ tərəfdə olan mallara baxıb sonra dükanın salonuna keçdiyini, orada olan piştaxtanın arxasında üzərində açarı oan kassanı açıb orada olan 1335 manat pulu götürdüyü yeri əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilmiş və bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqdim etdiyi 01 ədəd flaşkarta köçürülmüş, hadisə yerində quraşdırılmış videokameralardan götürülmüş videogörüntülərinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, görüntülərin “Mix” səhifəsində olan birincisi xx.xx.2025-də, saat 05:46-da başlayır, qapalı yerdə olan görüntülərlədir. Görüntünün 05:51-ci dəqiqəsində qaranlıq şəraitdə əlində l’anar tutmaqla kameranın görünüş bucağında qarşı tərəfə hərəkət edir, onun başında ağ rəngdə “çeçenka” adlanan papağı, ağzında qara rəngdə maskası, əynində rəngbərəng gödəkçəsi vardır. Saat 05:52-də həmin şəxs getdiyi yerdən geri qayıdır, saat 05:54-də qaranlıqda nəsə yoxladığı görünür, sonra kameranın görünüş bucağından itir. Həmin görüntü 10:51 dəqiqə davam edir; -Üçüncü görüntü xx.xx.2025-də, saat 05:48-də başlayır, saat 05:53-də başında ağ rəngli “çeçenka” papaq, ağzında qara rəngli maska, əynində rəngarəng “S U P” yazısı ilə gödəkçəsi olan şəxsin dükanın ortasnda olan kassaya gəlir, kassanın siyirməsini açmaq üçün kassa aparatının stolunu axtarır, bir müddət kassanı aça bilmir, sonra aşağıdan kassanın siyirməsini açır və siyirməni arxaya çəkir, siyirmənin içində olan ayrı-ayrı cibliklər görünür, o həmin cibliklərin bir neçəsində olanları götürüb sol əlində toplayır və əlində tutmaqla kassanın siyirməsini açıq halda saxlayıb oradan uzaqlaşır, saat 05:54:38- də oradan gedir. Həmin görüntü 10:51 dəqiqə davam edir; -Beşinci görüntü 05:46-dəqiqədə başlayır, dükanın arxa qapısı olan yer görünür, saat 05:49:51-də, “çeçenka” papaqda bir nəfər arxa tərəfdə olan həyətə girir, həyətin ortasında dayanır və sonra kameranın görünüş bucağından itir, saat 05:55:29-da kameranın görüntü bucağına düşməyən qapının açılması görünür, saat 05:55:54-də həmin qapı açılır və kamerada görünən şəxsin həmin qapıdan çıxıb oradan qaçıb gedir, onun arxa tərəfi görünür. Həmin görüntü 10:52 dəqiqə davam edir. 2. 4 və 6-cı görüntülərdə istintaq marağı kəsb edən məlumatlar aşkar edilmədi. İkinci “Mixyol” səhifəsində 18 kadr olması aşkar edildi. Həmin kadrlardan yalnız 5-cidə saat 05:47:22-də başında ağ rəngli “çeçenka” papaq, əynində rəngarəng gödəkçə olan şəxsin küçə ilə hərəkət etməsi görüntülənməsi görünür, digər görüntülərdə istintaq marağı kəsb edən hər hansı kadr aşkar edilmədi. Görüntülərə baxış keçirilərkən həmin görüntülərdə olanlarla Təqsirləndirilən şəxs ifadəsində dediklərinin eyniliyi müəyyən edildi, ifadə deyilənlərlə görüntülərdə göstərilənlər arasında hər hansı ziddiyyət aşkar edilmədi. Həmçinin iş materiallarında olan 15 fevral 2025-ci il tarixli “maddi sübut hesab etmə haqqında” qərara əsasən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqdim etdiyi 01 ədəd fləş kart cinayət işı üzrə maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan şübhəli şəxs qismində tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə, saat 16:20 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cii maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə, yəni 10 may 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya cinayət işi üzrə hüquqi prezumpsiyaların və faktların prezumpsiyalarının istifadə edilməsini qadağan etmir, lakin dövlətlərdən təqsirləndirilən şəxs üçün işin nəticəsinin vacibliyinin nəzərə alınmasını və onun müdafiə hüququnun təmin edilməsi məqsədi ilə belə istifadənin ağlabatan hədlərlə məhdudlaşdırılmasını tələb edir (Salabiaku Fransaya qarşı iş üzrə 1988-ci il 7 oktyabr tarixli Qərar, § 28; Radio France və digərləri Fransaya qarşı iş üzrə 2004-cü il 30 mart tarixli Qərar, § 24). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir... Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, video görüntüləri və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Eyni zamanda Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Quba Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3-cü maddəsi ilə təqsirli bilinib 02 azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 02 il müddətinə şərti sınaq müddəti tətbiq edilmişdir. - Qaradağ Rayon Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1, 234.1-ci maddələri ilə təqsirli bilinib 02 azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 15 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. - Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.4. 180.2.1, 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinib 04 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin 7(010)-839/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 04 ay 03 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs qəsdən törətdiyi əmələ görə Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il 11 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, Suraxanı Rayon Məhkəməsinin 07 dekabr 2024-cü il tarixli qərarı ilə isə həmin cəzadan 04 ay 03 gün müddətinə vaxtından əvvəl şərti azad edilməsini, hazırki cinayət hadisəsini isə 15 mart 2025-ci il tarixində baş verdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.3-ci maddəsinə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci ma ddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsindən verilmiş məktubdan görünür ki, təqsirləndirilən şəxs X5 cəzasının çəkilməmiş qalan 04 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 28 dekabr 2024-cü il tarixdə Probasiya idarəsində qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixədək cəzasının 02 ay 26 gününü çəkmiş, çəkilməmiş hissəsi 01 ay 05 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Bu səbəbdən, məhkəmə, Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü təyin edilmiş və çəkilməmiş 01 ay 05 gün müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək X4 cəza təyin olunmasını məqəsəduyğun hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı ödəməsini, əvvəllər oxşar cinayətin törədilməsinə görə məhum olunmasını, məhkumluğunun ödənilməməsini və hal-hazırda residivinin müəyyən olunmasını, habelə cəzanı yüngüləşdirən halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasının əvvəlinin Səbail Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarına əsasən 10 fevral 2025-ci il tarixdən hesablanmasını və barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut qismində tanınmış 01 (iki) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 (iki) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 298 (iki yüz doxsan səkkiz) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-175/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-175/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver