Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-18/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx xxxx 1999-cu ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, 17 mart 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən X16 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talama məqsədi ilə Təqsirləndirilən şəxs1, X7 və şəxsiyyəti istintaqa məlum olmayan “Ümid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 10 mart 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 36 ünvanında yerləşən “Kukla” teatrının yaxınlığında Zərərçəkmiş şəxs2 və sonuncunun qohumu Zərərçəkmiş şəxs1 yaxınlaşıb əvvəlcə Zərərçəkmiş şəxs1 2 manat pulunu və Zərərçəkmiş şəxs2 məxsus 15 manat dəyərində papağı açıq talayaraq ələ keçirdikdən Zərərçəkmiş şəxs1 baxıb qaytaracağı adı ilə üzərində 3 manat dəyərində “Azərfon” mobil operatoruna aid 070 833 36 16 mobil nömrə kartı olan 70 manat dəyərində “Samsung J2” markalı mobil telefon aparatını aldıqdan sonra həmin mobil telefon aparatını Zərərçəkmiş şəxs1 dayısı oğlu Zərərçəkmiş şəxs2 vermiş, daha sonra yenidən mobil telefon aparatını Zərərçəkmiş şəxs2 alıb cibinə qoymuş, Zərərçəkmiş şəxs1 ondan telefon aparatını tələb etməsindən sonra mobil telefon aparatını Zərərçəkmiş şəxs1 qaytarmayacağını bildirib mobil telefon aparatını da açıq talayaraq ələ keçirib bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 15 manat və Zərərçəkmiş şəxs1 75 manat dəyərində maddi ziyan vurub soyğunçuq cinayətini törətmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talama məqsədi ilə Təqsirləndirilən şəxs2, X7 və şəxsiyyəti istintaq məlum olmayan “Ümid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 10 mart 2020ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 36 ünvanında yerləşən “Kukla” teatrının yaxınlığında Zərərçəkmiş şəxs2 və sonuncunun qohumu Zərərçəkmiş şəxs1 yaxınlaşıb əvvəlcə Zərərçəkmiş şəxs1 2 manat pulunu və Zərərçəkmiş şəxs2a məxsus 15 manat dəyərində papağı açıq talayaraq ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 baxıb qaytaracağı adı ilə üzərində 3 manat dəyərində “Azərfon” mobil operatoruna aid 070 833 35 16 mobil kartı olan 70 manat dəyərində “Samsung J2” markalı mobil telefon aparatını aldıqdan sonra həmin mobil telefon aparatını Zərərçəkmiş şəxs1 dayısı oğlu Zərərçəkmiş şəxs2 vermiş, daha sonra yenidən mobil telefon aparatını Zərərçəkmiş şəxs2 alıb cibinə qoymuş, Zərərçəkmiş şəxs1 ondan mobil telefon aparatını tələb etməsindən sonra mobil telefon aparatını Zərərçəkmiş şəxs1 qaytarmayacağını bildirib mobil telefon aparatını da açıq talayaraq ələ keçirib bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 15 manat və Zərərçəkmiş şəxs1 75 manat dəyərində maddi ziyan vurub soyğunçuq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 mart 2020-ci il tarixdə saat təxminən 14:30 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində “Torqovu” deyilən yerə gəlmiş, orada bir qədər gəzdikdən sonra tanışı Ümidlə rastlaşmışdır. Ümidlə görüşüb bir qədər gəzdikdən sonra onlar dənizkənarı bulvara getmişlər. Bulvarda gəzişən zaman bir qədər söhbət etdikdən sonra Ümid onlardan təxminən 25-30 metr aralıda bulvarın dənizə yaxın hissəsində daşın üzərində oturan təxminən 2 nəfər cavan uşaqları səsləyib onları yanına çağırmışdır. Həmin uşaqlar onlara yaxınlaşıb salamlaşdıqdan sonra o sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 kənara çəkərək pul istəmişdir. Zərərçəkmiş şəxs1 isə ona 1 manat və qəpiklər vermişdir. Daha sonra Ümid 2 nəfər tanışı ilə görüşmüşdür. Həmin şəxslərin biri Hakim, digəri isə Rövşən olmuşdur. Bundan sonra Ümidün tanışı olan Rövşən, Arzumandan papağını istəmiş və şəkil çəkdirərək qaytaracağını demişdir. Lakin Zərərçəkmiş şəxs2 papağı verməkdən imtina etmişdir. Lakin Rövşənin yanında olan Hakim həmin oğlana “ papağı niyə vermirsən ki, şəkil çəkdirib qaytaracaq” demişdir. Zərərçəkmiş şəxs2 “öz əşyalarını kiməsə verməyi xoşlamadığını” demişdir. Ümid isə papağı Arzumanın əlindən götürərək Təqsirləndirilən şəxs1 başına qoymuşdur. Bundan sonra Hakim və Rövşəndən kənarda o Zərərçəkmiş şəxs1 mobil telefonda hansısa misal cəkəcəyini bildirərək telefonu Vüqardan istəmişdir. Zərərçəkmiş şəxs1 telefonu ona vermişdir. Bundan sonra o telefonu Zərərçəkmiş şəxs2 vermiş, sonra yenidən Zərərçəkmiş şəxs2 alaraq cibinə qoymuşdur. Ümid həmin vaxt onların yanında olmuş, lakin hər hansı müdaxilə etməmişdir. Zərərçəkmiş şəxs1 telefonu istədikdə isə o telefonun onda olduğunu sübut edə bilməyəcəyini və telefonu Zərərçəkmiş şəxs2 verdiyini bildirmişdir. Daha sonra oradan uzaqlaşmış və İçəri Şəhər metrostansiyasına gəlib oradan metro ilə Rövşənin təklifi ilə 20 Yanvar metrostansiyasına gəlmişlər. Metrodan çıxıb yaxınlıqda olan çayxanada oturub çay içmişlər. Çay içən zaman o, uşaqlara həmin oğlanın əlindən aldığı telefonu satmaq istədyini, çaylarını içib durmağı, burada olan mağazalara telefonu təklif etməyi dedikdə Hakim isə ona əgər burada sata bilməsə Nərimanova onun tanış telefon mağazasında satmağı təklif etmşdir. Onlar çayxanadan çıxdıqdan sonra orada olan telefon mağazalarına həmin telefonu təklif etsələr də, lakin mobil telefonun şifrəsini bilmədiyindən heç kəs telefonu almamışdır. Bundan sonra Hakim Nərimanova gedib onun tanışına satmağı ona təklif etmişdir. O, Hakimə bildirmişdir ki, telefonun şifrəsinə görə şübhələnib telefonu ondan almayacaqlar. Hakim isə ona bildirmişdir ki, mağazada telefonun evdəkilərə məxsus olduğunu deməsini təklif emtişdir. Onlar metroya daxil olan zaman Rövşən onlardan ayrılmış, o, Ümid və Hakim Abdullazadə ilə birlikdə Nərimanov metrostansiyasına getmişlər. Orada Hakimin tanışı olan mağazaya gedib həmin telefonu orada 30 manata satmışdır. Bundan sonra Hakimlə sağollaşıb Ümidlə birlikdə Əhmədli qəsəbəsinə getmişdir. O, telefonun pulundan heç kimə verməmiş, ancaq Ümidə dönər almışdır. Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o anası ilə birlikdə yaşayır. Təxminən 2 ilə yaxındır ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən H.Əliyev mərkəzinin qarşısındakı parkda Hakim Abdullazadə ilə tanış olmuşdur və həmin vaxtdan Hakimlə dostluq edir. Hakimlə o, ayda təxminən 2-3 dəfə görüşüb internet klubda oyun oynayır və yaxud da birlikdə skeyt sürürlər. Ümid adlı şəxsi isə əvvəldən tanımış, eyni məhəllədə qalmışlar. O, Hakimlə görüşüb Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parka gəlib orada skeyt sürməyə başlamışlar. Saat təxminən 16 radələrində «Kukla» teatrının yaxınlığında tanışı Ümid və onun yanında olan adını sonradan bildiyi Kamil adlı şəxsin iki nəfər cavan uşaqla söhbət etdiklərini görüb onlara yaxınlaşıb onlarla görüşmüşlər. Bundan sonra o və Hakim də onların yanında dayanmışdır. O, onların konkret nə söhbət etmələrini dəqiq bilməmişdir. Kamil kənarda sonradan adını bildiyi Zərərçəkmiş şəxs1lə kənarda söhbət edirmiş, Ümid isə Zərərçəkmiş şəxs2 pulunun olub-olmamasını soruşmuşdur. Zərərçəkmiş şəxs2 isə pulunun olduğunu, lakin ona lazım olduğunu bildirmişdir. Daha sonra o Zərərçəkmiş şəxs2 papağını şəkil çəkdirmək üçün istəmiş, Zərərçəkmiş şəxs2 isə papağı ona verməkdən imtina etmişdir. Arzuman papağı çıxararaq əli ilə arxasında tutmuşdur. Bu zaman arxadan Ümid papağı dartaraq Arzumandan almış və onun başına qoymuşdur. Daha sonra Kamil Zərərçəkmiş şəxs1 telefonu istəmiş, Zərərçəkmiş şəxs1 telefonu verdikdə isə Kamil telefonu Arzumana vermişdir. Sonra yenidən Arzumandan alaraq cibinə qoymuşdur. Telefon verilərkən o Kamil, Arzuman, Vüqardan uzaqda olmuşdur. Sonra onlar oradan uzaqlaşaraq İçəri Şəhər metrostansiyasına daxil olub Ümidgillə birlikdə 20 yanvar metrostansiyasına getmişlər. Onlar hələ İçəri Şəhər metrostansiyasına gedəndə Kamil yolda onlara bildirmişdir ki, “qaqaşın da mobil telefonunu fırlatdım.” 20 Yanvar metrostansiyasından çıxdıqdan sonra orada Ümid və Kamil onlara çay qonaqlığı vermişlər. Onlar kafedə çay içən zaman Kamil mobil telefonu necə sata biləcəklərini soruşduqda Hakim də Kamilə şəxsiyyət vəsiqəsi varsa Nərimanov metrostansiyasının çıxışında telefon mağazasında işləyən tanışı olduğunu və tanışına sata biləcəyini demişdir. Kamil də şəxsiyyət vəsiqəsinin üstündə olduğunu bildirdikdən sonra onlar birlikdə həmin kafedən çıxmışlar. O, orada onlardan ayrılmış, onlar isə Nərimanov metrostansiyasına getmişlər. O, həmin cavan oğlanlardan birinin başında olan papağından xoşu gəldiyinə görə başına qoyub şəkil çəkdirmək üçün istəmiş, lakin həmin oğlan geyim əşyasını kiməsə verməyi xoşlamadığını bildirib papağı ona verməmişdir. Ümid onun əlindən papağı dartıb alıb ona vermişdir. Həmin papağı həmin gün onlar 20 Yanvar metrostansiyasına düşüb ayrılan zaman Ümid həmin papağı onun başından götürüb öz başına qoymuş və bununla da papaq Ümiddə qalmışdır. Sonradan papağı qaytarmaq yadından çıxdığı üçün papağı qaytarmamışdır. Həmin vaxt Kamil adlı şəxs Zərərçəkmiş şəxs1 mobil telefonu götürdükdən sonra özündə saxlamış və heç kimə verməmişdir. Mobil telefonun isə hara satıldığını bilmir və həmin telefonun satılmasına görə əldə olunan puldan o, götürməmişdir. Təqsirləndirilən şəxs1 ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında valideynləri ilə birlikdə yaşayır. 10 mart 2020-ci il tarixdə bibisi oğlu Vüqarın doğum günü olduğundan o, Vüqarla birlikdə şəhərin mərkəzinə gəzintiyə çıxmaq qərarına gəldikdən sonra təxminən saat 15 radələrində evdən çıxıb əvvəlcə İçəri şəhərə gəlib orada bir qədər gəzmişlər, sonra isə Dənizkənarı Milli Parka gəlmişlər. Onlar bulvarda bir qədər gəzdikdən sonra dəniz sahilində daşın üzərində oturub söhbət etməyə başlamışlar. Təxminən saat 17 radələrində onları iki nəfər şəxs yanlarına çağırmışlar. Sonradan adını bildiyi Kamil Zərərçəkmiş şəxs1 kənara çəkərək söhbət etmiş və bu zaman isə özü Ümid adlı şəxslə qalmışdır. Ümid adlı şəxs ona bir sual verəcəyini, amma düzünü deməsini ona bildirdikdən sonra oğlan ondan nə qədər pulu olduğunu soruşmuş, o isə cavabında pulunun olduğunu, lakin özünə lazım olduğunu bildirmişdir. Onun bu sözündən sonra Ümid ona demişdir ki, “sən niyə mənə özündən razı cavab verirsən”. Bu zaman 2 nəfər oğlan onlara yaxınlaşıb həmin oğlanla salamlaşmışlar. Bu vaxt Vüqarı kənara söhbətə çəkən Kamil onlara yaxınlaşmışlar. Sonra isə istintaq zamanı adlarını bildiyi Hakim Abdullazadə və Təqsirləndirilən şəxs1 onlara yaxınlaşmışlar. Rövşən ondan şəkil çəkdirmək üçün papağı istəmiş, o isə etiraz etmiş, geyim əşyalarının başqasının geyinməsini xoşlamadığını demişdir və papağı çıxararaq əli ilə arxasında saxlamışdır. Ümid arxadan, onun xəbəri olmadan dartıb əlindən papağını götürüb Rövşənin başına qoymuşdur. Bundan sonra o papağı Rövşəndən alıb geri qaytarmasını xahiş etmiş, lakin Ümid imtina edərək bildirmişdir ki, “səndən pul istədim vermədin, əgər pul versəydin sənin papağı geri qaytarardım. Sonradan papağı istəmək yadından çıxmış və Təqsirləndirilən şəxs1 istəməmişdir. X26 və onu yanına çağırmışdır. Vüqar onlara yaxınlaşanda Kamil Vüqara demişdir ki, “telefonunu ver bir misal çəkəcəm.” Vüqar da cibindən mobil telefonunu çıxardıb Kamilə vermiş, Kamil isə mobil telefonu Vüqardan alıb ona tərəf uzadaraq telefonu götürməsini demişdir. O, Kamildən Vüqarın telefonu götürmüş, Kamil ona telefonu qaytarmasını demiş, buna görə də o telefonunu qaytarıb yenidən Kamilə vermişdir. Təqsirləndirilən şəxs2 telefonu alıb cibinə qoyub Vüqardan telefonunun kimdə olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs2 telefonunun onda olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs2 Vüqara onu işarə edib telefonun onda olduğunu demişdir. Kamilin bu sözündən sonra Vüqar, Kamilə Arzumanın telefonu Kamilin özünə qaytardığını demişdir. Bundan sonra həmin Kamil onlara demişdir ki, “necə sübüt edə bilərsiniz ki, telefon məndədir.” Zərərçəkmiş şəxs1, Kamilə onların gözlərinin qabağında telefonu Arzumandan alıb cibinə qoyduğunu demişdir. Kamil isə onlara demişdir ki, bu sübut deyil. Bundan sonra onlar bir qədər həmin Kamildən telefonu geri qaytarmalarını xahiş etsələr də, Kamil mobil telefonu qaytarmayaraq çıxıb getmişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında valideynləri ilə birlikdə yaşayır. 10 mart 2020-ci il tarixdə onun ad günü olduğundan o, dayısı oğlu Arzumanla birlikdə şəhərin mərkəzinə gəzintiyə çıxmışlar. Onlar əvvəlcə İçəri şəhərə gəlib orada bir qədər gəzdikdən sonra Dənizkənarı Milli Parka gəlmişlər. Onlar bulvarda bir qədər gəzdikdən sonra dəniz sahilində daşın üzərində oturub söhbət etməyə başlamışlar. Təxminən saat 17 radələrində onları iki nəfər şəxs yanlarına çağırmışlar. Sonradan adını bildiyi Kamil adlı şəxs onu kənara çəkərək pul istədikdə o, 1 manat və 1 manata yaxın məbləğdə qəpikləri ona vermişdir. Sonra onlar Arzumangilin yanına qayıtmışdır. Həmin vaxtı 2 nəfər, sonradan adlarını bildiyi Hakim və Rövşən də onların yanına gəlmişdir. Bundan sonra Rövşən Arzumandan şəkil çəkdirmək üçün papğını istədikdə Arzumanda oğlana geyim əşyalarını kiminsə geyinməsini xoşlamdığını demiş və başından papağı çıxardıb öz əlində saxlamışdır. Bu zaman Ümid arxadan dartıb Arzumanın əlindən papağı götürüb Rövşənin başına qoymuşdur. Arzuman Rövşəndən papağını istəsə də, Ümid bildirmişdir ki, “səndən pul istədim vermədin, əgər pul versəydin sənin papağı geri qaytarardım.” Bundan sonra Ümid onu yanına çağırmışdır. O, Kamilə yaxınlaşdıqdan sonra Kamil ona demişdir ki, “telefonunu ver bir misal çəkəcəm.” Bundan sonra o, cibindən mobil telefonunu çıxardıb Kamilə vermişdir. Kamil isə mobil telefonu ondan alıb Arzumana uzadaraq götürməyi demişdir. Arzuman oğlandan telefonu götürdükdən sonra isə Kamil bu dəfə Arzumana telefonu qaytarmağı demişdir. Arzuman da buna görə telefonu qaytarıb Kamilə vermişdir. Kamil isə onun telefonunu Arzumandan alıb cibinə qoymuş və ondan telefonun hazırda kimdə olduğunu soruşmuşdur. O, isə Təqsirləndirilən şəxs2 telefonun onda olduğunu demişdir. Kamil isə Arzumanı işarə ilə göstərək telefonu Arzumana verdiyini bildirmişdir. Oğlana telefonu Arzumandan geri alıb cibinə qoyduğunu dedikdə Kamil demişdir ki, “necə sübut edə bilərsiniz ki, telefon məndədir.” O, cavab olaraq gözlərinin qabağında telefonu Arzumandan alıb cibinə qoyduğunu demişdir. Kamil onlara bu sübut deyil demişdir. Bundan sonra onlar bir qədər həmin Kamildən telefonu geri qaytarmasını xahiş etsələr də, mobil telefonu qaytarmayaraq oğlanlarla birlikdə çıxıb getmişdir. Həmin mobil telefon “Samsung J-2” markalı olmaqla qiyməti 70 manatdır. Ona 70 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 iyun 2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 iyun 2020-ci il tarixli tələbnamədən görünür ki, 17.03.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. 10 mart 2020-ci il tarixdə fakt üzrə AzərbaycanRespublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 11 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmçinin eyni tarixli qərarla X8 ********* nömrəli cinayət işi üzrə yetkinliş yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır. 22 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmçinin eyni tarixli qərarla X6 ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır. 28 mart 2020-ci il tarixli qərarla X3 ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmamış şahid Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır. 10 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat CPM 53.4-cü maddəsinə əsasən dayandırılmışdır. 22 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 22 aprel 2020-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. 24 aprel 2020-ci il tarixli qərarla ********* nömrəli Təqsirləndirilən şəxs2 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Səbail rayon prokurorluğunun 24 aprel 2020-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o X9 həbsdən azad edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 27 aprel 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat CPM 53.4-cü maddəsinə əsasən dayandırılmışdır. 01 iyun 2020-ci il tarixdə ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və həmin tarixli qərarla da CPM 53.4-cü maddəsinə əsasən ********* nömrəli cinayət işinin icraatı yenidən dayandırılmışdır. 18 iyun 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. 25 iyun 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X4 və digər şəxslərin əməlləri Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs1, X4 CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həmçinin ********* nömrəli cinayət işindən Ümid adlı şəxsin barəsində CM-nin 180.2.1-ci maddəsi ilə digər cinayət işinin ayrılması qərara alınmışdır. 25 iyun 2020-ci il tarixdə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə yeni məzmunlu ittiham elan edilmişdir. 25 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1ci maddəsi ilə təqsriləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 25 iyun 2020-ci il tarixli qərarla ********* nömrəli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. 25 iyun 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 25 iyun 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. 25 iyun 2020-ci il tarixli cinayət işinin materiallarından ayrıca icraata cnayət işinin ayrılması haqqında qərarla ********* nömrəli cinayət işindən “Ümid adlı şəxsin və X4 barəsində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. 14 iyul 2020-ci il tarixdə X7 barəsində axtarış elan olunmuş və həmin tarixdə ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. 22 iyul 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraatı təzələnmişdir. 22 iyul 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən Ümid adlı şəxs barəsində CM-nin 180.2.1-ci maddəsi ilə 25 iyun 2020-ci il nömrəli qərarla ayrılmış ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün X4 CM-nin 180.2.1-ci maddəsi ilə olan hissədə material ayrılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-148/2020 saylı, 04.11.2020-ci il tarixli qərarı Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə həbs qətimkan tedbiri seçilmiş və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. 16 dekabr 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 16 dekabr 2020-ci il tarixdə tutulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-18/2021 saylı, 29.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-18/2021 saylı, 30 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə “həbs” qətimkan tedbiri seçilmiş, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. 18 avqust 2021-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 18 avqust 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 24 may 2021-ci il tarixli ərizəsinə əsasən o iş üzrə təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 24 may 2021-ci il tarixli ərizəsinə əsasən o iş üzrə təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs2 bir uşağı vardır – 04 mart 2021-ci il təvəllüdlü X12. Məhkəmə iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanılmış sübutları araşdırıb, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin ifadərini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Belə ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əsasən o özgənin əmlakını açıq talama məqsədi ilə Təqsirləndirilən şəxs2, X7 və şəxsiyyəti istintaq məlum olmayan “Ümid” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 10 mart 2020ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 36 ünvanında yerləşən “Kukla” teatrının yaxınlığında Zərərçəkmiş şəxs2 və sonuncunun qohumu Zərərçəkmiş şəxs1 yaxınlaşıb Zərərçəkmiş şəxs2a məxsus 15 manat dəyərində papağı açıq talayaraq ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, şəxsiyyəti istintaqa məlum olmayan “Ümid” adlı şəxs və X1 Milli Park ərazisində sonuncu Zərərçəkmiş şəxs1 2 manat pulunu almış, daha sonra şəxsiyyəti istintaq məlum olmayan “Ümid” adlı şəxsin tanışları Təqsirləndirilən şəxs1 və X7 onlarla qarşılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 iş üzrə Zərərçəkmiş şəxs2 məxsus olan papağı şəkil çəkdirmək üçün ondan istəmişdir. Zərərçəkmiş şəxs2 isə etiraz edərək papağı verməmiş və əli ilə çıxararaq arxasında saxlamışdır. Bu zaman şəxsiyyəti məlum olmayan “Ümid” adlı şəxs papağı əlindən dartaraq alıb Təqsirləndirilən şəxs1 başına qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 Arzuman və Vüqarla kənarda söhbət edərəkdən Vüqardan telefonunu ona verməsini istəmiş, Zərərçəkmiş şəxs1 isə ona telefonu vermişdir. Telefonu aldıqdan sonra Təqsirləndirilən şəxs2 telefonu Zərərçəkmiş şəxs2 vermiş sonra yenidən alaraq cibinə qoymuş və telefonun kimdə olduğunu onlardan soruşmuşdur. Cavabında isə zərərçəkmiş şəxslər onda olduğunu bildirdikdə telefonun onda olmadığını Arzumana verdiyini bildirmiş və onda olduğunu sübut edə bilməyəcəklərini bildirmişdir. Daha sonra onlar hadisə yerindən uzaqlaşmışdır. Papağı həmin gün “20 Yanvar” metrostansiyasına düşüb ayrılan zaman Ümid həmin papağı Təqsirləndirilən şəxs1 başından götürüb öz başına qoymuş və bununla da papaq Ümiddə qalmışdır.Təqsirləndirilən şəxs2 telefonu şəxsiyyəti istintaqa məlum olmayan Ümid adlı şəxslə telefonu 30 manata satmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini araşdırmadan Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törədilməsi barədə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməli törədilməsi təşkil edir. Cinayətin obyektiv cəhəti – kriminal əməlin zahiri tərəfidir. Cinayətin obyektiv cəhəti müəyyən məkanda və zamanda baş verən müəyyən üsulla törədilən ictimai təhlükəli hərəkətdən və ya hərəkətsizlikdən, ictimai təhlükəli nəticədən, hərəkətlə (hərəkətsizliklə) ictimai təhlükəli nəticə arasında səbəbli əlaqədan ibarətdir. Cinayətin subyektiv cəhəti cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir.Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələvə onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. İctimai təhlükəli əməli törətməkdə təqsirli lan şəxs cinayət məsuliyyətinə alınır, cəzalandırılır. Cinayət qanunvericili obyektiv təqsirləndirməyə, yəni təqsir olmadan cinayət məsuliyyətinə almğa yol vermir. Təqsirin olmaması məsuliyyəti aradan qaldırır. Məhkəmə qeyd edir ki, soyğunçuluğun obyekti öz sosial-iqtisadi məzmununa görə özgə əmlakın talamanın digər formalarının obyektləri ilə üst-üstə düşür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş hüquqazidd hərəkətlər, məsələn əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətinin tərkibini yaratmır. Talamanın açıq olmasını müəyyən etmək üçün obyektiv və subyektiv meyarlardan istifadə edilir. Obyektiv meyarın mahiyyəti ondan ibarətdir ki, özgənin əmlakını talama mülkiyyətçinin gözü qarçısında baş verir və onlar bu hərəkətlərin cinayət olduğunu dərk edir. Subyektiv cəhəti isə birbaşa qəsddən ibarətdir. Təqsirkar özgənin əmlakını açıq şəkildə qanunsuz və əvəzsiz olaraq götürüldüyünü dərk edir və bunu etməyi arzu edir. Belə ki, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Eyni zamanda soyğunçuluq cinayətinin subyektiv cəhəti isə birbaşa qəsddən ibarətdir. Qanunda birbaşa qəsdə verilən anlayışdan müəyyən olunur ki, şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir. Həmçinin təqsir, motiv, məqsəd, habelə bunları müşayiət edən emosional vəziyyət cinayətin subyektiv cəhətini yaradan elementlərdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əməlində talama niyyəti olmamış, şəkil çəkdirmək üçün papağı Zərərçəkmiş şəxs2 istəmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs1 əməlində soyğunçuluq cinayətinin tərkib elementi obyektiv cəhət mövcud olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs2 papağı şəxsiyyəti istintaqa məlum olmayan “Ümid” adlı şəxs götürərək Təqsirləndirilən şəxs1 başına qoymuşdur. Soyğunçuluq cinayətinin tərkibinin yaranması üçün (Təqsirləndirilən şəxs1 əməli üzrə) birbaşa qəsdin əqli və iradi ünsürlər (şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir) mövcud olmalıdır ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs1 hərəkətsizliyində əqli və iradi ünsürlər mövcud olmamış, birbaşa qəsd yaranmamışdır. Belə olan halda isə Təqsirləndirilən şəxs1 əməlində soyğunçuluq cinayətinin tərkib elementi subyektiv cəhət mövcud olmamışdır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) CPM-nin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X20rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır; 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Əksinə olaraq Təqsirləndirilən şəxs1 təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməsi ittihamı verilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 soyğunçuluq cinayətini törətsə də, buna qabaqcadan əlbir olan bir qrup şəxs halında etməmişdir. Cinayətdə iştirakçılıq cinayət məsuliyyətinin əlavə əsaslarını yaratmır. Hər bir iştirakçı törətdiyi əmələ görə fərdi məsuliyyət daşıyır. İştirakçılıqla törədilən cinayətlərdə cinayət məsuliyyətinin əsaslarının qeyd edilən anlamı onun fərdiləşməsi prinsipi ilə uyuşur. Hər bir iştirakçını məsuliyyəti, sadə və yaxud da mürəkkəb iştirakçılığın olmasından asılı olmayaraq, törədilən cinayətdə iştirakın xarakterindən və dərəcəsindən asılı olaraq həll edilir. Məhkəmə cinayətdə iştirak edən şəxsin əməlinin kriminal məqsədə nail olunmasında əhəmiyyətini, bele əməlin vurulan ziyanın xarakterinə və miqyasına təsiri nəzərə alınır. Cinayətdə iştirakçılığa görə məsuliyyət fərdi hərəkət edən və cinayət törədən şəxsin məsuliyyətinə bərabər tutulur. Cinayətdə iştirakçılığın formaları dəstə üzvləri arasında əlbirlik və mütəşəkkillik əlamətlərinə görə fərqlənir. İştirakçılığın formaları cinayətin edilməsi ilə bağlı iki və daha artıq şəxsin əlbir olmasına və hərəkətlərinin qarşılıqlı əlaqə üsullarına görə fərlənən birgə kriminal fəaliyyət tipləridir. Qüvvədə olan qanunvericilikdə cinayətdə iştirakçılığın bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və cinayətkar birlik formaları fərqləndirilir. Bu təsnifat cinayətdə iştirakçılığın obyektiv və subyektiv meyarları əsasında aparılır. Cinayət törədən dəstə üzvləri arasında əlbirlik səviyyəsinə görə qabaqcadan əlbir olan və olmayan dəstəyə ayrılır. Qabaqcadan əlbir olmayan dəstə - sadə iştirakçılıq adlandırılan bu formada dəstə üzvləri arasında cinayət əməlinin törədilməsinə dair razılıq onların düşdükləri münaqişəli şəraitin təsiri altında yaranır. Belə formada iştirakçılıq üçün cinayətə qədər hazırlıq hərəkətləri aparmaq və cinayətin planlaşdırılması xarakterik hal deyil. Cinayətin qabaqcadan əlbir olan dəstə -müxtəlif rolların yerinə yetirilməsi ilə bağlı olan iştirakçılıqdan biri bilavasitə cinayəti törədir, başqaları ona kömək edir.Mürəkkəb iştirakçılıqda cinayətin iştirakçıları müxtəlif vəzifələr yerinə yetirsə də, bunların hamısı nəticə etibarı ilə cinayətin icraçısının fəaliyyəti ilə yaxından, yaxud da uzaqdan rabitədə olur və iştirakçının cinayətdə birgə iştirakını yaradır. İştirakçılığın kriminal dəstə formasında üzvlər arasında birgə törədilməsinə dair əvvəlcədən razılıq olur. Razılıq adətən qəsd obyekti və cinayətin predmeti ilə bağlı olur. İştirakçılığın cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi qüvvədə olan CM-in 177.2.1, 178.2.1, 179.2.1, 180.2.1, 181.2.1, 182.2.1, 183.2.2, 184.2.1 və s. maddələrində məsuliyyəti ağırlaşdıran tərkib əlaməti kimi müəyyən edilmişdir. Qabaqcadan əlbir olan dəstənin hər hansı formasında iştirakçılığı deyil, qabaqcadan əlbir olan dəstənin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığı nəzərdə tutulur. Əgər cinayətin obyektiv cəhəti bir nəfər tərəfindən törədilirsə, digər iştirakçılar isə başqa funksiyaları yerinə yetirirlərsə məsuliyyət qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, mürəkkəb iştirakçılıq üstündə yaranacaqdır. Azərbaycan Respuublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. CM-nin 180.2.1-ci maddəsində soyğunçuluğun tövsifedici əlaməti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutur. Belə ki qabaqcadan əlbir olma dedikdə iki və daha artıq şəxsin birgə soyğunçuluq törətməsi üçün əməlin törədilməsinədək razılığa gəlməsi başa düşülür. Belə razılıq cinayətdən əvvəl istənilən anda (cinayətə hazırlıq və ya cinayətə cəhd mərhələsində), lakin hər bir halda özgənin əmlakını götürməyə bilavasitə yönəlmiş əvvəl əldə edilməlidir. Əks təqdirdə - razılıq əmlakın götürülməsi prosesində əldə olunduqda qabaqcadan əlbir olma əlaməti olmayacaqdır. Təhlil edilən tövsifedici əlamətin mövcud olması üçün daha bir mühüm şərt əməlin qabaqcadan əlbir olan ən azı iki icraçı tərəfindən (birgə icraçılıqla) törədilməsidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı qərarının 9-cu bəndinə görə CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Məhkəmə istintaqında tədqiq edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə cinayətin obyektiv cəhəti bir nəfər tərəfindən (Zərərçəkmiş şəxs1 telefonun açıq talanması epizodu), yəni Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş, həmçinin qabaqcadan razılaşmadan iki və daha çox icraçının birgə iştirakı ilə törədilmiş, onlar arasında cinayət əməlinin törədilməsinə dair razılıq düşdükləri münaqişəli şəraitin təsiri altında yaranmış, cinayətə qədər hazırlıq hərəkətləri aparılmamış, cinayətin törədilməsi planlaşdırılmamışdır. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə tövsif olunmalı və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi X10 barəsində Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 aprel 2020-ci il tarixdən 24 aprel 2020-ci il tarixədək, 16 dekabr 2020ci il tarixdən 29 mart 2021-ci il tarixdən həbsdə saxlanıldığı müddətinin 03 (üç) ay 15 (on beş) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq 18 avqust 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna elan olunmuş ittihamda ( təqsirləndirilən şəxs qismində cəlb etmə etmə haqqında qərarda) və ittiham aktında onların - X7 və şəxsiyyəti istintaqa məlum olmayan Ümid adlı şəxslə qabaqcadan əlbir olaraq 10 mart 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 36 ünvanında yerləşən”Kukla teatrının yaxınlığında Zərərçəkmiş şəxs2 və sonuncunun qohumu Zərərçəkmiş şəxs1 yaxınlaşaraq Zərərçəkmiş şəxs1 2 manat pulunu açıq talayaraq soyğunçuluq etməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı alınmış təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrindən və iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 tərəfindən 2 manat məbləğində pul könüllü olaraq təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə elan olunmuş ittihamdan Zərərçəkmiş şəxs1 2 manat pulunu açıq talanması epizodu xaric edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda ( təqsirləndirilən şəxs qismində cəlb etmə etmə haqqında qərarda) və ittiham aktında onların özgənin əmlakını açıq talamaqla soyğunçuluq məqsədi ilə X7 və şəxsiyyəti istintaqa məlum olmayan Ümid adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında soğunçuluq etməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, ittihamda qeyd olunmuş X7 və şəxsiyyəti istintaqa məlum olmayan Ümid adlı şəxsin gələcəkdə ədalətli məhkəmə araşdırması hüququnu təmin etmək məqsədi ilə həmin şəxsin adı ilə bağlı hissə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamın məzmununda “digər şəxs” kimi oxunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 350-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs1 izah edilsin. Təqsirləndirilən şəxs2 oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 22 aprel 2020-ci il tarixdən 24 aprel 2020-ci il tarixədək, 16 dekabr 2020ci il tarixdən 29 mart 2021-ci il tarixdən həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 03 (üç) ay 15 (on beş) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 15 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan Zərərçəkmiş şəxs1 2 (iki) manat pulunun açıq talanması epizodu xaric edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda qeyd olunmuş X4 və şəxsiyyəti istintaq məlum olmayan Ümid adlı şəxsin adı ilə bağlı hissə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamın məzmununda “digər şəxs” kimi oxunsun. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Elşən oğlu tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 630 (altı yüz otuz) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 630 (altı yüz otuz) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarını ibtidai istintaq müddətində müdafiə edilməsinə görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq müddətində müdafiə edilməsinə görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-18/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-18/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver