Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-179/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu, Yenikənd ərazi dairəsi Təklə kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 oktyabr 2022-ci il tarixdə saat 11.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 aprel 2022-ci il tarixdə, saat 21:25 radələrində Bakı şəhərinə gələn zaman Bakı- Qazax yolunun 40-cı kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 719 nömrəli stasionar postunun yaxınlığında əlində sellofan torba ilə saxlanılaraq ünvan 1 ünvanda yerləşən Baş Narkotiklə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək xidməti otaqda üzərinə baxış keçirilərkən sağ əlində saxladığı, içərisində təmiz çəkisi 190 qram olan, bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Vətən Müharibəsi zamanı könüllü olaraq hərbi xidmətə gedib müharibədə iştirak etmiş və təxris olunan zaman Zəngilan rayonundan tapdığı qurudulmuş marixuananı özü ilə gətirib yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndinin yuxarısında, kanalın yanında həmin marixuananı qazıb torpaqda basdıraraq gizlətmişdir. Hərdən həmin marixuanadan götürüb özü qəbul etmişdir. Bədənində ağrılar olduğundan hərbi xidmətdən təxris olunandan sonra marixuananı qəbul etməyə başlamışdır. Maddi imkanı pis olduğu üçün Bakı şəhərinə işləmək üçün gələrkən, yəni 12 mart 2022-ci ildə gizlətdiyi marixuanadan qalan hissəsini özü ilə götürüb Bakı şəhərinə yola düşmüş və saat 21 radələrində Bakı-Qazax yolunda Yol Patrul Xidməti Alayının yanında olan postun yaxınlığından içərisində olduğu avtomobil saxlanılmış, bir müddət sürücünün yaxınlaşmadığını gördükdə avtomobildən düşərək onlara yaxınlaşmış, bu zaman iki nəfər mülki geyimdə olan şəxs özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu demiş, avtomobilin yük yerinə baxarkən çantasında sellofan torbada olan narkotik vasitə - qurudulmuş marixuanaya baxaraq sellofanı ondan almış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sellofan torbanın içərisindən qurudulmuş marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Narkotik vasitədən yalnız özü istifadə etmiş heç kimə satmamış, pay verməmişdir. Təqsirləndirilən şəxs göstərmişdir ki, istintaq zamanı özünü təqsirli bilməsinə səbəb ondan ibarətdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilən zaman vəkilin iştirakı olmadan üzərinə baxış keçirilən zaman ona həmin məzmunda, yəni narkotik vasitəni satış məqsədi ilə daşıması, həmçinin hər hansı bir təzyiqin göstərilməməsi ilə bağlı ifadə verməsi tapşırılmışdır. Bakıya kirayədə yaşyan qardaşı ilə birlikdə qalmaq və işləmək üçün gəlmişdir. Özündə ağrılar hiss etdiyindən narkotik vasitəni də özü ilə aparmaq qərarına gəlmişdir. İfadə verərkən ifadəsini oxumamış, həmçinin üzərinə şəxsi axtarış və baxış keçirilərkən narkotik vasitəni satış məqsədi ilə daşımasını bildirməsinə, hər hansı təzyiq görməməsini bildirməsinə səbəb polis tərəfindən məcbur edilməsi, psixoloji təziqlərin olmuşdur. Ona daha ağır maddələrlə ittiham irəli sürülməməsi üçün həmin narkotik vasitəni satış məqsədi ilə gətirməsi, iki nəfərə satdığını bildirmişdir. Narkotik vasitəni müharibədən qayıtdıqdan sonra başında olan ağrıların kəsilməsi üçün istifadə etmişdir. Müalicə üçün də Müdafiə Nazirliyinin Hərbi poliklinikasına da müraciət etmiş və müayinələrdən keçmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X6 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonunda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək Bakı şəhəri Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 12 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbirəli nəticəsində Bakı-Qazax yolunun 40-cı klometrliyində yerləşən Baş Dövlət Yoi Polis İdarəsinin 719-cu stasionar postunun yaxınlığında Təqsirləndirilən şəxs əlində olan sellofan torba ilə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. İdarədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs sellofan torbanı təqdim edərək içərisindən bir ədəd bükümdə qurudulmuş marixuananı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkimişdir. Bundan sonra həmin qurudulmuş marixuanaya bənzər kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuanaya bənzər kütlənin özünə məxsus olduğunu, həmin kütləni X8 rayonunda hərbi xidmətdə olan zaman oradan taparaq özündə saxladığını, həmin kütlədən 15 manat qarşılığında iki nəfər tanımadığı şəxsə satdığını, maddi imkanı aşağı olduğu üçün üzərində aşkar edilmiş kütləni Bakı şəhərinə gətirib tanımadığı şəxslərə satmaq məqsədi olduğunu demişdir. X6 qyd etmişdir ki, əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri o təyin edilmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitənin satışını həyata keçirməsi ilə bağlı olmuşdur. Məhkəmə iclasında şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X12 ifadəsində göstərmişdir ki, Kürdəmir rayonunda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək Bakı şəhəri Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 12 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbirəli nəticəsində Bakı-Qazax yolunun 40-cı klometrliyində yerləşən Baş Dövlət Yoi Polis İdarəsinin 719-cu stasionar postunun yaxınlığında Təqsirləndirilən şəxs əlində olan sellofan torba ilə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. İdarədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sellofan torbanı təqdim edərək içərisindən bir ədəd bükümdə marixuananı masanın üzərinə qoymuşdur. Bundan sonra qurudulmuş marixuanaya bənzər kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs izahatında, üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuanaya bənzər narkotik vasitənin özünə məxsus olduğunu qeyd edərək həmin kütləni Vətən Müharibəsi zamanı Zəngilan rayonunda hərbi xidmətdə olan zaman oradan taparaq özündə saxladığını, həmin kütlədən 15 manata iki nəfər tanımadığı şəxsə satdığını, maddi imkanı pis olduğu üçün üzərində aşkar edilmiş həmin kütləni aparıb tanımadığı Bakı şəhərində satmaq fikrində olduğunu demişdir. Məhkəmə iclasında şahid Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Şahid3 ifadəsində göstərmişdir ki, 12 aprel 2022-ci il tarixdə Qaradağ rayonu ərazisində saxlanılmış və şəxsi axtarış üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs barəsində təhqiqat araşdırılmasının aparılması ona həvalə edilmişdir və o həmin gün «Mərkəz» Vəkil Bürosundan müdafiəçi dəvət etməklə 12 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə şübhəli şəxs kimi saxlayaraq onun üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs, onun üzərində şəxsi axtarış aparılması barədə tərəfindən qəbul edilmiş 12 aprel 2022-ci il tarixli qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sellofan torbanın içərisindən bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuş və bildirmişdır ki, marixuananı müharibədə olarkən Zəngilan rayonu ərazisindən taparaq özündə saxlamışdır. Həmin kütlədən tanımadığı iki nəfərə 15 manatdan satmışdır, qalanını da Bakı şəhərinə satmaq məqsədi ilə gətirirmiş ki, yolda polis əməkdaşları tərəfindən saxlanmışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 242 qram olmuşdur. Sonra həmin kütlə zərfə qablaşdırılmış və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı formada fiziki və ya psixi zor tətbiq olunmamışdır. Şəxsi axtarışın gedişi idarədə əməliyyat müvəkkili X12 tərəfindən videoçəkiliş aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə onun tərəfindən protokol tərtib edilmiş və həmin protokol onun tərəfindən ucadan oxunmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Faktla əlaqədar şübhəli şəxs Təqsirləndirilən şəxs izahatı alınmış və o izahatında da həmin kütlənin narkotik vasitə-qurudulmuş marixkuana olmasını, onu 2-ci Qarabağ Müharibəsi vaxtı Zəngilan rayonu ərazisindən tapıb özündə saxladığını, müharibədən sonra onu özü ilə yaşadığı Kürdəmir rayonuna gətirdiyini, gizlədib saxladığını, bir qədər iki nəfərə satmasını, qalanını da Bakı şəhərinə satmaq məqsədi ilə gətirməsini etiraf etmişdir. Sonra narkotik vasitə ekspert tədqiqatına göndərilmişdir, rəy alındıqdan sonra toplanmış materiallar aidiyyəti üzrə istintaq aparılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş kütlənin çəkisi ilə ekspert rəyindən olan kütlənin çəkisi arasındakı fərqi onunla izah etmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı götürülmüş narkotik vasitə- qurudulmuş marixuanaya bənzər kütlə sellofan torbada qablaşdırıldığı qabla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 242 qram olmuşdur, lakin ekspert rəyində narkotik vasitənin xalis çəksinin 190 qram olmasını göstərmişdir, ona görə də Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə-qurudulmuş marixuananın çəkisi 190 qram hesab edilməlidir, çəki arasındakı fərq bununla bağlıdır. Şəxsi axtarış və götürmə aparılmasını əks etdirən videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xidməti otaqda «Mərkəz» Vəkil Bürosunun vəkili X13, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X12, həmin idarənin əməliyyat müvəkkili X6, şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs iştirakları ilə şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı elan edir ki, istintaq hərəkətinin gedişatı «SONY» markalı videokamera ilə çəkilir və iştirakçılar videoçəkilişə etiraz etmirlər. Şəxsi axtarış və götürməyə başlamazdan əvvəl təhqiqatçı özünü və iştirakçıları təqdim edir və şəxsi axtarışı aparılacaq Təqsirləndirilən şəxs hüquq vəvəzifələri ona izah edilir, sonra şəxsi axtarış və götürmə barədə qərarla şübhəli şəxs Təqsirləndirilən şəxs tanış edir, sonra şəxsi axtarışa başlanması elan olunmaqla ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilir. Təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlində tutduğu mavi rəngli polietilen torbadan 01 ədəd yaşıl rəngli sellofan torbanı çıxarıb masanın üzərinə qoyur. Həmin torba açılır və içərisində qurudulmuş formada yaşılımtıl rəngli, narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə olması görünür. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilir və çəkisi 242 qram müəyyən edilir. Sonra təhqiqatçı tərəfindən həmin kütlə kağız zərfə qablaşdırılır və bütün iştirakçılar imzalayır. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu-sual edilir və şübhəli şəxs Təqsirləndirilən şəxs, təqdim etdiyi torbanın içərisindəki kütlənin narkotik vasitə-qurudulmuş marixuana olmasını, ona məxsus olmasını, həmin kütləni müharibədə olarkən Zəngilan rayonu ərazisindən taparaq özündə saxladığını, həmin kütlədən 15 manatdan tanımıdağı iki nəfərə satdığını, maddi imkanı pis olduğundan həmin kütləni Bakı şəhərinə satmaq məqsədi ilə gətirdiyini etiraf edir və ona hər hansı formada zor tətbiq edilmədiyini bildirir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının 13 aprel 2022ci il tarixli 7/356 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan mavi rəngli polietilen bağlamadakı 01(bir) ədəd yaşıl rəngli polietilen paketdə təmiz çəkisi-190 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 190 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq 189,9 qram Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78,0 (yetmiş səkkiz) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin kompüter texnikası ekspertizasının 13 may 2022ci il tarixli 5/469 saylı ekspert rəyinə əsasən təqdim edilmiş bir ədəd sensor ekranlı “android” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin “tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli mobil smartfon “imei” kodunu müəyyən etmək mümkün olmadı. Rəyin “tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə (parol-pasword) ilə mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin “tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Xiaomi Redmi 9” markalı “M2004J19G” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, Whatsap proqram təminatı və sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatların olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı məlumatın pozulub pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümükün olmadı. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80,00 (səksən) manatdır. Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 3003 №-li saylı rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. 25 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 190 qram narkotik vasitə qurudulmuş marixuanın və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri olan 01 ədəd DVD diski maddi sübut hesab edilmiş və DVD disk cinayət işi materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq 189,9 qram narkotik vasitə saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. 13 aprel 2022-ci il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. 12 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə 21:25-də şübhəli şəxs qismində tutulmuşdur. 14 aprel 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kəndi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının vəsiqələrinin sürətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına Hərbi Həkim Komissiyasından keçməsi üçün müraciət etmiş, lakin zəruri müayinələri yekunlaşmadığına görə Hərbi Həkim Komissiyası tərəfindən barəsində yekun qərar vermək mümkün olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyi və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir. Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 8-ci bəndində verilmiş izaha əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təsadüfi deyildir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İstər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olmasına dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini ondan aşkar edilərək götürülmüş narkotik vasitənin miqdarına və şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etsə də, cinayət işində onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi üçün avadanlığının olması və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gələcək sübutlar mövcud deyil. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Əksinə məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək narkotik vasitəni Vətən Müharibəsi zamanı Zəngilan rayonundan taparaq özü ilə gətirməsi, şəxsi istifadəsi üçün saxladığını göstərmişdir. Həmçinin ibtidai istintaq zamanı üzərində şəxsi axtarış götürmə istintaq hərəkətinin qeydə alındığı videogörüntüdən öncə ona narkotik vasitənin satış məqsədi ilə üzərində daşıması barədə ifadə verməsi bildirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan 190 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanı əldə edərək satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilə bilməz. Həmin şəxsin əməli yalnız narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq və 12 aprel 2022-cı il tarixdə Bakı-Qazax yolunun 40-cı km-də Bakı-Qazax yolunun 40-cı kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 719 nömrəli stasionar postunun yaxınlığında əlində sellofan torba ilə saxlanılaraq ünvan 1 ünvanda yerləşən Baş Narkotiklə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək xidməti otaqda üzərinə baxış keçirilərkən sağ əlində saxladığı, içərisində təmiz çəkisi 190 qram olan, bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktına dair mötəbər sübutlar əldə edildiyindən və qiymətləndirildiyindən, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan - narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib satmasını, yəni yayılmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların əldə edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs əməlini həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “X10 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X7 Haqqında” X2 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X4 3-ü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məsəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, “Vətən müharibəsi” iştirakçısı olmasını və medallarla təltif olunduğunu, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək, yəni 06 (altı) ay 02 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 01 (bir) il 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – Kürdəmir rayonu, Yenikənd ərazi dairəsi, Təklə kəndində yerləşən fərdi evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Kürdəmir rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 3003 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 189,9 qram (ilkin təmiz çəkisi 190 qram) çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı çəkilmiş videogörüntü əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-bioloji və kompüter texniki ekspertizası tədqiqatılarının xərci 158 (bir yüz əlli səkkiz manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdən 14 oktyabr 2022-ci il tarixədək, yəni 06 (altı) ay 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) il 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – Kürdəmir rayonu, Yenikənd ərazi dairəsi, Təklə kəndində yerləşən fərdi evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Kürdəmir rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 189,9 qram (ilkin təmiz çəkisi 190 qram) çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı çəkilmiş videogörüntü əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji və kompüter-texniki ekspertizalarının xərci – 158,00 (bir yüz əlli səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-179/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-179/2022
14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver