Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-179/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanındakı binanın zirzəmisində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 may 2023-cü il tarixdə saat 12.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq 01 ədəd yivli odlu silahı və 01 ədəd tapançaların komplket hissəsi olan darağı qanunsuz olaraq əldə edib yaşadığı yerdə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda 01 ədəd 37712№-li, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli parabelum patronlarla atəş açan, 1908-ci il nümunəsi olan, 7,65 mm kalibrli, Borxard- Lüqer (Parabellum) modelli tapança, yəni texniki cəhədən saz və atəş üçün yaralı olan yivli odlu silahı və 01 ədəd zavod üsulu ilə hazırllanmış 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplket hissəsi olan texniki cəhətdə saz, istifadə üçün yararlı olan darağla birlikdə əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanındakı binanın zirzəmisində giriş qapısından içəridə soldakı yarımdairəvi dəmir əşyanın altında ağ rəngli sellofana bükülmüş vəziyyətdə gizlədərək saxladığını etiraf etdikdən sonra Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yanvar 2023-cü il tarixdə saat 18:10 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq 41-ci PB-nin inzibati binasına gətirilmiş və orada sorğu edilən zaman müvəqqəti yaşadığı Bakı şəhəri, Səbail rayonu, Əziz Nəzərov küçəsində yerləşən 17-23 saylı binanın zirzəmisində 01 ədəd yivli odlu silahı gizlədərək saxladığı bildirmiş və 28 yanvar 2023-cü il tarixdə saat 20:00 radələrində həmin ünvana baxış keçirilən zaman zirzəminin giriş qapısından içəridə soldakı yarımdairəvi dəmir əşyanın altında ağ rəngli sellofana bükülmüş vəziyyətdə 01 ədəd 37712№-li, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli parabelum patronlarla atəş açan, 1908-ci il nümunəsi olan, 7,65 mm kalibrli, Borxard- Lüqer (Parabellum) modelli tapança, yəni texniki cəhədən saz və atəş üçün yaralı olan yivli odlu silah, 01 ədəd zavod üsulu ilə hazırllanmış 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplket hissəsi olan texniki cəhətdə saz, istifadə üçün yararlı olan darağla birlikdə aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 il əvvəl satmaq üçün Bakı şəhəri, Yasamal rayonu, “Qanlı Göl” adlanan gölün ətrafında tullantı dəmir axtaran zaman, oradan bir ədəd dəmir tapança tapmışdır.Tapançanı götürüb baxan zaman darağının boş olduğunu içində heç bir patron olmadığını görmüşdür. O tapançanı götürüb polisə təhvil vermək üçün yaşadığı ünvan 2 ünvanındakı binanın zirzəmisinə gətirmişdir. Lakin sonradan həmin tapançanı polisə verəcəyi halda tutulacağını düşünüb, qorxuduğu üçün bu fikrindən daşınmış və həmin tapançanı ağ rəngli sellofana büküb yaşadığı zirzəminin giriş qapısından içəridə sol tərəfdə dəmirin altında gizlədərək saxlamışdır. 28 yanvar 2023-cü il tarixdə saat təxminən 18:10 radələrində ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onun qanunsuz odlu silah saxlamaqda şübhəli olduğunu bildirərək onu 41-ci PB-nə dəvət etmişlər. Müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş,lakin şəxsi axtarış zamanı onun üzərində saxlanılması qanunla qadağan edilmiş heç nə aşkar edilməmişdir. O yaşadığı yerdə 01 ədəd odlu silah saxladığını bildirmişdir. Bundan sonra onun iştirakı ilə yaşadığı ünvan 2 ünvanındakı binanın zirzəmisinə getmişlər. Ora çatdıqan sonra müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə zirzəminin giriş qapısının qarşısında, ona zirzəmidə gizlədərək saxladığı 01 ədəd odlu silahı təqdim etmək təklif olunmuşdur. Bundan sonra onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı zirzəmiyə daxil olmuşlar, o giriş qapısından içəridə sol tərəfdə yerdəki dəmirin altında gizlədərək saxladığı sellofana bükülmüş halda bir ədəd odlu silahı çıxarıb təqdim etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 yanvar 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili Vüsal Eyvazoviç və sahə inspektoru Ruslan Şərifov ilə birlikdə daxil olmuş məlumat əsasında qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saat 18:10 radələrində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə xidməti otaqda videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanındakı binanın zirzəmisində 01 ədəd odlu silah saxladığını bildirmişdir. Bundan sonra onun, vəkilin və digərlərinin iştirakı ilə yaşadığı ünvan 2 ünvanındakı binanın zirzəmisinə gedilmişdir. Ora çatdıqan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə zirzəminin giriş qapısının qarşısında, Təqsirləndirilən şəxs zirzəmidə gizlədərək saxladığı 01 ədəd odlu silahı təqdim etmək təklif olunmuşdur. Bundan sonra onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə Zahidin yaşadığı zirzəmiyə daxil olunmuş və Zahid giriş qapısından içəridə sol tərəfdə yerdəki yarım dairəvi dəmirin altında gizlədərək saxladığı ağ rəngli sellofana bükülmüş halda 01 ədəd odlu silahı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 5 il öncə həmin silahı tullantı dəmir axtarmaq üçün gəzən zaman Bakı şəhəri, Yasamal rayonu, “Qanlı Göl” adlanan gölün ətrafından tapmışdır. Məhkəmə iclasında şahid Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi. Videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanındakı binanın zirzəmisinə axtarış həyata keçirilir. Bu zaman Təqsirləndirilən şəxs zirzəminin giriş qapısından içəridə soldakı yarımdairəvi dəmir əşyanın altında ağ rəngli sellofana bükülmüş vəziyyətdə 01 ədəd tapançanı və patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş tapançaların komplket hissəsi olan darağla birlikdə çıxarıb təqdim edir. Təxminən 5 il əvvəl həmin silahı tullantı dəmir axtarmaq üçün gəzən zaman Bakı şəhəri, Yasamal rayonu, “Qanlı Göl” adlanan gölün ətrafından tapdığını, gətirib burada gizlədərk saxladığını bildirir. Daha sonra həmin silah darağı ilə birlikdə polis əməkdaşları tərəfindən götürülür və kağız zərfdə qablaşdırılır. Daxili İşlər Nazirlyinin Kriminalistik Tədqiqatlar İdarəsinin ballistik ekspertizasının 30 yanvar 2023-cü il tarixli 23/69 №-li rəyində aşağıdakılar göstərilmişdir:
1. Tədqiqata təqdim edilmiş Ol ədəd 377l2№-li, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli parabelum patronlarla atəş açan, 1908-ci il nümunəsi olan, 7,65 mm kalibrli, Borxard-Lüqer (Parabellum) modelli tapançadır, yivli odlu silahdır, texniki cəhədən sazdır və atəş üçün yaralıdır.
2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplket hissəsi-darağıdır, texniki cəhətdə sazdır və istifadə üçün yararlıdır.
3. Eksperimantal atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə- giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşakr edilməmişdir. 28 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 30 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 30 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 30 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 28 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs yaşadığı yerdən aşkar edilərək götürülmüş 37712№-li, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli parabelum patronlarla atəş açan, 1908-ci il nümunəsi olan, 7,65 mm kalibrli, Borxard-Lüqer (Parabellum) modelli tapança, texniki cəhədən saz və atəş üçün yaralı olan yivli odlu silah və 01 ədəd zavod üsulu ilə hazırllanmış 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan texniki cəhətdə saz, istifadə üçün yararlı olan darağ maddi sübut qismində tanınmış və saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 fevral 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs: - Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 83.3, 23-1 maddələri ilə təqsirli bilinərək 03 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmişdir. - Bakı şəhəri Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 226-1.1, 55-ci maddələri ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1998-ci il tarixli amnistiya qərarını 4-cü mddəsinə əsasən azad olunmuşdur. - Tovuz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2010-cu il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə qalan cəza azadlığın məhdudlaşdırılması ilə əvəz olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdən 30 yanvar 2023-cü il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan 37712№-li, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli parabelum patronlarla atəş açan, 1908-ci il nümunəsi olan, 7,65 mm kalibrli, Borxard-Lüqer (Parabellum) modelli tapança, texniki cəhədən saz və atəş üçün yaralı olan yivli odlu silah və 01 ədəd zavod üsulu ilə hazırllanmış 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplket hissəsi olan texniki cəhətdə saz, istifadə üçün yararlı olan darağ hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdən 30 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan 37712№-li, zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli parabelum patronlarla atəş açan, 1908-ci il nümunəsi olan, 7,65 mm kalibrli, Borxard-Lüqer (Parabellum) modelli tapança, texniki cəhədən saz və atəş üçün yaralı olan yivli odlu silah və 01 ədəd zavod üsulu ilə hazırllanmış 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplket hissəsi olan texniki cəhətdə saz, istifadə üçün yararlı olan darağ hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova