Məhkəmə qərarları › İş №1(009)-179/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-179/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-179/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 ilə 2023-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və 1 qız övladları var. X5 yoldaşı Nazlının keçmiş həyat yoldaşı olub. Onların 2 qızı da hal-hazırda Nazlı ilə onun himayəsindədir. Ailə qurarkən Nurlan Məhərrəmov doğma 2 qız övladını öz himayəsinə götürməkdən imtina etdi və bunu rəsmi olaraq notarial qaydada da təsdiq edib. Qəyyumluqla bağlı məhkəmədə bildirdi ki:”MƏN ÖVLADLARİMDAN BİRMƏNALİ OLARAQ İMTİNA EDİRƏM, UŞAQLARİ KİMSƏSİZLƏR EVİNƏ VERİN” deyə məhkəməyə tələb irəli sürdü. Həmin “ÖVLADLARİNDAN İMTİNA” sənədini məhkəməyə təqdim etmişdir. Cavabdehin bu hərəkətindən sonra onun hər 2 qızı ona “ATA” deyə xitab edirlər. Çünki körpə uşaqları öz qızından əsla ayırmır, ata nəvazişi göstərir. Bundan hiddətlənən Nurlan Məhərrəmov hər dəfə onunla qarşılaşanda onu ictimai yerdə, cəmiyyət içində, ailə üzvlərinin yanında nalayiq ifadələrlə təhqir etmiş və əsassız olaraq böhtan atmışdır. Bunu etməkdə yeganə məqsədi odur ki, ona cavab olaraq güc tətbiq göstərsin.O da bundan istifadə edərək polisə şikayət etsin. Təbii ki, ailəsini, övladlarını düşünərək bu addımı atmamışdır. Nurlan Məhərrəmov onu bir neçə dəfə nalayiq ifadələrlə təhqir edərək, tanımadığı və onunla hər hansı qohumluq əlaqələrinin olmadığı şəxslərin yanında ictimai yerlərdə şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmuşdur. Son olaraq isə xx.xx.2024-cü il tarixdə ictimai yerdə “Tratoriya” restoranında Nurlan Məhərrəmov onu qızları Nuranə və Aylin Məhərrəmovanın, restoranda olan 15 nəfərdən çox müştərinin yanında nəlayiq ifadələr işlətməklə təhqir etmiş, əsassız olaraq böhtan atmış bununla da şərəf və ləyaqətinin alçaldılmasına səbəb olan hərəkətlərə yol vermişdir. Belə ki, Nurlan Məhərrəmov xx.xx.2024-cü il tarixdə ictimai yerdə “Tratoriya” restoranında məni ən az 20 nəfərin içində:

1. 1) ”XƏYYAM QULİYEV maşennikin biridir, narkomandır.Gəlsin üzünə deyim,götü var o oğlanın gəlsin çıxsın üzümə. Gəlmişdi Apellyasiyaya,dedim ki, biri ilə yox, bir neçəsilə gəzənin cama f p dedim əri burdadır.

2. 2) MAŞENNİKDİR O, NARKAMANDİR O.Gəlsin uzunə deyim, götu var o oğlanın gəlsin.Götü var gəlsin Xəyyamı gözləyirəm.Gəlsin işdən çıxsın məni gözləsin.

3. 3) Anan hanı, atan hanı? Təzə atavız da təzə atavız hanı? NARKUŞA ATAN hanı? TUTDURACAME, ikisini də salacam kletkaya. Mən demişəm.

4. 4) XƏYYAM lox anasını sikəndi, XƏYYAM loxun anasını qayırandı.

5. 5) Nə ata, hansı atandan danışırsan Sən? BİQEYRƏT, BİNAMUS, NARKUŞA atandan danışırsan sən. İllərdir namaz qılan atan burda qalıb,sən BİQEYRƏT, hansısa PEYSƏRDƏN danışırsan sən.” ifadələrini işlədərək Nuranə və Aylin Məhərrəmovaların, 15 nəfərdən çox müştərinin yanında məni təhqir etmişdir. Bu hal bir neçə dəfə baş vermişdir. Hətta yaşadığı qonşular içində, qohumlar içində belə hər kəsə NORKAMAN kimi tanıdaraq Böhtan atmışdır. Halbuki əlində heç bir əsaslı dəlili belə yoxdur. Cavabdehin əsassız olaraq hər yerdə “XƏYYAM NARKOMANDİR” deyə böhtan atması, nəinki hətta 3 qız atası olaraq qızlarımın da gələcək həyatına çox böyük mənfi təsir göstərir. Cavabdehin bu böhtanına görə gələcəkdə 3 qızına Narkomanın qızları deyə xitab edəcəklər. Ona görə də mütləq şəkildə cavabdehin qanunamüvafiq olaraq cəzası verilməlidir ki, 3 qızına o insana görə kimsə artıq kəlmə deməsin. Cavabdeh özü də şəxsən etiraf edir ki, onu Apellyasiya Məhkəməsində görərkən orda belə şəxsən camaatın içində təhqir edib. Məqsədinin nə olduğunu şəxsən özü etiraf edərək bildirir ki, onu də, yoldaşını da hər hansı bir bəhanə ilə tutdurmaq niyyətindədir. Qeyd:Həmin etiraflar yuxarıda sarı haşiyənin içərisindədir. Qeyd olunan təhqiramiz ifadələr DVD disk şəklində məhkəməyə təqdim olunub. Nurlan Məhərrəmovun dediyi bütün təhqiramiz ifadələr və böhtanlar (guya ki, mən NARKOMANAM) hər biri qeydə alınıb. NARKOLOJİ DİSPANSERDƏN HƏKİM RƏYİNİ belə Məhkəməyə TƏQDİM ETMİŞƏM. Nəzərinizə çatdırmaq istədim ki, mənim cəmiyyət arasında hörmətim və öz çəkim var. X5 tərəfindən mənə "BİQEYRƏT, BİNAMUS, NARKAMAN, MAŞENNİK, PEYSƏR, NARKUŞA, LOX ANASİ SİKƏN, LOXUN ANASİNİ QAYİRAN, BİRİ İLƏ YOX, BİR NEÇƏSİLƏ GƏZƏNİN ƏRİ” və s. bu kimi nalayiq ifadələr deməsi ilə özümü mənəvi cəhətdən təhqir edilmiş sayıram. X1 tərəfindən şərəf və ləyaqətim qəsdən nalayiq formada alçaldılaraq əvvəllər də tanıdığım və tanımadığım insanların yanında təhqir edildiyimdən hələ də ağır stress yaşayıram.Bu hal məni psixi gərginliklər yaşamama səbəb olub. Cavabdehin etdiyi hərəkətlərinə cavab olaraq güc tətbiq göstərərək də cəzasını verə bilərdim, lakin mən dövlətimə və qanunun aliliyinə inanaraq Məhkəməyə müraciət etmək qərarına gəldim. X5 bu hərəkəti ilə mənim işgüzar nüfuzuma xələl vurub və məni cəmiyyət içərisində hörmətdən salınmama səbəb olub. Bu səbəbdən X3 AR CM-147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün əsasların olduğunu hesab edirəm. Nəzərinizə çatdırmaq istərdim ki, Məhkəməyə təqdim etdiyim audio - video diskin içərisində X6 ictimai yerdə restoranda cəmiyyət içində məni hansı sözlərlə təhqir etdiyini şəxsən özü etiraf edir. AR Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsi ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. AR Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Qanunvericiliyin tələbinə görə şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların yayılması ciddi hüquq pozuntusudur və müvafiq məsuliyyətə səbəb olmalıdır. X2 məni qızlarım Nuranə və Aylin Məhərrəmovanın,restoranda olan 15 nəfərdən çox müştərinin yanında “BİQEYRƏT, BİNAMUS, NARKAMAN, MAŞENNİK, PEYSƏR, NARKUŞA, LOX ANASİ SİKƏN, LOXUN ANASİNİ QAYİRAN, BİRİ İLƏ YOX, BİR NEÇƏSİLƏ GƏZƏNİN ƏRİ” və s.nalayiq ifadələr deməsi ilə məni təhqir etmiş,əsassız olaraq böhtan atmış, mənim işgüzar nüfuzuma xələl gətirmiş və bununla da AR CM-nin 147-ci və 148-ci maddəsinin tələblərini pozmuşdur. AR Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma Yuxarıda göstərilənləri və həmçinin AR CMnin 147-ci və 148-ci maddəsinin, AR CPM-nin 37, 293.3.1-293.3.7-ci maddələrinin, AR Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının və digər qanunvericilik aktlarının tələblərini nəzərə alaraq məhkəmədən X3 AR CM-nin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə müvafiq məhkəmə aktı qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13 şikayətini müdafiə edərək xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302-ci maddəsinin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsində göstərilən tələblərə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə baxılmalıdır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilən X6 tərəfindən əməlin törədilməsi halları sübuta yetirilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 məhkəməyə təqdim etdiyi diskdəki səsyazılarına məhkəmə iclası zamanı baxış keçirilərkən X4 həmin ifadələri harada işlətməsi müəyyən edilməmişdir. Belə ki, səsyazılarıdan görünür ki, X6 ifadələri qızı ilə danışarkən səsləndirmiş və qızı səsləri qeyd etmişdir. Yəni aralarındakı söhbət dialoq formasında olmuşdur. X6 tərəfindən X10 qarşı ifadələrin ictimai yerdə və digər şəxslərin qarşısında, yəni kütləvi çıxışda işlədilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi şikayət və ona sübut qismində əlavə edilmiş sənədlərdən görünür ki, X6 tərəfindən X10 qarşı böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma və təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayətləri törədilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X13 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293, 300.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar