Məhkəmə qərarları › İş №1(009)-178/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-178/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-178/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsi Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X5 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 noyabr 2024-cü il tarixdə saat 14:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub, həmin yaşayış sahəsində şəxsi əşyaların saxlanılması üçün saxlanc yeri hesab olunan otaqdan bir ədəd dəyəri 25 manat olan lobziki, bir ədəd dəyəri 25 manat olan direli, bir ədəd dəyəri 30 manat olan elektrik kəsici alət laqondanı, bir ədəd dəyəri 40 manat olan “tech” markalı direli və bir ədəd 80 manat dəyərində “Tech” markalı elektrik deşici alət perfaratoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 noyabr 2024-cü il tarixdə saat 19:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanın yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evdən bir ədəd dəyəri 110 manat olan İİRnın istehsalı olan qaz sobasını, bir ədəd 45 manat dəyərində sərinkeşi, bir ədəd 150 manat dəyərində “Samsung” markalı su qızdırıcısını və hər birinin qiyməti 15 manat, ümumi dəyəri 30 mant olan 02 ədəd “Samsung” markalı notbuku gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 335 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda, xeyli miqdarda 01 ədəd gümüşü falqaya bükülmüş bükümdə təmiz çəkisi 0,450 qram olan, açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 25 dekabr 2024-cü il tarixdə saat 17:00 radələrində ünvan 8rşısında Səbail RPİ-nin 39-cü Polis bölməsinin CA-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Səbail RPİnin 39-cu Polis bölməsinin inzibati binasına aparılmış, orada 25 dekabr 2024-cü il tarixdə saat 17:50-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqada olan bükümdə təmiz çəkisi 0,450 qram, açıq qəhvəyi rəngli maddə kustar üsula hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində müxtəlif evlərdə fəhlə kimi işləyir. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yaşadığı ünvan 6 ünvanda quşlarını uçurmuş, həmin vaxt bir quşun qanadının kəsilmiş olduğunu görmüş və həmin quş digər evin həyətinə düşmüşdü. O, quşun düşdüyü həyətin yanında yerləşən evin damma qalxmış və özü də quş düşən həyətə düşmüşdü. Həyətdə olduğu zaman bir ədəd içərsində yaşayış olmayan və daxilində əşyalar olan evi görmüş, sonra Bakı şəhəri, Səbail rayonu L.Babayev küçəsi ev 26-da yerləşən həmin evə daxil olduqda orada tikinti ləvazimatlarını görmüşdü. Bundan sonra evin daxilində yerləşən 01 ədəd “direl”, 01 ədəd “perforatoı*”, 01 ədəd ’’laqunda” və 01 ədəd “lobzik”ki götürüb oğurlayaraq öz yaşadığı evə aparmışdı. Bundan sonra qeyd etdiyi oğurladığı tikinti alətlərini sonradan satmaq məqsədilə yaşadığı evdə saxlamışdı. xx.xx.2024-cü il tarixdə 19 radələrində yaşadığı evdən oğurluq etdiyi evin yanında olan evin damma qalxıb oğurluq etdiyi yəni, ünvan 7 ünvanında yerləşən evin həyətinə tullanmışdı. Həyətdə olduğu zaman həmin evin qapısından içəri daxil olub evin daxilində yerləşən 01 ədəd İran istehsalı olan qızdırıcısını götürərək oğurlamış, sonra həmin qızdırıcısını evinə aparmışdı. Bundan başqa o, qeyd olunan evdən heç bir oğurluq etməmişdir. O, oğurluq hadisəsini tək törətmiş, oğurluq etdiyi vaxt heç bir şəxslə əlbir olmamış, oğurluq etdiyi zaman onu heç kim görməmişdir. O, ünvan 7 ünvanında yerləşən evdən oğurladığı 01 ədəd “direl”, 01 ədəd “perforator”, 01 ədəd ” laqonda”, 01 ədəd “lobzik” və 01 ədəd İran istehsalı olan sobanı təsdiq edir, lakin Zərərçəkmiş şəxs müraciətdə qeyd etdiyi 2 ədəd “Samsung” markalı “Notebook”ları təsdiq etmir. O, qeyd etdiyi əşyalardan başqa həmin evdən heç bir əşya oğurlamamışdır. İran sobasını öz evində istifadə edir. Bundan başqa o, xeyli müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroin qəbul edir, həmin narkotik vasitəni tanımadığı, anket məlumatlarını bilmədiyi şəxslərdən alır. 25 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdən özünü Əli adı ilə təqdim edtmiş şəxsdən 10 manat pul müqabilində bir büküm “kakos” yəni, heroini öz şəxsi istifadəsi üçün almış, sonra həmin narkotik vasitəni qara rəngli gödəkcəsinin sağ yan cibində istifadə etmək üçün saxlamışdı. Həmin tarixdə saat 17 radələrində yaşadığı ünvana qayıdan zaman ünvan 8rşısında olanda ona iki nəfər şəxs yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərmiş və onu şübhəli olduğu üçün Səbail RPİ-nin 39-cu Polis bölməsinə dəvət etmişlər. Bölmədə olan zaman xidməti otaqların birində təhqiqatçı onun anket məlumatlarım dəqiqləşdirdikdən sonra ona şübhəli şəxs qismində tutulma qərarını elan etmiş və təklif etmişdi ki, hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etsin. O, bildirmişdi ki, vəkili yoxdur, vəkil tutmaq üçün maddi imkanı yoxdur və bu barədə ərizə yazaraq dövlət büdcəsi hesabına ona müdafiəçi təyin edilməsini, vəkil verilməsini xahiş etmişdi. Ərizə verdikdən sonra təhqiqatçı ona Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim etmiş, həmin siyahı ilə tanış olmuşdu. Bundan sonra təhqiqatçı ona müdafiəçi təyin edilməsi haqqında qərar tərtib etmiş, bir neçə dəqiqə sonra vəkil Zakir Kazımov müdafiəçisi kimi ona təqdim edilmişdi. O, etiraz etməmiş və hüquqlarının Zakir Kazımov tərəfindən müdafiə edilməsinə razı olmuşdu. Bundan sonra təhqiqatçı onun şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edərək onu və müdafiəçi Zakir Kazımovu həmin protokolla tanış etmişdi, hüquq və vəzifələri barədə bildiriş verərək hüquq və vəzifələrini izah etmişdi. Təhqiqatçı ona bildirmişdi ki, üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilməsi barədə qərar qəbul edib. Onu həmin qərarla tanış edib hüquq və vəzifələrini izah etmiş, o, etiraz etməmişdi. Onu polis bölməsinə gətirən polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl təhqiqatçı təklif etmişdi ki, üzərində - paltarında, bədənində, əşyalarında qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilmiş nə varsa, o cümlədən narkotik və psixotrop maddələr varsa təqdim etsin. O, şəxsi axtarış zamanı üzərində narkotik vasitə olan “kakosun” aşkar olunacağını anlamış və düşünmüşdü ki, əgər özü təqdim etsə məsuliyyəti yüngül olar. Buna görə də, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindəki bir ədəd gümüşü rəngli falqada olan bükümün içərisində “kakos” olduğunu bildirmiş və həmin bir ədəd bükümü çıxarıb təqdim etmişdi. Təhqiqatçı bükümü açdıqda içərisində açıq qəhvəyi rəngli olan “kakosu” aşkar etmişdi. O, bildirmişdi ki, həmin açıq qəhvəyi rəngli narkotik vasitə kakos- heroindir, həmin gün Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazisində adını Əli kimi bildiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata almışdır. Bundan sonra həmin 01 ədəd gümüşü falqaya bükülmüş büküm müvafiq qaydada zərfə qablaşdırılaraq götürülmüş və zərf möhürlənmişdi. O, müdafiəçisi və polis əməkdaşları zərfi imzalamışlar. Daha sonra üzərində şəxsi axtarış aparılmış və başqa heç nə aşkar olunmamışdı. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, o, vəkili və polis əməkdaşları protokola imza etmişlər. O, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı ilə məşğul olmur, özü kakos-heroini qəbul edir və yalnız şəxsi istifadəsi üçün kakos-heroin əldə edir. Səbail RPİ-nin 39-cu Polis bölməsində olarkən, şəxsi axtarış və götürmə zamanı və ya ümumiyyətlə saxlanılarkən ona psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməllərindən səmimi peşman olduğunu, oğurluq cinayəti ilə bağlı dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışdığını və onun şikayət və tələbinin olmamasını, himayəsində üç uşağının olmasını bildirərək barəsində azadlıqdan məhrum etmə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstırmişdir ki, 2012-ci ildən ünvan 9 ünvanında yaşayır. 21 noyabr 2024-cü il tarixdə saat 21:00 radələrində yaşadığı ünvana getmiş və evdə olan həyat yoldaşı ona bildirmişdi ki, uşağına məxsus olan paltarların digər evdə yəni, yaşadığı L.Babayev küçəsində yerləşən evi ilə üzbəüz olan 25/1 saylı evdə asmaq lazım olduğunu bildirmişdi. O, yoldaşının təklifi ilə razılaşaraq evdən paltarları götürüb üzbəiizdə olan yaşayış olmayan digər evinə keçmiş, evin qapısını açdıqda qapının önündə 2 ədəd kərpiç görmüşdü. Evə doğru hərəkət etdikdə evin həyətində olan əşyaları saxlamaq üçün otağın qapısının qıfılının bağlı olduğunu, lakin qapının açıq olduğunu görmüşdü. Həmin otağa daxil olub otaqda olan 40 manat dəyərində olan 01 ədəd “tech” markalı direlin, 80 manat dəyərində olan 01 ədəd ‘‘Tech” markalı perfaratorun, 40 manat dəyərində olan “Makita” markalı 01 ədəd direlin, 60 manat dəyərində olan 01 ədəd “Viktor” markalı lobzik, 50 manat dəyərində olan 01 ədəd “tech” markalı laqonda və 150 manat dəyərində olan “Samsung” markalı 01 ədəd su qızdırıcısının oğurlandığını aşkar etmiş və bu barədə 8-ci Polis bölməsinə müraciət etmişdi. xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində yenidən L.Babayev küçəsində yerləşən özünə məxsus yaşayış olmayan 25/1 saylı evi yoxlamaq üçün getmiş, evə daxdil olub giriş qapısını açanda daravazaya nərdivanın qoyulduğunu aşkar etmiş, evin 2-ci mərtəbəsinə qalxmış və 45 manat dəyərində olan 01 ədəd sərinkeşin, 100 manat dəyərində olan 01 ədəd qızdırıcı sobanın və 30 manat dəyərində olan 02 ədəd “Samsung” markalı notbukun oğurlandığını aşkar etmişdi. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində yenidən yoxlamaq üçün 25/1 saylı evə daxil olduqda evin 1-ci mərtəbəsindən 100 manat dəyərində 01 ədəd qaz sobasının oğurlandığını aşkar etmişdir. O, evdən oğurluq olan zaman heç bir şəxsi görməmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 695 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ərizə ilə məhkəməyə müraciət edərək, maddi ziyanın ödənildiyi, heç bir şikayət və tələbinin olmadığını bildirimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cui PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 ifadəsində göstərmişdir ki, 25 dekabr 2024-cü il tarixdə saat 17:00 radələrində “Emin” adlı şəxsi izləyərək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Nəzmi küçəsi 24 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlamış, xidməti vəsiqələrini göstərərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlandıqda sonuncu özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına dəvət etmişlər. Sonuncu etiraz etmədən onlarla birlikdə Səbail RPİ-nin 39-cu PB-nə getmişdi. Orada Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, bundan sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən elan edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdi ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindəki bir ədəd gümüşü rəngli falqada olan bükümün içərisində “kakos” olduğunu bildirərək həmin bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdi. Təhqiqatçı bükümü açdıqda içərisində qəhvəyi rəngli olan narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddəni haradan və kimdən əldə etməsi soruşulduqda sonuncu bildirmişdi ki, həmin açıq qəhvəyi rəngli narkotik vasitə kakos-heroindir, onu həmin gün Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazisində adını Əli kimi bildiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşımış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılıb, Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək götürülmüşdü. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bütün paltarları, cibləri, corabının içi yoxlanılmış, lakin sonuncunun üzərindən üzərinə şəxsi axtarış və götürmə zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdi. Bundan sonra bu barədə protokol tərtib edilmiş və protokola da o, bütün iştirakçılar kimi imza etmişdi. Sonda toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə Səbail RPİ-nin X16 göndərilmişdi. Hadisədən əvvəl o, Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xiisusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin izahatı, həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, video görüntülər və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 dekabr 2024-cü il tarixli, 6/5580 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikasıi Daxili İşlər Nazirliyi Zərflər üçün №49 dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs...(imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,450 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vaitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narpkotik vasitələr”-in siyahısına (Siyahı-İ) daxildir. Heroinin təmsiz çəkisi 0,450 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,400 qram. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 fevral 2025-ci il tarixli, 9/10706 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 04 adda malların istifadədə olması və yuxarıda qeyd olunan xüsusatları nəzərə alınmaqla 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 190,0 manat müəyyən edilir. O cümlədən: İran İslam Respublikasının istehsalı, istifadədə olmuş, təxminən 60-70 kv.m məsafəni qızdırmaq üçün nəzərdə tutulmuş qaz sobası - 110 manat; istifadədə olmuş, üzərində «Viktor MP-759Bt» yazıları olan lozbik -25 manat; istifadədə olmuş, üzərində «Makita 220V, 550 W, 2,5A» yazıları olan drel -25 manat və istifadədə olmuş, üzərində «Teh TG1 2509, 220V-50Hz, 850 W» yazıları olan laqonda 30 manat. Bir qayda olaraq hər hansı bir əmtəənin qiymətləndirilməsi üçün onun modeli, texniki göstəricələri, parametrləri, təyinatı, istifadəyə yaralılığı müəyyən edilməlidir. Bu səbəbdən ekspertiza tədqiqatına təqdim edilməyən 06 adda mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 şəxsi Ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 246 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəımə iclasında oğurluq epizodunu özündə əks etdirən videogörüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bir nəfər kişi cinsindən olan şəxsin küçədə əlində olan qaz qızıdırıcısı ilə qaçaraq hərəkət etməsi müəyyən edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, vidogöriintüdə olan həmin şəxs onun özüdür, həmin görüntülər 24 noyabr 2024-ci il tarixdə oğurluq etdiyi ünvanda gizli olaraq taladığı qaz qızdırıcı soba ilə küçədə qaçdığı andır. “Maddi sübutun götürülməsi haqqında” 25 noyabr 2024-cü il tarixdə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin ünvandan gizli şəkildə taladığı əşyaları yəni, 1 ədəd direl, 1 ədəd laqonda, 1 ədəd lobzik və lədəd qızdırıcı sobam təhqiqata təqdim etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş “şəxsi axtarış və götürmə”ni özündə əks etdirən videogörüntü ilə müəyyən olunur ki, 25 dekabr 2024-cü il tarixdə Səbail RPİ-nin 39cu PBnin inzibati binasında şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindəki bir ədəd gümüşü rəngli falqada olan bükümün içərisində “kakos” olduğunu bildirmiş və həmin bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdi. Təhqiqatçı bükümü açdıqda içərisində qəhvəyi rəngli olan narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddəni haradan və kimdən əldə etməsi soruşulduqda sonuncu bildirmişdi ki, həmin açıq qəhvəyi rəngli narkotik vasitə kakos-heroindir, onu həmin gün Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazisində adını Əli kimi bildiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşımış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm bir ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxs qismində tutulma və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması barədə protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs: 25 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 25 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübutlar - tədqiqatdan sonra qalıq çəkisi 0,400 qram olan heroin Səbail RPİ-də saxlanılır, 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs məxsus bir ədəd İİR-nın istehsalı olan qaz sobası, bir ədəd lobzik, bir ədəd drel və bir ədəd laqonda məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün qəbzlə sahibinə qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-178/2025 saylı, 15 may 2025-ci il tarixli təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi və cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün axtarış elan olunmuş və cinayət təqibi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsindən 30 may 2025-ci il tarixdə daxil olmuş 29 may 2025-ci il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli qərarına əsasən barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilməsi qərara alınmış Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. İş materiallarında olan AZE 11014576 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 Emin Elşad oğlunun qızıdır. İş materiallarında olan AZE 12571139 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 Emin Elşad oğlunun qızıdır. İş materiallarında olan 071843 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X1 Emin Elşad oğlunun oğludur. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, qısa vaxt ərzində və ardıcıl olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar və mülkiyyət əleyhinə olan iki epizodda olan cinayətlərin törədilməkdə ittiham olunmasını, hər iki əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, hər iki halda saxlanc yeri olan kassaya eyni üsulla daxil olmaqla özgə əmlakını gizli talamaqla xeyli miqdarda maddi ziyan vurmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və vurmuş olduğu ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, gənc olmasını, əməlindən səmimi peşman olmasını, himayəsində üç uşağının olmasını iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddətin 01 (bir) günə 01 (bir (gün) azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin 27 may 2025-ci il tarixdən hesablanmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini əsaslı hesab edir. Məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 şəxsi Ambulator X4 xx.xx.2025-ci il tarixli, 246 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 164 (yüz altmış dörd) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq qalmış cəmi 0,400 qram olan heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 02 (iki) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Zərərçəkmiş şəxs məxsus bir ədəd İİR-nın istehsalı olan qaz sobası, bir ədəd lobzik, bir ədəd drel və bir ədəd laqonda məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün qəbzlə sahibinə qaytarıldığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 27 may 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut olan Səbail Rayon Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra qalıq qalmış 0,400 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 450 (dörd yüz əlli) manat pul tutulub, “Kamandar Nəsibov və Partnyorları Vəkil Bürosu”nun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar