Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-177/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şahid1, Müdafiəçi Bakı şəhəri 12 saylı Hüquq Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, bisavad, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 may 2023-cü il tarixdə saat 11.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə saat 21:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı **-BY-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə Dəniz Vağzalı istiqamətində sağdan 2-ci zolaqla saatda 30 km surətlə hərəkətdə olaraq Neftçilər prospekti ilə Rəşid Behbudov prospektinin kəsişməsində idarə etdiyi avtomobili sol tərəf istiqamətə doğru hərəkət etdirməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni yerdəyişmə və dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu bir halda bunlara əməl etmədən avtomobili soldan 2-ci zolağa daxil edib Rəşid Behbudov prospektinə daxil olmaq istəyən zaman arxadan, eyni istiqamətdə Neftçilər prsopekti ilə soldan 2-ci zolaqla hərəkətdə olan Şahid1 etibarnamə əsasında idarə etdirdiyi motosiklet ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə Şahid1 sağ ayaq pəncəsinin İİ barmağının qabaq sümüyünün bir hissəsi ilə birlikdə travmatik amputasiyası, eləcədə baş barmaq və ikinci barmaq arası nahiyyəsinin kəsilmiş yarası, İİ barmaq falanqasının travmatik amputasiyası, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (10%) əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildə X7 ilə aralarında olan razılaşma əsasında ona məxus “Toyota Corolla” minik markalı, **-BY-*** dövlət nömrə nişanlı avtomobili gündəlik 25 manat ödəməklə idarə etməyə başlamış, həmin avtomobildən taksi kimi istifadə etmişdir və qazandığı pulla ailəsini dolandırmışdır. 01 dekabr 2022-ci il tarixdə təxminən saat 21:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı **-BY-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə “Dəniz vağzalı” istiqamətinə doğru hərəkət edirdi, əvvəl avtomobili sağ üçüncü zolaqla hərəkət etmişdir. Belə ki, idarə etdiyi avtomobili Neftçilər prospekti ilə əvvəl 3-cü sağ zolaqla hərəkət etdirsə də, lakin sonradan Rəşid Behbudov prospektinə yaxınlaşdıqda istifadə etdiyi avtomobildəki navigator sol istiqamətə, yəni Rəşid Behbudov prospektinə dönməyini göstərdiyi üçün 3-cü zolaqdan ikinci zolaqdan, idarə etdiyi avtomoilin sol xəbərdar edici işığını yandırıb əvvəl avtomobilinin sürəti 30 km/saat olsa da, lakin sonradan surəti azaldıb sol istiqamətə baxıb yavaş-yavaş, yəni saatda 10 km/saat sürətlə sol istiqamətə doğru hərəkət edib Rəşid Behbudov prospektinə yaxınlaşmışdır. Rəşid Behbudov prospektinə yaxınlaşıb oraya daxil olmaq istəyən zaman arxadan, yəni Neftçilər prsopekti sol ikinci zolaqla eyni istiqamətdə hərəkət edən motosiklın hərəkət etməsini görməmişdir və bu səbəbdən həmin motosikl ilə idarə etdiyi avtomobilin qabaq sol hissəsi toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisədən sonra dərhal avtomobili saxlayıb, motosiklı idarə edən şəxs xəsarət aldığı üçün təcili tibbi yardım stansiyasına müraciət olunmuşdur və hadisə yerinə həkim briqadası gəlib həmin şəxsə ilkin tibbi yardım göstərib xəstəxanaya aparmışlar. Hadisə yerinə polis əməkdaşları gəlib araşdırma aparmağa başlamışlar. Yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobilində sərnişin və yaxud da kimsə olmamışdır. İdarə etdiyi avtomobillə hərəkət zolağını dəyişməyə başlayan zaman yan xəbərdaredici işığı yandırmışdır. Hava qaranlıq bir şəraitdə olduğundan gələn motosiklı görə bilməmişdir. Hadisə gözlənilmədən baş verdiyi üçün toqquşma təhlükəsinin neçə metr məsafədə yaranmasını həmin zaman görə bilməmişdir. Əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid1 ifadəsində göstərmişdir ki, 01 dekabr 2022-ci il tarixdə Səbail rayonu ərazisində etibarnamə əsasında “Tufan S-150” markalı 99-E-639 nömrəli motosikl idarə edirdi və həmin hadisə Neftçilər prospekti ilə R.Behbudov küçəsinin kəsişməsində, ikinci zolaqda baş vermişdir. Belə ki, 01 dekabr 2022ci il tarixdə saat 21:30 radələrində etibarnamə əsasında “Tufan S-150” markalı 99- E-639 nömrəli motosiklı Neftçilər prospekti ilə yolun ikinci hərəkət zolağı ilə Dəniz Vağzalı istiqamətində saatda 60 km/saat sürətlə idarə edən zaman qəflətən sağ tərəfdən həmin küçə ilə hərəkət edən tanımadığı bir avtomobil hərəkət zolağını dəyişib R.Behbudov küçəsində dönmək istədikdə idarə etdiyi motosiklın qarşısna çıxıb toqquşmuşdur. Həmin hadisə nəticəsində yerə yıxılmışdır. Həmin yol-nəqliyyatı hadisəsi zamanı sağ ayağından xəsarət almışdır. Hadisə zamanı idarə etdiyi motosikl ilə toqquşan minik markalı avtomobilin sürücüsü və tanımadığı şəxslər yaxınlaşaraq kömək etmişlər və hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək tibbi yardı göstərmişdir. Bundan əlavə hadisə zamanə ayağı motosiklın əyləc dəmiri batdığı üçün Fövqəladə Hallar Nazirliyindən gəlib ona kömək edərək ayağını oradan çıxartmışlar. Hadisə yerinə gəlmiş təcili tibbi yardım maşını ilə X16 aparıb orada tibbi yardım göstərmişlər. Yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl spirtli içki və ya sair prixotrop maddələrdən istifadə etməmişdir. Neftçilər prospekti ilə yolun ikinci hərəkət zolağı ilə saatda 60 km/saat sürətlə hərəkətdə olan zaman anidən bu hadisə baş verdiyi üçün bu zaman aralarında məsafənin nə qədər olmasını deyə bilmir. Çünki həmin zaman aralarında olan məsafə elə də çox olmadığından və hərəkət zolağında olan avtomobillərin intensiv olaraq hərəkətdə olmalarından bu hadisənin qarşısını almaq üçün texniki imkanlardan istifadə edə bilməmişdir. Təqsirlədirilən şəxslə barışmamışdır, şikayətçidir. Məhkəmə iclasında Şahid2 oğlu ifadəsində göstərmişdir ki, əvvəl “Wolt” şirkətində, son ikinci aydır ki, “Uber” şirkətində kuryer kimi işləyir. 01 dekabr 2023-cü ildə Wolt” şirkətində kuryer kimi işləyən zaman saat 21:40 radələrində idarə etdiyi “Tufan S-50” markalı mopedlə sifariş daşıyan zaman Neftçilər prospekti ilə “Park Bulvar” Ticarət Mərkəzi tərəfə gedərkən R.Behbudov küçəsindəki kəsişmədə əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yerə yıxılmış vəziyyətdə olan mototsikl və onun da yanında adını bilmədiyi və tanımadığı, ayağından xəsarət almış sürücüsünün olduğunu, həmin zaman da onun yanında tanımadığı bir şəxslərin olmasını görmüşdür. Orada təcili tibbi yardım maşını olmuş və təcili tibbi yardım maşını ilə gəlmiş həkimlər hadisə yerində olan ayağından xəsarət alımış motosiklın sürücüsünə yardım edirdilər, onlar bu barədə polisə xəbər verilməsini dedikdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə DİN-nin 102 nömrəsini zəng edib tanımadığı və adını bilmədiyi mopedin sürücüsünü xəsarət alması ilə bağlı xəbər vermişdir. Bundan sonra polislər və Fövqəladə Hallar Nazirliyindən hadisə yerinə gəlmişlər, baş vermiş həmin yol nəqliyyat hadisəsi ilə bağlı olaraq sənədləşmə işlərin aparıb getmişlər. Həmin yolnəqliyyat hadisəsini görməmişdir. Ona görə də hadisənin necə baş verməsi ilə bağlı məlumatı yoxdur. Hadisə yerində olan zaman orada olanlardan eşitdiyinə görə xəsarət almış motisiklın sürücüsü 2-ci zolaqla “Park Bulvar” istiqamətinə gedən zaman onunla eyni istiqamətdə hərəkətdə olan tanımadığı və adını bilmədiyi bir minik markalı avtomobil zolağı dəyişərək R.Behbudov küçəsində keçmək istədikdə motosiklla toqquşmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 886 nömrəli rəyindən görünür ki, Şahid1 aldığı xəsarətlər - sağ ayaq pəncəsinin İİ barmağının qabaq sümüyünün bir hissəsi ilə birlikdə travmatik amputasiyası, eləcədə baş barmaq və ikinci barmaq arası nahiyyəsinin kəsilmiş yarası, İİ barmaq falanqasının travmatik amputasiyası kəsici xarakterli əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01 dekabr 2022-ci il tarixdə yol-nəqliyyatı hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla (10%) əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/332 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasın “Toyota Corolla minik” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Re4spublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 01 dekabr 2022-ci il tarixdə saat 21:30 dəqiqədə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə avtomobillərin 5 zolaqdan ibarət hərəkət hissəsində müxtəlif markalı və nömrəli avtomobillər Dəniz Vağzalı istiqamətində hərəkətdə olmaları və R.Behbudov küçəsi ilə kəsişmədə sonradan bilinən Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla minik” markalı, **-BY-*** nömrəli avtomobilin 3-cü zolaqdan R.Behbudov küçəsinin kəsişməsində hərəkəti istiqamətdə sola doğru hərəkətdə olması və bu zaman soldan 2-ci zolağa hərəkətdə olan Şahid1 idarə etdiyi “Tufan S-50” markalı, 99E639 nömrəli motosikl ilə sol qabaq qanadın yan tərəfi ilə toqquşması və hadisə zamanı Şahid1 yıxılması aşkar edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 15 fevral 2022-ci il tarixdə verilmiş BA seriyalı 036939 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “A1, A, B1, B, C1, C” dərəcəli sürücülük hüququ vardır və xx.xx.2032-ci ilədək etibarlıdır. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 28 aprel 2021-ci il tarixdə verilmiş AE seriyalı 103402 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Corolla minik” markalı **-BY-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. 08 avqust 2022-ci il tarixli, 7E-7675 nömrəli etibarnamənin surətindən görünür ki, “Toyota Corolla minik” markalı **-BY-*** qeydiyyat nişanlı avtomobil X7 tərəfindən Təqsirləndirilən şəxs 04 ay 23 gün müddətinə etibar edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 09 iyun 2022-ci il tarixdə verilmiş BB seriyalı 282926 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Tufan S150” markalı 99-E-639 qeydiyyat nişanlı motosikl "xxxx" MMC-nə məxsusdur. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 07 iyun 2022-ci il tarixdə verilmiş BD seriyalı 022989 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şahid1 “A1, A, B1, B, C1, C” dərəcəli sürücülük hüququ vardır və xx.xx.2032-ci ilədək etibarlıdır. 07 noyabr 2022-ci il tarixli, №10122401 nömrəli etibarnamənin surətindən görünür ki, “Tufan S150” markalı 99-E-639 dövlət qeydiyyat nişanlı motosikl "xxxx" MMC-nin direktoru İ.M.Ağamirov tərəfindən Şahid1 01 ay müddətinə etibar edilmişdir. 14 mart 2023-cü il tarixli qərarla Şahid1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuş və o təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 16 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Yevlax Rayon Məhkəməsinin 29 aprel 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 14 iyun 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 08 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. - Yevlax Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il Qanunu tətbiq edilməklə cəzası azaldılaraq 02 il 03 ay təyin edilmişdir. Cəza müddəti qurtardığına görə azad edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində dördı uşaq vardır – xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlqü X4, xx.xx.2022-ci il təvəllüdlü X10 və xx.xx.2022-ci il təvəllüdlü X5. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizasının xərci (məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası – 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-177/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-177/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver