Məhkəmə qərarları › İş №1(009)-177/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-177/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-177/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Ramiz oğlunun, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1984-cü ildə Qazax rayonu Aşağı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, tikintidə ekskavatorçu işləyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu Aşağı Salalılı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə saat 23:45 radələrində, həmin gün yeyib-içdiyi kafenin Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, Badamdar şosesində yekrləşən «Life» kafesinin massa xidmətçisi işləyən Zərərçəkmiş şəxs məxsus «KİA Picanto» markalı **-ZS-*** dövlət qeydiyyat nişanl avtomobilin açarını masanın üzərindən götürmüş, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci massiv 1 ünvanda yerləşən «Bazarstore» mağazasının qarşısındakı avtomobil dayanacağından Zərərçəkmiş şəxs məxsus «KİA Picanto» markalı **-ZS- *** dövlət qeydiyyat nişanlı avtomobili həmin açarla işə salıb oradan getmiş, 29 aprel 2021-ci il tarixdə saat 00:45 radələrində Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 21-ci küçədə avtomobilin sahibi Zərərçəkmiş şəxs tərəfindən aşkarlandıqdan sonra həmin avtomobili sahibinə qaytarmış, bununla da avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Badamdar qəsəbəsi ərazisində traktorçu işləyir. İşdən sonra hərdən dostları ilə Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində, “Bazar store” mağazasının yaxınlığında yerləşən “Life” kafeyə gedirlər. Çinarə həmin kafedə masa xidmətçisi işləyir. Çinarənin “Kia Picanto” markalı avtomobili vardır. Həmin avtomobili hərdən Çinarənin sevgilisi, onların da yaxın tanışı, iş yoldaşı olan Əli də idarə edir. 28 aprel 2021-ci il tarixdə saat 20:00 radələrində iş yoldaşı Habil ilə birlikdə həmin kafeyə getmişlər. Əli də həmin kafedə olmuşdur. Onlar bir masada oturub yemək yemişlər. Saat təxminən 23 radələrində Habil evə getmişdir. O, pivə içmək istəmiş, lakin tək içmək istəmədiyi üçün Çinarənin “Kia” markalı avtomobilinin masanın üzərində olan açarını icazəsiz götürüb Habili gətirmək məqsədilə Habilin yaşadığı Badamdar qəsəbəsi 3-cü yaşayış massivinə getmişdir. Ora çatdıqda yolda Habili görmüş, avtomobildən düşüb Habillə söhbət etməyə başlamışdır. Təxminən 5 dəqiqə sonra Çinarə yanında bir neçə nəfər şəxslə onların yanına gəlib qışqırmağa başlamışdır. O, Çinarəyə avtomobilini oğrulamadığını, Habili götürmək üçün buraya gəldiyimi bildirmişdir. Həmin avtomobili Əli də hərdən idarə etdiyi üçün Çinarənin onun avtomobilini müvəqqəti götürməyinə narazılıq etməyəcəyini fikirləşdiyi üçün icazə almadan götürmüş, Çinarə bundan xəbər tutduqda aqressiv reaksiya verdiyi üçün etdiyi əməldən peşman olmuşdur. Orada avtomobili sahibi Zərərçəkmiş şəxs qaytarmışdır. Avtomobilə heç bir ziyan yetirməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbsəi Badamdar şossesində “Bazar store” mağazasının yaxınlığında yerləşən “Life” kafedə masa xidmətçisi işləyir. 02 noyabr 2020-ci il tarixdə özünə “Kia Picanto” markalı avtomobil almışdır. 28 aprel 2021-ci il tarixdə saat 00:00 radələrində müştərilər hamısı getdikdən sonra işlədiyi kafeni bağlayaraq avtomobilinə gedən zaman avtomobilinin saxladığı yerdə olmadığını görmüşdür. Avtomobili “Bazar store” mağazasının qarşısındakı parkingdə saxlayıbmış. Həmin gün onun iş yerinə gəlmiş bacısı Aysel, kafeni işlədən Aygün və kafedə olan müştərilərdən bir neçəsi birlikdə Badamdar qəsəbəsinin ərazisində avtomobili axtarmağa başlamışlar. Həmin vaxt onlarla birlikdə avtomobili axtaranlardan birinə zəng gəlmiş və onun avtomobilinin Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ərazisində olduğunu bildirmişlər. Həmin küçəyə gedib avtomobilinin orada olduğunu, Habillə Fəqanın da avtomobilin yanında olduğunu görmüşlər. Bu barədə DİN-ni “102” xidmətinə zəng edib məlumat vermişdir. Həmin gün, yəni avtomobili qaçırılmazdan əvvəl - 28 aprel 2021-ci il tarixdə Habillə Fəqanın onun işlədiyi «Life» kafedə oturub yeyib-içdiklərini görmüşdür. Orada ona aydın olmuşdur ki, avtomobilini Fəqan icazəsiz qaçırmışdır. Əvvəllər heç vaxt öz avtomobilini idaər etmək üçün Təqsirləndirilən şəxs verməmiş, həmin gün də Təqsirləndirilən şəxs avtomobilinin açarlarını kafedə onun qoyduğu yerdən, masanın üzərindən icazəsiz götürmüşdür. Avtomobil ona geri qaytarılmış və avtomobilə heç bir zərər və ya ziyan vurulmamışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışıq əldə etmişlər. Baş vermiş hadisə nəticəsində ona heç bir ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, "Qazel" markalı yük avtomobili sürücüsüdür. Təqsirləndirilən şəxsı Badamdar sakini kimi, traktor sürücüsü kimi tanıyır. 28 aprel 2021-ci il tarixdə Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində, “Bazar store” mağazasının yaxınlığında yerləşən “Life” kafedə Fəqan və Əli ilə birlikdə bir masada oturub yemək yemişlər. Saat təxminən 23 radələrində o sağollaşaraq kafedən çıxmış, Anar adlı tanışının avtomobili ilə yaşadığı Badamdar qəsəbəsi, 3-cü yaşayış massivinə getmişdir. Avtomobildən düşdükdən sonra “Saf marketə daxil olub siqaret almışdır. Piyada 21-ci küçə ilə yaşadığı evə gedən zaman yanıda Fəqan “Kia” markalı avtomobildə gəlib dayanmışdır. Fəqandan kimin avtomobili olduğunu soruşduqda, Fəqan tanışının avtomobili olduğunu bildirmişdir. Onlar Fəqanla söhbət edən zaman oraya kafedə işləyən qadınlar da gəlmişlər. Həmin qadınlar Fəqanla mübahisə etməyə başlamışlar. O, bundan sonra bilmişdir ki, Fəqan kafedə işləyən qadının avtomobilini idarə edib gəlmişdir. Təqsirləndirilən şəxs təqsiri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdiyi ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 29 aprel 2021-ci il tarixdə tərtib edilmiş raportdan görünür ki, 29 aprel 2021-ci il tarixdə saat 00:55 radələrində DİN-nin 102 xidmətindən daxil olmuş ********* saylı məlumatda bildirilmişdir ki, Bakı şəhəri Xətai rayonu Babək prospektində yaşayan X2 məlumat vermişdir ki, ona məxsus KİA markalı 90ZS 572 dövlət qeydiyyat nişanlı avtomobilini Habil və Fəqan adlı şəxslər Badamdar qəsəbəsi «Bazar Store» mağazasının qarşısından qaçırmışlar. Hazırda avtomobil 3-cü yaşayış massivində aşkar edilmişdir. Həmin şəxslər də qeyd edilən yerdədirlər. Polisin yaxınlaşmasını istəyir. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli 2/5307 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və onun orta dərəcəli alkoqol sərxoşluğunun olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Qazax rayonu Aşağı Salahlı kənd icra nümayəndəliyinin 05 may 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı yerdə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 may 2021-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-nin 18 may 2021-ci il tarixli 365-6292H-3221 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə baxışında təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışıq əldə etmişlər. Baş vermiş hadisə nəticəsində ona heç bir ziyan dəyməmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi tam təsdiq edilir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə tövsif olunmuşdur. Həmin maddənin tələbinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və hadisə zamanı ona heç bir ziyan dəyməmişdir, belə olan halda Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına (məhkəməyədək sadələşdirilmiş icraata) xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulmuş digər məsələləri həll edərək qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu maddi ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “Kia Picanto” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. Maddi sübut qismində tanınmış “Kia Picanto” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibidai istintaq zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 321, 344-347, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən əməl törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar