Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-177/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Tərtər rayonu, Evoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bakı Hərbi Məhkəməsinin 17 aprel 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1 -ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tərtər şəhəri, N.Nərimanov küçəsi ev 36, mənzil 12də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərinin istintaqı şöbəsindən Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş və təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluqla, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 sonuncunun atası- Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilməklə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 09 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən X2 həbsdən azad etdirəcəyinə dair yalan vəd verib aldatmış, 17 noyabr 2021-ci il tarixdə Şəki rayonunun Suçma kəndində yerləşən kafedə Sərdar Seyidovdan 2.000 manat pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 şəxsi yaşayış evinə mıxçəkən ling vasitəsi ilə qapını sındırma yolu ilə qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən yataq otağındakı paltar rəfinin içərisində olan həmin dövrün məzənnəsi ilə 15.368 manat təşkil edən 9.040 ABŞ dollarını, 3.000 manat pulu, 12 qram çəkidə 700 manat dəyərində gül brilyant üzüyü, 5.000 manat dəyərində badam formalı komplekt brilyant sırğa- üzüyü, 14 qram çəkidə 600 manat dəyərində brilyant qaşlı ağ qızıldan kulonu, 18 qram çəkidə 700 manat dəyərində ağ qızıldan boyunbağını, 42 qram çəkidə 4.000 manat dəyərində yolka formalı qızıl boyunbağını, 35 qram çəkidə 3.200 manat dəyərində moruq formalı qızıl boyunbağını, 18 qram çəkidə 1.000 manat dəyərində moruq formalı qızıl bilərziyi, 12 qram çəkidə 1.200 manat dəyərində qulplu 2 ədəd beşlik qızılı, 14 qram çəkidə 2.000 manat dəyərində sibir brilyant qaşlı qızıl nişan üzüyünü, 6 qram çəkidə 200 manat dəyərində qızıl kulonu, 14 qram çəkidə 2.600 manat dəyərində ağ qızıldan böyük brilyant qaşlı nişan üzüyünü, 18 qram çəkidə 1.200 manat dəyərində ağ qızıldan kişi nişan üzüyünü, 12 qram çəkidə 1.000 manat dəyərində “Geneva” markalı kişi qızıl qol saatını, 20 qram çəkidə 900 manat dəyərində pandora formalı kulonlu qızıl boyunbağını, 10 qram çəkidə 500 manat dəyərində pandora formalı qızıl üzüyü, 18 qram çəkidə 700 manat dəyərində “Tiffani” markalı qızıl sırğanı, 18 qram çəkidə 700 manat dəyərində qızıl bilərziyi, 22 qram çəkidə 800 manat dəyərində 2 ədəd halqa formasında qızıl bilərziyi, 14 qram çəkidə 600 manat dəyərində svarovski qaşlı halqa formalı qızıl bilərziyi, 8 qram çəkidə 500 manat dəyərində təkqaş brilyant qaşlı qızıl üzüyü, 16 qram çəkidə zümrüd və brilyant qaşla bəzədilmiş qızıl üzüyü, 10 qram çəkidə 400 manat dəyərində 3 ədəd qızıl qadın üzüyünü, 6 qram çəkidə 300 manat dəyərində sirkon qaşlı qadın qızıl üzüyünü və 300 manat dəyərində 2 düzüm çay mirvarisini, cəmi 29.100 manat dəyərində qızıl-zinət əşyalarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 47.468 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı cinayət işinin aidyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iş üzrə aidiyyət məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs göstərmişdir ki, 17 noyabr 2021ci il tarixdə Şəki rayonunun Suçma kəndində yerləşən kafedə Sərdar Seyidovdan 2.000 manat almışdır. Daha sona 11 fevral 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 şəxsi yaşayış evinə qanunsuz daxil olmaqla pul və qızıl-zinət əşyalarını oğurlamışdır. Sonuncu cinayət əməlini Tərtər rayonunda törtəmişdir. Cinayət işinin aidyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı şəhəri Səbail Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, cinayət işinin materallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün (cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. CPM-nin 74.4-cü maddəsinə əsasən cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Həmin Məcəllənin 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror CPM-nin 74.8-ci maddəsinə, yəni ibtidai istintaqın Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərinin istintaqı şöbəsində aparıldığına istinad edərək cinayət işini baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə qeyd edir ki, cinayət əməllərinin biri Bakı şəhəri Səbail rayonunun inzibati ərazisində, digəri isə başqa rayonunun inzibati ərazisində törədildiyi təqdirdə hazırkı halda da ibtidai istintaqın Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərinin istintaqı şöbəsində başa çatdığını nəzərə alaraq Cinayət-Prosesual Məcəlləsinin 74-8-ci maddəsinə əsasən cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılacaqdır. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, onun törətdiyi əməllər Şəki rayonu və Tərtər rayonudur. Sonuncu əməl isə Tərtər rayonunun ərazisində baş vermişdir. İbtidai istintaq orqanı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Təqsirləndirilən şəxs tərəfindən sonuncu əməlin Tərtər rayonunun inzibati ərazisində törətdiyini nəzərə almadan cinayət işini baxılması üçün ibtidai istintaqın başa çatdığı yer üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. CPM-nin 74.4-cü maddəsində göstərildiyi kimi, yəni cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda və həmin işin məhkəməyədək icraatının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərinin istintaqı şöbəsində başa çatdığını nəzərə alaraq cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılacaqdır. Məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəməyə aid olub-olmaması barədə məsələyə baxılır. (CPM-nin 299.3.1) Göründüyü kimi Təqsirləndirilən şəxs son əməli Tərtər rayonunun ərazisində baş vermişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxs son əməlini Tərtər rayonunun ərazisində başa çatdırdığından və qeyd edilən cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə sonuncu cinayətin başa çatdığı yer üzrə Tərtər Rayon Məhkəməsində baxılmalıdır. CPM-nin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Tərtər Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 4(061)-06/2022 sayl qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 may 2022-ci il tarixli, 4(009)-167/2022 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 19 iyul 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur və Tərtər Rayon Məhkəməsində hazırlıq iclası keçirilənə və hazırlıq iclasının qərarı qəbul edilənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74, 75, 299 və 300.1.4 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Tərtər Rayon Məhkəməsində hazırlıq iclası keçirilənədək və qətimkan tədbiri məsələsinə məhkəmə hazırlıq iclasında baxılıb qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 60 (altmış ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-177/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-177/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver