Məhkəmə qərarları › İş №1(009)-176/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-176/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-176/2025 20.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs X9 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1982-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(009)-88/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax rayonu, Yuxarı Qarxun Ə/D, Yuxarı Qarxun kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi ünvanında kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 20 avqust 2025-ci il tarixdə saat 11.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddə əldə etmə saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin əldə etmələri barədə tanışı Təqsirləndirilən şəxs1 ilə aralarında razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir odan bir qrup şəxs halında birləşib bu məqsədlə hər biri müvafiq olaraq 10 manat qoyması müqabilində istintaqa məlum olmayan eyni mənbədən əldə olunmuş hər biri xeyli miqdar təkşil edən müvafiq olaraq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,412 qram və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1.477 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinləri qanunsuz olaraq əldə edib üzərlərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Səbail RPİ-nin 39-cu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs2 və Nüsrət Tağıyev saxlanılaraq ünvan 3 ünvanda yerləşən Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 14:25-dən 14:35-dək Nüsrət Tağıyevin üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,477 qram çəkidə tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və daha sonra həmin tarixdə saat 15:00-dan 15:10-dək Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,412 qram çəkidə tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,542 qram olan ağ rəngli kristalşəkilli maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 14:10 radələrində Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6 ünvanda yerləşən Səbail RPİ-nin inzibati binasına gətirilmiş, orada saat 15:20-dən 15- 45-dək videoçəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 01 ədəd bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0,542 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Belə ki, X5 məqsədi olmadan şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin əldə etmələri barədə tanışı Təqsirləndirilən şəxs2 ilə aralarında razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə hər biri müvafıq olaraq 10 manat qoyması müqabilində istintaqa məlum olmayan eyni mənbədən əldə olunmuş hər biri xeyli miqdar təkşil edən müvafiq olaraq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1.412 qram və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,477 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinləri qanunsuz olaraq əldə edib üzərlərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Səbail RPİ-nin 39-cu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq Əhəd Yaqubov küçəsi, 15 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs2 və Nüsrət Tağıyev saxlanılaraq ünvan 9 ünvanda yerləşən Səbail Rayon Polis idarəsinin 39-cu Polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 14:25-dən 14:35-dək Nüsrət Tağıyevin üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,477 qram çəkidə tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və daha sonra həmin tarixdə saat 15:00dan 15:10-dək Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1,412 qram çəkidə tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəldən tanıdığı Nusrətlə ortaq pul qoyub narkotik vasitə almaq barəsində razılığa gəlmişlər. Hərəsi 10 manat qoyaraq əvvəldən “Whatsapp” vasitəsilə danışdığı şəxsin kartına pulu göndərmişlər və Nusrət bükümü götürməyə getmişdir. Lakin alınmamış və bükümü götürmədən geri qayıtmışdır, videoda göstərilənlərin heç biri üzərindən çıxmamışdır. 16 dekabr tarixində isə 15 manatlıq metamfetamin alıb gəlib evə girəndə saxlamışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rusiyadan təzə gəlmişdir, 10 manat pulu olmuş və əvvəldən tanıdığı Sənana yaxınlaşaraq narkotik vasitə almaq istədiyini bildirmiş. Sənan telefonla danışaraq həll etmişdir. Götürməyə gedəndə isə, adam maşına minməmiş sadəcə bükümü verərək uzaqlaşmışdır. Daha sonra isə polis əməkdaşları saxlamışlar. Əvvəllər heç vaxt istifadə etməmiş, hətta analizdə də təmiz çıxmışdır. Əməlindən peşmandır, bir daha istifadə etməyəcəyinə dair söz verir. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2024-cü il tarixdə xidmətdə olarkən «Nusrət» və «Sənan» adlı şəxslər üzərlərində qanunsuz olaraq narkotik vasitənin saxlaması, daşıması və istifadə etməsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsinə getmişlər. Saat 13:30-da Əhəd Yaqubov küçəsi 15 saylı ünvanın qarşısında olarkən şəxsiyyətləri sonradan məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və barələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Səbail RPİ-nin 39-cu polis bölməsinə dəvət etmişlər, onlar razılaşaraq onlarla birlikdə 39-cu polis bölməsinə gəlmişlər. Videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə hesab olunan «kakos» olduğunu, daimi narkotik maddə istifadəçisi olduğunu, təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan “kakosu” 23 oktyabr 2024-cü il tarixində dostu Nusrət vasitəsi ilə əldə etdiyini, istehlak etmək məqsədilə üzərində saxlamasını bildirmişdir Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 16 dekabr 2024-cü il tarixdə Sənan adlı şəxsin üzərində narkotik vasitə daşıdığı ilə bağlı məlumat daxil olmuşdur, daha sonra həmin şəxs tutularaq bölməyə gətirilmiş və təhqiqatçı və müdafiəçinin iştirakları ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Sənanın sol yan cibindən başı kəsilmiş siqaret qutusu çıxmışdır. Qutunun içərisinə baxış keçirilən zaman içərisində 2 büküm olduğu məlum olmuşdur. Gümüşü rəngli büküm metamfetaminə bənzəyən maddə, şəffaf rəngli büküm isə limon duzu olmuşdur. Sağ yan cibindən isə şpris və başı kəsilmiş ampula çıxmışdır. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 Məhəddin oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə «Sənan» adlı şəxsin Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:10 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanın qarşısında xarici görkəm əlamətlərinə görə «Sənan» adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirdikdə onun Təqsirləndirilən şəxs2 olduğunu müəyyən etmişlər. Bundan sonra ona Bakı şəhəri Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Səbail RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyib razılaşaraq onlarla birlikdə Polis idarəsinə gəlmişdir. Videoçəkiliş aparılmaqla müdafiəçisinin, onun, əməliyyat müvəkkili Şahid2, Səbail RPİ-nin KTQ-nin inspektor kriminalisti polis leytenantı Elşən Quliyevin iştirakı ilə xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs2na təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin.Təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki tünd boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaret «sobranie» yazısı olan əzilmiş siqaret qutusunu, həmin şalvarının sağ yan cibindən 01 ədəd şpris, 1 ədəd ampula, yəni başı kəsilmiş dərman qabı, 01 ədəd alışqan, 2 ədəd dəmir 10 qəpik pullar, həmin şalvarın arxa sol cibindən 5 manat kağız pul, bakı kart, özünə aid şəxsiyyət vəsiqəsi, 2 ədəd endirim kartlarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi siqaret qutusunun içərisinə baş təhqiqatçı tərəfindən keçirilən baxış zamanı bükümün içərisində 01 ədəd gümüşü kağıza bükülmüş bükülü və 01 ədəd şəffaf sellofana bükülmüş bükülü aşkar edildi. 01 ədəd gümüşü kağıza bükülmüş büküm açıldıqda içərisində ağ rəngli kristal formalı psixotrop maddəyə bənzər maddə, 01 ədəd şəffaf sellofana bükülmüş büküm açıldıqda içərisində ağ rəngli kristal formalı maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bükümlərin içərisində nə olduğunu, nə vaxt, harada, kimdən əldə etməsini soruşduqda o. aşkar edilmiş 01 ədəd bükümün içərisində olan maddənin «şüşə», yəni psixotop maddə olan metamfetamin olduğunu, digər 01 ədəd şəffaf sellefana bükülmüş büküm içərisində olan maddənin limon duzu olduğunu, həmin limon duzunu «kokos» adlanan narkotik vasitə heroinə qatıb qəbul etdiyini, xx.xx.2024-cü il tarixdə tanımadığı İran vətəndaşı ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq 01 ədəd gümüşü kağıza bükülmüş bükümdə olan psixotrop maddə olan metamfetamini haraya qoyacağı barədə məkan atdığını, o da onun kart hesabına 10 manat pul atdığı və təyin olunmuş yerə- Səbail rayonu 20-ci sahə Salyan yolu küçəsində “GəncəTəndiri” nin arxa hissəsinə gedərək özü istifadə etmək məqsədilə əldə edərək götürüb üstündə saxlamaqla daşıyaraq yaşadığı evə tərəf gedən zaman Səbail rayonu, ünvan 5 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim edərək içərisindəkinin narkotik vasitə hesab olunan heroin olduğunu bildirmişdir. Daha sonra bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs2 əynindəki tünd boz rəngli cins şalvarın sol yan cibindən əvvəlcədən hazırladığı içərisində 01 ədəd gümüşü kağıza bükülmüş psixotrop maddə metamfetamin olan bükümü, 01 ədəd limon duzunu, şpris və psixotrop maddəni hazırlamaq üçün istifadə etdiyi şüşə dərman qabını masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları həmin bükümü açaraq içərisində nə olduğunu soruşmuşlar və onlara “şüşə” kimi adlandırılan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra bir ədəd büküm zərfə qoyularaq qablaşdırılır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 6/4973 saylı, 24 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №49 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs1 (imza) " yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,477 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik maddə -heroindir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroin və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edir. Heroinin təmiz çəkisi 1,477 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq çəkisi 1,377 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 6/4971 saylı, 24 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №49 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs2 (imza)" yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,412 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik maddə-heroindir. Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş heroin (24 oktyabr 2024-cü il tarixli 6/4973 saylı ekspert rəyi) və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edir. Metamfetaminin təmiz çəkisi 1,412 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq çəkisi 1,312 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 6/5485 saylı, 17 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №51 dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş maddi sübut (imza) Sənan" yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,542 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir, üzərində “novokain” yazısı olan ampulun içərisində narkotik vasitə olan-heroinin izləri aşkar edildi. Heroin iz şəklində olduğu üçün, onun təmiz çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Həmin zərfdə olan bir ədəd şprisdə narkotik və psixotrop maddələrə məxsus izlər yoxdur, bir ədəd paketdəki ağ rəngli xırda kristalşəkilli maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. Metamfetaminin təmiz çəkisi 0,542 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq çəkisi 0,432 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır. Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7361 №-li ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərdən istifadə etmə halları olsa da, hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanesirində profilaktik qeydiyyata alınması məsləhət görülür. Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7669 №-li ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanesirində qeydiyyata alınması məsləhət görülür. 23 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və Təqsirləndirilən şəxs2 azadlığı məhdudlaşdırıldığı vaxtdan, yəni 23 oktyabr 2024cü il tarixdə saat 13:30 dəqiqədən tutulmuş hesab edilmişdir. 23 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və Təqsirləndirilən şəxs1 azadlığı məhdudlaşdırıldığı vaxtdan, yəni 23 oktyabr 2024cü il tarixdə saat 13:30 dəqiqədən tutulmuş hesab edilmişdir. 24 oktyabr 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 25 oktyabr 2024-cü il tarixdə tarixdə Səbail rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 Səbail RPİ-nin X12 həbsdən azad edilmişdir. 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir. 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 25 oktyabr 2024-cü il tarixdə Səbail rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 Səbail RPİ-nin X12 həbsdən azad edilmişdir. 25 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir. 16 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və Təqsirləndirilən şəxs2 azadlığı məhdudlaşdırıldığı vaxtdan, yəni 16 dekabr 2025-ci il tarixdə saat 14:10 dəqiqədən tutulmuş hesab edilmişdir. 17 dekabr 2024-cü il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 17 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 18 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 18 dekabr 2024-cü il tarixdə Səbail rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 Səbail RPİ-nin X12 həbsdən azad edilmişdir. 18 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir. 24 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuşdur. 10 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 könüllü istintaqa gəlməsi səbəbindən barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 03 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. 03 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraatda olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilmiş və ********* nömrə altında istintaq davam etdirilmişdir. 04 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 üzərindən xx.xx.2024-cü il tarixdə götürülmüş aşkar olunub-götürülmüş 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,477 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən xx.xx.2024-cü il tarixdə götürülmüş aşkar olunub-götürülmüş 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,412 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən xx.xx.2024-cü il tarixdə götürülmüş aşkar olunub-götürülmüş 1(bir) ədəd bükümdə təmiz çəkisi təmiz çəkisi 0,542 qram, olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə olan heroinin izləri aşkar edilmiş üzərində «novokain» yazısı olan ampula, 1(bir) ədəd paketdəki təmiz çəkisi 4,112 qram olan ağ rəngli xırda kristalşəkilli maddə aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, qeyd olunan maddi sübutların məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq hissələri saxlanılması üçün Səbail Rayon Polis İdarəsinin "maddi sübutların saxlanması otağı"na təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi oladan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddə əldə etmə saxlama və daşıma cinayət əməlini törətmişdir, Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən həmin cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində qabaqacadan əlbir olan bir qrup şəxs və təkrarçılıqla bağlı hissə olmasada Həmin məcəllənin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən həmin xüsusatlar cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmışdır. 05 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama dəyişikliklər edilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. 05 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama dəyişikliklər edilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(009)-176/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. 15 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 ünvan 11 ünvanının yaxınlığında saxlanılmış və MSY-nə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 noyabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2: - Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. - Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-88/2025 saylı, 10 mart 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 sentyabr 2022-ci il tarixindən 24 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Səbail Rayon Məhkəməsinin 1(009)-88/2023-cü il tarixli hökmü və onun icrası barədə xx.xx.2023-cü il tarixli göstərişi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkəmə hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəza müddəti xx.xx.2024-cü il tarixdə başa çatdığı üçün həmin tarixdə qeydiyyatdan çıxmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 noyabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddə əldə etmə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, onların əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsini, yəni üzərində heç bir narkotik və psixotrop maddənin olmamasını deməsi iş materiallarında olan sənədlər, şahidlərin ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzalarını yüngülləşdirən hallar aşkar olunmadı. Təqsirləndirilən şəxs2 qabaqacadan əlbir olan bir qrup şəxs və təkrarçılıqla cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar kimi qiymətləndirilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2023-cü il tarixədək, 16 dekabr 2024-cü il tarixdən 18 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətinin 04 (dörd) günü 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq 15 iyul 2025-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7669 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,312 qram (ilkin təmiz çəkisi 1,412 qram) olan narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,432 qram (ilkin təmiz çəkisi 0,542 qram) olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini Azərbaycan Respublikasının 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 qabaqacadan əlbir olan bir qrup şəxs halında cinayətin törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 23 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7361 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,377qram (ilkin təmiz çəkisi 1,477 qram) olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış 24 oktyabr 2024-cü il tarixli, 6/4973 saylı məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1, 24 oktyabr 2024-cü il tarixli, 6/4971 saylı və 17 dekabr 2024-cü il tarixli, 6/5485 saylı məhkəmə ekspertizası tədqiqatlarının xərci 228 (iki yüz iyirmi səkkiz) manat isə Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 23 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2023cü il tarixədək, 16 dekabr 2024-cü il tarixdən 18 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,312 qram (ilkin təmiz çəkisi 1,412 qram) olan narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,432 qram (ilkin təmiz çəkisi 0,542 qram) olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 23 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,377 qram olan (ilkin təmiz çəki 1,477 qram) olan narkotik maddə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş 24 oktyabr 2024-cü il tarixli, 6/4973 saylı məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs1, 24 oktyabr 2024-cü il tarixli, 6/4971 saylı və 17 dekabr 2024-cü il tarixli, 6/5485 saylı məhkəmə ekspertizası tədqiqatlarının xərci 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 400 (dörd yüz ) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 400 (dörd yüz) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar